Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-315/2023 17.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh26, Cavabdeh24, Cavabdeh13, Cavabdeh19, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Ağsu-Ağdaş-Kürdəmir rayonları üzrə regional orqanının məsləhətçisi X3 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı məcburi çıxarılma, süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı məcburi çıxarılma, süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, Ləki stansiyası ərazisində yerləşən 0,8335 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsi və onun üzərində inşa edilmiş ümumi sahəsi 790,6 kv.metr əmlak kompleksi kimi müəssisə 13 avqust 2021-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsində xüsusi mülkiyyət hüququ əsasında onun adına qeydə alınmışdır. Bu barədə adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Aidiyyəti orqanların mütəxəssisləri tərəfindən həmin torpaq sahəsinin koordinat nöqtələri müəyyən edilərək ona tanıdılmışdır. Lakin bütün bunlara baxmayaraq, cavabdehlər həmin torpaq sahəsini və üzərində yerləşən əmlak kompleksi müəssisəsinin binasını qanunsuz olaraq zəbt etmişlər. Həmin torpaq sahəsindən könüllü çıxmaları cavabdehİərə təklif ediləndə onlar məcburi köçkün kimi həmin ərazidə məskunlaşdıqlarını əsas göstərməklə həmin torpaq sahəsindən çıxmayacaqlarını bildirmişlər. İddia ərizəsinə əlavə etdiyi arayışlardan tam aydın olur ki, cavabdehlər Ağdaş rayonu "xxxx" ASC-nin inzibati binasında məskunlaşıblar. Cavabdehlərin mülkiyyətində olan həmin torpaq sahəsini özbaşına tutaraq (zəbt edərək) istifadə etmələri mülkiyyətçi kimi qanunla qorunan hüquqlarının pozulmasına səbəb olur. Belə ki, o, mülkiyyətçi kimi, həmin torpaq və əmlak kompleksinin üzərində hüquqlarını istəyinə uyğun sərbəst həyata keçirə bilmir. Cavabdehlər qeyd etdiyi özbaşına və qanunsuz hərəkətlərini bu gün də davam etdirirlər. Ona görə də onlara qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh26 və Cavabdeh8 daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağdaş rayonu Ləki qəsəbəsi Ləki stansiyası ərazisində xüsusi mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0,8335 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 790,6 kv.metr olan əmlak kompleksi kimi müəssisədən məcburi qaydada çıxarılmalarına, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələrin aradan qaldırılmasına və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasına dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil məhkəməyə ərizə ünvanlayaraq, Cavabdeh24, Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, X6, Cavabdeh25, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, X1, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 əlavə cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh26, Cavabdeh24, Cavabdeh13, Cavabdeh19 iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasında müstəqil tələb irəli sürməyən üçüncü şəxs Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Ağsu-Ağdaş-Kürdəmir rayonları üzrə regional orqanının məsləhətçisi X14 iddianın rədd edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclasında Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12, Cavabdeh14, X6, Cavabdeh25, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X1, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən digər cavabdehlər Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12, Cavabdeh14, X6, Cavabdeh25, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, X1, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab etmiş və işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş 13 avqust 2021-ci il tarixli, ********** saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, Ləki stansiyası ünvanda 0,8335 ha torpaq sahəsi və üzərində yerləşən 790,6 m2 əmlak kompleksi İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. İşin materiallarında olan Ağdaş rayonu İcra Hakimiyyəti başçısının Ləki Qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli, №701 məktubdan görünür ki, Cavabdeh4 Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsində, Cavabdeh6 Ağdaş rayonu, Nehrəxəlil kəndində, Cavabdeh26 Ağdaş rayonu, Ərəb kəndində, Cavabdeh7 Ağdaş rayonu, Nehrəxəlil kəndində, Cavabdeh5 Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Məmmədov küçəsində, Cavabdeh8 Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsində qeydiyyatdadırlar. İşin materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin 21 oktyabr 2022-ci il tarixli, № 34 saylı məktubundan görünür ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Cavabdeh1 və Cavabdeh2 həmçinin, Şuşa rayonundan məcburi köçkün düşmüş Cavabdeh3, hal-hazırda Dövlətqaçqınkomun Ağsu- Ağdaş-Kürdəmir rayonları bölməsinin qeydiyyat siyahılarında, Ağdaş rayonu Ləki qəsəbəsində yerləşən "xxxx" ASC-nin (köhnə Taxıl- tədarük məntəqəsi) inzibati binasında müvəqqəti qeydiyyatdadırlar. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı əsasında Ağdaş rayonu, Ləki qəsəbəsi, Ləki stansiyası ərazisindən 0,8335 ha torpaq sahəsi və üzərində yerləşən 790,6 m2 əmlak kompleksi iddiaçının xüsusi mülkiyyətinə verilmişdir. Cavabdehlər həmin torpaq sahəsi və üzərində yerləşən əmlak kompleksi müəssisəsinin binasında məskunlaşmışlar və könüllü olaraq həmin ərazidən çıxmırlar. Hazırda iddiaçı cavabdehlərin daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağdaş rayonu Ləki qəsəbəsi Ləki stansiyası ərazisində xüsusi mülkiyyət hüququ üzrə mülkiyyətində olan 0,8335 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 790,6 kv.metr olan əmlak kompleksi müəssisəsindən məcburi qaydada çıxarılmalarını, həmin torpaq sahəsindən istifadəsinə yaradılan süni maneələrin aradan qaldırılmasını və həmin torpaq sahəsi ilə əlaqədar qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulmasını tələb edir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.3-cü maddəsinə əsasən torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin Məcəllənin 110-cu maddəsinə bu Məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Həmin Məcəlləsinin 111.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin Məcəllənin 111.2-ci maddəsinə əsasən özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh26, Cavabdeh8, Cavabdeh24, Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, X6, Cavabdeh25, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, X1, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22, Cavabdeh23 daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyyat nömrəli xx.xx.2021-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağdaş rayonu Ləki qəsəbəsi Ləki stansiyası ərazisində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olan 0,8335 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 790,6 kv.metr olan əmlak kompleksi kimi müəssisədən məcburi qaydada çıxarılmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh26, Cavabdeh8, Cavabdeh24, Cavabdeh9, Cavabdeh10, X4, Cavabdeh12, Cavabdeh13, Cavabdeh14, X6, Cavabdeh25, Cavabdeh16, Cavabdeh17, Cavabdeh18, Cavabdeh19, X1, Cavabdeh20, Cavabdeh21, Cavabdeh22 və Cavabdeh23 daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 6 nömrəli vərəqində qeydiyyata alınmış ********** qeydiyyyat nömrəli xx.xx.2021ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Ağdaş rayonu Ləki qəsəbəsi Ləki stansiyası ərazisində xüsusi mülkiyyət hüququ üzrə iddiaçının mülkiyyətində olan 0,8335 hektar yaşayış məntəqələrinin torpaqlarına aid torpaq sahəsindən və üzərində yerləşən ümumi sahəsi 790,6 kv.metr olan əmlak kompleksi kimi müəssisədən məcburi qaydada çıxarılsınlar. Həmin torpaq sahəsindən istifadəyə cavabdehlər tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın və həmin torpaq sahəsi ilə əlaqədar cavabdehlərin qanunsuz (özbaşına) hərəkətlərinə birdəfəlik son qoyulsun. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-315/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-315/2023
17.04.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver