Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-432/2026 28.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: torpağın qanunsuz sahiblikdən geri alınması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının hakimləri–Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, Cəfərova Aysel Ramiz qızının katibliyi, iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil/Nümayəndə, cavabdeh Cavabdeh nümayəndə və vəkili Nümayəndə iştirakı ilə, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılması, həmin torpaq sahəsinə dair müdaxilənin və maneələrin aradan qaldırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ona məxsusdur. Həmin torpaq sahəsi əvvəllər mərhum qardaşı Elxana məxsus olmuş, mərhum qardaşının vəfatından sonra qardaşı oğlu sözügedən torpaq sahəsini 2019-cu ildə ona bağışlamışdır. Həmin torpaq sahəsini çıxarış ilə öz adına keçirmişdir. Bundan sonra torpaq sahəsinə naturada baxış keçirərkən cavabdeh mane olmuş və bildirmişdir ki, bu yer onun yeridir və bu torpaq sahəsini heç kimə verməyəcək. Reyestr İdarəsinə müraciət edərək, həmin torpaq sahəsini xəritə üzrə torpağın harada yerləşdiyini ona göstərilməsini xahiş etmiş, xidmətin əməkdaşları onun iştirakı ilə həmin torpaq sahəsini peyk vasitəsi ilə ölçərək ona göstərmişlər. O da onların yanında ona məxsus torpaq sahəsinə 04 ədəd beton dirəklər basdırmış, oradan çıxıb gedəndən bir neçə gün sonra Cavabdeh onun mobil telefon nömrəsinə zəng vuraraq həmin torpağın ona məxsus olmasını bildirmişdir. O, polisə müraciət etdikdə ona mülki qaydada məhkəməyə müraciət etməsi tövsiyə olunmudur. Buna görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
3. İddia tələbinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Samir Bayramov) iddia təmin edilmiş, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən İddiaçı mülkiyyətində olan, Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Cavabdeh çıxarılması, ona həmin torpaq sahəsinə müdaxilə və maneələrin yaradılmasının qadağan edilməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdeh Cavabdeh tutularaq İddiaçı xeyrinə ödənilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri kimi 150 manat pulun cavabdeh Cavabdeh tutularaq X5, kod 210005, VÖEN 1401555071,Müxbirhesab AZ41NABZ01360100000000003944, SWİFT BİK CTREAZ22 Məhkəmə Ekspertizası Mərkəzinin VOEN 1700326621 AZ34CTRE00000000000002088501 hesabına keçirilməsi qət edilmişdir.
5. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Cavabdeh də iddiaçının mülkiyyətində olan torpaq sahəsindən onun iradəsi ziddinə qanunsuz istifadə edir. Bu fakt işdə olan mütəxəssis və ekspert rəyləri ilə təsdiq olunur. Cavabdehin iddiaçıya məxsus torpaq sahəsini istifadə etməsi iddiaçının mülkiyyətində olan torpaq sahəsinə müdaxilə kimi qiymətləndirilməlidir ki, bu da qanunla qadağandır. Cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən qanunsuz istifadə etmiş, mülkiyyətçinin sahənin boşaldılması barədə xəbərdarlıqlarına məhəl qoymamışdır.
6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.6, 21.1, 21.2, 139.1, 152.1,152.2, 152.3, 152.5, 157.2, 157.4, 385.1, 386.1, 1096.1, 1097.1-ci, Torpaq Məcəlləsinin 49, 84, 111-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
7. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməməsi, dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun iddiaçı İddiaçı aid edilməsi, ekspertiza tədqiqatlarının dətəri kimi 150 manat pulun iddiaçı İddiaçı alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırmışır ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən imzalanmış ekspert rəyi iş üzrə alınmış mütəxəssis rəyinin təkrarıdir. Ekspert rəyinin özündə qeyd olunur ki, mərkəzdə torpaq sahələrinə dair baza məlumatlarının olmaması və mülki iş materiallarına mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis mübahisəli əraziyə dair baza məlumatlarının əlavə edilməməsi səbəbindən mütəxəssis rəyində yazılan məlumatlarla baza məlumatlarını müqayisə edərək tədqiqatın aparılması mümkün olmamışdır. Belə çıxır ki, rəyi imzalamış ekspert verdiyi “ekspert rəyi”nin mötəbərliyini mütəxəssis rəyindən asılı edir. Bundan əlavə mütəxəssis S. Abbasovun rəyində qeyd olunur ki, İddiaçı adına verilmiş ##.##.2020-ci il tarixli AN ****** nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan 0,34 ha torpaq sahəsinin koordinatları əvvəllər həmin torpaq sahəsinə dair mövcud olmuş sənədlərdəki koordinatlarla eynilik təşkil edir. Bu zaman “mövcud olmuş sənədlərin” adları açıqlanmır. Necə olur ki, İddiaçı adına verilmiş çıxarış və plan-ölçü sənədi “mövcud olmuş” sənədlərdəki koordinatlarla eynilik təşkil edir, cavabdehin ərinin adına olan çıxarışlar isə “mövcud olmuş” sənədlərdəki (Dövlət Aktındakı) koordinatlarla eynilik təşkil etmir? Cavabdehin məhkəməyə təqdim etdiyi sənədlərdən görünür ki, onun mərhum əri Şəmsəddin Şahbalayevin adına olan 3 çıxarış üzrə ümumilikdə 0, 84 ha (0,34ha+0,26 ha+0,24 ha) mülkiyyətində torpaq sahəsi vardır. Mütəxəssis rəyindən belə çıxır ki, həmin 0,84 ha torpaq sahəsinin 0,34 ha hissəsi iddiaçıya məxsus torpaq sahəsidir. Mütəxssis rəylərində iddiaçının ərinin adına olan 0,26 ha və 0,24 ha torpaq sahələrinə dair plan və ölçüsü sənədlərinin faktiki yerləşdiyi torpaq sahələrinin yerində ölçüləri ilə üst-üstə düşməməsi qeyd olunsa da uyğunsuzluğun hansı istiqamətdə və ölçüdə olması göstərilmir, 0,34 ha torpaq sahəsi ilə bağlı ümumiyyətlə rəy verilməmişdir. Belə olan halda hesab edir ki, ziddiyətli mütəxəssis rəylərinə əsasən iddiaçının iddia tələbinin təmin edilməsi tamamilə əsassızdır. Məhkəmə iddiaçının iddia tələbini təmin edərkən müəyyən etməmişdir ki, cavabdehin faktiki istifadəsində onun ərinin adına olan çıxarışlarda göstərilmiş torpaq sahələrinin ölçüsündən (cəmi 0,84 ha) artıq torpaq sahəsi vardır ya yox.
b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
9. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Apellyasiya icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndə və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, məhkəmə mütəxəssis rəyinə istinad edərək yekun qərara gəlmişdir. İş materiallarında Reyestr xidmətinin bir neçə mütəxəssis rəyi var, bir-biri ilə ziddiyyət təşkil edir. Müvafiq çıxarış və plan-ölçü sənədləri verilib. 30 ildir cavabdehin istifadəsindədir. Məlumdur ki, çıxarış verilməzdən öncə torpaq sahəsinə baxış keçirilir, ölçüləri götürülür. Cavabdeh 30 ildir, torpaq sahəsini əkib-becərir, meyvə bağı salıb. Əgər həmin torpaq sahəsi cavabdehin deyildirsə o zaman onun rəsmi sənədlərlə aldığı torpaq sahəsinin harada yerləşməsi müəyyən edilməlidir. İş materiallarında olan ekspert rəyində iddiaçının adına verilmiş qeydiyyat vərəqəsində göstərilən torpaq sahəsinin koordinatlarının mübahisələndirilən ünvandakı torpaq sahəsi ilə üst-üstə düşdüyü, digər rəydə isə qismən üst-üstə düşdüyü öz əksini tapmışdır. Bu da rəylər arasında ziddiyyətin olduğunu göstərir. 0,26 ha və 0,24 ha torpaq sahələri bağlı ayrıca təhqiqat aparılmış, lakin 0,34 ha torpaq sahəsi barədə yalnız rəyin 9-cu bəndində ümumi olaraq qeyd olunmuşdur.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı nümayəndə və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, birinci instansiya məhkəməsində üç dəfə ekspertiza təyin edilib, rəy alınıb, iş kifayət qədər araşdırlıb, odur şikayətin təmin olunmamasını xahiş edir.
İşdə olan sübutlar
12. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2020-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən 0.34 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçı İddiaçı məxsusdur.
13. A№****** nömrəli, ##.##.2020-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü İddiaçı adına işlənmişdir.
14. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ##.##.2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində yerləşən 0.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə X6 məxsusdur.
15. A№****** nömrəli, ##.##.2021-ci il tarixli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən müəyyən olunur ki, Xaçmaz rayonu, Qımıl-qışlaq kəndi ərazisində 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin planı və ölçüsü X6 adına işlənmişdir.
16. Nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ilə Cavabdeh ilə ##.##.1974-cü ildə nikaha daxil olmuşlar.
17. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X6 ##.##.2022ci ildə vəfat etmişdir.
18. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli çıxarışına əsasən İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edilmişdir (sxem əlavə olunur). İddiaçıya məxsus həmin çıxarışa əsasən, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bütövlükdə olaraq cavabdeh tərəfindən istifadə olunur. Torpaq sahəsinin hər hansı bir hissəsindən istifadəsinə maneçilik törədilməsini müəyyən etmək Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Publik Hüquqi Şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin səlahiyyətləri daxilində deyildir. Torpaq sahəsinin hüdudları daxilində hec bir tikili yoxdur.
19. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2023-cü il tarixli, **/**** saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsinin ## #### 2023-cü il tarixli *-**-*- **/*****/**** nömrəli mütəxəssis rəyindən görünür ki, ə əsasən müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli çıxarışına əsasən, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin sərhədləri müəyyən edildi (sxem əlavə olunur). İddiaçıya məxsus Əmlak Məsələləri Dövlət Komitəsi yanında DƏDRX-nin hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ##.##.2020-ci il tarixli çıxarışına əsasən, Xaçmaz rayonu, Qımqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tam olaraq cavabdeh tərəfindən istifadə olunduğu müəyyən olundu. Torpaq sahəsinin hər hansı bir hissəsindən istifadəsinə maneçilik törədilməsini müəyyən etmək tikinti-texniki ekspertin səlahiyyətlərinə aid deyildir. Torpaq sahəsinin hüdudları daxilində heç bir tikilinin olmadığı müəyyən olundu.
20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2024-cü il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı adına verilmiş ##.##.2020-ci qeydiyyat tarixli Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü yerində (naturada) ölçüləri ilə qismən üst-üstə düşür. Lakin torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölcüləri ilə üst-üstə düşür. Cavabdeh həyat yoldaşı X7 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, ##.##.2011-ci qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür (sxemdə əks olunur). Cavabdeh həyat yoldaşı X6 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, ##.##.2021-ci qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.24 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür (sxemdə əks olunur). Torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sisteminə əsasən torpaq sahələri kəsişmir. İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan ##.##.2020-ci qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsi torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən tam olaraq istifadə edilir.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin * saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, ##.##.2020ci qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü yerində (naturada) ölçüləri ilə qismən üst-üstə düşür. Lakin torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sistemində faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşür. (sxemdə əks olunur). Cavabdeh həyat yoldaşı X6 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, ##.##.2011-ci qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür. Lakin torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sistemində faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşür (sxemdə əks olunur). Cavabdeh həyat yoldaşı X6 adına verilmiş qeydiyyat nömrəsi ********** olan, ##.##.2021-ci qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin koordinatları faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür. Lakin torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sistemində faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşür, (sxemdə əks olunur). Torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sisteminə əsasən torpaq sahələri kəsişmir. İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan, ##.##.2020-ci qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən tam olaraq istifadə edilir. Sumqayıt “ASAN xidmət” Mərkəzində ##.##.2020-ci il tarixdə təstiq edilmiş 4Ə471sayh alqı-satqı müqaviləsinin predmeti olmuş 0.34 ha torpaq sahəsinə dair satıcının mülkiyyət hüququnu təsdiq edən sənəd ##.##.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli, ************ reyestr nömrəli çıxarış olmuşdur. İddiaçı adına verilmiş ##.##.2020-ci il tarixli AN****** nömrəli torpaq sahəsinin plan və ölçüsündə qeyd olunan 0.34 ha torpaq sahəsinin koordinatları əvvəllər həmin torpaq sahəsinə dair mövcud olmuş sənədlərdəki koordinatlarla eynilik təşkil edir. Cavabdeh həyat yoldaşı X6 adına verilmiş ##.##.2011-ci qeydiyyat tarixli, qeydiyyat nömrəsi ********** qeydiyyat nömrəli, MA seriyalı ******* nömrəli çıxarış və ##.##.2011-ci il tarixli, AA****** nömrəli torpaq sahəsinin planı və ölçüsü; ##.##.2013-cü il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı 0.****** nömrəli çıxarış və ##.##.2013-cü il tarixli, ********** qeydiyyat nömrəli, ************ nömrəli çıxarış və ##.##.2021-ci il tarixli, AN****** nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədlərində göstərilmiş torpaq sahələri yerində müəyyən edilmişdir. (Sxem əlavə olunur). Cavabdeh hazırda istifadə etdiyi torpaq sahəsinin koordinatları həyat yoldaşı X6 adına olan çıxarışlarda və torpaq sahəsinin plan və ölçüsü sənədlərində (##.##.2011-ci il tarixli ********** qeydiyyat nömrəli, MA seriyalı ******* nömrəli çıxarış və ##.##.2011-ci il tarixli, AA****** nömrəli torpaq sahəsinin planı və ölçüsü; ##.##.2013-ci il tarixli ********** qeydiyyat nömrəli, RX seriyalı ******* nömrəli çıxarış və ##.##.2013- cu il tarixli, AA****** nömrəli torpaq sahəsinin planı və ölçüsü; ##.##.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, ************ nömrəli çıxarış və ##.##.2021-ci il tarixli, AN****** nömrəli torpaq sahəsinin planı və ölçüsü) göstərilmiş torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etmir.
22. Məhkəmə Ekspertiza Mərkəzinin ##.##.2025-ci il tarixli, **/**** saylı ekspert rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Mütəxəssis mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı adına verilmiş qeydiyyat nömrəsi ********** olan ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşür. Lakin torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sistemində faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşür. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Mütəxəssis mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Əlixan qızının həyat yoldaşı X6 adına verilmiş qeydiyyat nömrəsi ********** olan ##.##.2011-ci qydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.26 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür (sxemdə əks olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Mütəxəssis mütəxəssis rəyində qeyd edilir ki, Cavabdeh Əlixan qızının həyat yoldaşı Şəmsəddin Babaverdi oğunun adına verilmiş qeydiyyat nömrəsi **********, ##.##.2021-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayonu, Qımılqışlaq kəndindət yerləşən 0.24 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan və ölçüsü faktiki yerləşən torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşmür (sxemdə əks olunur). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Mütəxəssis mütəxəssis rəyində qeyd edilir ki, torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən torpaq sahələri kəsişmir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hquqi şəxsinin * saylı Xaçmaz Ərazi İdarəsinin mühəndisi Mütəxəssis mütəxəssis rəyində qeyd edilir ki, İddiaçı adına verilmiş qeydiyyat nömrəli ********** olan ##.##.2020-ci il qeydiyyat tarixli çıxarışa əsasən Xaçmaz rayon Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçüsü faktiki yerləşdiyi torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh Əlixan qızı tərəfindən tam olaraq istifadə edilir.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Konstitusiyası
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. III. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
24. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər.
25. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
26. Mülki Prosessual Məcəlləsinin:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya baxışının hədləri
27. Məhkəmə kollegiyası tərəfindən Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
28. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Belə ki, iş üzrə əldə edilmiş mütəxəssis və ekspert rəyləri ilə iddiaçıya məxsus torpaq sahəsinin koordinarları ilə cavabdehin mərhum ərinin mülkiyyətində olan torpaq sahələrinin sənəd üzrə koordinatlarının ayrı olması və üst-üstə düşməməsi, cavabdeh Cavabdeh faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatlarının həyat yoldaşı X6 adına olan çıxarışlarda və torpaq sahəsinin plan və ölçüsü sənədlərində göstərilmiş torpaq sahələrinin koordinatları ilə eynilik təşkil etməməsi, o cümlədən qeydiyyat nömrəsi ********** olan, ##.##.2020-ci qeydiyyat tarixli çıxarışa əsasən iddiaçı İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Qımılqışlaq kəndində yerləşən 0.34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin torpaqların elektron kadastr üçotu informasiya (TEKUİS) sisteminə əsasən Cavabdeh tərəfindən tam olaraq istifadə edilməsi müəyyən edilmişdir ki, bununla da cavabdehin iddiaçının torpaq sahəsi üzərində qanunsuz sahiblik etməsi təsdiq olunmuşdur.
30. Məhkəmə kollegiyası cavabdehin mütəxəssis rəyində mərhum ərinin mülkiyyətində olan 0,26 ha və 0,24 ha torpaq sahələrinin harada yerləşməsi, 0,34 ha torpaq sahəsi ilə bağlı isə ümumiyyətlə rəy verilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərini isə əsassız hesab edərək qeyd edir ki, əvvəla hazırkı iddianın predmetinə müvafiq olaraq aydınlaşdırılmalı olan hal iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən istifadə edilib-edilməməsinin müəyyən edilməsindən ibarət olmuşdur. Bununla yanaşı birinci instansiya məhkəməsi tərəfindən mütəxəssis qarşısında cavabdehə məxsus torpaq sahələrinin koordinatları ilə faktiki yerləşdiyi torpaq sahəsinin yerində (naturada) ölçüləri ilə üst-üstə düşməsi ilə bağlı müvafiq suallar qoyulmuş, mütəxəssis tərəfindən də hər bir suala ətraflı cavab verilməklə yanaşı, mütəxəssis rəyinə əlavə edilmiş ölçü planında cavabdehin mərhum ərinin mülkiyyətində olan 0,26 ha, 0,24 ha və 0,34 ha torpaq sahəsinin iddiaçının torpaq sahəsinə münasibətdə yerləşmə yeri göstərilmişdir.
31. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.1, 393, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT E T D İ:
Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə, Sumqayıt Apellyasiya Məhkəməsinə təqdim etməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.