Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(105)-1005/2025 23.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı nümayəndəsi nümayəndə2, cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "zəbt edilmiş torpaq sahəsinin boşaldılması tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə 2021-ci ildə Sumqayıt şəhəri, Saray bağlar massivi, ev ****B saylı bağ sahəsinin dəyərini X3 ödəməklə sonuncudan almışdır. Lakin müəyyən səbəblərə görə bağ sahəsini alandan dərhal sonra onu sənədləşdirməmişdir. Yaxın günlərdə iddiaçı aldığı bağ sahəsini sənədləşdirərək adına çıxarış almaq üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarəsinə müraciət etmişdir. Oradan mütəxəssislər gəlib iddiaçının torpaq sahəsinə baxdıqda bildirdilər ki, aldığı torpaq sahəsinin faktiki koordinatları həqiqətən 5 sot qeyd olunub, lakin mövcud vəziyyətdə torpaq sahəsinin 1 sotu qonşuluqda yaşayan Cavabdeh tərəfindən zəbt olunmuşdur. Lakin həmin vaxt torpaq sahəsini aldığı şəxs X3 həbs olunduğu üçün, həyat yoldaşı E.Dadaşovun özünün azadlığa çıxdıqdan sonra Cavabdehlə danışıb torpaq sahəsini boşaltdırıb ona təhvil verməsini gözləmişdir. Bu səbəbdən də iddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin ərazi idarəsindən torpaq sahəsinin faktiki vəziyyətdə iddiaçının adına sənədləşdirilməsini xahiş etmişdir. Bununla əlaqədar iddiaçı torpaq sahəsinə dair 2021-ci ilin ######ın ##- də öz adına mülkiyyət hüququ əldə etmişdir. Daha sonra Elşad Dadaşov azadlığa çıxandan sonra həyat yoldaşı ondan aldıqları torpaq sahəsinin 1 sotunun Cavabdeh tərəfindən zəbt edildiyini və həmin ərazinin boşaldılmasının ondan tələb etməsini xahiş etmişdir. Elşad Dadaşov bir neçə dəfə Cavabdeh torpaq sahəsinin boşaldılaraq geri qaytarılmasını tələb etsə də, o bundan imtina etmişdir. Göstərilənlərə əsasən cavabdeh Cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, Saray bağlar massivi, ev ****B saylı bağ sahəsinin zəbt edilmiş 1 sotunun cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehin zəbt edilmiş 1 sot torpaq sahəsindən çıxarılması, torpaq sahəsindən istifadəsinə cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmçinin ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiçaıya ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(060)-111/2025nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh tərəfindən iddiaçı İddiaçı məxsus Sumqayıt şəhəri, Saray Bağlar massivi, ev ****B saylı bağ sahəsinin zəbt edilmiş 82,5 kv.m sahəsi (torpaq sahəsinin koordinatları-D.N.N (döngə nöqtəsinin nömrəsi) -1, X-393405.99, Y4487891.29, döngə nöqtəsi 1-2, məsafə 4,8 metr; D.N.N -2, X-393406.05, Y-4487896.12, döngə nöqtəsi 2-3, məsafə 4,4 metr; D.N.N -3, X-393402.08, Y-4487897.98, döngə nöqtəsi 3-4, məsafə 5,4 metr; D.N.N -4, X-393400.38, Y-4487892.85, döngə nöqtəsi 4-5, məsafə 1,5 metr; D.N.N -5, X-393399.90, Y-4487891.42, döngə nöqtəsi 5-6, məsafə 2,1 metr; D.N.N -6, X-393397.81, Y4487891.69, döngə nöqtəsi 6-7, məsafə 4,0 metr; D.N.N -7, X-393393.81, Y-4487892.21, döngə nöqtəsi 7-8, məsafə 3,3 metr; D.N.N -8, X-393390.54, Y-4487892.13, döngə nöqtəsi 8-9, məsafə 7,1 metr; D.N.N -9, X-393384.07, Y-4487889.29, döngə nöqtəsi 9-10, məsafə 2,6 metr; D.N.N - 10, X-393384.67, Y-4487886.78, döngə nöqtəsi 10-1, məsafə 21,8 metr) boşaldılaraq iddiaçı İddiaçı təhvil verilməsi, cavabdeh Cavabdeh zəbt edilmiş torpaq sahəsindən çıxarılsın və tərəfindən yaradılmış maneələr aradan qaldırılması, cavabdeh Cavabdeh ödənilmiş 100 (bir yüz manat) dövlət rüsmunun əvəzi alıaraq iddiaçı İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh Cavabdeh tutulub Az.MEM, VÖEN 1700326621, AZ34CTRE00000000000002088501 X7, KOD 210005 VÖEN 1401555071 Müxbir hesab AZ 41 NABZ01360100000000003944 SWİFT BİK CTREAZ 22 hesabına köçürülməsi qət edilmişdir. (hakim Şəbnəm Həxiyeva). Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin tam ləğv olunması, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İddiaçı nümayəndəsi nümayəndə2 və cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 aralarında barışıq sazişi bağlanıldığını bildirərək barışıq sazişinin təsdiq edilməsi, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, barışıq sazişini nəzərdən keçirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən barışıq sazişi təsdiq edilməli, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191.2-ci maddəsinə iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Həmin Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verməlidir. Qeyd olunan Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Göstərilən Məcəllənin 384.0.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, tərəflərin təqdim etdikləri barışıq sazişinin şərtləri qanuna zidd deyil və digər şəxslərin mənafelərinə toxunmur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış ## ##### 2026-cı il tarixli barışıq sazişi qanuni və əsaslı olduğu üçün təsdiq edilməli və Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-264, 391 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Aşağıda göstərilən məzmunda tərəflər arasında bağlanmış ## ##### 2026-cı il tarixli barışıq sazişi təsdiq edilsin:
1. Cavabdeh Cavabdeh iddiaçı İddiaçı mülkiyyətində olan torpaq sahəsinin tərəfindən faktiki istifadədə olan 82,5 kvadrat metr hissəsinin, fərdi yaşayış evi və onun qarşısına düşən müəyyən hissəsinin digər hissə ilə (sol qonşu tərəfdən) əvəz etməklə iddiaçının sahibliyinə və mülkiyyətinə verilməsini öhdəsinə götürür.
2. İddiaçı İddiaçı cavabdeh Cavabdeh tərəfindən istifadə olunan 82,5 kvadrat metr torpaq sahəsini 1-ci bənddə göstərilən şərtlərlə mülkiyyətinə və sahibliyinə verilməsi müqabilində fərdi yaşayış evinin sökülməsindən və onun qarşısında yerləşən torpaq sahəsinin boşaldılması tələbindən imtina etməklə fərdi yaşayış evinin və onun qarşısında yerləşən torpaq sahəsinin müəyyən hissəsinə düşən torpaq sahəsini Cavabdeh mülkiyyətinə verməyi öhdəsinə götürür. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, barışıq sazişi məhkəmə tərəfindən təsdiq edildikdə və işin icraatına xitam verildikdə tərəflərin eyni predmet və eyni əsaslar üzrə mübahisəyə dair məhkəməyə təkrar müraciət etmələrinə yol verilmir. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verə bilər.