Məhkəmə qərarları › İş №2(3-9)-536/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-536/2026

05.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Şirvan şәhәri İş № 2(3-9)-536/2026 05.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlәr Imanov Cahid Fehruz oğlunun sәdrliyi vә mәruzәsi ilә, Kәrimov Tale Suliddin oğlu vә Əliyev Qasım Vәli oğlundan ibarәt tәrkibdә, Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı “torpaq sahәsindәn çıxarılma vә maneәnin aradan qaldırılması” tәlәbinә dair mülki iş üzrә Beylәqan Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn cavabdeh cavabdeh1 nümayәndәsi (vәkili) X1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinin mümkünlüyü mәsәlәsinә mәhkәmәnin inzibati binasında baxaraq, mәhkәmә kollegiyası müəyyən etdi: Iddiaçılar iddiaçı4, iddiaçı3, iddiaçı2 vә iddiaçı1 (bundan sonra iddiaçı) cavabdehlәr cavabdeh2 vә cavabdeh1 qarşı “torpaq sahәsindәn çıxarılma vә maneәnin aradan qaldırılması” tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, torpağa mülkiyyәt hüququna dair Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsi tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrәli vә ************ reyestr nömrәli “Çıxarışa” әsasәn onun vә ailә üzvlәrinin mülkiyyәtinә verilmiş 0,98 ha kәnd tәsәrrüfatlı tәyindatlı torpaq sahәsindәn cavabehlәr cavabdeh2 vә cavabdeh1 çıxarılması vә onlar tәrәfindәn yaradılmış maneәnin aradan qaldırılması barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişlәr. Beylәqan Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsi ilә iddia qismәn tәmin edilmiş, Azәrbaycan Respublikası Əmlak Mәsәlәlәri Dövlәt Xidmәti Daşınmaz Əmlakın Dövlәt Kadastrı vә Reyestri Publik Hüquqi Şәxsi tәrәfindәn verilmiş ## ###### 2024-cü il tarixli, ********** qeydiyyat nömrәli vә ************ reyestr nömrәli “Çıxarışa” әsasәn iddiaçıların mülkiyyәtindә olan 0.9837 ha torpaq sahәsindәn cavabdeh cavabdeh1 çıxarılması qәt edilmişdir. Müәyyәn edilir ki, ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamә cavabdeh cavabdeh1 rәsmi qaydada tәqdim olunmuş vә cavabdeh # #### 2026-cı il tarixindә ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli mәktubu imzalamaqla qәtnamәni tәhvil almışdır. # ##### 2026-cı il tarixindә cavabdeh tәrәfindәn apellyasiya şikayәti verilmiş vә apellyasiya şikayәtinә “ötürülmüş prossesual müddәtin bәrpası” ilә bağlı әrizә әlavә edilmişdir. Beylәqan Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qәrardadı ilә cavabdeh cavabdeh1 tәrәfindәn verilmiş apellyasiya şikayәti vә ona әlavә edilmiş sәnәdlәr geri qaytarılmışdır. Daha sonra ## ##### 2026-cı il tarixindә cavabdeh tәrәfindәn yenidәn apellyasiya şikayәti verilmiş, hәmçinin şikayәtә “ötürülmüş müddәtin bәrpası barәdә” әrizә dә әlavә edilmişdir. Lakin birinci instansiya mәhkәmәsi iddiaçının bu vәsatәtinә hüquqi qiymәt vermәmiş, vәsatәtlә bağlı heç bir mövqe (apellyasiya şikayәti qanuni müddәtdә verildiyi üçün prosessual müddәtin ötürülmәmiş hesab edilmәsi vә ya müddәtin bәrpa edilib-edilmәmәsi) bildirmәmiş, әvәzindә, apellyasiya şikayәtini mülki iş materialları ilә birlikdә Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrmişdir. MPM-nin 360-cı maddәsinә әsasәn, apellyasiya şikayәti mәhkәmә qәtnamәsi rәsmi qaydada verildiyi gündәn 1 ay müddәtindә verilә bilәr. 135.2-ci maddәsinә әsasәn mәhkәmә sәnәdlәri mәhkәmәyә qaytarılmalı olan, forması müvafiq qaydada tәsdiq edilmiş qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә, ünvan sahibinә rabitә orqanları, yaxud mәhkәmә sәnәdlәrinin çatdırılması tapşırılmış şәxslәr tәrәfindәn şәxsәn verilir. Hüquqi şәxsә ünvanlanmış mәhkәmә sәnәdlәri müvafiq vәzifәli şәxsә qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә verilir. Mәhkәmә sәnәdlәrinin rәsmi qaydada verilmәsi mәhkәmәdә dә hәyata keçirilә bilәr. 135.5-ci maddәsinә әsasәn bu Mәcәllәnin 135.2-ci, 135.3-cü, 135.6-cı vә 135.8ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmә sәnәdi rәsmi qaydada verilmiş hesab edilir. 130.1-ci maddәsinin tәlәblәrinә görә, qanunla müәyyәn edilmiş vә ya mәhkәmә tәrәfindәn tәyin edilmiş müddәt keçdikdә, prosessual hәrәkәtlәri etmәk hüququ keçmiş olur. 130.3-cü maddәsinә әsasәn prosessual müddәtin bәrpa olunması barәdә vәsatәt verilmәmişsә, prosessual müddәtlәr keçdikdәn sonra verilәn şikayәtlәrә vә sәnәdlәrә baxılmır vә onları verәn şәxsә qaytarılır. 133.1-ci maddәsinә әsasәn mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzrlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir; 133.2-ci maddәsinә әsasәn buraxılmış müddәtin bәrpası haqqındakı әrizә prosessual hәrәkәtlәrin edilmәli olduğu mәhkәmәyә verilir vә mәhkәmә iclasında baxılır. Işdә iştirak edәn şәxslәrә mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilir. Onların gәlmәmәsi mәhkәmә qarşısında qoyulmuş mәsәlәnin hәllinә maneçilik törәtmir. MPM-in 364.1-ci maddәsinә әsasәn birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlayır. Bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә cavab verәn apellyasiya şikayәti ona әlavә olunmuş sәnәdlәrlә vә işlә birlikdә apellyasiya şikayәtinin verilmә müddәti bitdikdәn sonra 7 gün müddәtindә apellyasiya instansiyası mәhkәmәsinә göndәrilir. Apellyasiya instansiyası mәhkәmәsi daxil olmuş işlәrin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işә apellyasiya qaydasında baxılmaq üçün prosessual әsasların olması daxildir. Əgәr apellyasiyanın mümkünlüyü üçün әsaslar yoxdursa, o, qәbul olunmamış hesab edilә bilәr. Hәtta ilkin mәrhәlәdә mümkün sayılmış apellyasiya şikayәti, aparılmış araşdırmalar zamanı sonradan da, qәbul olunmamış hesab oluna vә qeyrimümkün sayıla bilәr. Mülki mühakimә icraatının hamılıqla qәbul edilmiş prosessual qәnaәt prinsipi dә bunu tәlәb edir. MPM-in 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Göründüyü kimi hazırkı iş üzrә birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin MPM-in tәlәblәrinә uyğunluğunu yoxlamadan apellyasiya şikayәtini әlavә olunmuş sәnәdlәrlә vә işlә birlikdә apellyasiya instansiyası mәhkәmәsinә göndәrmiş, bununla da mülki-prosessual qanunvericiliyin tәlәblәrini pozmuşdur. Mәhkәmә Kollegiyası cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinә apellyasiya qaydasında baxılması üçün prosessual әsasların olmasını yoxlayaraq müәyyәn etdi ki, cavabdeh tәrәfindәn sonuncu dәfә, yәni ##.##.2025-ci il tarixdә apellyasiya şikayәti verilәrkәn bәhs olunan qәtnamәdәn apellyasiya şikayәti vermә müddәti ötürülmüşdür. Hәmçinin cavabdeh müddәtin bәrpası barәdә әrizә vermişdir. Lakin birinci instansiya mәhkәmәsi tәrәfindәn bәhs olunan qәtnamәdәn apellyasiya şikayәti vermә müddәtinin ötürülmәsinә diqqәt yetirilmәmiş, hәmçinin müddәtin bәrpası barәdә әrizәyә münasibәt bildirilmәmişdir. Halbuki, birinci instansiya mәhkәmәsi müddәtin bәrpası barәdә әrizәyә qiymәt vermәli, müddәt bәrpa edildiyi halda iş materialları baxılmaq üçün apellyasiya mәhkәmәsinә göndәrilmәli idi. Mәhkәmә Kollegiyası qeyd edir ki, müddәtin bәrpası barәdә әrizәyә qiymәt verilmәdiyindәn müddәt ötürülmüş hesab edilmәli, apellyasiya şikayәti qeyri-mümkün hesab edilәrәk MPM-nin 357-363-cü maddәlәrinin tәlәblәrinә uyğunluğunun yoxlanılaraq hüquqi qiymәt verilmәsi üçün mülki iş materialı ilә birlikdә Beylәqan Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Apellyasiya şikayәtinin yoxlanılması zamanı bu qәrardadda qeyd olunan hallar nәzәrә alınmalı, mәhkәmә tәrәfindәn araşdırılaraq hüquqi qiymәt verilmәlidir. Lakin, yuxarıda göstәrilәn hallar birinci instansiya mәhkәmәsi tәrәfindәn araşdırılmamış vә prosessual hüquq normalarının tәlәblәri pozulmaqla, apellyasiya şikayәtinin MPM-nin 357-363cü maddәlәrinin tәlәblәrinә uyğunluğu düzgün yoxlanılmadan iş materialı apellyasiya şikayәti ilә birlikdә baxılması üçün Şirvan Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Mәhkәmә Kollegiyası hesab edir ki, apellyasiya şikayәti qeyri-mümkün hesab edilmәli, mülki iş apellyasiya şikayәtinin mülki prosessual qanunvericiliyin tәlәblәrinә uyğunluğunun yoxlanılması mәqsәdilә birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. MPM-in 366.3-cü maddәsinә әsasәn, apellyasiyanın mümkünlüyü üzrә mәhkәmә qәrardad çıxarır. Mülki Prosessual Mәcәllәnin 402.2-ci maddәsinin tәlәbinә görә Apellyasiya mәhkәmәlәrinin Mülki vә Kommersiya Kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin Mülki vә Kommersiya Kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında qәrardaddan kassasiya şikayәti verilә bilәr. Şәrh olunanlara әsasәn vә Mülki Prosessual Mәcәllәnin 366, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası qərara aldı: Beylәqan Rayon Mәhkәmәsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn cavabdeh cavabdeh1 nümayәndәsi (vәkili) X1 tәrәfindәn verilmiş apellyasiya şikayәti qeyri-mümkün hesab edilsin. Mülki iş apellyasiya şikayәtinin mülki prosessual qanunvericiliyin tәlәblәrinә uyğunluğunun yoxlanılması üçün Beylәqan Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrardaddan rәsmi qaydada verildikdәn sonra 10 gün müddәtindә Şirvan Apellyasiya Mәhkәmәsi vasitәsilә Azәrbaycan Respublikasının Ali Mәhkәmәsinin Mülki kollegiyasına “Elektron mәhkәmә” informasiya sistemi üzәrindәn qanunla müәyyәn olunan qaydada kassasiya şikayәti verilә bilәr. Hәmin müddәtdә şikayәt verilmәzsә, qәrardad qanuni qüvvәyә minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar