Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-317/2022 12.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cаvаbdеh Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cаvаbdеh Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 12410 (on iki min dörd yüz on) manat və Mediyasiya xərci kimi ödənilmiş 50 manat və dövlət rüsumu kimi ödənilmiş 77 (yetmiş yeddi) AZN məbləğində pulun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 16.03.2020-ci il tarixli 143-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 17.02.20221-ci il tarixli 99-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01.07.2020-ci il, 03.09.2020-ci il, 30.01.2021-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən yekun ziyan məbləği 15948 (on beş min doqquz yüz qırx səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 2518 (iki min beş yüz on səkkiz) manat güzəşt edilmiş və 1020 manat şirkətdən alacağı vəsaitdən qarşılanmış, qalıq borc 12410 (on iki min dörd yüz on) manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеh Cavabdeh məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеh Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərə alaraq, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC tərəfindən verilmiş 08.06.2021-ci il tarixli İddiaçı MMC -nin sabiq adminstratoru, Cavabdeh maddi məsuliyyətinə verilən maddi sərvətlər üzrə aparılmış və yekunlaşmış təftiş yoxlaması barədə maliyyə arayışından məlum olur ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 01.07.2020-ci il tarixində 2346 manat ( dövriyyə- 183312 AZN), 03.09.2020-ci il tarixində 1935 AZN (dövriyyə-88694 AZN), 30.01.2021-ci il tarixində 11667 AZN (dövriyyə-234386 AZN) və ümumi olaraq 15948 (on beş min doqquz yüz qırx səkkiz manat) AZN çatışmazlıq müəyyən edilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq dövriyyə güzəşti (0.5%) tətbiq edildikdə qalıq kənarlaşma məbləği birinci əskikgəlməyə görə 1429 (2346- 183312*0.5%) AZN, ikinci əskikgəlmədən 1491 (1935-88694*0.5%) AZN, üçüncü əskikgəlmədən 10510 (11667-231386*0.5%) və ümumi olaraq 13430 AZN borc qalmışdır. Ümumi kənarlaşma məbləğindən 1020 (bir min iyirmi manat) AZN hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Cavabdeh 3803 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 50 manat güzəşt edilməklə 3753 (3803-50) manat borcu qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC tərəfindən verilmiş 08 iyun 2021-ci il tarixli arayışdan məlum olur ki, Cavabdeh 08 iyun 2021-ci il tarixinə, İddiaçı MMC-ə olan ümumi borcu 12410 manat təşkil edir. İşə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən 12.11.2021-ci il tarixli 2021- 005512 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan məlum olur ki, Cavabdeh 12.11.2021-ci il 14:00-15.00-saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediyasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Qeyd olunan şəxs ilkin mediasiya sesiyasından 10 gün əvvəl poçt və telefon (99***-***-**-**-sms) vasitəsi ilə məlumatlandırılmışdır. İddiaçı MMC-nin nümayəndəsi X2 ilkin mediasiya sessiyasında iştirak etdi və ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci İddiaçı MMC-nin adından ödəmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC tərəfindən verilmiş 30.05.2019-cu il tarixli 227-K saylı əmrdən çıxarışdan, Cavabdeh Əlihüseyin oğlu Cəmiyyətin Satış Departamentinin Satış 2 Şöbəsinə 30.05.2019-cu il tarixdən 3(üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən 195 manat olmaqla ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş 30.05.2019-cu il tarixli X4 haqqında müqaviləyə əsasən İddiaçı MMC ilə Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş izahatdan məlum olur ki, Cavabdeh 4 mkr-1 Filialında administrator vəzifəsində işlədiyini, 20.07.2020-ci il tarixində satışa aid olan saçaq pendir və 1 ədəd limon kassaya vurmadan pulunu ödəmədən yediyini, 22.07.2020-ci il tarixdə pulunu 3.12 qəp pul kassaya ödədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş 22.08.2019-cu il tarixli izahatdan məlum olur ki, Cavabdeh 28.05.2019-cu il tarixindən OBA Yeni Biləcəri filialında satıcı kassir kimi işə qəbul olduğunu, 16.08.2019 tarixində baş satıcı vəzifəsinə təyin olunduğunu, işlədiyi mağazada 18.08.2019 tarixində gün sonu kassa hesabatını edərkən kassa sayımında 2 ədəd əlli qəpik (1 manat) olsa da, hesabata həmin məbləği qeyd etmədiyini, səbəb olaraq 19.08.2019 tarixində ayrılan avansın üzərinə qoyduğunu, tutduğu əməldən peşman olduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Market MMC tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli 351-K saylı əmrdən çıxarışdan, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 16 avqust 2019-cu il tarixdən Baş satıcı vəzifəsinə keçirilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən 210 manat ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş 16 avqust 2019-cu il tarixli X4 haqqında müqaviləyə əsasən Cavabdeh 16 avqust 2019-cu il tarixində Baş satıcı vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Market MMC tərəfindən verilmiş 16.03.2020-ci il tarixli 143-K saylı əmrdən vəzifə dəyişikliyi haqqında çıxarışdan, Cavabdeh Cəmiyyətin Satış Departamentinə 16 mart 2020-ci il tarixindən Administrator vəzifəsinə keçirilməsi, Əmək haqqı ştat cədvəlinə əsasən 345 manat olmaqla ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş 16.03.2020-ci il tarixli X4 haqqında müqaviləyə əsasən Cavabdeh 16.03.2020-ci il tarixində Administrator vəzifəsinə keçirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Market MMC tərəfindən verilmiş 09.04.2021-ci il tarixli 200-K saylı əmrdən çıxarışdan, Cavabdeh Cəmiyyətin Satış Departamentinin satış Administratorunun əmək müqaviləsinə 09.04.2021-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən (öz xahişi ilə) xitam versilməsi, son haqq-hesab: istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi ödənilməsi məlum olur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Market MMC tərəfindən verilmiş 01.07.2020-ci il, 03.09.2020-ci il, 30.01.2021-ci il “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən Cavabdeh OBA Market MM-yə 15948 manat məbləğində zərər vurmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş 30 yanvar 2021-ci il tarixli imtina aktından məlum olur ki, İddiaçı MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, E.İsgəndərov 17 ünvanında yerləşən “4 mkr” (121) mağazasında həmin mağanın maddi məsul şəxs Cavabdeh iştirakı il 30 yanvar 202ci il tarixi vəziyyətinə ticari mal, qeyri mal materiallarının inventarizasiyası keçirilmiş, invnetarizasiya nəticəsində çatışmamazlıqlar aşkar edilmiş və bu barədə müvafiq sənədlər toplanılmışdır. Maddi məsul şəxs Cavabdeh inventarizasıya aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamnaqdan və əskikgəlmələrin (-11666.60 AZN) yaranması səbəbləri barədə izahat verməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Retial Chain MMC tərəfindən verilmiş 24.05.2021-ci il tarixli DN-2298 saylı xəbərdarlıqdan məlum olur ki, İddiaçı MMC OBA “4 mkr” (121) mağazasında 30-01-21 tarixdə keçirilmiş inventarizasiya yoxlamasının nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalamanız mütləqdir. Daxili Nəzarət Departamentinə yaxınlaşmağınız xahiş olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən OBA Market MMC tərəfindən verilmiş 11.03.2021-ci il tarixli xəbərdarlıq məktubundan məlum olur ki, 3 gün müddətində maddi ziyanı Cəmiyyətə ödəmədiyi təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin məcəllənin 194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətləri xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyannın məbləği faktiki itkilər üzrə müəyyən edilir. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmədə müəyyən olundu ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 30.05.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqviləsi ilə satıcıkassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 16.03.2020-ci il tarixli 143-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 17.02.20221ci il tarixli 99-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 01.07.2020-ci il, 03.09.2020-ci il, 30.01.2021-ci il tarixdə Oba mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” Dair Akta əsasən yekun ziyan məbləği 15948 (on beş min doqquz yüz qırx səkkiz) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 2518 (iki min beş yüz on səkkiz) manat güzəşt edilmiş və 1020 manat şirkətdən alacağı vəsaitdən qarşılanmış, qalıq borc 12410 (on iki min dörd yüz on) manat təşkil edir. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 12410 (on iki min dörd yüz on) manat məbləğində ziyan, mediyasiya xərci kimi ödənilmiş 50 manat və 77 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MMC-yə verilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 240-245-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddia təmin edilsin. Cavabdeh 12410 (on iki min dörd yüz on) manat məbləğində ziyan, mediyasiya xərci kimi ödənilmiş 50 manat və 77 manat ödənilmiş dövlət rüsumu alınıb İddiaçı MMCnin xeyrinə verilsin. Qiyabi qətnаmədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: N.M.Əliyev
Məhkəmə qərarları › İş №2(014)-317/2022
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-317/2022
12.05.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver