Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-32/2021 01.10.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı QSC-nin nümayəndəsi E.Əliyevin, Cavabdeh5 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakların satıldıqdan sonra boşaldılması tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi, əmlakların satıldıqdan sonra boşaldılması tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı QSC iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 04.02.2013-cü il tarixli 26L000000959 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 25.02.2014-cü il tarixli 26R000004702 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.05.2017-ci il tarixli 26R000004702SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 götürdüyü kredit borcundan 14942.44 ABŞ dolları ödəmiş, onun 15057.56 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21.01.2020-ci il tarixə 631 gün üçün hesablanmış faiz borcu 9833.93 ABŞ dolları təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5% məbləğində cərimə ödəməlidir. 21.01.2020-ci il tarixə 631 gün üçün hesablanmış cərimə 20219.86 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 06.03.2014-cü il tarixli 26R000004795 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.04.2015-ci il tarixli 26R000004795S saylı və 01.05.2017-ci il tarixli 26R000004795SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 götürdüyü kredit borcundan 11125.72 ABŞ dolları ödəmiş, onun 5874.28 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 12.06.2013-cü il tarixli 26M000000389 saylı ipoteka müqaviləsi əsasında Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 2№-li reyestr kitabının 140 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3 və Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh5 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 27.11.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 03.12.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı QSC-nin nümayəndəsi X1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Həmçinin iddia tələbinin azaldılması barədə ərizə ilə müraciət edərək, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26R000004702 saylı kredit razılaşması üzrə 14657.56 ABŞ dolları kredit borcunun, 9833.93 ABŞ dolları faiz borcunun və 20219.86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 44711.35 ABŞ dolları borcun, 26R000004795 saylı kredit müqaviləsi razılaşması üzrə 5874.28 ABŞ dolları kredit borcunun, 4448.86 ABŞ dolları faiz borcunun və 8946.67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19269.81 ABŞ dolları borcun, iki kredit razılaşması üzrə ümumilikdə 63981.16 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının tutulması, tutmanın Cavabdeh5 mülkiyyətində olan Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə olunmuş vəsaitdən 63981.16 ABŞ dolları borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsumun və 20 manat xidmət haqqının İddiaçı QSC-nin xeyrinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh5 məhkəmə iclasında iddianı qismən qəbul edərək, maddi imkanı olmadığı üçün borcu ödəyə bilmədiyini bildirdi və cərimə məbləğinin azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh5 izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 04.02.2013cü il tarixli 26L000000959 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 5000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 25.02.2014-cü il tarixli 26R000004702 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 30000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 01.05.2017-ci il tarixli 26R000004702SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 götürdüyü kredit borcundan 14942.44 ABŞ dolları ödəmiş, onun 15057.56 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Cavabdeh5 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21.01.2020-ci il tarixə 631 gün üçün hesablanmış faiz borcu 9833.93 ABŞ dolları təşkil edir. Bundan başqa kredit xətti müqaviləsi üzrə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 06.03.2014-cü il tarixli 26R000004795 saylı kredit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 17000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 02.04.2015-ci il tarixli 26R000004795S saylı və 01.05.2017-ci il tarixli 26R000004795SA saylı sazişlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh5 götürdüyü kredit borcundan 11125.72 ABŞ dolları ödəmiş, onun 5874.28 ABŞ dolları məbləğində kredit borcu qalmışdır. Sonradan Cavabdeh5 ödəniş etmiş 26R000004702 saylı kredit razılaşması üzrə 14657.56 ABŞ dolları kredit borcu, 9833.93 ABŞ dolları faiz borcu və 20219.86 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 44711.35 ABŞ dolları borcu, 26R000004795 saylı kredit müqaviləsi razılaşması üzrə 5874.28 ABŞ dolları kredit borcu, 4448.86 ABŞ dolları faiz borcu və 8946.67 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 19269.81 ABŞ dolları borcu, iki kredit razılaşması üzrə ümumilikdə 63981.16 ABŞ dolları borcu qalmışdır. Kredit xətti müqaviləsi üzrə Cavabdeh5 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh5 İddiaçı QSC ilə bağladığı 12.06.2013-cü il tarixli 26M000000389 saylı ipoteka müqaviləsi əsasında Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 2№-li reyestr kitabının 140 №-li vərəqində qeydiyyata alınmış və RX ******* №-li çıxarışa əsasən Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin Cavabdeh5 kredit öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda mülkiyyətində olan 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evi İddiaçı QSC qarşısında ipoteka ilə yüklü edilərkən həmin fərdi yaşayış evində qeydiyyatda olan Cavabdeh3 və Cavabdeh1 notariat kontoruna ərizə təqdim edərək əmlakın ipoteka ilə yüklü edilməsinə razı olduğunu bildirmiş, əmlaka tutma yönəldildikdə və o satıldıqda əmlakı qeyd şərtsiz tərk edəcəyi barədə öhdəlik götürmüşlər. İpoteka saxlayan İddiaçı QSC tərəfindən cavabdeh-ipoteka verən Cavabdeh5 İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 27.11.2019-cu il tarixdə bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Ərazi İdarəsinə təqdim olunmuş və 03.12.2019-cu il tarixdə həmin idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xİdmətinin 17 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı ödəmişdir. İş üzrə keçirilmiş məhkəmə-tikinti ekspertizasının 07 iyun 2021-ci il tarixli ƏEM/İ20- 576/21 №-li rəyindən görünür ki, Cavabdeh5 mülkiyyətində olan Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinin rəy verilən tarixə, yəni 07 iyun 2021-ci il tarixə likvid dəyəri 40.000 manat təşkil edir, ekspertiza xərci 200 manatdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinə əsasən, əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinə uyğun olaraq, əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinə əsasən əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 448-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.4-cü maddəsinin tələbinə görə özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının «İpoteka haqqında» Qanununun 26.1.3-cü maddəsinin tələbinə əsasən ipoteka qoyan öz vəzifələrini icra edə bilmədiyi aşkar olarsa, ipoteka saxlayan məhkəmə qaydasında ipoteka predmetinin ona verilməsini tələb edə bilər. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində qeyd edilir ki, borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə tutma ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutuma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi və bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru məhkəmə icraçısı tərəfindən həyata keçirilir və ipoteka predmeti hərracda satılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli Qərardadından görünür ki, kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracda satılması barədə tələblər üzrə işlərə baxılarkən “İpoteka haqqında” Qanunun tələblərinə riayət etmək üçün ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı aparılan məhkəmə araşdırmasında qanunla müəyyən edilmiş ardıcıllığa riayət edilməlidir. Belə ki, ilk növbədə ipotekaqoyanla ipotekasaxlayanın ipoteka predmetinin ilkin satış qiymətinin ipoteka müqaviləsində, Qanunun 10.5-ci maddəsinin tələbinə uyğun olaraq qeyd edilmiş qiymətlə müəyyən edilməsinə münasibəti öyrənilməlidir. Bununla bağlı razılıq olmadıqda isə, Qanunun 39.3.3-cü maddəsinə uyğun olaraq müqavilədə nəzərdə tutulduğundan fərqli həddə ilkin satış qiyməti ilə bağlı istinad edilən tərəflərin razılaşmasının olub-olmaması aydınlaşdırmalıdır. Məhkəməyə təqdim olunan razılaşma Mülki Prosessual Məcəllənin 106.3 və 191.1-ci maddələrinin tələbləri baxımından yazılı şəkildə tərtib edilməli, ya məhkəmə iclas protokoluna imza edilməklə təsdiq olunmalı, ya da tərəflərin razılığı bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə ifadə olunmalıdır. Bu halda məhkəmə tərəflərin razılaşması ilə müəyyən edilmiş qiymətlə, onun əmlakın likvid və ya real bazar qiymətini təşkil edib-etməməsindən asılı olmayaraq bağlıdır. Buna baxmayaraq, məhkəmə Mülki Prosessual Məcəllənin 52.5 və 106.4-cü maddələrində sadalanan halların mövcudluğunu aşkar etdikdə həmin razılaşmanı nəzərə almaya bilər. Belə razılaşmanın əldə edilmədiyi, yaxud məhkəmə tərəfindən nəzərə alınmadığı hallarda isə ipoteka predmetinin ilkin satış qiyməti müstəqil qiymətləndiricinin rəyi (mütəxəssis rəyi) əsasında müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, mütəxəssis rəyinin mübahisə tərəflərinin təqdim etməsindən, yaxud məhkəmə qərardadı ilə təyin edilmiş əmlakın qiymətləndirilməsi ilə bağlı qərardadla alınmasından asılı olmayaraq, rəydə ipoteka predmetinin yalnız likvid qiyməti deyil, həmçinin likvid qiymətin ağlabatanlığının dəyərləndirməsi baxımından əhəmiyyətli olan real bazar qiyməti də əks olunmalıdır.Odur ki, Ali Məhkəmənin Mülki və Kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin 418-1.1-ci maddəsini rəhbər tutaraq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməli olduğunu qərara almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Cavabdeh tərəfindən götürülmüş kreditin miqdarını, hesablanmış faizlərin və cərimənin miqdarını müqayisə edərək, məhkəmə hesab edir ki, cərimənin miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ azaldılmalıdır Qeyd olunanlara və göstərilən qanunların tələblərinə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26R000004702 saylı kredit razılaşması üzrə 14657.56 ABŞ dolları kredit borcu, 9833.93 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24541.49 ABŞ dolları borc, 26R000004795 saylı kredit müqaviləsi razılaşması üzrə 5874.28 ABŞ dolları kredit borcu, 4448.86 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10373.14 ABŞ dolları borcu, 2 kredit razılaşması üzrə ümumilikdə 34914.63 ABŞ dolları borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı alınıb İddiaçı QSC-yə verilməli, tələb Cavabdeh5 mülkiyyətində olan Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak hərrac qaydasında satılmalı, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı, Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılmalı, əmlak boşaldılmalı və hərracın nəticələri üzrə alıcıya təhvil verilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-ci maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 26R000004702 saylı kredit razılaşması üzrə 14657.56 ABŞ dolları kredit borcu, 9833.93 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 24541.49 ABŞ dolları borc, 26R000004795 saylı kredit müqaviləsi razılaşması üzrə 5874.28 ABŞ dolları kredit borcu, 4448.86 ABŞ dolları faiz borcu və 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 10373.14 ABŞ dolları borc, iki kredit razılaşması üzrə ümumilikdə 34.914.63 ABŞ dolları (otuz dörd min doqquz yüz on dörd dollar altmış üç sent) borc, ödənilmiş 30 manat dövlət rüsumu və ipoteka predmeti olan əmlaka tutma yönəldilməsi üçün ödənilmiş 10 manat rüsum və 20 manat xidmət haqqı alınıb İddiaçı QSC-yə verilsin. Tələb ipoteka predmeti olan Cavabdeh5 mülkiyyətində olan Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə yönəldilsin, həmin əmlak 40.000 manat likvid qiymətlə açıq hərraca çıxarılsın. Satışdan əldə olunacaq vəsait borcun tam ödənilməsi üçün kifayət etmədikdə qalan məbləğ cavabdehlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulsun. Ağdaş şəhəri, Vaqif küçəsi 2-ci dalanda 0.16 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 1 mərtəbəli 3 otaqlı 85.26 m2 yaşayış 108.08 m2 köməkçi sahədən ibarət 10 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh5, Cavabdeh3 və Cavabdeh1 həmin əmlakdan çıxarılsın, əmlak boşaldılsın və hərracın nəticələri üzrə alıcıya təhvil verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-32/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-32/2021
01.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Girov müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver