Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-330/2021 08.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı Borcun ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 600 manat borcun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh uzun müddətdir ki,rayon sakini kimi tanıyır. Cavabdehlə daha öncədən yaxşı ünsiyyətləri olmuşdur. Qeyd edir ki, o, 2018-ci ilin noyabr ayında xurma ticarəti ilə məşğul olmaq niyyətində olmuşdur, bu məqsədlə cavabdehlə görüşmüşlər. Cavabdeh də Göyçay rayonunda tanışı olduğunu bildirərək onun bütün xurma ehtiyacını Göyçay rayonundan toplamaqla ödəyə biləcəyini bildirmişdir. Növbəti günlərdə də cavabdeh vasitəsi ilə Göyçay rayonunda yığım işi ilə məşğul olan cavabdehin şəriyi Mehrab Məlikov ilə tanış olmuş, bundan sonra Göyçay rayonunda xurma yığımına başlanmışdır. Həmin vaxt o, cavabdehin şəxsən özünə 600 manat pul vermişdir. Verdiyi pulu cavabdehin şəxsən özünə vermiş və həmin pulu kimləsə böləcəyini bilmirdi. Pulu cavabdehə ona mal tapıb yığılması üçün vermişdir. Cavabdehin vasitəsi ilə tanıdığı Mehrab Məlikova isə mal müqabilində 7700 manat pul vermişdir. Məhsulun bağdan yığılıb anbar olaraq istifadə etdikləri yerdən təhvil almağa getdikləri zaman onun pulu ilə yığılmış məhsulun başqa şəxsə satıldığının şahidi olmuşdur. Mehrab Məlikova qarşı borcun tutulması tələbi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmiş, məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bu barədə o, Göyçay rayon Polis şöbəsinə şikayət də etmişdir. Cavabeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Belə ki,ondan pul alaraq yığılaraq təhvil verilməsi lazım olan meyvəni ona verməmişdir. O, dəfələrlə cavabdehdən pulu geri tələb etsə də heç bir nəticəsi olmamışdır, odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, iddiaçıdan ona xurma tapılması, yəni arada vasitəçilik üçün 500 manat pul almışdır. O, iddiaçıya Göyçay rayonunda xurma tapmış və fəhlə işlədərək meyvəni yığdırmışdır. Həmin fəhləyə də iddiaçının ona verdiyi pulun 250 manat hissəsini vermişdir. Mehrab Məlikov ilə iddiaçı arasında o, vasitəçilik etmişdir. İddiaçı xurmanın müqabilində Mehraba pul vermişdir. Belə ki, xurma Mehrab Məlikova məxsus həyətlərdən yığılmışdır. Lakin sonradan bildiyinə görə xurmanı Mehrab Məlikov başqasına satmışır. O,üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir,məhz buna görə də hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İş üzrə şahid X3 məhkəmə iclasında bildirdi ki, iddiaçı onun atasıdır. Atası Cavabdeh xurma tapıb yığılması üçün şəxsən onun yanında 600 manat pul vermişdir. Belə ki, Xaləddin Hüseyinov onların evinə yanında tanımadığı bir şəxslə gələrək 600 manat pulu atasından almışdır. X5 aldığı pul müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. İşdə olan və məhkəmə iclasında tədiqiq edilən xx xxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, İddiaçı şikayət ərizəi əsasında X2 əməlində cinayət tərkibinin əlamətləri olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən Göyçay Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən görünür ki, X1 7200 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilməsi qət edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur ki, cavabdeh iddiaçıdan 600 manat deyil də 500 manat pul alaması və pul müqabilində üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini bildirsə də bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Tərəflərin izahatlarından və tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, Mehrab Məlikovla iddiaçı arasında vasitəçilik edərək iddiaçı üçün xurma alıb yığılmasına görə cavabdeh iddiaçı tərəfindən ona verilən pul muqabilində üzərinə öhdəlik götürmüş, lakin iddiaçı tərəfindən cavabdehə verilən pul müqabilində yığılan xurma başqa şəxsə satılmışdır. Belə ki, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçi tərəfindən cavabdeh 600 manat pul verilməsi məhkəmə iclasında dindirilmiş şahid ifadəsi ilə də müəyyən edilir. Odur ki, məhkəmə hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Qeyd olunan maddi hüquq normalarının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, ödənilmiş tələblərin məbləği nəzərə alınmaqla iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 600 manat borc, ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 630 manat (altı yüz otuz manat) tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-330/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-330/2021
08.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver