Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-331/2025 25.02.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ədəhəm oğlu, Cavabdeh2 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ədəhəm oğlu, Cavabdeh2 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində ünvan 2ində 1,68 hektar torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə məktubla müraciət etmişdir. Ərizənin icrası ilə əlaqədar 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəssisləri müəyyən müayinə və ölçü işləri aparmaq üçün həmin əraziyə gəldilər, lakin cavabdehlər müayinə və ölçü işləri aparmağa süni manelər törətdilər. Buna görə də orada inventarlaşma işlərinin aparılması mümkün olmamışdır. Bütün bunlara görə, yəni cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o mülkiyyət hüququnu tanıtdıra bilmir və torpağından istifadə edə bilmir. Buna görə də hesab edir ki, məhkəməyə hazırki iddia tələbi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı mülkiyyətində olan ünvan 2ində yerləşən 1,68 hektar torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin mütəxəsisləri tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ədəhəm oğlu, Cavabdeh2 və Cavabdeh3 tərəfindən yaradılan süni maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının haqlı olduğunu, lakin onlara rəsmi sənədlə məxsus olan torpaq sahəsini başqa şəxs illər əvvəl aldadaraq əllərindən aldığını, buna görə də ölçü işlərinin aparılmasına narazı olduğunu və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 izahatında ölçü işlərinin aparılmasına narazı olmadığını, lakin onlara məxsus torpaq sahəsini başqa şəxs əllərindən aldığı üçün ölçü işləri aparıldıqdan sonra torpaqsız qalacaqlarını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh4 Ədəhəm oğlu, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh4 Ədəhəm oğlu, Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinin nümayəndəsinin məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, işin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı və JN:0005 saylı (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktından görünür ki, ünvan 2i ərazisində İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə 1,68 hektar kənd təsərüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 27 noyabr 2024-cü il tarixli, 3-21-3-35/2-4934/2024 saylı məktubdan görünür ki, ünvan 2i ünvanında yerləşən mülkiyyətçi İddiaçı və onun ailə üzvülərinə məxsus torpaq sahəsində ölçü işləri aparan zaman mübahisə düşdüyündən ölçü işlərinin aparılması mümkün olmamışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 yanvar 1998-ci il tarixli, 08 saylı qərarı və JN:0005 saylı (KOD ********) torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən ünvan 2i ərazisində İddiaçı, X1, X3 və X2 ümumi birgə mülkiyyətinə 1,68 hektar kənd təsərüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. İddiaçı torpaq sahəsinə Çıxarış almaq üçün müvafiq orqana müraciət etmiş, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinin əməkdaşları həmin torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının naturada göstərilən zaman ərazidə mübahisə düşdüyündən çöl ölçü işlərinin aparılması mümkün olmamışdır. Bu da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Bundan başqa, Cavabdeh3 iddia ərizəsində cavabdeh qismində göstərilsə də, işin materialları ilə müəyyən edilir ki, əslində o, həmin ərazidə ölçü aparılmasına mane olan şəxs deyil, ölçü işləri aparan mütəxəssis olmuşdur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ədəhəm oğlu, Cavabdeh2 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilməli, ünvan 3i ünvanında yerləşən 1,68 hektar torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ədəhəm oğlu və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ədəhəm oğlu, Cavabdeh2 və Cavabdeh3, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti DƏDKR publik hüquqi şəxsin 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı süni maneənin aradan qaldırılması tələbinə dair iddiası qismən təmin edilsin. ünvan 3i ünvanında yerləşən 1,68 hektar torpaq sahəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdehlər Cavabdeh1, Cavabdeh4 Ədəhəm oğlu və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-331/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-331/2025
25.02.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver