Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-346/2021 04.02.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi F.Rüstəmovun Cavabdeh iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin Cavabdeh qarşı Ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzi Cavabdeh qarşı ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 12,96 manat pulun alınaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin “KapitalBank”ın Bərdə rayon şöbəsinin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin nümayəndəsi Fuad Rüstəmov məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, cavabdeh Ağdaş rayon Qaradeyin kənd sakini Cavabdeh xx.xx.2020-ci il tarixdə Dövlət Meşə Fondu ərazisindən 8 ədədd müxtəlif diametrdə Akasiya cinsindən olan köküstə yaş ağacları kəsib aparmışdır. Mərkəzin Qarxun meşəbəyliyinin meşə gözətçisi X2 tərəfindən xx.xx.2020-ci il tarixdə yazılı məlumatına əsasən sözü gedən əraziyə baxış keçirildi. Baxış zamanı həmin ərazidə 8 ədədd müxtəlif diametrdə Akasiya cinsindən olan köküstə yaş ağacları kəsib aparmışdır. Əraziyə baxış keçirərkən qeyd olunan faktlar üzrə Mərkəzin işciləri tərəfindən bu barədə xx.xx.2020-ci il tarixdə müvafiq tərtib edilmişdir. Cavabdeh X8 Təsərrüfatı Mərkəzinə vurduğu ziyanı ödəməsi barədə edilmiş xəbərdarlığa baxmayaraq cavabdeh vurduğu ziyanı bu günədək könüllü ödəməkdən imtina etmişdir. Ona görə də Cavabdeh tərəfindən Bərdə RMTM-nə vurmuş olduğu 12.96 manat dəyərindi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edilməsinə zəruriyyət yaranmışdır. Ona görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, o, Qaradeyin kəndində yaşayır. O,hər hansı ağac kəsib aparmamışdır. Hesab edir ki, iddia əsassızdır. Odur ki, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş üzrə toplanmış sübutlara tam, hərtərəfli obyektiv qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli Aktından və fotoşəkillərdən məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Dövlət Meşə Fondu ərazisindən 8 ədəd müxtəlif diametrdə Akasiya cinsindən olan köküstə yaş ağacları kəsib aparmışdır. Bu barədə akt tərtib etmişlər, lakin Cavabdeh bu aktı imza etməkdən imtina etmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh köküstə yaş ağacları kəsərək İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh köküstə yaş ağacları kəsərək İnzibati Xətalar Məcəlləsinin 253.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, barəsində 700 manat inzibati cərimə cəzası verilmişdir. İş materiallarında olan və məhkəmə iclsında tədqiq edilən 723 saylı, xx xxxxxxxx 2020-ci il tarixli bildirişin surətindən məlum olur ki, X5 və Bərpası Müəssisəsi tərəfindən Ağdaş rayonu, Qaradeyin kənd sakini Cavabdeh 8 ədəd köküstə yaş ağaclarını kəsməsi səbəbindən ziyan və cərimənin 10 gün müddətində ödənilməsini təmin etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquqü pozuntusu( delikt) nəticəsində fiiziki şəxsin səviyyəsinə və ya əmlakına vururlmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vururlmuş zərəin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 Təsərrüfatı Mərkəzinin əməkdaşları xx xxxxxxxx 2020-ci il tarixdə Cavabdeh xx.xx.2020-ci il tarixdə Dövlət Meşə Fondu ərazisindən 8 ədədd müxtəlif diametrdə Akasiya cinsindən olan köküstə yaş ağacları kəsib aparması aşkar etmişlər. Bu barədə onlar akt tərtib etmiş, lakin cavabdeh həmin aktı imzalamaqdan imtina etmişdir. Cavabdehin vurduğu ziyanın məbləği 12,96 manat müəyyən edilmişdir. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq müəssisəyə vurduğu ziyanı ödəməmişdir. Cavabdeh onun tərəfindən meşəyə ziyan vurulmadığını bildirsə də,cavabdeh məhkəməyə bu barədə hər hansı mötəbər sübut təqdim etməmişdir. İddiaçı tərəfdən isə iddianın əsaslı olması barədə müvafiq sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Ona görə də məhkəmə, toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı iddianın qaldırılması ilə əlaqədar dövlət rüsumunu ödəməkdən azad olunduğuna və iddia tam həcmdə təmin olunduğuna görə Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunu ilə müəyyən edilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, Azərbaycan Respublikası Dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Resublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz hərtərəfli və tam baxıldıqdan sonra həmin süutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş ücün əhəmiyytli olan və onlara məlum olah faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılır. X3 Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə xx xxxxxx 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə xx xxxxxxx 1982-ci il tarixli qərarı; “X4rşı” iş üzrə xx xxxxxxx 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216- 220, maddələrini rəhbər tutaraq, Qət etdi: İddia təmin edilsin. Cavabdeh 12,96 manat (on iki manat doxsan altı qəpik) pul alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X7 X1 ASC-nin Bərdə rayon şöbəsinin hesabına ödənilsin. Cavabdeh 20 (iyirmi) manat dövlət rüsumu alınaraq dövlət nəfinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-346/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-346/2021
04.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver