Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-35/2021 05.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 Cavabdeh2 iştirakı ilə, İddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı BOKT "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, kredit faizlərinin və cərimənin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada “10” noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 2187.00 manat (iki min yüz səksən yeddi) manat, 12 noyabr 2019-cu il tarixə qədər hesablanmış faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 218.70 ( iki yüz on səkkiz 70 qəpik) manat olmaqla ümumilikdə 2405.70 (iki min dörd yüz beş 70 qəpik) manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMCnin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış «10» noyabr 2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə «12» noyabr 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2537 (iki min beş yüz otuz yeddi) məbləğində kredit verilmişdir (kredit müqaviləsinin 2.1,2.2 və 4.1ci bəndləri). Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin kredit müqaviləsi üzrə bütün hüquqları və tələbləri BOKT "xxxx" MMC-yə satılmışdır. (güzəşt edilmişdir). Kredit müqaviləsinin 4.3-cü bəndinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən hər ay bu müqaviləyə əlavə olunmuş ödəniş cədvəlinə müvafiq olaraq həyata keçirilir. Lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir və yetirməkdən də imtina etməkdədir. Beləliklə də Cavabdeh1 müqavilənin bu şərtini pozaraq ödənişini dövri olaraq ödəməli olduğu kreditin və kredit faizinin ödənilməsinə dair öhdəliyini vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh1 ilə öhdəliyin icra edilməsi və tərəflər arasında yaranmış məsələnin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar iddiaçı tərəfindən aparılmışdır, lakin danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və iddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC öz tələbinin məhkəmə qaydasında həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında «10» noyabr 2016-ci il tarixli zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının icrası məqsədi ilə Azərbaycan Respublikası Maliyyə bazarlarına Nəzarət Palatası tərəfindən təqdim edilən kompensasiyaya düşən şəxslərin siyahısına əsasən iş üzrə cavabdehə kompensasiyaya düşüb-düşməməsi dəqiqləşdirilmişdir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına Cavabdeh1 görə iddiaçıya kompensasiya ödənilməmişdir. Cavabdeh1 və Cavabdeh2 13 mart 2020-ci il tarixli arayışa əsasən BOKT "xxxx" MMC-yə olan borcunun məbləği əsas məbləğ üzrə 2187.00 manat, faiz üzrə 0.00 manat, cərimə 218.70 manat olmaqla ümumlikdə 2405.70 manat təşkil edir. Göstərilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı BOKT "xxxx" MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini qismən qəbul edərək bildirdi ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış «10» noyabr 2016-ci il tarixli, LD********** saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 (otuz altı) ay müddətinə «12» noyabr 2019-cu il tarixə qədər aylıq qalıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2537 (iki min beş yüz otuz yeddi) məbləğində kredit verilmişdir. Həmin krediti vaxtı-vaxtında ödəyə bilmədiyindən borc yaranmışdır. Bank tərəfindən cərimə borcu süni olaraq şişirdilmişdir. Məhkəmədən iddianın qismən təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə olunmuş BOKT "xxxx" tərəfindən verilmiş 16.01.2020-ci il tarixli arayışdan məlum olurki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMCyə olan borcunun məbləği əsas məbləğ üzrə 2187.00 manat, faiz üzrə 0.00 manat, cərimə 218.70 manat olmaqla ümumlikdə 2405.70 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 10 noyabr 2016-cı il tarixli LD/16315/00087 saylı kredit müqaviləsindən məlum olur, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin Yevlax filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 noyabr 2016-cı il tarixli LD********** saylı kredit müqaviləsinə əsasən 36 (otuz altı) ay müddətinə «12» noyabr 2019-cu il tarixə qədər aylıq borcun 0 % dərəcəsini tətbiq etməklə 2537 ( iki min beş yüz otuz yeddi) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 10 noyabr 2016-cı il tarixli LD/16315/00087 saylı Zaminlik müqaviləsindən məlum olur, BOKT "xxxx" MMC ilə Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 21 aprel 2021-ci il tarixli 9/1691 saylı ekspert rəyindən məlum olur ki, iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və iddiaçı "xxxx" MMC ilə cavabdeh X3 arasında bağlanılmış 10 noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə cavabdeh X2 iddiaçı "xxxx" MMC-yə iddia tələbinin tarixinə yəni 12.11.2019-cu il tarixə olan borcu 2.187 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc üzrə 2.187 manat, faiz borcu üzrə 0.00 manat. İş materiallatından göründüyü kimi X3 ilə "xxxx" MMC arasında bağlanmış 10 noyabr 2016-cı il tarixli, LD********** saylı kredit müqaviləsi üzrə cəmi pulu bəndi nəzərdə tutulmuş, lakin bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatlarında bank cərimə hesablamamışdır. Bu görə də hazır ki tədqiqatla X3na cərimə hesablanmır. İş materiallarına əlavə olunmuş BOKT "xxxx" tərəfindən verilmiş 24.05.2021-ci il tarixli arayışdan məlum olurki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 BOKT "xxxx" MMCyə olan borcunun məbləği əsas məbləğ üzrə 2187.00 manat, faiz üzrə 0.00 manat, cərimə 218.70 manat olmaqla ümumlikdə 2405.70 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 462.1-ci maddəsinə görə dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir; 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər; 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; Ərizəyə əlavə olunmuş sənədlərlə müəyyən edilmişdir ki, BOKT "xxxx" MMC ilə Cavabdeh1 oğlu arasında bağlanmış 10 noyabr 2016-cı il tarixli LD/16315/00087 nömrəli Kredit Sazişinə əsasən BOKT "xxxx" MMC tərəfindən Cavabdeh1 oğlu 36 ay müddətinə aylıq qalıq borcun 0 faiz dərəcəsi ilə 2537 (iki min beş yüz otuz yeddi) məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin sazişlə müəyyən edilmiş məbləğdə krediti qəbul etmiş və müəyyən edilmiş müddətlərdə və məbləğdə krediti qaytarmağı barədə öhdəlik götürmüşdür. Lakin üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Nəticədə banka borcu yaranmışdır. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi təşkilatla borclu Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən Cavabdeh2 zamin kimi kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsinə görə borclu Cavabdeh1 ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. İş üzrə Cavabdeh1 məhkəmə iclasında qeyd edilən borc məbləği ilə razı olmadığını və iş üzrə məhkəmə mühasibat ekspertizasının təyin edilməsini xahiş etmiş, məhkəmə-mühasibat ekspertizasının ekspert rəyi ilə əsas borc üzrə 2187.00 manat, faiz borcu üzrə 0.00 manat müəyyən olunmuşdur. BOKT "xxxx" MMC Cavabdeh1 cəmi 2405.70 (iki min dörd yüz beş 70 qəpik) manat məbləğində borcunun yarandığını bildirir və həmin məbləği cavabdehlərdən tələb edir. İddiaçı məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödəmiş və həmin məbləği də cavabdehlərdən tələb edir. Azərbaycan Respublikası MM-nin 467-ci maddəsində göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas, faiz və cərimə borcunun məbləğlərini ayrı-ayrılıqda nəzərdən keçirib, o cümlədən iddiaçı tərəfindən ərizəyə əlavə edilən və 13.03.2020-ci il tarixə cavabdehin banka olan borcunu əks etdirən maliyyə arayışını əsas götürüb, hesab edir ki, iddia tələbi tələb edilən əsas borcu məbləği hissəsində əsaslıdır, cərimə hissəsində isə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 10 manat müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: Ödəniş qəbzindən görünür ki, 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan yuxarı olduqda 30 manat dövlət rüsumu ödənilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2187.00 manat (iki min yüz səksən yeddi) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 10 (on) manat olmaqla ümumilikdə 2197.00 (iki min yüz doxsan yeddi) manat pul vəsaiti BOKT "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən cavabdehdən dövlət rüsumu kimi ödənilmiş 30 AZN pul tutularaq iddiaçıya qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci, 225-227-ci, 233-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 2187.00 manat (iki min yüz səksən yeddi) manat, faiz borcu üzrə 0.00 (sıfır) manat, cərimə üzrə 10 (on) manat olmaqla ümumilikdə 2197.00 (iki min yüz doxsan yeddi) manat məbləğində borc və 30 manat məbləğində dövlət rüsumu BOKT "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə qalan hissədə əsassız olduğundan rədd edilsin. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (bir yüz) manat ekspertiza xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-35/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-35/2021
05.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver