Məhkəmə qərarları › İş №2(014)-353/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-353/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-353/2024 24.09.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair işə Ağdaş Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayon sakini Cavabdeh əməli nəticəsində ona vurulmuş 7500 manat maddi ziyan cavabdeh tərəfindən ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ailəsi ilə birlikdə 1993-cü il tarixdən erməni işğalı nəticəsində məcburi köçkün düşdükdən sonra Ağdaş rayonu, Mürsəl kəndi ərazidə fermada məskunlaşdığı üçün rayon icra hakimiyyətinin sərəncamına əsasən onlara həmin ərazidə məskunlaşmaqlarına razılıq verilmiş, onlar fermada məskunlaşdıqdan sonra ferma ərazisində yaşıllıq məqsədilə meyvə ağacları əkmişlər, eyni zamanda ərazidə təbii bitən müxtəlif növ təbiət ağaclarının çoxaldılması məqsədilə həmin növ ağaclara qulluq etmişlər, qeyd edir ki, yaşadıqları ferma ərazisində sonradan mərhum atası Əhməd Qasımov tərəfindən istifadə edilməsi üçün 15.83 ha torpaq sahəsi alınmış və həmin torpaq sahəsinin mülkiyyətçisi o olmuşdur. O öz mülkiyyətində olan torpaq sahəsinin 10.85 ha-da hər il olduğu kimi 2022-ci ilin oktyabr ayında arpa bitkisi əkmiş və əkin sahəsini “Aqrar” sığorta tərəfindən sığortalanmışdır. Onun mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda Ağdaş rayon Mürsəl kənd sakini Cavabdeh Yaquub oğlunun əmisi oğlu Şaiq adlı sakinin mülkiyyətində təxminən 2 ha torpaq sahəsi var, Cavabdeh Şaiq adlı qohumundan həmin torpaq sahəsini müvəqqəti istifadə üçün alıb, orada arpa bitkisi əkmişdir. Cavabdeh 2023-cü ilin mart ayının 26-da öz əkin sahəsini suvarmaq üçün onun mülkiyyətində olan torpaq sahəsinin mərkəzindən Mürsəl kənd sakini Allahverən adlı traktor sürücüsünə su arxı çəkdirib, həmin arxdan öz əkin sahəsini suvarmaq üçün su aparmış, nəticədə onun əkin sahəsinin mərkəzindən keçən su əraziyə dağılaraq arpa bitkisi məhv etmişdir. O həmin vaxt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etdiyi üçün həmin gün polis əməkdaşları tərəfindən əraziyıə baxış keçirilmişdir. Müraciəti əsasında Ağdaş rayon polis şöbəsində araşdırma aparılaraq müraciətinin mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Ona məxsus olan əkin sahəsinin mərkəzində Cavabdeh tərəindən su aparılması, suyun ona məxsus olan əkin sahəsində dayanaraq göl yaratması, həmin yerdə onun özünün və polis əməkdaşlarının olmasının fotoşəkili tərəfindən çəkilmişdir. Bundan əlavə o əkin sahəsinin üçüncü şəxs tərəfindən məhv olunması səbəbindən həmin tarixdə “Aqrar” sığorta şirkətinə məlumat verdiyi üçün həmin sığortanın mütəxəssisləri tərəfindən qeyd olunan əraziyə baxış keçirilmiş, baxış zamanı həqiqətən də əkin sahəsinin mərkəzindən su keçirilməsi nəticəsində arpa bitkisinin məhv olunması öz təsdiqini tapmış, “Aqrar” sığorta tərəfindən ona vurulmuş maddi ziyan hesablanmışdır. Cavabdeh əməli nəticəsində ona məxsus arpa əkini məhv olunmuş, həmin əməl nəticəsində ona 7500 manat maddi ziyan vurulmuşdur. Vurulmuş maddi ziyanın miqdarının adı çəkilən sığorta şirkətindən məktub əsasında alınması xahiş olunmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, o, 2021-ci il tarixdə Cavabdeh ona məxsus torpaq sahəsindən öz torpaq sahəsinin suvarılması üçün arx çəkdirmiş və həmin arxdan axan su onun əkdiyi arpa bitkisini məhv etmiş və nəticədə ona maddi ziyan dəymişdir. Dəymiş ziyanla bağlı sığorta şirkətinə müraciət etdikdə ona ziyan kim tərəfindən vurulduğu müəyyən edildikdən sonra sığorta pulu veriləcəyini bildirmişlər. Sığorta şirkəti ziyanın kim tərəfindən vurulduğunu müəyyən edilməsini istəyir. Bu da sübut olunana qədər ona heç bir ödəniş olunmayacağını bildirdilər. O, 2022-ci ilin oktyabr ayında taxıl səpmişdir, noyabr ayının 15nə kimi suvarma işləri aparılmışdır. 21 dekabr 2022-ci ildə taxılı su basmışdır. Həmin vaxtlar əkinləri 5 sm boyunda böyümüşdür. Bundan sonra o, elə həmin gün polisə məhsuluna ziyan vurulması ilə bağlı şikayət etmiş, polis əməkdaşları onun torpaq sahəsinə gələrək Azərin açdığı suyun qarşısını kəsmişlər. Onun torpağından sonrakı torpaq Şaiqin torpağıdır, həmin torpağı Azər Şaiqlə birlikdə əkir. Şaiqin torpağı onun torpağına nisbətən daha yüksəkdə olduğundan həmin torpağa su ağır qalxır, ona görə də suyu gücləndirən zaman ətrafı su basır. Daha sonra İddiaçı məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, onun məhsulu 21 dekabr 2022-ci il tarixdə Azərin öz sahəsinə açdığı suyun onun məhsulunu batırması səbəbindən məhv olmuşdur. O, həmin torpaqdan uzun müddətdir ki istifadə edir, əvvəllər də həmin torpaqda əkin əkərək sulamışdır. Məhsulu sulamaq üçün özü xərc çəkib arx çəkmişdir. Ziyanın kimin tərəfindən vurulması müəyyən olunmalıdır ki, o, sığorta pulu ala bilsin. Azərin onun məhsuluna ziyan vurması ilə bağlı sübutu 2023-cü ilin mart ayında, yəni məhsulu məhv olan vaxtlarda Ağdaş rayon Polis Şöbəsinə olan müraciətidir. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, o, 2022-ci ilin noyabr ayında qohumu Şaiqin torpağına taxıl səpmişdir. Həmin taxılı yağışlıq olduğundan əkdiyi vaxt sulamaq zərurəti olmamışdır, həmin məhsulu 2023-cü ilin aprel ayının 18-i sulamışdır. Lakin İslam özü öz əkinini suvarmaq üçün suyu 21 dekabr 2022-ci ildə açmışdır. İddiaçı ilə aralarında mübahisə 2023-cü ilin mart ayında başlamışdır. Həmin vaxt onun mobil telefonuna zəng gəldi ki, sahəsinə su açdığından İslamın əkini batıb. İddiaçı iddia edir ki, 21 dekabr 2022-ci il tarixdə onun yerini su basmışdır, lakin o, həmin vaxt su açmamışdır və İslam da həmin vaxt polisə şikayət etməmişdir. İslamın polisə məhsuluna ziyan vurulması ilə bağlı şikayəti 2023-cü ilin mart ayında olmuşdur. Həmin şikayəti etməkdə məqsədi isə təqsiri kimisə üzərinə yığıb sığorta pulu almaq olmuşdur. İddiaçı İslamın torpağından su arxı lap əvvəldən keçir və həmin su arxını da İslam özü çəkib, o, sadəcə həmin arxın içərisini təmizlədib. Elə su arxını təzəcə açmışdır ki, polis əməkdaşları gəlmiş və onları aparmışlar. İslam iki ildir ki, ona əkinini sulamağa imkan vermir və onun əkini məhv olur. İslam bunu qəsdən edərək ona torpağı satmağa məcbur buraxır. Daha sonra Cavabdeh məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, o, öz məhsulunu 18 aprel 2023-cü il tarixdə sulamaq istəmiş, su onun torpağına çatmadan İslam polisə şikayət etmiş və su kəsilmişdir. İddiaçı dedikləri şər və böhtandan ibarətdir. O, su arxı çəkdirməmişdir. İslamın torpaq sahəsindən əvvəldən su arxı keçmiş, o, sadəcə həmin su arxını təmizlətmişdir. Həmin arxın içi lil tutmadığından və İslamın torpaq sahəsi alçaqlıqda yerləşdiyindən torpaq su çəkərək İslamın məhsulunun ətrafında yığılmışdır. Həmin suyu özü açmışdır. Məhsula ziyan dəyməsində onun heç bir təqsiri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, 23 dekabr 2022-ci ildə İslam ona zəng etdi ki, onların yerini su basmışdır. Onun torpağının sağında Şaiqin torpağı, solunda isə İslamın torpağıdır. 2022-ci ilin noyabr ayının 10-da torpağına arpa bitkisi əkmiş, noyabr ayının 15-i əkini sulayıb bitirmişdir. O, sahəyə dekabr ayının 22si getmiş və İslamın torpağının sulu olduğunu, həmin suyun onun məhsuluna da ziyan vurduğunu görüb, İslama zəng edərək torpağını su basdığını demiş, həmin suyu onun açıb-açmadığını soruşduqda İslam su Azər tərəfindən açıldığını və torpaqlarına Azər tərəfindən ziyanın dəydiyini bildirmişdir. Su İslamın torpağından ona, ondan isə Azərin torpağına keçir. İslam arxdan su götürür. Onların arxları eyni deyildir. 23 dekabr 2022-ci il tarixdə İslamla Azərin torpağında şirə olduğunu görmüşdür. Daha sonra X1 məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, suyun Azər tərəfindən açıldığın ona İslam demişdir. O, Azərin su açdığının nə şahidi olmamış, nə də ki başqa bir adamdan eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadə verərək bildirdi ki, Şaiq öz torpağını istifadə etmək üçün Azərə vermişdir. İslamın torpağı ilə Azərin istifadə etdikləri torpaq yan-yana yerləşirlər. İslam Azərə su vermir, arxın qarşını kəsir. Azərin əkinləri su olmaması səbəbindən bitməmişdir. Torpağa baxış zamanı da müəyyən olundu ki, Azərin torpağına çeşqal çəkilməmiş, çeşqalsız torpağı sulamaq mümkün deyil. İslamın qeyd etdiyi vaxtda Azər torpağına heç su açmamışdır, necə ola bilər ki onların torpağın su bassın. Məhkəmə iclasında şahid qismində dindirilən X10 ifadə verərək bildirdi ki, cavabdeh Azərlə dayı oğlu, bibi oğludur. O, 2022-ci ilin payızında Azərlə birlikdə həmin torpağa arpa əkmiş, onların torpaqları sulanmamışdır. 2 ildir sahədən heç bir əkin götürə bilmirlər. İslam su vermədiyindən əkinləri suvara bilmirlər və əkinlər məhv olur. Əkinlərini suvarmağa nə qədər cəhd etsələr də, İslam su verməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 fevral 1999-cu il tarixli JN:276 kod 90319038 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayon Mürsəl kənd ərazisində 4.34 ha torpaq sahəsi X14, X3, X15, Cavabdeh, X11, X5 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 20 fevral 1999-cu il tarixli JN:272 kod 90319038 saylı Torpağa Mülkiyyət Hüququna dair dövlət aktına əsasən Ağdaş rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1998-ci il tarixli 16 nömrəli qərarı ilə Ağdaş rayon Mürsəl kənd ərazisində 1.72 ha torpaq sahəsi X6, X7 və X2 xüsusi mülkiyyətinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2008-ci il tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, X4 Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.50 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2011-ci il tarixli, ********** qeydiyyat nömrəli MA ******* seriyalı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, X8 Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 4.0102 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2016-cı il tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cavabdeh Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.8892 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2017-ci il tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, Cavabdeh Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.7517 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.8551 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 2.7932 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.4309 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 0.4679 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 3.0068 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən qeydiyyatı tarixi xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün surətindən görünür ki, İddiaçı Ağdaş rayonu Mürsəl kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.9182 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən sığorta tələbindən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədk İddiaçı ilə BS-**********-AS, BS-**********-AS, BS-**********-AS nömrəli sığorta müqaviləsi bağlanmış, həmin tələbdə sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi tarix 2023-cü ilin mart ayı, zərər dəymiş predmetin növü payızlıq arpa, sığorta hadisəsi hesab edilə bilən halın baş verdiyi yer Ağdaş rayonunun Mürsəl kəndi, ığorta hadisəsi hesab edilə bilən halın baş verməsi nəticəsində dəymiş ziyanın təsviri ərazidə qonşusu tərəfindən sığortalanmış ərazinin içərisindən su arxı ilə, öz ərazisini suvarmaq məqsədi ilə su aparması, sığortalanmış ərazinin su basması göstərilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş 12 yanvar 2024-cü il tarixli 43/3- 13-62/2-971/2024 saylı məktubun surətindən görünür ki, İddiaçı Ağdaş RPŞ-yə Cavabdeh tərəfindən ona məxsus əkin sahəsindən su kanalı çəkərək öz ərazisini sulamaq üçün su aparması nəticəsində əkin sahəsinə ziyanlıq vurması ilə əlaqədar Ağdaş RPŞ-nin Təhqiqat Bölməsində araşdırma aparılmış, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş və İddiaçı müraciəti mülki xarakterli olmasına görə ona məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis şöbəsi tərəfindən məhkəmə sorğusuna əsasən verilmiş 12 sentyabr 2024-cü il tarixli məktubun və ona əlavə edilmiş sənədlərin surətindən aşağıdakılar məlum olur: -Raportdan görünür ki, İddiaçı Azər adlı şəxsin onun taxıl sahəsinə su axıdaraq zərə vurmasına dair müraciəti 28 avqust 2023-cü il tarixdə olmuşdur. -Ərizədən görünür ki, İddiaçı 26 mart 2023-cü il tarixdə ərizə ilə Ağdaş rayon Polis Şöbəsinə müraciət edəərək 26 mart 2023-cü il tarixdə Azər adlı şəxsin onun torpaq sahəsinə özünün çəkdiyi kanaldan onun əkdiyi taxılı suvarmış, bu zaman onun torpaq sahəsinə ziyan vurulmuşdur. -Baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Ağdaş rayonunun Mürsəl kəndi ilə Qəribli kəndinin sərhədində yerləşən İddiaçı məxsus torpaq sahəsinə baxış keçirilmiş, torpaq sahəsi İddiaçı təqdim etdiyi sənədlərə əsasən 15 hektardır. Torpaq sahəsinin ortası ilə su arxı keçir. İddiaçı torpaq sahəsi Mürsəl kənd sakinləri Azər və Azad Həsənovların torpaq sahəsi ilə sərhəd təşkil edir. Baxış zamanı İddiaçı yerinə su axıdılması aşkar olunmamışdır. -Ağdaş rayon X13 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 5 aprel 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, baxış zamanı əraziyə hər hansı ziyan dəyməsi müəyyən edilməmiş, həmçinin İddiaçı müraciətlərində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. - Ağdaş rayon X13 Bölməsinin təhqiqatçısı tərəfindən qəbul edilmiş 18 may 2023cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, baxış zamanı əraziyə hər hansı ziyan dəyməsi müəyyən edilməmiş, həmçinin İddiaçı müraciətlərində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işi başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 iyun 2024-cü il tarixli 3-16-16/2-9/4001/2024 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata əsasən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 04 iyul 2024-cü il tarixli 3-16-16/2-10/3759 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumata əsasən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılması və rəy verilməsi mümkün olmamışdır. İş materiallarında olan “Baxış keçirilməsi haqqında” 09 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, İddiaçı torpağı və Cavabdeh əkin əkdiyi Şaiq İbrahimova məxsus torpaq sahələri yanaşı yerləşirlər, İddiaçı torpağının ortasından su arxı keçir, İddiaçı həmin su arxını özünün çəkdiyini bildirmiş, lakin Cavabdeh torpağında hər hansı su arxının olması müşahidə olunmadı, torpaqlar eyni hündürlükdə yerləşir, həmin vaxt bələdiyyə sədri X22 Qasımovun torpağında olan su arxının uzun müddətdir həmin yerdə olduğunu və qonşu torpaqların sahibləri də həmin su arxından istifadə etmələri nəzərdə tutulsa da İddiaçı həmin arxdan su keçirməyə heç kimə icazə vermədiyini, Azərin ümumiyyətlə məhsulunu sulamadığını, İddiaçı da məhsuluna heç bir ziyan dəymədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş 12 sentyabr 2024-cü il tarixli ƏQ-109/2024 saylı qiymətləndirmə rəyindən görünür ki, Ağdaş rayon Mürsəl kəndinə yerləşən İddiaçı məxsus qeydiyyat nömrəsi **********, **********, 202004220, ********** və ********** nömrəli çıxarışla mülkiyyətinə verilmiş torpaq sahələrinə baxış keçirilmişdir. Baxış zamanı İddiaçı su arxının özü tərəfindən çəkildiyini, Cavabdeh isə su arxının içini sadəcə təmizlədiyini bildirmişdir. Baxış keçirilərkən su arxından suyun daşıb-daşmaması, daşaraq ətrafa kimin tərəfindən axmasının səbəbini və mülkiyyətçiyə dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Mülki işin materiallarında olan sənədlərdə və təqdim edilən fotoşəkillərdə və baxış zamanı dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır. Bununla yanaşı iş materiallarında məhsulun məhv olmasına dair heç bir sübuta rast gəlinməmişdir. Həmçinin təqdim edilən sübutlara əsasən də torpaq sahəsinin çökək hissəsində suyun yığılması, həmçinin suvarılan zaman suyun yığılması nəticəsində dəymiş ziyanı müəyyən etmək olmamışdır. Məhkəmə tərəflərin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh öz torpaq sahəsini suvararkən suya nəzarət etməməsi nəticəsində onun mülkiyyətində olan torpaq sahəsindəki əkilmiş arpa sahəsini suya qərq etdiklərini bildirmiş, lakin suyun həqiqətən Azər tərəfindən açılmasına, yəni Azərin təqsirli olmasına, ümumiyyətlə arxdan su daşmasına və məhsulunun məhv olmasına dair heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı ilk növbədə məhsulunun məhv olmasını qeyd etsə də, həmin faktın baş verdiyi tarixləri dəqiqləşdirə bilməmişdir, məhkəmə iclasında verdiyi ilkin izahatında məhsulunun 21 dekabr 2022-ci il tarixdə məhv olduğunu qeyd etsə də, sonrakı məhkəmə iclasında və hadisə yerinə baxış keçirilərkən məhsulunun 2023-cü ilin mart ayında məhv olduğunu bildirərək hadisənin tarixlərini müəyyən edə bilməmişdir. Lakin Ağdaş rayon Polis Şöbəsindən əldə olunmuş araşdırma materialından məlum olur ki, İddiaçı Azər adlı şəxsin onun taxıl sahəsinə su axıdaraq zərər vurmasına dair polis şöbəsinə müraciətləri 26 mart 2023-cü il və 28 avqust 2023-cü il tarixlərdə olmuşdur. Bundan başqa məhkəmə iclasında həm iddiaçı, həm də cavabdeh tərəfindən dəvət olunaraq ifadələri alınmış şahidlər Cavabdeh İddiaçı torpağında arx çəkərək həmin arxa su açıb İddiaçı məhsulunu məhv etməsinə dair ifadə verməmişlər, yəni onun təqsirli olmasına dəlalət edən halları təsdiq etməmişlər, əksinə həmin şahidlər Cavabdeh ümumiyyətlə məhsulunu suvara bilməməsi səbəbindən onun məhsulunun məhv olduğunu bildirmişlər. Bundan əlavə məhkəmə qeyd edir ki, Ağdaş rayon Polis Şöbəsindən əldə olunmuş araşdırma materialından məlum olur ki, ərizədə qeyd olunan torpaq sahələrinə xx.xx.2023cü il tarixdə baxış keçirilərkən İddiaçı yerinə su axıdılması aşkar olunmamışdır. Həmin araşdırma materialı üzrə 5 aprel 2023-cü il və 18 may 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarlar qəbul olunaraq həmin qərarlarda baxış zamanı əraziyə hər hansı ziyanın dəyməsinin müəyyən edilmədiyi, həmçinin İddiaçı müraciətlərində göstərdiyi xüsusatlar öz təsdiqini tapmadığından və toplanmış materialda cinayət hadisəsi olmadığından material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qeyd olunmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, dəymiş ziyanın məbləğinin müəyyən olunması məqsədi ilə alınmış "xxxx" MMC-nin rəyindən də məlum olur ki, baxış keçirilərkən su arxından suyun daşıb-daşmaması, daşaraq ətrafa kimin tərəfindən axmasının səbəbini və mülkiyyətçiyə dəymiş ziyanı müəyyən etmək mümkün olmamışdır, iş materiallarında məhsulun məhv olmasına dair heç bir sübuta rast gəlinməmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, iddiaçı tərəfindən cavabdehin hüquqa zidd hərəkətləri nəticəsində ona ziyan dəydiyini, həmin ziyanla hərəkətlər arasında səbəbli əlaqəyə və cavabdehin təqsirinə dair sübutları məhkəməyə təqdim etməmiş və yuxarıda sadalanan hallar məhkəmə iclasında təsdiqini tapmamışdır. Belə ki, tərəflərin də izahatından göründüyü kimi su arxından növbəlik qaydasında torpaq sahiblərinin istifadə hüququ olmuş, cavabdehin torpaq sahəsindən istifadəsi zamanı hər hansı şəxslərə ziyan vurulması öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi üçün təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. İddiaçı əmlakına cavabdeh tərəfindən ziyan dəyməsi tələbini irəli sürdüyünü, iddia tələbində isə tələbinin qanuni əsası kimi mülki hüquq pozuntularında irəli gələn hüquq normalarını göstərsə də, həmin normaların dispozisiya şərtləri ilə uzlaşan sübutları (faktiki halları) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının arpa əkilmiş torpaq sahəsinin tamamilə suya qərq olması və cavabdehin təqsiri sübuta yetirilmədiyindən, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ziyanın məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmasına dəlalət edən mötəbər sübutlarla təsdiqini tapmadığından rədd edilməlidir. Əmlak Qiymətləndirmə 2021 MMC tərəfindən təqdim olunmuş rəyin xərci 100 manat iddiaçıya aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi ziyanın ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Əmlak Qiymətləndirmə 2021 MMC tərəfindən təqdim olunmuş rəyin xərci 100 manat iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar