Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-354/2024 30.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 7490 manat pul və dövlət rüsumu olaraq ödənilmiş 94 manatın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 2023-cü ilin iyul ayından tanışlıqları var. Belə ki, iddiaçı Bakı şəhərində Neftçilər metrosu yaxınlığında mobil telefon dükanına Ruslanın satmaq üçün komputer gətirdiyini görmüşdür. Komputeri neçəyə satmasını dedikdən sonra almışdır. Beləliklə Ruslanla münasibətləri yaranmışdır. Ağdaş rayonunda dükanı olduğunu bildirmiş, şəkillər atmış və inandırmışdır. Bundan sonra Ruslan ona bir neçə dəfə məişət avadanlıqları satmış və o, da almışdır. Sonradan Ruslan ona məişət avadanlıqları satacağını bu adla az-az 3000, 2000, 1200 manat məbləğlər alaraq əvəzində avadanlıq verəcəyini bildirsə də aydın olmuşdur ki, Ruslan onu 7490 manat borcu var. Lakin Ruslan imkanı olmadığından borcu verə bilməyəcəyini bildirmişdir. Bu məsələlər aralarında olan Whatsapp yazışmalarında və səslərində öz əksini tapmışdır. Sonuncu dəfə o, Ruslandan ona olan borcunu soruşduqda Ruslan 7490 manat boru olduğunu bildirmişdir. Dəfələrlə özünə. Atasına borcun qaytarılması barədə xahişlər etsə də, bildirmişlər ki, pul yoxdur. Beləliklə bundan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh məişət avadanlıqları satmaq adı ilə hissə-hissə olmaqla ondan pul almışdır. Lakin nə məişət avadanlıqlarını ona təhvil verməmiş, nə də ondan aldığı pulu geri qaytarmamışdır. Dəfələrlə ondan aldığı pulu geri qaytarılmasını tələb etsə də, Ruslan pulunun olmadığını əsas gətirərək pulu almaqdan boyun qaçırmışdır. 27 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin mübahisəni barışıq yolu ilə həll etmə təklifinə qəbul etmişlər və məhkəmədən sonra Ruslan ona 2000 manat pul ödəmişdir. Qalan pul isə qalmışdır. Odur ki, qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında bildirdi ki, iddiaçı ilə aralarında məişət avadanlıqlarının alqı-satqısı olmuşdur. Onunla aralarında on bir mindən çox alış-veriş olmuşdur. O, məişət avadanlıqlarını və mobil telefonları Əhmədə dəyərindən qat-qat ucuz qiymətə satmışdır. Onun həmin ərəfələrdə pula ehtiyacı olduğu üçün məcbur olub həmin avadanlıqları ucuz qiymətə satmışdır. Misal üçün 3000 manat dəyərində telefonu 1400 manata satmışdır. Həmin avadanlıqlara özü hansı qiyməti demişsə Əhməd həmin məbləği ödəmişdir. Əhməd avadanlıqları ucuz qiymətə satması üçün ona hədə-qorxu gəlməmiş və ya zor tətbiq etməmişdir. İddiaçıya borcu var, ama ucuz qiymətə aldığı mallarla həmin borc əvəzləşdirilməlidir. 27 fevral 2024-cü il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında məhkəmənin mübahisəni barışıq yolu ilə həll etmə təklifinə qəbul etmişlər və məhkəmədən sonra Ruslana 2000 manat pul ödəmişdir, 5490 manat məbləğində borcu verməyə isə maddi imkanı yoxdur. Qətnamə Ağdaş rayon İcra və Probasiya Şöbəsinə göndərildikdən sonra hissə-hissə ödəyəcəkdir. 30 aprel 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında cavabdeh iddia tələbini qəbul etməmiş, Əhmədə verdiyi 2000 manatı da hörmət edib verdiyini göstərmişdir. Çıxışında isə bildirdi ki, o, və atası Şakir Əhmədə 2024-cü ilin avqust ayına kimi borcu ödəyəcəklərini bildirmişlər, lakin Əhməd razılaşmamışdır. Bu səbəbdən borcu icrada hissə-hissə ödəyəcəkdir. Həmin məhkəmə iclasında təqdim olunmuş səs yazısı ona məxsus deyil, iddiaçı tərəfindən montaj olunmuşdur. Bundan sonra məhkəmə iclasında İddiaçı mobil telefonuna baxış keçirilmiş, baxış zamanı mobil telefonda Cavabdeh borcu etiraf edərək ona vaxt verilməsini və həmin pulu ödəyəcəyini bildirir. Lakin məhkəmə iclasında Whatsapp yazışmaları olan 070 601 70 70 nömrəli mobil nömrənin ona məxsus olduğunu, lakin səsləndirilən səs yazısının ona məxsus olmadığını, səslərin montaj olunduğunu bildirdi. İşin materiallarında olan mpay vasitəsi ilə edilmiş ödəniş qəbzlərinin surətindən görünür ki, 02.09.2023-cü il tarixdə, saat 18:49-da RU**** AB*********, 5************1344 saylı hesaba 1200 manat; 08.09.2023-cü il tarixdə, saat 19:00-da RU**** AB*********, 5************1344 saylı hesaba 500 manat; 14.09.2023-cü il tarixdə, saat 12:12-də RU**** AB*********, 4************8182 saylı hesaba 1000 manat; 26.09.2023-cü il tarixdə, saat 18:46-da A***** R***** Ş*****, 523915******1471 saylı hesaba 1700 manat ; 29.09.2023-cü il tarixdə, saat 11:46-da A***** R***** Ş*****, 523915******1471 saylı hesaba 500 manat; 29.09.2023-cü il tarixdə, saat 11:31-də RU**** A**********, 523915******1471 saylı hesaba 1100 manat; 30.09.2023-cü il tarixdə, saat 15:32-də A***** R***** Ş*****, 523915******1471 saylı hesaba 350 manat; 11.10.2023-cü il tarixdə, saat 18:09-da A***** R***** Ş*****, 523915******1471 saylı hesaba 250 manat ; 04.10.2023-cü il tarixdə, saat 22:23:39-da A***** R***** Ş*****, 523915******1471 saylı hesaba 900 manat ; 05.10.2023-cü il tarixdə, saat 7:26-da 5522 0993 5363 1344 saylı hesaba 100 manat; 11.10.2023-cü il tarixdə, saat 11:19-da A***** R***** Ş*****, 523915******1471 saylı hesaba 1600 manat ; 12.10.2023-cü il tarixdə, saat 15:32-də RU**** AB*********, 5************1344 saylı hesaba 500 manat; 14.10.2023-cü il tarixdə, saat 13:04-də RU**** AB*********, 4************8182 saylı hesaba 100 manat; 15.10.2023-cü il tarixdə, saat 20:41-də RU**** AB*********, 4************8182 saylı hesaba 1400 manat; 15.10.2023-cü il tarixdə, saat 12:32-də RU**** AB*********, 4************8182 saylı hesaba 750 manat; 21.10.2023-cü il tarixdə, saat 12:12-də RU**** AB*********, 4************8182 saylı hesaba 1600 manat; 20.10.2023-cü il tarixdə, saat 13:10-da RU**** AB*********, 4************8182 saylı hesaba 800 manat; 22.10.2023-cü il tarixdə, saat 19:26-da RU**** AB*********, 4************8182 saylı hesaba 800 manat; 23.10.2023-cü il tarixdə, saat 16:31-də A***** R***** Ş*****, 523915******1471 saylı hesaba 1200 manat məbləğində ödənişlər İddiaçı tərəfindən edilmişdir. İşin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin Təhqiqat Bölməsindən məhkəməyə daxil olmuş HK-1/2245 nömrəli materialın surətindən görünür ki, İddiaçı Ağdaş rayon Polis şöbəsinə ərizə ilə müraciət edərək, Ağdaş şəhər sakini Cavabdeh ona məişət avadanlıqları satacağını söyləyərək ondan ümumilikdə 7490 manat pul alaraq həmin pulu ələ keçirdiyini bildirmişdir. Şikayət ərizəsinə əsasən aparılmış araşdırma əsasında 5 noyabr 2023-cü il tarixdə Ağdaş rayon Polis şöbəsinin təhqiqatçısı X2 tərəfindən cinayət işinin başlanmasının rədd edilməsinə dair qərar qəbul edilmişdir. İşin materiallarında olan eManat ödəniş terminalı vasitəsi ilə edilmiş ödəniş qəbzinin surətindən görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 10:06:17-də M***** Ə***** R*****, 416973******3811 saylı hesaba 2000 manat; göndərilmişdir. İş materiallarına əlavə edilmiş 1 ədəd CD diskində olan Whatsapp tətbiqi vasitəsi ilə göndərilmiş səs yazılarından və yazışmalardan görünür ki, Cavabdeh İddiaçı olan borcunu etiraf edir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh ilə İddiaçı arasında məişət avadanlıqları və mobil telefonlarla əlaqədar alqı-satqı müqaviləsi bağlanmış, Ruslan müxtəlif avadanlıqlar verərək Əhməddən həmin avadanlıqların müqabilində pul almışdır. Lakin sonradan Cavabdeh aldığı pul müqabilində avadanlıqları təqdim etməmiş, həmin pulu da iddiaçıya geri qaytarmamışdır. Məhkəmə iclasında Cavabdeh həqiqətən İddiaçıla məişət avadanlıqları üzrə alqısatqı etdiklərini, İddiaçı avadanlıqları pula ehtiyacı üçün yarı qiymətə satdığını, İddiaçı ona görə xeyli pul qazandığını və bu səbəbdən hazırda İddiaçı iddia etdiyi borcu etiraf etmədiyini bildirsə də onun həmin izahatı məhkəmə iclasında sualları cavablandılrarkən verdiyi cavablarla və İddiaçı hesabına etmiş olduğu ödənişlə təqzib olunur. Belə ki, Cavabdeh həmin avadanlıqları İddiaçı satarkən qiymət aralarında razılaşdırılmış və İddiaçı onun dediyi məbləği ona ödəmiş, lakin İddiaçı həmin avadanlıqları ucuz qiymətə satması üçün Cavabdeh hədə-qorxu gəlməmiş, zor tətbiq etməmişdir. Bundan başqa, Cavabdeh iddia ərizəsində qeyd olunan məbləği qəbul etməsə də özü könüllü olaraq həmin məbləğin 2000 manatını İddiaçı ödəmişdir. Eyni zamanda, məhkəmə iclaslarında Cavabdeh bir neçə dəfə həmin məbləği ödəməyə maddi imkanı olmadığını bildirərək, qətnamə qəbul edildikdən sonra borcu Ağdaş rayon İcra və Probasiya Şöbəsinə hissə-hissə ödəyəcəyini bildirmişdir. Bundan əlavə məhkəmə baxışı zamanı iddiaçı tərəfindən təqdim olunmuş, DVD diskə və İddiaçı mobil telefonuna baxış keçirilmiş Cavabdeh iddia ərizəsində qeyd olunan borcu etiraf etmişdir. Məhkəmə yuxarıda qeyd olunanlara əsaslanaraq qeyd edir ki, Cavabdeh alğı-satğı müqaviləsinin tələblərini pozması öz təsdiqini tapmışdır. Odur ki, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh 5490 (beş min dörd yüz doxsan) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsində müəyyən edilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Eyni zamanda məhkəmə hesab edir ki, 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənn 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənn 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 5490 (beş min dörd yüz doxsan) manat məbləğində pul və 94 (doxsan dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-354/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-354/2024
30.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver