Məhkəmə qərarları › İş №2(014)-364/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-364/2023

26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-364/2023 26.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçılar İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı vurulmuş ziyan məbləğinin məcburi qaydada ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı vurulmuş ziyan məbləğinin məcburi qaydada ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(014)-78/2022 saylı və Şəki Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş 1(107)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.1988-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş və Ağdaş rayonu, Ləki qəsəbəsi, Ç.Mustafayev küçəsi 12-də qeydiyyatda olmaqla yaşayan Cavabdeh İddiaçı1 6800 (altı min səkkiz yüz) manat məbləğində pulunu, İddiaçı2 5000 (beş min) manat məbləğində pulunu, İddiaçı3 3000 (üç min) manat məbləğində pulunu, İddiaçı4 4300 (dörd min üç yüz) manat pulunu, İddiaçı5 5500 (beş min beş yüz) manat məbləğində pulunu etibarından suiistifadə edərək aldadıb almaqla ələ keçirərək dələduzluq etmişdir. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)-78/2022 saylı hökmü ilə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin hökmdən verdikləri apellyasiya şikayəti qismən təmin olunmuş, şəxsə təyin edilmiş cəza 1 (bir) il artırılaraq ağırlaşdırılmış, barəsində 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Cavabdeh 14 aprel 2022-ci ildən həbsdə olmasına baxmayaraq əks tərəf və yaxınları ötən müddət ərzində zərərçəkmiş şəxslər kimi onlara 1 manat olsun zərərdən ödəməmiş və vurulmuş zərərin qaytarılması məqsədilə heç bir real ciddi təkliflər olmamışdır. Həmin şəxslərin maddi ziyanı ödəmələri üçün kifayət qədər maddi imkanları mövcuddur və bu imkanlar hazırda da qalmaqdadır. Onlara dəymiş ziyan məbləğinin əvəzinin cavabdeh tərəfindən ödənilməsi üçün hazırki iddia ərizəsi ilə müraciət edirlər. Göstərilənlərə əsasən xx.xx.1988-ci ildə Ağdaş rayonu, Ləki qəsəbəsində anadan olmuş və Ağdaş rayonu, Ləki qəsəbəsi Ç.Mustafayev küçəsi 12də qeydiyyatda olmaqla yaşayan Cavabdeh dələduzluq əməli nəticəsində vurduğu ziyan məbləğlərinin İddiaçı1 6800 (altı min səkkiz yüz) manat məbləğində pulun, İddiaçı2 5000 (beş min) manat məbləğində pulun, İddiaçı3 3000 (üç min) manat məbləğində pulun, İddiaçı4 4300 (dörd min üç yüz) manat pulun, İddiaçı5 5500 (beş min beş yüz) manat məbləğində pulun, həmçinin də birlikdə İddiaçı1 adından cəmi ödənilmiş 163,80 (yüz altmış üç manat, səksən qəpik) manat dövlət rüsumunun cavabdehdən məcburi qaydada onların xeyrlərinə alınıb verilməsi barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 vəkili və nümayəndəsi Vəkil iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçıların vəkili və nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)-78/2022 saylı hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib iki il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin əvvəli 14 aprel 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsinə minənə qədər qüvvəsində saxlanılması, vurulmuş 24600 manat ziyanın ödənilməməsinin nəzərə alınsması hökm ediılmişdir. İşin materiallarında olan X2 Cinayət Kollegiyasının 1(107)-443/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Dövlət ittihamçısı, kiçikədliyyə müşaviri İlham Cəfərzadə tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxslər İddiaçı1, İddiaçı4, İddiaçı3 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinin isə qismən təmin edilməsi, Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmü ona təyin olunmuş cəza ağırlaşdırılmaqla dəyişdirilməsi, Cavabdeh təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təyin edilmiş 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası 1 (bir) il müddətə artırılaraq, qəti olaraq ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, hökmün qalan hissədə dəyişdirilmədən saxlanılması, qərarın elan olunduğu andan qanuni qüvvəyə minməsi qərara alınmışdır. İddiaçıların tələblərinin əsasını onlara cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş ziyanın tələbi təşkil edir. Belə ki, qanuni qüvvəsini almış hökmə əsasən Cavabdeh İddiaçı1 6800 (altı min səkkiz yüz) manat, İddiaçı2 5000 (beş min) manat, İddiaçı3 3000 (üç min) manat, İddiaçı4 4300 (dörd min üç yüz) manat, İddiaçı5 5500 (beş min beş yüz) manat məbləğində zərər vurmuşdur. Cavabdehin sözügedən pul məbləğini iddiaçılardan onların etibardan istifadə edərək alaraq mənimsəməsi Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)-78/2022 saylı hökmü ilə öz təsdiqini tapır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 163,80 (yüz altmış üç manat, səksən qəpik) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh Ağdaş rayonu Yuxarı Ləki inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyən müddət ərzində vəzifə səlahiyyətlərindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə iddiaçılara müxtəlif köməklərin göstəriləcəyini vəd edərək, İddiaçı1 6800 (altı min səkkiz yüz) manat, İddiaçı2 5000 (beş min) manat, İddiaçı3 3000 (üç min) manat, İddiaçı4 4300 (dörd min üç yüz) manat, İddiaçı5 5500 (beş min beş yüz) manat məbləğində pul vəsaiti almışdır. Verdiyi vədlərə əməl etməyərək özgənin əmlakını ələ keçirmiş, iddiaçıların şikayəti əsasında cavabdehə cinayət işi açılmış və cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(014)-78/2022 saylı hökmü ilə iki il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İddiaçılara dəymiş ziyan ödənilməmişdir. Hazırda iddiaçılar cavabdehdən həmin borcların geri qaytarılmasını tələb edirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı vurulmuş ziyan məbləğinin məcburi qaydada ödənilməsi tələbinə dair iddiası təmin edilməli, Cavabdeh İddiaçı1 6800 (altı min səkkiz yüz) manat, İddiaçı2 5000 (beş min) manat, İddiaçı3 3000 (üç min) manat, İddiaçı4 4300 (dörd min üç yüz) manat, İddiaçı5 5500 (beş min beş yüz) manat məbləğində pul alınaraq verilməli, eyni zamanda Cavabdeh 163,80 (yüz altmış üç manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçılara verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı1 və qeyrilərinin Cavabdeh qarşı vurulmuş ziyan məbləğinin məcburi qaydada ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdeh İddiaçı1 6800 (altı min səkkiz yüz) manat, İddiaçı2 5000 (beş min) manat, İddiaçı3 3000 (üç min) manat, İddiaçı4 4300 (dörd min üç yüz) manat, İddiaçı5 5500 (beş min beş yüz) manat məbləğində pul alınaraq verilsin. Cavabdeh 163,80 (yüz altmış üç manat, səksən qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq iddiaçılara verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar