Məhkəmə qərarları › İş №2(014)-37/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-37/2023

30.01.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-37/2023 30.01.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı “Dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “Dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, o, 09 avqust 2022-ci il tarixdə sast 20:25 radələrində idarə etdiyi VAZ 2115 markalı, ** LA *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Ağdaş rayonu, Ləki qəsəbəsi, M.Mustafayev küçəsi ilə C.Məmmədov küçəsinin kəsişən hissəsində hərəkətdə olduğu zaman Cavabdeh idarə etdiyi avtomobili ilə hərəkətdə olduğu zaman onun idarə etdiyi avtomobili gözləmədən sola manevr etməsi yol nəqliyyat hadisəsi törətməsinə səbəb olmuş, nəticədə idarə etdiyi minik avtomobilinə ümumilikdə 3032 manat dəyərində maddi zərər vurmuşdur. Hadisə ilə əlaqədar Ağdaş rayon Polis Şöbəsi tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə inzibati protokol tərtib edilmiş və baxılması üçün Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. Hadisə zamanı müraciəti əsasında Ağdaş rayonunda fəaliyyət göstərən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin mütəxəsissləri tərəfindən minik avtomobilinə baxış keçirilmiş və avtomobilə ümumilikdə 3032 manat (1332 manat avtomobilin ehtiyyat hissəslərinə dəyən ziyan + 1700 manat təmir işləri) maddi zərər vurulduğu aşkar edilmiş, bu barədə akt tərtib edilərək imzalanmışdır. Ağdaş Rayon Məhkəməsinin 3(014)-417/2022 nömrəli, 09 avqust 2022-ci il tarixli X3 iş üzrə qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 manat manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İşə baxılan zaman cavabdeh ondan xahiş etmişdir ki, məhkəmədə ona vurduğu ziyanın ödənilməsi barədə izahat versin, pulu məhkəmədən sonra ödəyəcəyək. O, Pünhanın səmiyyətinə inanaraq bu məzmunda izahat vermişdir. İşə məhkəmədə baxıldıqdan sonra cavabdeh yol-nəqliyyat hadisəsi zamanı ona vurduğu 3032 manatdan 2000 manatı ödəmiş, qalan 1032 manatı da cavabdehdən istədikdə cavabdeh bundan artıq imkanının olmadığını olmadığını bildirdi. O, isə “sən məhkəmə məni aldatdın, belə olacağını bilsəydim məhkəmədə şikayətçi olardım” sözlərini demişdir. Cavabdehin ona vurduğu 1032 manat maddi zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş maddi zərərin ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. Ona görə də cavabdehə qarşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edir. Odur ki, Cavabdeh yol nəqliyyat hadisəsi nəticəsində onun tərəfindən ona dəymiş 1032 manat məbləğində maddi zərərin və dövlət rüsumu hesabına ödəmiş olduğu 31 manat pulun alınaraq ona verilməsinə dair qətnamə çıxarılması xahiş edilir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək bildirmişdir ki, iddianı qəbul etmir. Belə ki, baş vermiş yol nəqliyyat hadisəsindən sonra İddiaçı ilə ilə danışıb qarşılıqlı razılıq əsasında avtomobilin təmiri üçün ona 2000 manat pul ödəmişdir. İddiaçı da öz növbəsində ona və atasına bildirmişdir ki, verdikləri 2000 manat pul onun avqomobilinin tam təmirinə bəs edəcək. Qeyd etdiyi pul vəsaiti şahidlər Əvəz Şəfiyevin, X1, iddiaçının atası Tərlan Şirinovun və digər şəxslərin yanında verilib. Onlar məhkəmə iclasına dəvət edilərsə bunu təsdiq edərlər. Əgər Elnurun iddia etdiyi ziyanın dəyəri 3032 manatdırsa həmin detalların siyahını onunda iştirakı ilə tərtib etməklə məhkəməyə təqdim etsin. Belə ki, Elnurun niyyəti onsuzda avtoqəzadan əvvəl təmirə ehtiyacı olduğu maşınını onun hesabına tam təmir etdirməkdir. Bundan başqa əgər avtomobilə ziyan qeyd etdiyi qədər olmuşdursa həmin ziyanı təsdiq edən sənədi nəyə görə hadisədən 9 gün sonra əldə edir. Həmin ziyan aktının düzgünlüyünə şübhə edir. Hesab edir ki, məhkəmə tərəfindən araşdırılarsa dəymiş ziyanın nəyin ki, 2000 manat, hətta ondan az edir. Buna görə də qeyd edilən əsaslarla iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(014)- 417/2022 nömrəli qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinməsi və ona 400 (dörd yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. İş materiallarında olan İXP ******* nömrəli X3 Protokolun surətindən görünür ki, ünvan 1 ünvanında yaşayan Cavabdeh tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 322.1-ci, 327.2-ci, 332.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İşdə materiallarında olan "xxxx"ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 15 avqust 2022-ci il tarixli 54 saylı aktdan görünür ki, 2012-ci il buraxılışı olan VAZ 21015 markalı **- LA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş ziyan 3032 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 26 dekabr 2022-ci il tarixli, 9/8018 nömrəli ekspert rəyindən görünür ki, "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2012-ci il buraxılışlı “VAZ 2115” markalı, ** LE *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2832 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətradakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enercisindən, atom enercisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qaşısıalınmaz qüvvənin və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər.Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh təqsiri nəticəsində yol-nəqliyyat hadisəsi baş vermiş, bu barədə X3 protokol tərtib olunmuş, X3 qərar əsasında cərimə edilmiş, nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. İddiaçı avtomobilinə 3032 manat məbləğində ziyan dəydiyini iddia etmiş, buna dair "xxxx" ASC-nin Ağdaş filialı tərəfindən verilmiş Aktda da həmin məbləğ öz əksini tapır. Lakin mülki iş üzrə tam və ədalətli qərarın verilməsi üçün mülki iş məhkəmə-texniki ekspertizası keçirilməsi üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilmiş və ekspret rəyində təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 2832 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində qeyd etdiyi və məhkəmə iclasında verdiyi verdiyi izahatında cavabdeh tərəfindən dəymi ziyanla bağlı 2000 manat verildiyini bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən dəymiş ziyana görə 832 manat məbləğində pul iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə rədd edilməli, ekspertiza xərcinə görə 100 manat və iddiaçı tərəfindən ödənilmiş 31 manat dövlət rüsumu ödənilmiş tələblərin məbləğinə mütanasib olaraq cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh dəymiş maddi ziyana görə 832 manat, 100 manat ekspertiza xərci və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 962 manat (doqquz yüz altmış iki manat) alınaraq İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar