Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-38/2021 01.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi İddiaçı Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı Vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 8160 manat maddi ziyan,1000 manat mənəvi ziyana görə pulun tutularaq İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, mülkiyyətində HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobil vardır. Avtomobili idarə etmək üçün oğlu X1 etibarnamə vermişdir. xx.xx.2020-ci il tarixdə Cavabdeh1 idarə etdiyi VAZ 21061 markalı 10BB543 dövlət qeydiyyat nişanlı avtomobilə Ağdaş rayonu, Zeynəddin kəndi ərazisində hərəkətdə olarkən kənd ərazisində yerləşən kəndin əsas yoluna çıxış zamanı kənd istiqamətindən gələn oğlunun idarə etdiyi HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxaraq onunla toqquşmuşdur.Hadisənin baş verməsində təqsirkar olan Cavabdeh1 Ağdaş RPŞ YPX inspektoru E.Qasımovun tərtib etdiyi İXP seriyalı ******* saylı xx.xx.2020-ci il tarixli X3 Protokola əsasən İXM-nın 327.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmuşdur. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyan HYUNDAİ Gəncə Servis Departamenti tərəfindən araşdırılmış, ehtiyat hissələri ilə əvəz olunması məsləhət bilinmiş, dəyişdirilməsi zəruri olan ehtiyat hissələri barədə AKT tərtib olunmaqla göstərilmişdir. Həmin Akta əsasən ehtiyat hissələri, təmir və usta xərci cəmi 8160 manat olmuşdur. Həmin pulu cavabdehlərdən istəsə də onlar hər dəfə bir bəhanə ilə ziyanı ödəməkdən yayınmışlar. Əlavə olaraq qeyd etmək istəyir ki, yol-nəqliyyat hadisəsi nəticəsində ona məxsus HYUNDAİ markalı avtomobilin bazar qiyməti kəskin şəkildə aşağı düşmüşdür, belə ki, hamıya məlumdur ki, qəzaya düşmüş avtomobilin bazar qiyməti qat-qat aşağı düşür. Bundan əlavə cavabdehin öz günahını başa düşməməsi, ona vurduğu ziyanı ödəməməsi, avtomobilsiz qalmağı, həmçinin hadisə nəticəsində keçirdiyi stresə, əsəbə görə ona mənəvi ziyan da dəymişdir. Bu mənəvi ziyanı 1000 manat kimi qiymətləndirir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi, iddiasının əsaslı olduğu üçün iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh1 nümayəndəsi Vəkil məhkəmə iclasında iddianı qəbul etməyərək bildirdi ki, tənbeh vermə haqqında tərtib edilən inzibati xətanı Cavabdeh1 deyil, HYUNDAİ İX-35 markalı avtomobilin sürücüsü törətmişdir. Cavabdeh1 avtomobil idarə etməyi xəta sayıla bilməz. Qeyd edir ki, YPX əməkdaşı qanunu pozub və Cavabdeh1 haqqında inzibati protokolu qeyri-qanuni yolla tərtib edib və sonra onu aldadıb imza etdiriblər. Qanuna uyğun olaraq hadisə yerinə dövlət yol polisinin əməkdaşını çağırmışlar. Hadisəni araşdıran Ağdaş RPŞ-nin yol patrul xidməti inspektoru hadisəyə dürüst qərar verməmiş və VAZ 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü, yəni Cavabdeh1 təqsirli sayılmışdır. Cavabdeh1 xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli X3 protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP-3740114 nömrəli inzibati tənbeh vermə haqqında qərardan Ağdaş Rayon Məhkəməsinə şikayət vermiş, lakin məhkəmənin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir.Cavabdeh1 qərardan şikayət versə də, Şəki Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmişdir. Cavabdeh1 yeni açılmış hallar üzrə kassasiya şikayəti vermək niyyətindədir. Hesab edir ki, iddia əsassızdır,odur ki, iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh2 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materiallarında olan xx xxxx 2020-ci il tarixli İXP ******* nömrəli X3 protokoldan və həmin protokol əsasında qəbul edilmiş xx xxxx 2020-ci il tarixli TP-3740114 nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh1 xx xxxx 2020-ci il tarixdə, saat 10:30 radələrində etibarnamə ilə istifadəsində olan VAZ – 21061 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdaş rayonunun Tatlar kəndi ərazisində hərəkətdə olan zaman ikinci dərəcəli yoldan birinci dərəcəli yola çıxarkən yol ayrıcına daxil olmuş və hərəkətdə olan HYUNDAİ AX-35 markalı avtomobili görməmiş, yol ayrıcını sona qədər boşalda bilməmiş, avtomobilin arxasındakı yarımqoşqu ilə toqquşmuş və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun ötmə əməliyyatı ilə bağlı tələbini pozmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən AC N760513 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobilin sahibi İddiaçıdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2018-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, İddiaçı HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobili idarə etmək üçün X1 etibarnamə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2018-ci il tarixli nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamənin surətindən görünür ki, Cavabdeh2 VAZ 21061 markalı **-BB-*** dövlət qeydiyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə vermişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən xx xxxx 2020-ci il tarixli Hyundai Gəncə servis departamentinin qüsur aktından görünür ki, HYUNDAİ İX-35 markalı 32BG046 dövlət qeydiyat nişanlı avtomobil YNH nəticəsində 8160 manat məbləğində ehtiyat hissələri zədələnmiş və yenisi ilə əvəz edilməlidir. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» xx xxxxxx 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardAn istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının maddi ziyan tələbi hissəsində iddiası əsaslıdır,belə ki, cavabdehin baş verən hadisədə təqsirli olduğunu müəyyən edən məhkəmənin qanuni qüvvəyə minmiş X3 qərarı mövcuddur. Odur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Odur ki, Cavabdeh1 təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətində olan avtomobilə 8160 manat məbləğində maddi ziyan dəymişdir. Bu hal məhkəmə iclasında tədqiq edilmiş subutlarla öz təsdiqini tapmışdır. Məhkəmə həmçinin iddianın mənəvi zərər kimi 1000 manat pul tələbi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia həmin hissədə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, məhkəmə baxışı zamanı iddiaçı iddianı bu hissədə əsaslandıra bilməmiş və məhkəməyə bu barədə mötəbər sübut növü təqdim etməmişdir.Həmçinin iddia Cavabdeh2 münasibətdə də əsaslı deyildir. Belə ki, Cavabdeh2 VAZ 21061 markalı **-BB-*** dövlət qeydiyat nişanlı avtomobili idarə etmək üçün Cavabdeh1 etibarnamə vermişdir, yəni yol nəqliyyat hadisəsi Cavabdeh1 qanuni əsaslarla idarə etdiyi avtomobillə hərəkətdə olarkən törədilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Cavabdeh1 8160 manat maddi ziyana görə pul və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçıya verilməli,iddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 8160 manat maddi ziyana görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 8190 manat (səkkiz min bir yüz doxsan manat) pul tutularaq İddiaçı verilsin. İddia Cavabdeh2 münasibətdə və qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.
Məhkəmə qərarları › İş №2(014)-38/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-38/2021
01.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver