Məhkəmə qərarları › İş №2(014)-40/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-40/2021

16.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-40/2021 16.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı, Cаvаbdеhlər X4, Cavabdeh1, Cavabdeh2, X2, X10, X6, X1, X7, X13 və X5 iştirakları ilə, İddiaçı cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеhlər Cavabdeh2 və Cavabdeh1 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 və Cavabdeh1 tərəfindən əkin sahəsinə iri buynuzlu mal-qarasını buraxması nəticəsində cavabdehlər tərəfindən ona dəymiş 1600 (bir min altı yüz) manat pulun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 manat pulun cavabdehlərdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına ərizə verərək məhkəmədən X4, Cavabdeh1, Cavabdeh2, X2, X10, X6, X1, X7, X13 və X5 cavabdeh qismində cəlb edilməsini xahiş etmişdir. Məhkəmə həmin şəxslərin cavabdeh qismində cəlb edilməsini mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, o ailəsi ilə birlikdə Ağdaş rayonu, Abad kəndində yaşayır. Ailəsini dolandırmaq üçün 27 oktyabr 2004-cü il tarixli Ağdaş rayon Bələdiyyəsinin 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 30 illik icarə müqaviləsi əsasında Ağdaş rayon Abad Bələdiyyəsinin ərazisindən 10 hektar torpaq sahəsi almışdır. Həmin 10 hektar torpaq sahəsinin 2 hektar hissəsində yonca əkmişdir. Həmin 2 hektar torpaq sahəsində əkdiyi yoncanı birinci üzlüyünü biçdirmişdir. İkinci üz biçim üçün hektara 200 kip ot götürməyni planlaşdırmışdır. Lakin ikinci üz yonca sahəsini biçilməsinə bir həftə qalmış həmkəndliləri Cavabdeh2 və Cavabdeh1 məxsus iri buynuzlu heyvanlarını topaq sahəsinə buraxaraq yonca sahəsini tamamilə məhv etmişdir. O, dəfələrlə həmin cavabdehlərə, onun torpaq sahəsinə malqaralarını buraxmamaları barədə xəbərdarlıq etməyinə baxmayaraq onlar məhəl qoymayaraq mal-qaralarını onun əkin sahəsinə buraxmışlar. Torpaq sahəsinə həmkəndliləri Cavabdeh2 və Cavabdeh1 iri buynuzlu mal-qaralarının buraxılması nəticəsində 2 hektar torpaq sahəsi yararsız hala düşmüşdür. Həmin 2 hektar torpaq sahəsindən 400 ədəd kip yonca bağlaması əldə edilə bilərdi. Ümumilikdə həmin 2 hektar torpaq sahəsinə buraxılmış iri buynuzlu mal qara nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir.Bunu da onunla əsaslandırır ki, 1 kip yonca otunun bugünki bazar qiyməti 4.50 manatdır. Lakin cavabdehlər torpaq sahəsinə vurduğu maddi ziyanla razılaşmamış, həmin maddi ziyanı dəfələrlə deyiləməsinə baxmayaraq könüllü ödəmək istəmirlər və hər dəfə vurduğu ziyanın əəvəzini ödəməyəcəyini bildirmişdir.Cavabdehlərin ona vurduğu 1600 manat zərəri könüllü ödəməkdən yayındığından aralarında yaranmış dəymiş ziyanın ödənilməsinə dair mülki mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, özünəməxsus torpaq sahəsindən kənd sakinləri arasında yaranmış narazılığa görə istifadə edə bilmir. İddia ərizəsində göstərdiyi cavabdehlər tərəfindən torpaq sahəsində bitən yonca bitkisi məhv edilmişdir. Onun icazəsi və razılığı olmadan qeyd etdiyi cavabdehlər özlərinə məxsus iribuynuzlu mal-qaranı onun sahəsinə daxil edərək otarmışlar. İddia ərizəsində qeyd etdiyi cavabdehlərdən başqa kəndin digər sakinləri də, öz iri və xırda buynuzlu mal-qaranı onun sahəsində otarmışlar. Hal-hazırda ərizədə qeyd etdiyi cavabdehlərdən pulun tutulmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı istifadəsində olan torpaq sahəsi iddiaçının əri tərəfindən qanunsuz olaraq mənimsənilmiş, kənd sakinləri örüş sahəsindən məhrum olmuşdur. Həqiqətən də iddiaçının torpaq sahəsində heyvanlarını otarmışdır. Bunu özü və digər cavabdehlər tək deyil, bütün kənd sakinləri etmişdir. Buna görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər X4, Cavabdeh2, X2, X10, X11ku, X1, X7 və X13 məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh X12 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, onun heç bir mal-qarası yoxdur, iddiaçının torpaq sahəsinə heç bir ziyan vurmamışdır. Ona görə də məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad Bələdiyyəsi tərəfindən verilmiş 22 iyun 2020-ci il tarixli 06 saylı arayışdan məlum olur ki, İddiaçı JN 6071 saylı torpaqdan müvəqqəti istifadə hüuquna dair şəhadətnamməyə əsasən 27.10.2004-cu il tarixli icarə müqaviləsi ilə Ağdaş rayon Abad Bələdiyyəsində 10 hektar torpaq sahəsi 30 il müddətinə kənd təsərüfatı məhsulları istehsalı məqsədilə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Torpaq Mülkiyyət hüququna dair JN-6071 (KOD ********) saylı şəhadətnamənin surətindən məlum olur ki, İddiaçı 27 oktyabr 2004-cü il tarixli Ağdaş rayon Bələdiyyəsinin 10 saylı qərarı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün 30 illik icarə müqaviləsi əsasında Ağdaş rayon Abad Bələdiyyəsinin ərazisindən 10 hektar torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏK və ünvan reyestri xidməti tərəfindən verilmiş 11 noyabr 2020-ci il tarixli **********52 saylı mütəxəsis rəyindən məlum olur ki, Ağdaş rayon Abad kəndində yerləşən mübahisləi torpaq sahəsinə mütəxəssisin, iddiaçının və cavabdehləriin iştirakı ilə baxış keçirilərək iddiaçının faktiki istifadə etdiyi (əkin üçün şumlanmış) torpaq sahəsinin koordinatları müəyyən edildi. Həmin koordinatlar Ağdaş rayon Abad kəndi “ Abad” təsərrüfatı ərazsində aparılan torpaq islahatıına dair kompleks yerqurruluşu layihəsində yerləşdirməklə sxem tərtib edildi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyi X20 İnkişaf Mərkəzi tərəfindən verilmiş 28 avqust 2020-ci il tarixli 82 saylı vətəndaşa dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayon Abad kənd sakini İddiaçı əkin sahəsinə dəymiş ziyanın müəyyən edilməsi ilə əlaqədar əkin sahəsinə baxış keçirilmiş, nəticədə məlum olmuşdur ki, İddiaçı məxsus JN 6071 kod:90300028 torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən Abad kəndində yerləşən 10 ha torpaq sahəsinin 1.87 ha-nı yonca əkini üçün istifadə etmişdir. Müşahidəyə əsasən 1.87 ha yonca sahəsinin xırdabuynuzlu mal qara tərəfindən tələf olunduğu müəyyən olunmuşdur. Vətəndaş 1.87 ha sahədən 261 ədəd yonca bağlaması (pres) əldə edə bilərdi. Rayon üzrə yonca bağlamasının (presin) satış qiymətinin 3.50 manat olduğunu nəzərə alınsa vətəndaşa 913 manat maddi ziyanlıq dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad bələdiyyəsi tərəfindən verilmiş 18.08.2020-ci il tarxli aktdan məlum olur ki, Ağdaç rayon Abad kənd sakini İddiaçı məxsus JN 6071 kod:90300028 torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnaməyə əsasən Abad kəndində yerləşən 10 ha torpaq sahəsinin 1.87 ha-da əkmiş olduğu yonca bitkisi iribuynuzlu və xırda buynuzlu mal-qara tərəfindən tələf olmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Abad kənd sakinləri tərəfindən verilmiş ərizədən məlum olur ki, 08.05.2020-ci il tarixdə kənd sakini İddiaçı onu- Cavabdeh2 və Cavabdeh1 Ağdaş rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Ərizədə onun və İkramın guya sənədlə ona məxsus olan bələdiyyə torpağına iri buynuzlu mal-qara salmışlar və nəticədə ona maddi ziyan dəymişdir. Halbu ki, onlar və bütün kənd bilir ki, həmin torpaq sahəsi saxta sənədlərlə əldə edilmişdir. Torpaq islahatı dövründə onlardan şikayətçi olan Solmazın əri bələdiyyə sədri vəzifəsində işləmişdir. Kənd sakinlərinə 0.17 sot torpaq sahəsi düşdüyü halda onlar 10 hektar sahəni mənimsəmişdirlər. Halbu ki, onların əlində heç bir qanuni sənəd yoxdur. Bir çoxları malqara örüşü üçün ayrılmış olan torpaq sahəsinin qanunsuz olaraq saxta yollarla zəbt etmişlər. Saxta yollarla zəbt edilmiş bu torpaqlara yenidən baxılmasını və camaatın istifadəsinə verilməsini tələb etmişlər. Bundan başqa həmin gün təkcə o və İkram yox, aşağıda imza edənlər də o sahəyə mal-qara aparmışlar. Onlar tərəfindən qanunsuz olaraq zəbt olunmuş torpaq sahəsinin əllərindən alınmasını, kənd camaatının istifadəsinə verilməsini və onların barəsində verilmiş şikayət ərizəsinin ləğv edilməsini xahiş etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən aktdan görünür ki, akta imza edən şəxslər həmin torpaq sahəsindən istifadə etdiklərini bildirmişlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1110-ci maddəsinə əsasən Heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməyə borcludur. Bu zaman heyvanın nəzarət altında olduğunun, itdiyinin və ya qaçdığının əhəmiyyəti yoxdur. Əgər heyvanın sahibi üçüncü şəxslərin müdafiəsi üçün zəruri tədbirlər görmüşsə, zərərin əvəzinin ödənilməsi öhdəliyi tətbiq edilmir. Beləliklə məhkəmədə müəyyən olundu ki, İddiaçı Ağdaş rayonu, Abad kəndində 10 ha torpaq sahəsi vardır və həmin torpaq sahəsinin 2 hektar hissəsinə yonca bitkisi əkmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus iri-buynuzlu malları iddiaçının yonca sahəsinə girdiyini və həmin torpaq sahəsini tamamilə otlayaraq məhv etdiyini bildirmişdir. İş materiallarına əlavə edilmiş rəydən məlum olur ki, 1.87 ha yonca sahəsinin xırdabuynuzlu mal-qara tərəfindən tələf olunaraq, 913 manat məbləğində ziyan vurulduğu müəyyən olunmuşdur. Digər şəxslər tərəfindən iddiaçıya zərər dəymiş ziyanın məbləği 913 AZN-dir. Həmin ziyan iddia ərizəsində göstərilən cavabdehlərdən savayı digər şəxslər tərəfindən də vurulmuşdur. Ona görə məhkəmə hesab edir ki, vurulmuş ziyanın məbləği cavabdehlərdən təqsirin dərəcəsinə, iştirak payına uyğun olaraq hər birinə münasibətdə bərabər şəkildə hissəvi müəyyən edilməlidir. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, iddiaçıya vurulmuş ziyan 913 AZN müəyyən edilməli, həmin ziyanın bir hissəsi cavabdehlərin (X4, Cavabdeh1, Cavabdeh2, X2, X10, X6, X1, X7, X8) hər birindən 30 manat məbləğində tutularaq İddiaçı verilməlidir. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilməli, qalan 15 manatı isə cavabdehlərdən tutularaq iddiaçıya verilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddia qismən təmin edilsin. İddiaçıya vurulmuş ziyan 913 AZN müəyyən edilsin, həmin ziyanın bir hissəsi cavabdehlərin (X4, Cavabdeh1, Cavabdeh2, X2, X10, X6, X1, X7, X8) hər birindən 30 manat məbləğində tutularaq İddiaçı verilsin. Ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı iddiaçıya aid edilsin, qalan 15 manatı isə cavabdehlərdən tutularaq iddiaçıya verilsin. İddiaçıya digər cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar