Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-419/2021 31.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ona borclu olduqları (qətnamənin icra olunduğu zaman məzənnəyə uyğun olaraq) 500 (beş yüz) ABŞ dollarının və 360 (üç yüz altmış) manat pulun və dövlət rüsumu hesabına ödəmiş olduğu 30 (otuz) manat pulun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 Yevlax rayonu Xaldan kəndində mebel mağazasında işləyir və onların səmimi münasibətləri yaranmışdır. Cavabdeh1 müxtəlif vaxtlarda ondan 500 (beş yüz) ABŞ dolları və 360 (üç yüz altmış) manat borc pul almışdır. Cavabdeh1 borcunu qaytaracağına dair söz versə də, halhazıradək borcunu qaytarmamışdır, eyni zamanda Cavabdeh1 özü və onun həyat yoldaşı, digər cavabdeh Şərafət (Aydə) Salehova ona borclu olduqlarına dair öz xətləri ilə qəbz yazmış və imza etmişlər.Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Aydə) Kamil qızı ona münasibətdə birgə borcludurlar. Lakin borclarını ödəmirlər. Hər dəfə cavabdehlərdən borcunu istədikdə ona 20, 20, 20 manat pullar vermişdir. Cavabdeh ona yuxarıda qeyd edilən məbləğdə borclu olmalarını etiraf etsələr də, o cümlədən buna dair qəbz yazsalar da, cavabdehlər ona borclu olmalarına dair qəbzdə, cavabdeh Salehov adını Məmməd əvəzinə Məhəmməd cavabdeh Salehova isə Şərafət əvəzinə Aydə yazmışdır. 25.11.2020ci il tarixdə o Daxili İşlər Nazirliyinin “102” Xidmətinə zəng edən zaman, eyni zamanda Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları onların evində olanda Cavabdeh2 etiraf etmişdir ki, həqiqətən də ona borcludurlar və adlarını ləqəblərinə uyğun yazmışlar. Buna görə də hazırki iş üzrə borcun məcburi qaydada alınaraq ona qaytarılmasını xahiş edir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddiaçıdan həqiqətəndə borc pul almış, həmin pulu iddiaçıya qaytarmışlardır. Buna görə də məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq, Adı Məhəmməd olsa da, onu, Məmməd deyə çağırdıqlarını bildirdi. Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq adının Şərafət olmasına baxmayaraq onu Aidə kimi çağırdıqlarını bildirdi. Məhkəmə iddiaçı və cavabdehlərin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş olan yazılı izahatdan da görünür ki, 20 aprel 2006-cı il tarixdə İddiaçı 500 ABŞ dolları pul almış, həmin pulu geri qaytaracağını bildirmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı 500 ABŞ dolları məbləğində borc pul almışdır. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 verdiyi pulu geri istəsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının borcunu ödəməkdən imtina etmişlərdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 500 ABŞ dolları borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilməlidir. İddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 500 ABŞ dolları borc (Mərkəzi Bankın ödəniş gününə müəyyən etdiyi məzənnə üzrə manat hesabı ilə) və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-419/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-419/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver