Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-42/2025 22.01.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4770 manat pulun və ödənilmiş 67.70 manat dövlət rüsumunu tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə razılığa gələrək, cavabdehə məxsus VAZ 21063 minik markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilini ona satması ilə bağlı razılığa gəlmişdirlər. Bununla bağlı cavabdehə 03 sentyabr 2023-cü il tarixdə 720 manat pul vermişdir. Həmin tarixdə avtomobili onun qapısında saxlamışdır. Lakin sonrada sənədləşmə üçün götürmüşdür. Sonradan isə 10 oktyabr 2023-cü il tarixdə ondan yenidən 2750 manat pul alaraq yenidən avtomobili onun qapısında saxlayaraq və avtomobilin sənədini ona verərək getmişdir. Buna baxmayaraq o evdə olmadığı zaman avtomobili götürüb aparmışdır. Onun da adına rəsmiləşdirməkdən və avtomobili ona verməkdən imtina edir. Bundan başqa 26 oktyabr 2023-cü il tarixdə onun bacısı oğlunu işə düzəltmək adı ilə onu aldadaraq ondan 1300 manat pul almışdır. Verdiyi vədlərə baxmayaraq nə avtomobili ona verməmiş nə də bacısı oğlunu işə düzəltməmişdir. Pulunu da geri qaytarmadığından məcbur olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Dana sonra İddiaçı məhkəmə iclasında sualları cavablandırarkən bildirdi ki, Cavabdeh 26 oktyabr 2023-cü il tarixdə onun bacısı oğlunu işə düzəltmək adı ilə onu aldadaraq ondan 1300 manat pul almışdır. Verdiyi vədlərə baxmayaraq nə avtomobili ona verməmiş, nə də bacısı oğlunu işə düzəltməmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirdi ki, cavabdeh vəsatətində imzanın ona məxsus olmadığını bildirsə də məhkəmə iclaslarına gəlmədiyindən xətşünaslıq ekspertizasının keçirilməsi mümkün deyil, bu da ona əsas verir ki, cavabdeh məhkəmə iclasının əsassız yerə uzadılmasına nail olmaq istəyir, təqdim olunmuş sübutları isə təqzib etmək üçün heç bir sübut təqdim edə bilmir. İddiaçı İ qrup əlil olduğundan onun yanında həmişə Seymur və Nizami adlı şəxslər olmuşdur və onların şahid kimi iştirak etməsini və cavabdehin iddiaçıya 4470 manat borcu vardır və həmin borcun ondan alınmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəmə iclasına etiraz ərizəsi ünvanlayaraq bildirdi ki, iddiaçının ona qarşı bu iddiasını qəti şəkildə qəbul etmir. İddiaçı onun əl yazması deyib məhkəməyə biriki sənəd təqdim edib, halbuki o həmin sənədləri imzalamamışdır və qəbul etmir. İddiaçı - İddiaçı rayondan sələmə pul verən şəxs kimi tanınır. O həmin şəxsi keçmiş iş yoldaşı Taleh adlı şəxsin vasitəsi ilə tanımışdır. İddiaçının məhkəməyə təqdim etdiyi 2 750 manat məbləğində olan guya onun əl yazması deyib məhkəməyə təqdim etdiyi vərəqə onun nə əl yazımıdır, nə də ki, imzasıdır. İlk əvvəl ona 720 manat məbləğində pul verdiyini qeyd edib, həmin pulun ana məbləği 600 manat olmuşdur və o həmin pulu iddiaçıya geri qaytarmışdır. 1 300 manat məbləğində göstərilən əl yazısı ona məxsusdur. Lakin orada qeyd edilənlər həqiqəti əks etdirmir. 1 300 manat məbləğində pulun əsl məbləği 600 manatdır. Belə ki, ona təcili pul lazım olduğu üçün Talehin vasitəsi ilə tanıdığı iddiaçıdan Taleh ilə birlikdə evinə getmiş və ondan 600 manat məbləğində pulu borc almışdır. Taleh də özünə pul lazım olduğunu bildirdi və beləliklə də ona həmin qəbzi imzalatdılar. O da həmin anda sonradan olacaqları düşünməyərək və pula çox ehtiyacı olduğu üçün iddiaçıdan 600 manat məbləği almış və iddiaçının dediyi cümlələri bir-bir vərəqə yazmışdır. İddiaçı əlavə etdi ki, onsuz onların bir-birilərinə etibarları var, sən indiyə kimi götürdüyün pulları artıqlaması ilə vaxtında geri qaytarmısan, bu yazı aralarında formal olaraq yazılır. O da həmin şəxsdən dəfələrlə pul götürüb qaytardığı üçün həmin anlarda bir problemlə üzləşmədiyi üçün istədiyi əl yazısını yazıb ona vermişdir. O, həmin pulu 600 manat məbləğini qaytarmışdır. Talehin qaytarıb qaytarmamasından isə heç bir xəbəri olmayıb. Sonradan ona məlum olub ki, iddiaçı ona qarşı belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. O, 2750 manat məbləğində olan əl yazısı ilə yazılmış borc qəbzinin ekspertiyaza göndərilməsini istəyir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, iddiaçı onun qonşusudur. Hər yerə birlikdə gedib-gəlirlər. İddiaçının yeməyinə içməyinə köməklik göstərir. Anar iki nəfərlə ağ rəngli maşınla Sənangilə gələrək, Sənandan pul almışdır. Həmin vaxt o, Nizami ilə arxada divanda oturmuş, məbləğin nə qədər olduğunu bilməmiş,lakin Sənanın pulu dolabdan götürüb sayıb Anara verdiyini görmüşdür. Sənandan Anarı haradan tanıdığını soruşduqda, sonuncu yaxın olduqlarını bildirmişdir. Anar pulun qarşılığında maşınını girov olaraq qoyub getmişdir. Sonra isə gecə saatlarında Anar Sənanın həyətinə daxil olaraq maşını oğurlamışdır. Sənan pulu onların yanında saymışdır, pul çox idi 200-300 manatdan çox olardı. Məhkəmə iclasında şahid qismində dindirilən X1 ifadə verərək bildirdi ki, iddiaçı onun qonşusudur. Sənan əlil olduğundan, o, Sənana məişət işlərində köməklik göstərir. Cavabdeh tanıyır. Keçən il oktyabr ayında Anar Sənangilə gəlib ondan pul istəmiş, qarşılığında da maşınını girov qoymuşdur. Sənan Anara 2750 manat pul vermişdir. İddiaçı pulu borc olaraq vermişdir. Sənandan Anarın borcunu qaytarıb-qaytarmadığını soruşduqda, sonuncu Anarın pulu geri qaytarmadığını bildirmişdir. Pul verilərkən Seymur da orada olmuşdur. Sənan Anara 2 dəfə pul vermiş, bir dəfə 2750 manat, bir dəfə də 1300 manat pul vermişdir. Anar 1300 manat pulu Sənanın bacısının oğlunu işə götürmək üçün almışdır. Məhkəmə iddiaçı və vəkilinin izahatını, şahidlərin ifadələrini dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan əlyazmadan görünür ki, 25 avqust 2023-cü il tarixdə İddiaçı qapısında ** BK *** avtomobili saz vəziyyətdə saxlamışdır. 720 manat borc pul almışdır. 03 sentyabr 2023-cü il tarixdə pulu geri verəcək, maşını təfil götürəcəkdir. İşin materiallarında olan əlyazmadan görünür ki, 10 oktyabr 2023-cü il tarixdə İddiaçı 2750 manat götürür, əvəzində VAZ ** BB *** avtomobili verir, ayın 30 kimi qaytara bilməsə həmin avtomobili onun adına keçirəcəyini bildirmişdir. İşin materiallarında olan əlyazmadan görünür ki, 26 oktyabr 2023-cü il tarixdə İddiaçı 1300 manat pul götürmüşdür ki, onun bacısı oğlunu işə düzəldəcəkdir. Öz xətti ilə təsdiqləmişdir. Elektron Məhkəmə İnformasiya Sistemindən əldə olunmuş məlumatdan görünür ki, İddiaçı ümumi xəstəlik 1-ci qrup əlilik üzrə 200 manat, ƏG-2-ci qrup, ƏG-2-ci qrup, ƏG-2ci qrup əliliklə 337.76 manat müavinət alır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh 4470 manat məbləğində borc pul vermişdir. Cavabdeh üzərinə düşən öhdəliyi tam icra etməmiş və nəticədə onun İddiaçı 4470 (dörd min dörd yüz yetmiş) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin borcun ona geri qaytarılmasını tələb edir. Cavabdeh məhkəməyə etiraz göndərsə də etirazında qeyd edilənlərə dair məhkəməyə heç bir sübut təqdim etməmiş, imzaların ona məxsus olmadığını biildirib ekspertiza təyin olunmasını xahiş etsə də dəfələrlə məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlib imza nümunəsi təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 4470 (dörd min dörd yüz yetmiş) manat borc və 67 (altmış yeddi) manat 70 (yetmiş) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 4470 (dörd min dörd yüz yetmiş) manat borc və 67 (altmış yeddi) manat 70 (yetmiş) qəpik ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-42/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-42/2025
22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver