Məhkəmə qərarları › İş №2(014)-420/2023

Ağdaş Rayon Məhkəməsi Qərardad — İş №2(014)-420/2023

02.02.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Ağdaş rayonu İş № 2(014)-420/2023 02.02.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsinin hakimi Əliyev Nizam Mubariz oğlu, İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı “doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı “doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona **.04.*972-ci ildə doğulmağı haqqında 30.04.*972-ci il tarixli 3* nömrəli akt qeydinə uyğun doğum haqqında şəhadətnamənin verilməsini və bu öhdəliyin Cavabdeh2 və **.04.*972-ci ildə doğulmağını göstərən yeni şəxsiyyət vəsiqəsinin verilməsini və bu öhdəliyin Cavabdeh* üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunmalıdır. AR MPM-nin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; AR MPM-nin *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *0 aprel 20*5-ci il tarixli 4 nömrəli qərarı *5.4-cü bəndinə əsasən inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə ümumi və ya kommersiya məhkəməsinə verilmişdirsə, MPM-in *53.2, *53.2.*ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə ümumi və ya kommersiya məhkəməsində baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin ümumi və ya kommersiya məhkəməsinin icraatına qəbul edilmişdirsə, MPM-nin 26*.0, 26*.0.*-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi hazırkı mübahisə inzibati hüquq münasibətlərindən irəli gəldiyindən, bu mübahisəyə mülki məhkəmə icraatı qaydasında baxılması mümkün deyildir. Buna görə də mülki məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın icraata qəbul edilməsindən imtina edilməli, iddiaçıya ilk öncə müvafiq inzibati orqana müraciət etməsi, müvafiq imtina aldıqdan sonra İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia növü ilə Şəki İnzibati Məhkəməsinə müraciət etməsi izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin **4, *53, 263 və 264-cü maddələrini rəhbər tutaraq q ə r a r a a l d ı m: İddiaçı cavabdehlər Cavabdeh* və Cavabdeh2nə qarşı “doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin verilməsi” tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. İddiaçı izah edilsin ki, o, inzibati orqan sayılan Cavabdeh* və Cavabdeh2 qərarlarından, hərəkət və ya hərəkətsizliyindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.*.2-ci maddəsinə uyğun olaraq ərazi aidiyyəti üzrə inzibati məhkəməyə müraciət edə bilər. Qərardaddan, rəsmi qaydada verildiyi gündən *0 (on) gün müddətində Ağdaş Rayon Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) şikayət verilə bilər. Hakim Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar