Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-423/2023 02.05.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı, Cаvаbdеh Cavabdeh iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qarşı «avtomobilin istismarı nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dаir işə 02 may 2023-cü il tаriхdə Ağdaş rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qarşı «avtomobilin istismarı nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 8100 manat, cərimə meydançasına görə tərəfindən ödənilmiş 1100 manat, mənəvi zərər görə 5000 manat və 134 manat dövlət rüsumu olamaqla cəmi 14334 manatın İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2014-cü il tarixdə ona məxsus “BMW 318” markalı, **-HG-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh tərəfindən satın alınmış, lakin adına rəsmiləşdirlimədiyi üçün tərəfindən etibarnamə verilmişdir. Cavabdeh avtomobili 4 (dörd) il istismar edib onu yararsız vəziyyətə salaraq Xətai rayon ərazisindəki avtoservislərin birində dayanacağa atıb getmişdir. Daha sonra zəng edərək avtomobilin artıq ona lazım olmadığını və avtomobillə görə ödədiyi pulu qaytarılmasını ondan tələb etmişdir. Cavabdehə avtomobili ona satdığını və 4 ildir istifadə etdiyini, baş vermiş nasazlıqların onun tərəfindən qarşılanmağını bildirmişdir. Cavabdeh bununla razılaşmayib avtomobilə ödədiyi 12.000 ABŞ dolları geri istəmişdir. O bunun düzgün olmadığını cavabdehə bildirmişdir. Bundan sonra cavabdeh məhkəməyə borc tələbinə dair ona qarşı iddia ərizəsi ilə müraciət etmiş, iddia təmin edilərək icraya yönəldilmişdir. Cavabdeh tərəfindən qeyd edilən avtomobil Xətai rayon ərazisində dayanacaqların birində çox pis vəziyyətdə atılaraq tərk edilmişdir. Ona həmin dayanacağın mühafizəçisi tərəfindən məlumat verilmişdir. Lakin həmin avtomobili satdığını bildirmişdir. Sonra ona qarşı pul tələbinə dair iddia qaldırılmış və məhkəmə qətnamələri ilə borcun tutulması təmin edilməsi üçün icraya yönəldilmişdir. Həmin avtomobil dayanacaqdan YPX tərəfindən 20 saylı cərimə meydançasına yerləşdirilmişdir. Bundan sonra avtomobil hərraca çıxarılmış, cavabdeh icra şöbəsində ərizə yazaraq həmin avtomobili borc əvəzinə qəbul edilməsindən imtina etmişdir. Daha sonra icra məmuru tərəfindən avtomobilin üzərindən həbsin götürülməsi barədə müraciət edilmiş və müvafiq qərardadla həbs götürülərək avtomobil özünə qaytarılmışdır. Avtomobil müvəqqəti duracaqda bir neçə il saxlanılmışdır. Avtomobil ona qaytarıldıqdan sonra orada saxlanılmasına görə ondan 1100 manat alınmışdır. Servisə qoyduğu vaxtdan ona təhvil verilən müddətdə müəyyən olmuşdur ki, avtomobilə xeyli xərc tələb olunur. Bundan sonra tərəfindən ustalar cəlb edilmiş, avtomobilə baxış keçirərək onun yararlı vəziyyətə salınması üçün müəyyən təmir işlərin görülməsinin mütləq olması bildirilmişdir. Tərəfindən avtomobilə dəymiş zərərin qiymətləndirilməsi ilə bağlı "xxxx" MMC-yə müraciət edilmiş və avtomobilə baxış keçirilərək dəymiş ziyanın 3.150 manat məbləğində olması müəyən edilməsi barədə qiymətəndirilməsi hesabatı tərtib edilmişdir. Avtomobilin mühərrikinə baxış keçirildikdə onun yağsız istifadə edildiyindən yararsız vəziyyətə düşdüyünü, buna görə də mühərrikin yenidən yığılması məsləhət görülmüş və bu işin görülməsi üçün 4500-5000 manat arası pul vəsaiti xərclənmişdir. Avtomobili cavabdehə verərkən saz vəziyyətdə olmuş və heç bir nasazlığı olmamış, həmin vaxt cavabdeh özüdə avtomobili bəyənib, idarə edib və yoxlatdıqdan sonra onun saz olmasını görüb avtomobili qəbul etmişdir. Cavabdeh tərəfindən avtomobilə laqeyd yanaşaraq istismar nəticəsində ona xeyli ziyan vurulmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə etiraz təqdim edərək, iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı onun haqqında irəli sürdüyü iddia tamamilə əsassızdır. Onun avtomobilini istismar etməmişdir, ona və onun avtomobilinə heç bir zərər vurmamışdır. xx.xx.2016-cı ildə o öz avtomobilini ona satacağını vəd edərək ondan 12000 (on iki min) ABŞ dolları pul alıb, fəqət avtomobilini öz təqsiri və öz bank borcları səbəbi ilə onun adına sənədləşdirə bilməyib, ona verdiyi 12000 (on iki min) ABŞ dolları pulu da qaytarmaqdan imtina edib. O bu barədə həmin tarixdə Xətai rayon polis idarəsinə rəsmi ərizə ilə şikayət etmiş və Xətai rayon polis idarəsinin qərarı ilə iş mülki məhkəməyə verilib və Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2018-ci il tarixli 2(103)-13089 sayılı qətnaməsinə əsasən İddiaçı 12 000 (on iki min) ABŞ dolları (ödəniş günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) habelə dövlət rüsumunun əvəzi qisminde 30.40 (otuz manat qırx qepik) manat alınaraq ona ödənilməsi qətt edilmişdir. İddiaçı qətnamənin icrasından qərəzli şəkildə yayındığı üçün onun barəsində CM nin 306.1 maddəsi ilə cinayət işi açılmış və Nizami Rayon Məhkəməsinin 1(007)- 170/2022 saylı, 08 iyun 2022-ci il tarixli hökmü ilə ona 3 il azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. Məhkum İddiaçı avtomobili ilə bağlı mübahisəyə Bakı şəhər Nizami Rayon məhkəməsində, Bakı Apellyasiya məhkəməsində və Ali Məhkəmədə baxılıb və avtomobil onun özünə təhvil verilib, ona ödədiyi 12000 (on iki min) ABŞ dolları pulun isə alınaraq ona qaytarılmasına qərar verilib. İddiaçı avtomobilinin üzərinə onun bank borcları səbəbi ilə həbs qoyulduğu üçün sənədləşdirə bilməyib. Ona məxsus, həbsdə olan avtomobilini sənədsiz olaraq illərlə harda və necə sürüb, istismar edə bilər. Bu iddia tamamən absurddur. Onun həbsdə olan avtomobilini sənədsiz sürmək, istifadə etmək heç mümkün də deyildi. O öz avtomobilini 2022 ci ildə başqasına satdiqdan 1 il sonra gəlib məhkəməyə bir iddia qaldırıb ki, güya onun avtomobilinə 9 il bundan əvvəl zərər vurmuşdur. Onun məqsədi öz borc öhdəliyindən yayınmaq və ondan aldığı pulu qaytarmamaqdir. O, öz şəxsi mülahizələri ilə məsuliyyətdən yayınmağa çalışır. Ondan aldığı pulu qaytarmayıb, avtomobili də başqa bir şəxsə satıb və öz saxta iddiası ilə üstəlik yenə də ondan pul tələb edir. Buna görə də məhkəmədən iddianın rədd edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8(007)-432/2019 saylı qərardadın surətindən məlum olur ki, ərizə təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 8(007)-432/2019 saylı xx.xx.2019 tarixli qərardadı ilə “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəri tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 592-19M-4222 saylı məktubun surətindən məlum olur ki, DİN Baş X7 İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2014-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan xx.xx.1964-cü il təvəllüdlü İddiaçı Alı oğlunun adına qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən nəqliyyat vsaitələrinə sərəncam verilməsi haqında etibarnamələrin surətlərindən məlum olur ki, “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini İddiaçı Cavabdeh etibar etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Notariat ofisinə xx.xx.2015-ci il tarixdə İddiaçı tərəfindən verilmiş ərizədən məlum olur ki, xx.xx.2014-cü il tarixində Bakı şəhəri 6 saylı notariat konturunda ünvan 2 ünvanında yaşayan Cavabdeh reyestrində 7E/53669 nömrə ilə qeyd olunmuş etibar vermiş həmin etibarnamənin ləğv edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qiymətləndirmə hesabatından məlum olur ki, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 3150 manat həcmində zərər dəymişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Nizami rayon İcra və Probasiya şöbəsinin rəisi Rəşad müəllimə Cavabdeh tərəfindən verilmiş ərizənin surətindən məlum olur ki, qərarın olduğu kimi təmin edilməsini, 12 000 ABŞ dollarını borcludan alıb ona verilməsini, Hər hansı bir 3000 manatlıq istismara yararsız mülkü zorla ona 10000 manat əvəzi təklif edilməməsini xahiş etmişdir. Hər hansl bir mülk yox qərarda yazıldığı kimi pulunun təmin edilməsini tələb etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər Nizami rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 1(007)-170/2022 saylı hökmün surətindən məlum olur ki, İddiaçı aR CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli bilinib, 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, İddiaçı üzərinə müvafiq məhkəm qərarı olmadan hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəninişlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulması hökm edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 8(007)-432/2019 saylı qərardadın surətindən məlum olur ki, borclu İddiaçı əmlak üzərinə qoyulmuş həbsin götürülməsinə dair ərizəsinin təmin edilməməi, Bakı şəhər Apelyasiya MƏhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-13089/2018 saylı icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Bakı şəhəri Nizami rayon məhkəməsinin 8(007)-432/2019 saylı xx.xx.2019 tarixli qərardadı ilə “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs əvvəlki qaytarılaraq qüvvədə saxlanılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nizami rayon məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 8(007)-432/2019 saylı qərardadın surətindən məlum olur ki, ərizə təmin edilmiş, Bakı şəhəri Nizami rayon məhkəməsinin 8(007)-432/2019 saylı xx.xx.2019 tarixli qərardadı ilə “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər Apelyasiya MƏhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(103)-13089/2018 saylı icra sənədinin surətindən məlum olur ki, X2 12000 (on iki min) ABŞ dolları (ödəniş günü üçün AR-nin mərkəzi bankının müəyyən etdiyi rəsmi valyuta məzənnəsinə uyğun olaraq Azərbaycan manatı ilə) habelə dövlət rüsumunun əvəzi qismində 30.40 (otuz manat qırx qəpik) manat alınaraq Cavabdeh Manaf oğluna ödənilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhər İcra və Probasiya şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 17/71_13G/2446 saylı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinə ünvanlanmış məktubun surətindən məlum olur ki, qətnamə üzrə verilmiş icra sənədi xx.xx.2019-cu ul tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və tələbin könüllü icrası ilə bağlı bildiriş İddiaçı qeydiyyatda olduğu ünvana göndərilmişdir. Borclunun qeydiyyatda olduğu ünvana baxış keçirilmiş lakin borclunun həmin ünvanda yaşamadığı müəyyən edilmiş və bu barədə tərəfindən müvafiq akt tərtib edilmişdir. Borclunun axtarılması haqqında xx.xx.2019-cu il tarixdə qərar qəbul edilərək aidiyyatı polis orqanına göndərilmişdir. Borclu xx.xx.2019-cu il tarixdə aidiyyati polis orqanının əməkdaşları tərəfindən şöbəyə təhvil verilmişdir. Borclu İddiaçı ona verilmiş könüllü müddət ərzində icra sənədi üzrə tələbi təmin etmədiyindən barəsində “borclnun əmlakının axtarılması haqqında” qərar xx.xx.2019-cu il tarixdə icra məmuru tərəfindən qəbul olunaraq aidiyyatı dövlət və bank təşkilatlarına göndərilmişdir. Görülmüş icra tədbirləri nəticəsində borclu İddiaçı mülkiyyətində “BMW 3181” minik markalı, **-HG-*** dövlət qeydiyyat nişanlı avtomobili aşkar edilmiş və həmin avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə sözügedən avtomobilin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət edilmişdir. Bakı şəhəri Nizami rayonu Məhkəməsinin 8(007)-432/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadı ilə sözügedən avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri İcra və Probasiya şöbəsinin rəisi Rəşad Hacıyev tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli borclunun axtarılması barədə qərarın surətindən məlum olur ki, xx.xx.1964-cü il təvəllüdlü ünvan 3 ünvanında qeydiyyatda olan borclu İddiaçı barəsində axtarış elan edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, X1 iddiasında cinayət tərkibi olmadığından toplanmış xx.xx.2022-ci il tarixli, 090-66694m saylı material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, vət. İddiaçı Məzahir oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 178-ci maddəsində nəzərdə tutulan cinayət tərkibi və əlamətləri yaranmadığından cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Nizami rayon Məhkəməsi tərəfindən verilmiş, 09 mart 2016-cı il tarixli 8(007)-1918/2015-ci il saylı qərardadın surətindən məlum olur ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 8(007)- 1918/2015-ci il saylı 24 noyabr 2015-ci il tarixli “əmlak üzərinə həbs qoyma-əmlakın siyahya alınmasından, həmin əmlak sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə, istifadə hüququnun məhdudlaşdrılmasından, onun götürülməsindən və ya almaq üçün verilməsindən ibarətdir” qaydasında izah verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikasında DİN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-12-1/2-M- 723xx/xx/2023 saylı arayışın surətindən məlum olur ki, Azərbaycan Respublikasında Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən xx xxxxxx 1973-cü il tarixdə Azərbaycan Respublikasında anadan olmuş Cavabdeh məhkumluğu yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını ətraflı şəkildə araşdıraraq, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı nəqliyyat vasitəsinə dəymiş maddi zərərə görə 8100 manat, cərimə meydançasına görə tərəfindən ödənilmiş 1100 manat, mənəvi zərər görə 5000 manat və 134 manat dövlət rüsumu olamaqla cəmi 14334 manatın İddiaçı xeyrinə tutulmasının tələb etsə də, öz tələbinin əsasını təşkil edən halları mötəbər sübutlarla təsdiq edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki iddia tələbi əsassız olduğundan rədd edilməli, ödənilmiş 134 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin: 14.2. Məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. 77.1. Hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. 82.4. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarında qeyd edilir ki, «qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər rəhbər tutduğu, qanunlar və ya digər hüquqi aktlar göstərilməlidir». Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2005-ci il tarixli qərarının 1-ci bəndinə əsasən məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddia təmin edilməsin. İddiaçı cаvаbdеh Cavabdeh qarşı «avtomobilin istismarı nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 134 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Hakim N.M.Əliyev
Məhkəmə qərarları › İş №2(014)-423/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-423/2023
02.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver