Məhkəmə qərarları › İş №2(014)-430/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-430/2022

17.05.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-430/2022 17.05.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh, üçünçü şəxslər Ağdaş rayon Notariat ofisinə və 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh, üçünçü şəxslər Ağdaş rayon Notariat ofisinə və 17 saylı Yevlax Ərazi İdarəsinə qarşı «süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərə son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X1 miras qalmış Ağdaş şəhəri, M.Ə.Rəsulzadə küçəsi 4 nömrəli ünvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində xüsusi mülkiyyət hüququnun-sahiblik, istifadə və sərəncam hüquqlarının öz istəyinə uyğun həyata keçirilməsinə xx.xx.1981-ci ildə ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması və qanunsuz hərəkətlərinə son qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1968-ci il tarixdə Ağdaş şəhərində anadan olub. X4, anası X3r. X14 24.12.2000-ci il tarixdə vəfat etmişdir. Onlar ünvan 2nvanda yaşamışlar. Vəfatından sonra yaşadığı fərdi yaşayış evi və torpaq sahəsi miras qalmışdır. Miras qalmış Ağdaş rayonunda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək istəmişdir. Bununla bağlı Ağdaş rayon Notariat ofisinə müraciət etmişdir. Lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim edə bilmədiyinə görə Ağdaş rayonunda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək mümkün olmamışdır. Keçmiş həyat yoldaşı Cavabdeh ilə aralarında olan nikah 01.08.2014-cü ildə pozulmuşdur. Cavabdeh ünvan 2nvanda qeydiyyatda olmaqla yaşayır. Miras qalmış ünvan 2nvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək üçün torpaq sahəsində mühəndis-invertarlaşdırma işlərinin aparılması məqsədə müvafiqdir. Lakin birinci həyat yoldaşı Cavabdeh ölçü işlərinin aparılmasına etiraz edərək müayinəyə şərait yaratmır və invertarlaşma işlərinin aparılmasına süni maneə törətməklə mülkiyyətçi kimi hüquqlarını pozmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəlki məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək bildirdi ki, İddiaçı ona qarşı qaldırdığı iddia ərizəsi ilə tanış olmuşdur. O, hal-hazırda iddiada göstərilən ünvanda uşaqları X10 və X9 ilə yaşayır. Bir neçə ay bundan əvvəl işdə olduğu zaman Elçin 17 saylı DƏDRX-nın işçiləri ilə gələrək həmin evi ölçdürmək istəmişdir, bu zaman onunla telefon əlaqəsi saxlamış, ona işdə olduğunu bildirərək evdə olduğu vaxt gəlib ölçü işlərini apara biləcəklərini bildirmişdir. Hal-hazırda onunla gününü razılaşmaq yolu ilə ölçü işləri apara bilərlər. Odur ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh və üçünçü şəxslər Ağdaş rayon Notariat ofisinə və 17 saylı Yevlax Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh və üçünçü şəxslər Ağdaş rayon Notariat ofisinin və 17 saylı Yevlax Ərazi İdarəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AZ 038491 saylı ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, X6 24 dekabr 2000-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29.12.2000-ci ilin 192 № ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 avqust 2014-cü il tarixli AZ-İ 196635 saylı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı ilə X7 aralarındakı nikah 01.08.2014-cü il tarixdə pozulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon VVAQ bürosu tərəfindən verilmiş 8 avqust 1968-ci il tarixli AЗ ******* saylı doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən məlum olur ki, İddiaçı 7 iyul 1968-ci il tarixdə Ağdaş rayonunda anadan olmuşdur. X4, anası X8r. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi idarəsi tərəfindən verilmiş 03 dekabr 2021-ci il tarixli **********52 saylı ərizənin icrasından imtina olunması barədə bildirişdən məlum olur ki, torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestində qeydiyyata alınmasına dair ********** qeydiyyat nömərli ərizə ilə müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 saylı Yevlax Ərazi İdarəsində baxılmışdır. Torpaq sahəsində mühəndisinventarlaşdırma işlərinin aparılması məqsədi ilə müayinə baxışı keçirilən zaman İddiaçı birinci həyat yoldaşı ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərini aparılması mümkün olmamışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestr haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ağdaş Rayon Notariat Ofisi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 398 saylı məktubdan məlum olur ki, ünvan 3 ünvanında qeydiyyatda olan İddiaçı ünvan 4 ünvanında yaşamış, 24.12.2000-ci il tarixdə vəfat etmiş mərhum anası X1 miras qalmış Ağdaş rayonunda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək istədiyini, lakin əmlakın mülkiyyət hüququnun dövlət qeydiyyatı ilə bağlı sənəd təqdim edə bilmədiyini bildirmiş, köməklik göstərilməsini xahiş etmişdir. Daşınmaz Əmlakın Dövlət reyestr xidmətindən olan sənədlərə və E.Rəsulovun təqdim etdiyi sənədlərə əsasən L.Ələkbərovanın ölümünədək daşınmaz əmlakın dövlət reyestində hüququnlarının qeydiyyata alınması üçün əsas olmasına baxmayaraq hər hansı səbəbdən qeydiyyata alınmamış fərdi yaşayış evi və torpaq sahəsinə dair hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış verməyinizi xahiş edirik. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən fərdi yaşayış fonduna daxil olan yaşayış evinin texniki pasportundan görünür ki, X2 adına M.Ə.Rəsulzadə küçəsi 4 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu X2 adına hazırlanmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “İnsan hüquqlarının Ümumi Bəyannaməsinin” 18-ci maddəsinə əsasən, hər bir kəs təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınalıqla məhrum edilməməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın” 1 saylı protokolunun «Mülkiyyətin müdafiəsi» haqqında 1-ci maddəsinin 1-ci bəndinin tələbinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.1-ci maddəsinə əsasən torpaq mübahisələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları, bələdiyyələr və məhkəmələr tərəfindən həll edilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 103.4-cü maddəsinə əsasən rayonların (şəhərlərin) daxilində torpaq üzərində mülkiyyət, torpaqdan istifadə məsələləri üzrə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə və məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülki qanunvericiliyin prinsiplərindən biri də, məhz mülkiyyətin toxunulmazlığıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsində göstərilir ki, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş edlan edilməsi ilə açılır. Həmin Məcəlləsinin 1146.1-ci maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəlləsinin 1156.1-ci maddəsinə əsasən əgər vəsiyyət edən vəsiyyətnaməni tərtib etdikdən sonra vəsiyyətnamədə nəzərdə tutulan daşınmaz əmlakı həmin əmlakla əlaqədar əmlakı əldə etmək yolu ilə artırarsa, vəsiyyətnamə tərtib edildikdən sonra əldə edilmiş əmlaka dair yeni sərəncam verilmədikdə bu əmlak mirasa daxil olmur. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsindən məlum olur ki, ölənin uşaqları,arvad(ər), valideynləri (övladlığa götürənlər) birinci növbə vərəsədir. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlandıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Həmin Məcəllənin 1276-cı maddəsinə əsasən hər bir vərəsə həm daşınar, həm də daşınmaz əmlakdan öz payının naturada ayrılmasını tələb edə bilər, bir şərtlə ki, bu şəkildə ayırma mümkün olsun və ya qanunla qadağan edilməsin. Mülkiyyət hüququ fundamental insan hüquqları sırasında mühum yer tutduğundan (Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsi, "İnsan Hüquqlarının və X5 haqqında" Avropa Konveniyasının 1 saylı Protokolunun 1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1.2, 6.1.4, 6.1.7-ci maddələri), mülkiyyətçinin hüququ təsbit olunmuş səlahiyyətləri, yəni ona məxsus əmlaka sahib olmaq, öz tələblərinin təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək və üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizələrinə görə və maraqlarına uyğun hərəkət etməyinə dair mənafeyi naminə iddiaçının xüsusi mülkiyyətində olan həyətyanı torpaq sahəsi boşaldılaraq, iddiaçının mülkiyyət hüquqları bərpa edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 14.02.2003-cü il tarixli 2 saylı Plenumunun Qərarının 3-cü bəndində göstərilir ki, torpaq sahələri ilə bağlı mübahisələrə baxıldıqda, hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5-ci maddəsi Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növlərini tanıyır və bütün mülkiyyət növlərinin bərabərhüquqlu olmasını və dövlət tərəfindən qorunmasını təsbit edir. Qeyd olunan maddənin 3-cü bəndində qeyd edilir ki, torpaq sahələri üzərində mülkiyyət hüqüqu mülkiyyətçisinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı valideynlərindən miras qalmış ünvan 2nvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsini vərəsəlik qaydasında rəsmiləşdirmək üçün üçün DƏDRX-nə müraciət etmiş və DƏDRX-nin 17 saylı Ərazi idarəsi tərəfindən torpaq sahəsinin ölçülməsi üçün mühəndis göndərilmiş, lakin müayinə baxışı keçirilən zaman İddiaçı birinci həyat yoldaşı Cavabdeh ölçü işlərinin aparılmasına etiraz etdiyindən müayinəyə şərait yaradılmamış və inventarlaşma işlərini aparılması mümkün olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2nvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsində DƏDRX-nin 17 Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdeh ünvan 2nvanda yaşayan Cavabdeh tərəfindən yaradılan süni manelər aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.21-ci maddəsinə əsasən, Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. ünvan 2nvanda yerləşən fərdi yaşayış evi və torpaq sahəsində DƏDRX-nin 17 Ərazi İdarəsi tərəfindən müəyyən inventarlaşdırma işlərinin aparılmasına cavabdeh ünvan 2nvanda yaşayan Cavabdeh tərəfindən yaradılan süni manelər aradan qaldırılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya məhkəməsinə ( Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar