Məhkəmə qərarları › İş №2(014)-435/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-435/2025

17.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-435/2025 17.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi X1, İddiаçı İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun məcburi qaydada alınması» tələbinə dаir işə Ağdaş Rayon Məhkəmənin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun məcburi qaydada alınması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Ağdaş rayonu kotavan kəndində yaşayan Cavabdeh 2600 manat borcun, həmçinin 46 manat ödənilmiş dövlət rüsumunun alınaraq onun xeyrinə ödənilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh əvvəlcədən tanıyır və ona etibar etmişdir. Cavabdeh ona yaxınlaşaraq bildirdi ki, ona borc pul lazımdır. Cavabdeh etibar etdiyi üçün 2022-ci ilin yanvar ayında ilk dəfə 2000 manat olmaqla bir neçə dəfəyə hissəhissə cəmi 4850 manat borc pul vermişdir. Cavabdeh həmin borcdan 2022-ci ilin mart ayında 850 manat ödədi. Lakin sonradan ödəniş etmədiyi üçün 2022-ci ilin mart ayında aralarında akt imzalamışlar, qalan 4000 manat borcunu aprel ayının 1-dək qaytaracaqdı. Bu barədə aralarında akt tərtib etmiş və hər ikisi akta imza etmişlər. 2022-ci ilin aprel ayının 1-dən bu günədək də cəmi 1400 manat ödədi. Ondan qalan 2600 manat məbləğində pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu verəcəyini vəd edirdi. Cavabdeh borc verdiyi 4850 manat pul məbləğində bu günə kimi ona 2250 manat qaytarmış, qalan 2600 manat məbləği isə qaytarmaqdan qəsdən yayınır. Odur ki hazırda Cavabdeh ona 2600 manat borcu vardır. Ona görə də pulunun Cavabdeh məcburi qaydada alınıb ona verilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehi 2022-ci ildən tanıyır, tanış olduqdan 5-6 ay sonra ona borc pul vermişdir. Cavabdeh həmin pulu yonca əkməsi üçün almışdır. Dəfələrlə pulunu istəməsinə baxmayaraq artıq 3 ildir ki, cavabdeh borcunu qaytarmır. Ona görə də iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş edir. 20 fevral 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında Cavabdeh verdiyi izahatında və məhkəməyə təqdim etdiyi ərizədə bildirmişdir ki, borc onun borcudur, ehtiyacı olduğu üçün borc almışdır. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabdehin ərizəsini nəzərə alıb, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 22 mart 2022-ci il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh və İddiaçı aralarında yaranmış borc münasibətinə dair üzləşmə aparmış və birlikdə müəyyən etmişlər ki, Cavabdeh İddiaçı hal-hazırki tarixədək 4000 manat məbləğində borcu vardır. Qalib borcu 2022-ci ilin aprel ayının birinədək tam şəkildə ödəyəcəyinə söz vermişdir. Tərəflərin yuxarıda qeyd olunanlara dair hər hansı irad, etiraz və ya iddiaları yoxdur. İş materiallarında olan “X3” Sistemi çıxarışından görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 46 (qırx altı) manat dövlət rüsumu ödəmiş, eyni zamanda ondan 40 (qırx) qəpik xitmət haqqı tutulmuşdur. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh 2022ci ilin yanvar ayında ilk dəfə 2000 manat olmaqla bir neçə dəfəyə hissə-hissə cəmi 4850 manat borc pul vermişdir. Cavabdeh həmin borcdan 2022-ci ilin mart ayında 850 manat ödəsə də, sonradan ödəniş etmədiyi üçün 2022-ci ilin mart ayında iddiaçı və cavabdeh aralarında akt imzalamış, qalan 4000 manat borcunu aprel ayının 1-dək qaytaracağına söz vermişdir. Cavabdeh iddiaçıya olan borcundan 2022-ci ilin aprel ayının 1-dən bu günədək cəmi 1400 manat pul ödəmiş, iddiaçı qalan 2600 manat məbləğində pulunu tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək pulunu geri qaytarmamışdır. Cavabdeh məhkəmə iclasında iddiaçıya olan borcunun olduğunu etiraf etmiş və borcunu qaytaracağını bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında borc münasibətləri yaranmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh borc öhdəliyini icra etməkdən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 2600 manat borc alınaraq iddiaçıya ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Eyni zamanda məhkəmə hesab edir ki, ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumu cavabdehdən alınaraq İddiaçı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа təmin еdilsin. Cavabdeh 2600 (iki min altı yüz) manat pul və ödənilmiş 46 (qırx altı) manat dövlət rüsumunun əvəzi olan pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar