Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-442/2022 13.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı İddiaçı MMC-nin əmlakına (ticari mal və maddi ehtiyatlar) vurulmuş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı MMC iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.04.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmışdır. 04.10.2017-ci il tarixli 441-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 28.08.2020-ci il tarixli 518-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində biləvasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 19.12.2018-ci il, 03.07.2019-cu il, 04.09.2019-cu il və 27.07.2020-ci il tarixdə Oba-mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair akta əsasən yekun ziyan məbləği 13233 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi qalıq borcdan 6194 manat güzəşt edilmiş, qalıq borc 7038 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Bununla yanaşı Mediasiya prosessi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Odur ki, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 7038 manatın və mediasiya xərci kimi ödənilmiş 50 manatın və 64 manat dövlət rüsumunun Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilir. İddiaçı MMC-nin nümayəndəsi X2 məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu ünvan 1 ünvanında yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən İddiaçı MMC tərəfindən verilmiş 12 oktyabr 2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilə bağlı inventarizasiya yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq hesabında 19.12.2018-ci il tarixində 4855.01 manat, 03.07.2019-cu il tarixində 4292.94 manat, 04.09.2019-cu il tarixində 723.79 manat, 27.07.2020-ci il tarixində 3361.26 manat və ümumi olaraq 13233 manat çatışmazlıq müəyyən edilmiş, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə olan ziyandan 6194.90 manat hissəsi şirkət tərəfindən güzəşt olunmuş, Cavabdeh 12 oktyabr 2021-ci il tarixinə İddiaçı MMC-yə olan ümumi borcu 7038.10 manat təşkil edir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 22 noyabr 2021-ci il tarixli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilmə bilməməsi barədə arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasında iştirak etmişlər, lakin ilkin mediasiya sesiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. İşdə olan və məhkəmə iclasında tədqiq edilən DN-6901 saylı, 11.12.2020-ci il tarixli Cavabdeh ünvanlanmış xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan 7038.12 manat borcunu ödəmək üçün xəbərdarlıq edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 04.04.2017-ci il tarixli 163-K saylı əmrdən Çıxarışdan görünür ki, Cavabdeh Cəmiyyətin satış X1 Marketlər Şəbəkəsinə 04.04.2017-ci il tarixdən 3 ay sınaq müddəti müəyyən edilməklə Satıcı-kassir vəzifəsində işə qəbul edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olan müqavilənin surətindən görünür ki, 04.04.2017-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında X3 haqqında müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 24.01.2019-cu il tarixli "xxxx" MMC-nin İnventarizasiya şöbəsinin araşdırma qrupu tərəfindən verilmiş iltizamnamənin surətindən görünür ki, araşdırma nəticəsində kəsir malların səbəb kimi oğurluq malları baş verməsi bahalı malın ucuz mallsrın kodu ilə satılması, satıcının məsuliyyətsizliyi nəticəsinə gəlməyə səbəb yaradır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 28.08.2020-ci il tarixli 518-K saylı əmrdən görünür ki, Cavabdeh əmək müqaviləsinə 28.08.2020-ci ildə öz xahişi ilə xitam verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 04 oktyabr 2017-ci il tarixli 441-K saylı əmri ilə Cəmiyyətin satış əməliyyatlar şöbəsinə administrator vəzifəsinə keçirilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq olan müqavilənin surətindən görünür ki, 04.10.2017-ci il tarixdə İddiaçı MMC ilə Cavabdeh arasında X3 haqqında müqavilə bağlanmışdır. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 27 iyul 2020-ci il tarixli imtina aktından görünür ki, Cavabdeh inventarizasiyanın aparılmasında və nəticələrin araşdırılmasında iştirak etsə də, yoxlamanın nəticəsinə dair tərtib edilmiş həmin sənədlərlə tanış olsa da, sonda heç bir irad və səbəb bildirmədən ilkin və yekun sənədləri imzalamaqdan və əksikgəlmələrin (-3361.26 manat) yaranması səbələri barədə izahat verməkdən imtina etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 02.09.2020-ci il tarixli DN-4484 saylı xəbərdarlıq məktubunun surətindən görünür ki, Cavabdeh “OBA-Xutor ğazasında 27.07.2020-ci il tarixdə keçirilmiş inventarizasiya yoxlamasının (təhvil-təslim) nəticəsi ilə tanış olub maddi məsul şəxs kimi inventarizasiya prosesinin nəticələrini imzalaması barədə xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddənin 1-ci bəndinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin194-cü maddənin 1-ci bəndinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Həmin məcəllənin 194-cü maddənin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə saxlamaq və başqa məqsədlər üçün ona verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X3 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin məcəllənin 202-ci maddəsinin 1-ci bəndinə əsasən İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məclləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 04.04.2017-ci il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh ilə 3 aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə qəbul olunmuş və “X3” haqqında müqavilə imzalanmış, lakin cavabdeh vəzifədən sui-istifadə edərək İddiaçı MMC-yə maddi ziyan vurmuş, belə ki, cavabdeh bahalı malları ucuz malların kodu ilə satıması nəticəsində cəmiyyətə 13233 manat məbləğində ziyan vurmuş, cəmiyyət tərəfindən cavabdehə ümumi borcdan 6194 manat güzəşt olunmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, 7038 manat, mediasiya xərci kimi ödənilmiş 50 manat və 64 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh vurulmuş ziyana görə 7038 manat, mediasiya xərci kimi ödənilmış 50 manat və 64 manat ödənilmiş dövlət rüsumu, cəmi 7152 (yeddi min bir yüz əlli iki manat) pul alınaraq İddiaçı MMC-nin bank hesabına ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-442/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-442/2022
13.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver