Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-446/2022 11.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Nəsibov Famil Hümbət oğlunun sədrliyi Fərəcova Gülnarə Kamal qızının katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı ziyan tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ziyan tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, 31 dekabr 2021-ci il tarixdə Ağdaş şəhərində özünə məxsus VAZ 21074 markalı, **-BD-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə hərəkətdə olarkən, Cavabdeh idarə etdiyi VAZ 21065 markalı **-DO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun avtomobili ilə toqquşmuşdur. Bu barədə YPX-i əməkdaşları tərəfindən 31 dekabr 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinmişdir. Yol nəqliyyat hadisəsi zamanı onun avtomobilinə cəmi 359 manat maddi ziyan dəymişdir. Cavabdeh könüllü olaraq maddi ziyanı qarşılamaq istəmir. Bu səbəbdən də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Cavabdeh 359 manat məbləğində maddi ziyanın və 30 manat ödənilmiş ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbi barədə məlumat vermədiyi üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən "xxxx"ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 01 saylı aktdan görünür ki, 2001-ci il buraxılışı olan VAZ 21074 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə dəymiş ziyan 359 manat məbləğində müəyyən edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 31.12.2021-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, Cavabdeh Ağdaş şəhəri, 20 yanvar küçəsindəki dalandan üzü 20 yanvar küçəsi istiqamətinə doğru hərəkətdə olan zaman manevr edib geriyə dönmək istəyərkən həmin küçədə hərəkətdə olan VAZ 2107 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobili gözləmədən onun yoluna çıxaraq onunla toqquşmuşdur. İşdə olan və məhkəmə iclasında tədqiq edilən 02.01.2022-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məclləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh ehtiyatsızlığı nəticəsində avtoqəza olmuş, bu barədə inzibati xəta haqqında protokol tərtib olunmuş, inzibati qaydada cərimə edilmiş, nəticədə iddiaçının avtomobilinə maddi ziyan dəymişdir. Vurulmuş maddi ziyanın məbləği ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı tərəfindən iddia ərizəsində, məhkəmə iclasında verdiyi izahatı ilə məhkəməyə təqdim etdiyi sübutlar öz əksini tapdığından iddia təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə 359 manat maddi ziyana görə, 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 389 manat tutulmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 359 manat ziyana görə və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 389 manat (üç yüz səksən doqquz manat) pul alınaraq İddiaçı verilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov
Məhkəmə qərarları › İş №2(014)-446/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-446/2022
11.04.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver