Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-449/2023 26.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı, Cavabdeh1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 oğlu, keçmiş həyat yoldaşı X5 ilə 2022-ci ilin avqust ayında məhkəmə qərarı ilə ayrılmışlar, hər iki uşağın saxlanması üçün aliment də müəyyən edilmişdir. Ancaq evli ikən onun qızıl-zinət əşyalarını kredit götürmək üçün cavandehlər tərəfindən əlindən alınmışdır. Ayrılarkən də qızıl-zinət əşyaları cavandehlərə qalmışdır. Dəfələrlə cavabdehlərdən qızıllarını istəsə də könüllü olaraq ala bilməmişdir. Bugünədək də ona dəymiş maddi ziyanlıq cavabdehlər tərəfindən ödənməmişdir. Cavabdehlər bununla bağlı dəfələrlə qızılları qaytaracaqların, dəymiş maddi ziyanlığı ödəyəcəklərinə dair vədlər versələr də bugünədək mənimsədikləri qızıllarını ona qaytarmamışlar. Hazırda cavabdehlərdə olan qızıl-zinət əşyalarının ümumi dəyəri 3609 manatdır, cavabdehlərin ona 3606 manat məbləğində qızıl-zinət əşyalarının borcu vardır Ona görə də məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Göstərilənlərə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 mənimsədikləri qızıl-zinət əşyalarını və ona vurduqları maddi ziyanın dəyəri olan 3609 manatın və ödənilmiş 57 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddiaçının qızıllarının harada olması barədə onun oğlu bilir və oğlu hazırda Rusiyadadır. Oğlu Rusiyadan gəldikdən sonra bu məsələni özü həll edəcək. Hazırda heç bir söz deyə bilmir. İddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən digər cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan 5 dekabr 2022-ci il tarixli, ƏQ-032/2022 nömrəli Qızıl-zinət və cehiz əşyalarının qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, 1 ədəd əyarı 583, ümumi çəkisi 17,25 qram, qiyməti 1466 manat olan qızıl boyunbağı, 1 ədəd əyarı 583, ümumi çəkisi 7,52 qram, qiyməti 639 manat olan qızıl qolbağı, 1 ədəd əyarı 583, ümumi çəkisi 3,77 qram, qiyməti 320 manat olan qızıl sırğa (fantaziya), 1 ədəd əyarı 583, ümumi çəkisi 3,52 qram, qiyməti 299 manat olan qızıl üzük (paxlava formal), 1 ədəd əyarı 4,82, ümumi çəkisi 17,25 qram, qiyməti 410 manat olan qızıl sırğa (bir cüt), 1 ədəd əyarı 583, ümumi çəkisi 5,55 qram, qiyməti 475 manat olan qızıl nişan üzüyün ümumilikdə xx.xx.2022-ci il tarixə real bazar dəyəri 3609 (üç min altı yüz doqquz) manat təşkil edir. İşin materiallarında olan "xxxx" ASC ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 301-14 AYİB nömrəli kredit müqaviləsinin surətindən görünür ki, X1 28 % dərəcəsi ilə, aylıq 24 ay müddətinə 9000 (doqquz min) manat məbləğində kredit verilmiş, müqavilə üzrə borcalan öhdəliklərinin icrasının təminatı kimi X1 məxsus olan 4800 (dörd min səkkiz yüz) manat dəyərində mal-qalığı, 1700 (min yeddi yüz) manat dəyərində biznes avadanlığı, 6100 (altı min yüz) manat dəyərində ev əşyaları, ümumi çəkisi 105,10 qram olan 1502,93 (min beş yüz iki manat, doxsan üç qəpik) manat dəyərində qızıl-zinət əşyaları göstərilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 57 (əlli yeddi) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı Cavabdeh2 ilə 2022-ci ilin avqust ayında məhkəmə qərarı ilə ayrılmışlar. Tərəflər birgə nikahda olarkən Cavabdeh2 xx.xx.2014-cü il tarixdə kredit götürmüş və kreditin təminatı olaraq qızıl-zinət əşyaları göstərilmişdir. İddiaçı dəfələrlə cavabdehlərdən qızıl-zinət əşyalarını tələb etsə də cavabdehlər iddiaçıya məcsus qızıl-zinət əşyalarını geri qaytarmamışlar. Həmçinin cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada rəsmi məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər və ya hər hansı etirazlarını bildirməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3609 (üç min altı yüz doqquz) manat miqdarında pul və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı dəymiş ziyanın ödənilməsi tələbinə dair iddiası təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3609 (üç min altı yüz doqquz) manat miqdarında pul və 57 (əlli yeddi) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-449/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-449/2023
26.04.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver