Məhkəmə qərarları › İş №2(014)-469/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-469/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-469/2024 30.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyişdirilməsi (artırılması)” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının dəyşdirilməsi (artırılması)” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 2(014)-130/2015 saylı, 16 yanvar 2015-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh birgə nikahlarından 29 avqust 2012-ci il tarixdə doğulmuş uşaqları X3 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin miqdarının dəyişdirilərək, yəni artırılaraq həmin uşağın 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və mediasiya işi ilə əlaqədar ödəmiş olduğu 50 manat pulun Cavabdeh onun (iddiaçının) xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 2(014)- 130/2015 saylı, 16 yanvar 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından 29 avqust 2012-ci il tarixdə doğulmuş uşaqları X3 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq iddaçının xeyrinə verilməsi qət edilmişdir. Uşaq azyaşlı olduğundan, keçən müddətdə böyüdüyündən qayğısı və tələbatı artdığından daim qulluğa ehtiyyacı olduğundan, təhsildən əlavə idman təlimlərinə və məşqlərinə, eləcə də əlavə təhsil kurslarına getdiyndən həmin məbləğə saxlanılmasında, yəni uşağın fiziki və əqli cəhətdən sağlam böyüməsində, qidalanmasında, vaxtı-vaxtında müayinə və müalicə olunmasında normal təhsil almasında müəyyən olunmuş alimentlə indiki zamanda onun tələbatının ödənilməsi mümkün olmadığından, eləcə də bütün gündəlik tələbat mallarının qiymətlərinin xeyli məbləğdə artdığından, yəni keçən müddətdə şərait dəyişdiyindən bir çox çətinliklərlə üzləşir ki, bütün bunlar da iddaçının ağır olan maddi vəziyyətini daha da daha da ağırlaşdırır. Lakin cavabdeh keçən müddətdə hər ay 120 manat ödəməklə öz valideyinlik vəzifəsini yerinə yetirmiş hesab edir. Bunula da cavabdeh uşağın saxlanılmasında və yuxarıda göstərdiyi və üzləşdiyi çətinliklərin aradan qaldırlımasında könüllü əlavə yardım göstərməkdən yayınır. Ona görə də alimentin miqdarı ilə əlaqədar cavabdehlə aralarında yaranmış mübahisənin həll edilməsi məqsədi ilə məhkəmə qaydasında əvvəllər məhkəmənin qətnamə ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək, artırılmasına zərurət yaranmışdır. Belə ki, Mediasiya haqqında Azərbaycan Respublikası Qanununa əsasən məhkəmə qətnamə ilə müəyyən edilmiş alimentin artırılmasına dair mediatora müraciət etmişdir. Lakin cavabdeh mediasiya sesiyasında iştirak etmək üçün gəlmədiyindən X8n sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddiasını müdafiə edərək və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, özün şəkər xəstəsidir, qızı və nəvəsi onun himayəsindədirlər və onun evində qalırlar. Evi 2 otaqlıdır. Nəvəsinin kitabları, forması, məktəb ləvazimatının çox bahalıdır. Nəvəsinin məktəbi ilə evlərinin arası çox uzaqdır, uşaq hər gün taksi ilə məktəbə gedir. Nəvəsi xəstədir, 2 orqanında problemi var, dərmanları çox pul tutur. Nəvəsi 6-cı sinif şagirdidir, əlavə iki fəndən hazırlığa gedir, ayda 60 manat nəvəsinin təkcə məktəb xərcləri olur. Uşağı saxlamaqda çətinlik çəkirlər. Cavabdehin isə bir neçə mağazası var və maddi imkanı yaxşıdır. Odur ki, iddianın təmin olunmasını xahiş edirlər. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, iddia tələbini qismən qəbul edir. Evləri yanıb, evdən heç nə çıxara bilməmişlər və hazırda çətin vəziyyətdə yaşayırlar, çünki evlərini yenidən təmir etmşlər. İddiaçıdan olan evladından başqa onun 3 uşağı da var. Onlara 330 manat aliment verir. 120 manat isə iddiaçıdan olan övladına ödəyir. Əmisinin mağazası var və o, ailəsi ilə birlikdə həmin mağazanı işlədir. Əgər alimentin məbləği artacaqsa o, həmin məbləği ödəəyəcəkdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 18 sentyabr 2012-ci il tarixli, AZ-İİ № 941875 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 29 avqust 2012-cü il tarixdə Ağdaş şəhərində doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. İşin materiallarında olan 11 may 2017-ci il tarixdə X13 tərəfindən verilmiş AZ-İ 260575 nömrəli nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X4 13 mart 2014-cü il tarixdə 29 №-li akt qeydi əsasında nikahları ləğv olunmuşdur. Nikah ləğv olunduqdan sonra ərə Həşimov, arvada Abbasova soyadı verilmişdir. İşin materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2459/2018 saylı, 15 noyabr 2018-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş. İş üzrə Ağdaş rayon Məhkəməsinin 16 iyul 2018-ci il tarixli, 2(014)-1399/2018 saylı qətnaməsi dəyişdirilmiş. 29 avqust 2012-ci il tarixdə anadan olmuş X3 18 yaşına çatana qədər onun saxlanılması üçün Cavabdeh hər ay 120 manat sabit pul məbləğində aliment tutulub İddiaçı xeyrinə verilməsi qət edilmişdir. İşin materiallarında olan 21 fevral 2024-cü il tarixli, 00092 nömrəli X7 1 saylı Mediasiya Təşkilatının ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan məlum olur ki, “alimentin miqdarının artırılması” tələbi mübahisəsi üzrə X8 (İMS) iddaçı İddiaçı nümayəndəsi Nümayəndə iştrak etmş, lakin cavabdeh mediasiyya sesyasında iştrak etmək üçün gəlmədiyindən ilkn medasiya sesiyasından sonra prosesi davam etdirilməsi barədə qərar qəbul etməmişlər. İddiaçı ilkin mediyasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci təkbaşına ödəmişdir. İşin materiallarında olan 11 fevral 2021-ci il tarixli icra vərəqəsindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdən başlayaraq 26 iyul 2015-ci il təvəllüdlü X1, 13 yanvar 2019-cü il təvəllüdlü X2 və 05 mart 2017-ci il təvəllüdlü X5 18 yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 110 manat sabit pul məbləğində alimentin tutularaq X6 xeyrinə ödənilməsi qət edilmişdir Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından 29 avqust 2012-ci il tarixdə X9 doğulmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 2(107)-2459/2018 saylı,15 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh 29 avqust 2012ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün İddiaçı xeyrinə hər ay 120 (yüz iyirmi) manat alimentin tutulması qət edilmişdir. Bundan başqa cavabdeh sonrakı evliliyindən olan üç azyaşlı uşağı üçün 330 manat aliment ödəyir. Hazırda iddiaçı Ağdaş Rayon Məhkəməsi tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən himayəsində olan övladı üçün 235 manat məbləğində alimentin tutulmasını tələb edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Həmçinin, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Belə olan halda məhkəmə uşağın mənafeyini, onunla bağlı olan məsrəfləri nəzərə alaraq bir uşağın saxlanılması üçün cavabdehdən 120 manat miqdarında alimentin tutulmasını hazırkı dövrdə kifayət etmədiyini və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli və alimentin məbləği artırılaraq hər ay 150 manat məbləğində müəyyən edilməlidir. Eyni zamanda məhkəmə alimentin məbləğini müəyyən edərkən cavabdehin başqa evliliyindən olan üç yetkinlik yaşına çatmayan uşaqların da mənafeyini nəzərə alır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8- 2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Həmçinin, məhkəmə hesab edir ki, miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat, 1.000 manatdan yuxarı olan iddia qiymətinin isə 1 faizi 30 manat əlavə olunmaqla dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, iddianın qiyməti 360 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı ilə birgə nikahlarından anadan olmuş 29 avqust 2012-ci il təvəllüdlü X3 18 yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində müəyyən edilsin . Miqdarı dəyişdirilmiş alimentin tutulması, bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə keçirilsin. İlkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 (əlli) manat Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar