Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-5/2023 29.03.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiaçı, Cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair işə 29 mart 2023-cü il tarixdə Ağdaş rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 1.6 ton arpanın dəyəri olan 480 manat (dörd yüz səksən) maddi zərərin və ödənilmiş 20.40 manat dövlət rüsumunun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlərlə xeyli müddətdir ki, həmkəndlidir. Belə ki, cavabdehlər tərəfindən ona məxsus torpaq sahəsindəki arpa əkinini öz torpaq sahələrini suvararkən suya qərq etməklə ona xeyli miqdarda maddi ziyanlıq vurmuşdurlar. Cavabdehlərə dəfələrlə öz əkin sahələrini suvararkən onun arpa əkin sahəsinə ziyanlıq vurmamalarını, əkin sahələrini suvararkən suya nəzarət etmələrini bildirsə də, cavabdehlər buna məhəl qoymamışdır. Sonuncu dəfə cavabdehlər 2021-ci ilin may ayında onun ümumilikdə olan 1.23 ha torpaq sahəsindəki arpa əkinlərini məhv etməklə ona xeyli miqdarda maddi ziyanlıq vurmuşdur. Nəticədə ona məxsus ümumilikdə 1.23 ha torpaq sahəsinin arpa əkilmiş bütov sahəsi tamamilə məhv edilməklə tələf olmuşdur. Ona məxsus 1.23 ha torpaq sahəsinə cavabdehlər tərəfindən bu il təqribən 1.6 ton arpa miqdarında maddi ziyanlıq dəymişdir. Dəfələrlə çalışsa da,cavabdehlər tərəfindən əkin sahəsinin məhv edilməsinin qarşısını ala bilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətindədir. Cavabdeh 1.23 ha arpa əkinini məhv etməklə həmin sahədən əldə edəcəyi 1.6 ton arpanı məhv etməklə ona 480 manat maddi ziyanlıq vurmuşdurlar. Nəticədə cavabdehlərin ona 1.23 ha torpaq sahəsindən məhv etdiyi 1.6 ton arpa olmaqla ümumilikdə 1.6 ton arpanın dəyəri olan 480 manat məbləğində maddi ziyanlığın borcu vardır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddiasının təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, cavabdehlər torpaq sahələrindən ondan əvvəl istifadə etmişlərdir. Təbibi cavabdeh kimi qoymaqda məqsədi onun tərəfindən dar borunun kanala yerləşdirilməsi, Elşən və Ruslanın cavabdeh kimi qoyulmağı isə onlar tərəfindən suyun artıq açılması, Dadaşın cavabdeh qoyulmağı isə su arxının dərinliyinin dayazlaşdırılması olmuşdur. Suyun daşması nəticəsində təkcə ona deyil arxın axının əksi istiqamətində ondan yuxarıda yerləşən torpaq sahələrinə də ziyan dəymişdir Cavabdeh4 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, İddiaçı məxsus torpaq sahəsi ona məxsus sahədən təxminən 200.250 m aralıqda yerləşir və həmin sahələrin arasından 3 nəfərə ( Elşən, Dadaş və Əsvəd) məxsus torpaq sahələri vardır. Qeyd edir ki, mübahisəli ərazi “Səpsuvar” adlanır. Həmin əraziyə gələn su arxı Abad kəndinin əkin sahələrini suvarmaq üçündür. Mübahisəli əraziyə həmin arxdan 40mm su turbası vaistəsi ilə kiçik həcmli su arxı ayrılır və həmin su kiçik həcmli su arxı Teymur, Dadaş, Əsvəd və Elşəndən (iş üzrə cavabdeh deyil) keçərək onun sahəsinə çatır və onun sahəsindən keçərək digər şəxslərin sahəsinə gedir. İddiaçı ondan ziyan tələb etməsinə səbəb kimi ona məxsus sahənin sonunda qoyulmuş 40mm su turbasını göstərir. Əgər həmin su turbasının su ötrücülük qabiliyyəti aşağı olsaydı nəyin ki, Teymurun hətta Teymurla onun torpaq sahəsinin arasında yerləşən digər şəxslərə məxsus torpaq sahələrini hətta onun özünə məxsus torpaq sahəsinə də ziyan dəyərdi. Hesab edir ki, iddia tələbi əsassızdır və ona dair hissədə rədd edilməlidir.Əslində Teymurun torpaq sahəsinə ziyan dəyməsinə səbəb mübahisəli su arxının vaxtı-vaxtında içərisinin palçıqdan təmizlənməməsi və həmin ərazidə torpaq sahəsi olan digər şəxslərin həmin su arxını torpaqla qapamasıdır. Əlavə olaraq qeyd edir ki, 2 il əvvəl həmin əraziyə 40 mm su turbasını qoymuşdur. Bu iki il ərzində heç kimə ziyanlıq dəyməmişdir. Bütün bu qeyd etdiklərini nəzərə alaraq İddiaçı cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsinin ona dair hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 Hacıbala oğlu məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, neçə illərdir həmin torpaq sahəsindən istifadə edir. Son iki ildə cavabdeh Təbib tərəfindən əsas su arxına boru salınaraq suyun intensiv axını azaldılmışdır. Bu da şişmə verərək iddiaçıya ziyan vurmuşdur. Bu səbəbdən iddianın ona qarşı olan hissəsində rədd olunmasını xahiş edir. Əlavə olaraq bildirir ki, öz sahəsini suvararkən torpaq sahəsinə gedən su arxının qarşısını torpaq vasitəsi ilə kəsmişdir. Uzun müddətdir ki, həmin torpaq sahəsindən kənd təsərrüffatı məqsədləri üçün istifadə edir. Bu müddət ərzində su və ziyanla bağlı qonşular arasında heç bir mübahisə olmamışdır. Hər bir torpaq sahəsinin istifadəçisi öz torpaq sahəsini suvarmaq üçün növbə ilə arxın qarşısını kəsərək torpaq sahəsinə su axını təşkil edir. Sonradan bəzi mülkiyyətçilər həmin su arxınının qarşısını tam açmadığından daşmalar olur. Cavabdehlər Cavabdeh2 məhkəmə iclasında Cavabdeh1 Hacıbala oğlunun izahatına uyğun izahat verərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən cavabdeh məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR ƏMDK yanında DƏDRX-nin 17 saylı Yevlax ərazi idarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixlu 3134 saylı arayışdan məlum olur ki, İddiaçı Ağdaş rayonu Abad kəndində yerləşən kənd təsərrüfatı təyinatlı 1.23 ha torpaq sahəsi və Ağdaş rayonu Abad kəndində yerləşən həyətyanı 0.14 ha torpaq sahəsi vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Abad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 iyun 2021-ci il tarixli 177 saylı arayışdan məlum olur ki, İddiaçı Ağdaş rayon Abad kəndində anadan olmuş, halhazırda həmin kənddə yaşayır və aşağıdakı ailə tərkibi vardır. Həyat yoldaşı-X3, oğlu- X4, qızı- X2. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR-nın Kənd Təsərrüfatı Nazirliyi X9 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 90 saylı mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayon Abad kəndində yerləşən JN:58 (kod ********) nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktına əsasən İddiaçı mülkiyyətində olan 1.23 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələrinə tərəflərindən baxış keçirilmişdir. Baxış zamanı məlum oldu ki, dənli bitkilərin vegetasiya müddəti başa çatdığından sahədə arpa bitkisinə rast gəlinməmiş və dəymiş ziyanlığı müəyyən etmək mümkün olmamışdır.Rayon üzrə məlum statistik göstəriciləri nəzərə alaraq Abad kəndi üzrə arpa bitkisi üçün orta məhsuldarlığın 28.4 sen/ha olduğu məlum olmuşdur. 1.23 ha sahədən 3.49 ton məhsul əldə edilərsə arpanın orta bazar qiymətinə uyğun olaraq məbləğ 914 azn hesablanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Abad kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 388 saylı məktubdan məlum olur ki, İddiaçı qonşuları tərəfindən ona dəyən ziyanlıqla bağlı məhkəməyə müraciət etməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən AR “X1 və Daşınmaz Əmlakın Qiymətləndirilməsi” MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 49 saylı mütəxəssis rəyindən məlum olur ki, 1-ci sual üzrə- su arxından suyun daşınmasına səbəb su arxının içərisinə boru və hidrotexniki avadanlığın qoyulması, su arxının qarşısının kəsilməsi və su arxının su keçirmə normasından artıq suyun buraxılması səbəb ola bilər. 2-ci sual üzrə- iddiaçının torpaq sahəsinə suyun daşaraq axıdılmasına su arxının su keçirmə normasından artıq suyun buraxılması və suyun qarşısının kəsilməsi səbəb olmuşdur. 3-cü sual üzrə- Su arxının içərisində boru və hidrotexniki avadanlıqlar vardır.4cü sual üzrə su arxı içərisinə qoyulan qurğular və su arxının dərinliyinin azaldılması su arxından suyun axını zamanı daşmasına səbəb ola bilər. Azərbaycan Respublikası Mülki Məcəllə: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Beləliklə məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı cavabdehlərin öz torpaq sahələrini suvararkən suya nəzarət etməmələri nəticəsində onun 1.23 ha torpaq sahəsindəki arpa əkilmiş bütov sahəsini tamamilə suya qərq etdiklərini bildirərək, cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 ona dəyən ziyanın ödənilməsini tələb etsə də, cavabdehlərin hüquqa zidd hərəkətləri nəticəsində ona ziyan dəydiyini, həmin ziyanla hərəkətlər arasında səbəbli əlaqəyə və cavabdehlərin təqsirinə dair sübutları məhkəməyə təqdim etməmiş və yuxarıda sadalanan hallar məhkəmə iclasında təsdiqini tapmamışdır. Belə ki, tərəflərin də izahatından göründüyü kimi su arxından növbəlik qaydasında torpaq sahiblərinin istifadə hüququ olmuş, cavabdehlərin torpaq sahəsindən istifadəsi zamanı hər hansı şəxslərə ziyan vurulmamış, cavabdehlər torpaq sahələrindən iddiaçıdan əvvəl istifadə etmiş, bununla bağlı heç bir narazılıq olmamış, ən əsası iddiaçı ilə cavabdehlər arasında olan torpaq sahələrin heç birinə ziyan vurulmamış, iddiaçının özünün də bildirdiyi kimi su arxının açılması nəticəsində ona və ondan əvvəlki torpaq sahəsinə ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd etməyi vacib hesab edir ki, qeyd edilən prosessual hüquq normaları Konstitusiya da nəzərdə tutulan məhkəmə müdafiəsi hüququnun realizəsini özündə ehtiva edir. Belə ki, hər bir kəsin məhkəmə müdafiəsi hüququ onun konstitusion hüququ olmaqla həmin hüququn məhdudlaşdırılması qanunla qadağandır. Hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi üçün təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar, faktlar əsasında hüquqi qiymət verməlidir. İddiaçı əmlakına cavabdehlər tərəfindən ziyan dəyməsi tələbini irəli sürdüyünü, iddia tələbində isə tələbinin qanuni əsası kimi mülki hüquq pozuntularında irəli gələn hüquq normalarını göstərsə də, həmin normaların dispozisiya şərtləri ilə uzlaşan sübutları (faktiki halları) məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının 1.23 ha torpaq sahəsindəki arpa əkilmiş bütov sahəsinin tamamilə suya qərq olması cavabdehlərin təqsiri olmadığından, iddia tələbi əsassız olmaqla təmin edilməməlidir. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli, Qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (MPM-in 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri). Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ziyanın məhz cavabdehlərin təqsirli hərəkətləri nəticəsində vurulmasına dəlalət edən mötəbər sübutlarla təsdiqini tapmadığından rədd edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci madələrini rəhbər tutaraq QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 Hacıbala oğlu, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 qarşı «dəymiş ziyanın əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Sədrlik edən Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-5/2023
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-5/2023
29.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver