Məhkəmə qərarları › İş №2(014)-500/2020

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-500/2020

26.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-500/2020 26.10.2020 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayeva Mələk Məhəmməd qızının katibliyi İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qаrşı «borc» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı ASC-nin cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2və Cavabdeh3 qаrşı «borc»tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli 111. LN.2102.300914.00009 saylı kredit müqaviləsi üzrə 5973.75 manat əsas, 1805.02 manat faiz, 166.92 manat artırılmış faiz(cərimə), cəmi 7945.68 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahis etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixli 111.LN.2102.300914.00009 saylı kredit müqaviləsi əsasən İddiaçı ASC tərəfindən X2 illik 28 faizlə 30 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. X5 kredit ödənişlərində gecikdirmələrə yol verdiyinə görə xx.xx.2014-cü il tarixli 111.LN.2102.300914.00009 saylı kredit müqaviləsi üzrə İddiaçı ASC-yə xx.xx.2020ci il tarixə5973.75 manat əsas, 1805.02 manat faiz, 166.92 manat artırılmış faiz (cərimə), cəmi 7945.68 manat borcu yaranmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişlər, müqavilənin şərtlərini pozmuş, borc öhdəliyini vaxtında və lazımınca icra etməmişdir.Bundan başqa hazırki iddia ərizəsinə əlavə edilmiş ölüm haqqında şəhadətnamənin surətindən məlum olmuşdur ki, borclu X4 xx.xx.2017-ci ildə ölmüşdür. AZərbaycan Respublikasının Ədliyyə nazirliyinin saytındakı elektron xidmətdən əldə edilmiş çıxarışdan göründüyü kimi, X1 vərəsəlik işinin açılması ilə bağlı məlumat aşkar edilməmişdir. Bu səbəbdən, kredit müqaviləsi üzrə yaranmış borc zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 tutulmalıdır.Zaminlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 borcun ödənilməsi ilə bağlı yzılı xəbərdarlıq edilməsinə baxmayuaraq, ödənişlər üzrə gecikdirmələr aradan qaldırılmış və borc ödənilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi Lalə Namazova məhkəməyə ərizə ünvanlayaraq, məhkəməyə üzürlü səbəbdən gələ bilməyəcəklərini, iddianı müdafiə etdiklərini və işə iştirakları olmada baxılıb qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən iddiaçı nümayəndəsinin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. CavabdehlərCavabdeh1, Cavabdeh2və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iddiaçı nümayəndəsinin ərizəsini nəzərə alıb, iddia ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilsin. İş materiallarında olan, İddiaçı ASC Gəncə filialı tərəfindən verilmiş 08.01 2020-ci il tarixli 05/01 saylı Maliyyə arayışından məlum olur ki, Kredit müqaviləsinə əsasən xx.xx.2014-cü il tarixdən xx.xx.2020-ci il tarixədək Banka əsas məbləğ üzrə borc 5973.75 AZN müəyyən olunur. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 111.LN.2102.300914.00009 saylı kredit müqaviləsinə əsasən X5 ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 111.LN.2102.300914.00009saylı kredit müqaviləsinə 1 saylı əlavənin ödəniş qrafikindən məlum olur ki, X3 hər ay 467.22 manat olmaqla 28 faizlə 30 ay müddətinə 10000 AZN məbləğində kredit verilmişdir. İş materiallarında olan, İddiaçı ASC tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli 111.CL.300914.00009/c saylı,111.CL.300914.00009/evə 111.CL.300914.00009/d zaminlik müqavilələrindən məlum olur ki, Cavabdeh1, Cavabdeh2və Cavabdeh3ilə İddiaçı ASC arasında zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarında olan, Ağdaş rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli AZ-İ 894826 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan, Bakı Apellyasiya MƏhkəməsinin inzibati Kollegiyası tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 2-3(103)-132/2020 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Mərkəzi Bankının ərizəsi təmin edilməsi, “xxxxxxx” ASC müflis elan edilməsi, Əmanətlərin Sığortalanması Fondu “xxxxxxx” ASC X6 ləğvedicisi təyin edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 135s nömrəli Sərəncamı ilə təsdiq edilmiş Tədbirlər Planına əsasən pandemiyadan zərər çəkmiş sahələrdə çalışam müzdlü işçilərin əməkhaqqının müəyyən hissəsi üzrə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi üzrə dövlət vəsaiti hesabına aparılan ödənişlərin təyinatı üzrə ödənilməsinə moratorium tətbiq olunmamamsına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan, İddiaçı ASC tərəfindən xx.xx.2020-ci il tarixli 19/3538 saylı xəbərdarlıqdan məlum olur ki, kredit borcunu 5 gün müddətində ödənmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 2(014)-500/2020 saylı qərardaddan məlum olur ki, ərizə təmin edilmiş, Ağdaş rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(014)-500/2020 saylı qərardadı ləğv edilməsi, məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə saat 12:30-a təyin edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası MM-nin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası MM-nin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsində göstərilir ki, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsidə vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünun nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 445.2.1-ci maddəsində göstərilir ki, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 448.1-ci maddəsində göstərilir ki,əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-nin 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-nin 449.1-ci maddəsində göstərilir ki, özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Azərbaycan Respublikası MM-nin 460.1-ci maddəsində göstərilir ki, öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Azərbaycan Respublikası MM-nin 465.2-ci maddəsində göstərilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Azərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditorun qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.1-ci maddəsinə əsasən, Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Аzərbаycаn Rеspublikаsı Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Хəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 bоrcu ödəmələrini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. Azərbaycan Respublikası MPM-nin 77.-­-1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası MPM-nin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsumu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia təmin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Kredit müqaviləsi üzrə 5973.75 manat əsas borc, 1805.02 manat faiz, 166.92 manat artırılmış faiz borcu, cəmi 7945.68 manat məbləğində borc və ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu, xx.xx.1965-ci il tarixdə Ağdaş rayon, Yenikənd kəndində doğulmuş, Ağdaş rayon, Yenikənd kəndində yaşayan Cavabdeh1, xx.xx.1983-cü il tarixdə Ağdaş rayon, Aşağı Nemətabad kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Nemətabad kəndinəyaşayan Cavabdeh2, xx.xx.1968-cı il təvəllüdlü Ağdaş rayon, Qobu-üstü kəndində anadan olmuş, Ağdaş rayon, Aşağı Nemətabad kəndində qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik edən Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar