Məhkəmə qərarları › İş №2(014)-504/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-504/2021

18.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-504/2021 18.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi U.Mustafayevanın katibliyi ilə İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı 475,00 (dörd yüz yetmiş beş) manat sığorta ödənişi məbləğinin və 1 500,00 (bir min beş yüz) manat işlərin görülməsi xərcinin, 30,00 (otuz) manat dövlət rüsumunun, cəmi 2 005,00 (iki min beş) manat məbləğində pul vəsaitinin cavabdehdən tutulması haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 475 manat məbləğində verilmiş sığorta ödənişinin,1500 manat işlərin görülməsi xərcinin və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb “xxxx” ASC-yə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” ASC iddiasını onunla əsaslandırmışdır ki, “xxxx” ASC ilə İsgəndərov İsgəndər Əlövsət oğlu arasında 04.1 1.2019-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqlivyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-ci il tarixdə “VAZ 21074” markalı. ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Ağdaş şəhəri, Karvan yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Ford Transit” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 475,00 (dörd yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş RPŞ DYPB-dən ünvanımıza xx.xx.2019cu il tarixli. İXP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasan Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1 -ci -cü maddələri ilə təqsirli bilinmişdir. Ağdaş RPŞ DYPB-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli. 9/132- 17930-1219 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Həmçinin qeyd olunan Arayışda Cavabdeh yol-nəqliyyat hadisəsinin baş verdiyi vaxt “VAZ 21074” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək hüququnun olmadığı qeyd olunmuşdur. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılması xahiş edilir. İddiaçı “xxxx” ASC məhkəməyə ərizə göndərərək işə iştirakları olmadan baxıb iddianın təmin edilməsini xahiş etmişlər. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə daxil olmuş yazılı məlumatdan görünür ki, iş üzrə Cavabdeh qeydiyyatda olduğu Ağdaş şəhəri,H.Əliyev pr.35-də yaşamadığı üçün məhkəmə bildirişini ona təqdim etmək mümkün olmamışdır. Аzərbаycаn Rеspublikаsı Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsaslanaraq məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki, “xxxx” ASC ilə İsgəndərov İsgəndər Əlövsət oğlu arasında 04.1 1.2019-ci il tarixdə PAA********** saylı sığorta müqaviləsi bağlanmış və “VAZ 21074" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta olunaraq, avtonəqlivyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığorta təminatı almışdır. Cavabdeh xx.xx.2019-ci il tarixdə “VAZ 21074” markalı. ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Ağdaş şəhəri, Karvan yolunda yol-nəqliyyat hadisəsi törətmiş və “Ford Transit” markalı, ** NB *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün “xxxx” ASC 475,00 (dörd yüz yetmiş beş) manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Yol-nəqliyyat hadisəsi ilə bağlı Ağdaş RPŞ DYPB-dən ünvanımıza xx.xx.2019-cu il tarixli. İXP ******* saylı İnzibati xəta haqqında Protokol daxil olmuş, həmin Protokola əsasan Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 332.1 -ci -cü maddələri ilə təqsirli bilinmişdir. Ağdaş RPŞ DYPB-nin “xxxx” ASC-yə təqdim etdiyi xx.xx.2019-cu il tarixli. 9/132- 17930- 1219 saylı Arayışa əsasən Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin aradan qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır. Sığortalanmış avtomobilinin zədələnməsi ilə əlaqədar 950 manat məbləğində zərər məbləği qeyd olunsa da, 475 manat sığorta ödənişi verilmişdir. İddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikasının İcbari Sığortalar Haqqında Qanunun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.1-ci maddəsinə əsasən sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda; 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması; 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbinə əsasən cavabdehin təqsiri nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “VAZ 21074" markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin 475 manat hissəsi "xxxx" ASC tərəfindən ödənildiyindən subroqasiya qaydasında cavabdehdən həmin pulun tələb edilməsi əsaslıdır və təmin edilməlidir. Lakin iddiaçı 1500 manat məbləğində işlərin görülməsi xərci barədə məhkəməyə hər hansı mötəbər bir sübut təqdim etmədiyindən iddia o,hissədə rədd edilməlidir. Ödənilmiş tələbin miqdarı nəzərə alınaraq 30 manat ödənilmiş dövlət rüsumu da cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 475 manat sığorta ödənişi və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 505 manat (beş yüz beş manat) tutulsun. İddia qalan hissə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar