Məhkəmə qərarları › İş №2(014)-505/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-505/2021

20.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-505/2021 20.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 25.500 (iyirmi beş min beş yüz) manat məbləğində pulun və 3000 (üç min) manat məbləğində mənəvi zərərin tutularaq ona ödənilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 2019-cu ildə Abşeron rayonu ərazisində yaşayış evi tikib satmaqla məşğul olmuşdur. 2019-cu ilin avqust ayında Ağdaş şəhər sakini Cavabdeh onunla görüşüb Abşeron rayonunun Saray qəsəbəsi ərazisində, sifarişlə yaşayış evi tikdirib almaq istədiyini bildirmişdir. Ona Abşeron rayonunun Saray qəsəbəsi ərazisində yaşayış evi tikilməsi üçün nəzərdə tutulmuş torpaq sahəsinin olmasını, əgər istəyərsə həmin torpaq sahəsində ona istədiyi ölçüdə və dizayında ev tikə biləcəyini bildirmişdi. Cavabdeh ona təklif olunan torpaq sahəsinə baxdıqdan sonra qərar verəcəyini bildirdi. O həmin torpaq sahəsini ona göstərmişdir. Cavabdeh həmin təqdim olunan 1.5 sot torpaq sahəsində ona bir mərtəbəli olmaqla 3 otaqlı və cəmi sahəsi 80 kv olan evin tikilməsini sifariş etmişdi. Həmin evin torpaqla birlikdə tikilməsi 43.000 manat təşkil etmiş, həmin pulun 8.000 manatı 1.5 sot torpaq sahəsinin alınmasına, 35.000 manatı isə evin tikintisi üçün nəzərdə tutulmuşdur. Cavabdehlə aralarında olan razılşamaya əsasən, o ilkin ödəniş kimi 15.000 manat ödənilməli, qalan 28.000 manat pulu isə hər ay 500 manatdan az olmayaraq 56 ay müddətində ödəməli idi. Cavabdehlə aralarında 05.08.2019-cu il tarixli podrat müqaviləsi bağlanmışdı. Lakin Cavabdeh ilkin olaraq ödəməli olduğu 15.000 manat pulun 1.000 manatını beh kimi verib, qalan 14.000 manata görə aralarında kredit müqaviləsinin bağlanmasını tələb etmiş, o da onunla razılaşmışdır. Həmin tarixdə, yəni 05.08.2019-cu il tarixdə Bakı şəhəri 43 saylı notariat ofisində aralarında kredit müqaviləsi bağlandı və Cavabdeh həmin 14.000 manat pulu ona vermişdi. O, da bundan sonra həmin evin tikintisinə başlamışdı və müqavilədə nəzərədə tutulan bir ay müddətində həmin ümumi sahəsi 80 kv.m olan iki ədəd yataq, bir ədəd qonaq, bir ədəd mətbəx və bir ədəd sanitar qovşağından ibarət evi tikib tam təmirli şəkildə Cavabdeh təhvil vermişdir. Lakin Cavabdeh həmin evə görə hər ay ödəməli olduğu puldan 5 dəfə hər dəfə 500 manat olmaqla, cəmi 2.500 manat ödəsə də, qalan aylarda ödəniş etməmişdi. O, dəfələrlə Cavabdehlə görüşüb ondan həmin evə görə qalan ödənişi tələb etsə də, hər dəfə müxtəlif bəhanələr gətirərək ödəməmişdir. Nəticədə Cavabdeh ona 25.500 manat borcu qalmışdır. Cavabdeh hal-hazırda həmin evdə yaşayır. Tərəfindən Cavabdeh sifarişdən imtina etməyi, mənzilin satılaraq ödədiyi məbləği geri alması təklif olunsa da razılaşmamışdır. Qeyd olunanları həmin hadisələrin şahidləri olmuş X11, X1, X3 və qeyriləri təsdiq edə bilərlər. Hesab edir ki, mülki qanunvericiliyin normaların baxımından cavabdehin hərəktləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, işin faktiki hallarında göründüyü kimi cavabdeh ona sifarişlə inşa edilmiş evin əvəzi olaraq 25.500 manat məbləğində pulu ona ödəməmiş və öhdəliklərini icra etməmişdir. Buna görə də o, öz risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşımalıdır. Eyni zamanda cavabdehin qanunsuz hərəkətləri nəticəsində o mənəvi iztirab və sarsıntılar keçirmişdir. Belə ki, o dəfələrlə cavabdehlərin qanunuz hərəktələri nəticəsində günlərlə, saysız hesabsız şəkildə cavabdehin arxasınca qaçmış, cavabdehlə danışıqlar aparmış, hər dəfə cavabdeh tərəfindən aldadılmışdır, belə ki, cavabdeh dəfələrlə onu aldatmış, əvəzində o öz şəxsi işlərini kənara qoyub saatlarla, gün boyu cavabdehin onunla görüşüb borcunu ödəməyi gözləmiş, halbuki cavabdehin onu aldadaraq aldığı pulu bugünədək geri qaytarmamış bütün bunlar ona əsəb və sters yaratmış, o uzun müddət psixolojik gərginlik altında olmuş, onu daha da əsəbləşdirmiş, keçirdiyi istirabı daha da dərinləşdirmişdir. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasına ərizə verərək, İddiaçı 25.500 manat borcu olduğunu, gələcəkdə borcunu hissə-hissə qaytaracağını bildirmişdir. Məhkəmə iddiaçı və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05 avqust 2019-cu il tarixli kredit müqaviləsindən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri 43 saylı notariat ofisində aralarında müqavilə bağlanmış və Rzayev X6 Elmir Alış oğluna 14000 manat borc pulu vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 05.08.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh ilə İddiaçı arasında podrat müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Abşeron rayon Polis şöbəsi tərəfindən verilmiş, 12.11.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh, X9, X4 və X7 ərizələri əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilməsi, vətəndaş Cavabdeh, X5, X2 və X10 irəli sürdükləri tələblə əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olmasının izah edilməsi qərara alınmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh aralarında fərdi yaşayış evinin tikintisi barəsində podrat müqaviləsi bağlamışlar. Fərdi yaşayış evinin torpaqla birlikdə tikilməsi 43.000 manat təşkil etmiş, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmişdir. Cavabdeh razılaşdırılmış pul məbləğindən 17.500 manatı versə də, qalan 25.500 AZN-i ödəməkdən boyun qaçırmışdır. Cavabdeh məhkəmədə iddianı qismən etiraf edərək həqiqətən iddiaçıya 25.500 manat məbləğində pulu borclu olduğunu qəbul etmiş, həmin məbləği hissə-hissə ödəyəcəyinə dair söz vermişdir. İddiaçının iddia ərizəsində tələb etdiyi 3000 manat məbləğində mənəvi zərər hissəsinə gəldikdə isə, məhkəmə qeyd edir ki, mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hər hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olmasını təsdiq edən hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Öhdəliyin anlayışını nəzərdə tutan Azərbaycan Respublikasının mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin anlayışını nəzərdə tutan Azərbaycan Respublikasının mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi əsaslarından biri də zərərin vurulmasıdır. Mülki hüquq pozuntularının (deliktlər) anlayışını nəzərdə tutan Azərbaycan Respublikasının 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə ( zərərçəkənə) birbaşa ziyan və ya zərər vururlmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Buna əsaslanaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 752.3. Podratla bağlı smetanın tərtibi, əgər razılaşmada ayrı qayda müəyyənləşdirilməyibsə, ödənilmir. 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 772.1. Görülmüş işin təsadüfən məhv olması və ya zədələnməsi riski icranın sifarişçiyə verildiyi vaxtadək podratçının üzərinə düşür. İcranın sifarişçiyə verilməsi ilə bir vaxtda təsadüfən məhvolma və ya zədələnmə riski də ona keçir. Sifarişçinin icranı qəbul etməyi gecikdirməsi də icranın verilməsinə bərabər tutulur.

769. Əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 329.1. Əgər qanunla başqa hal müəyyən edilməmişdirsə, qanunla və ya tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş forma tələblərinə riayət etməməklə bağlanılmış əqd etibarsızdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 7-ci bəndinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Həmin Plenumun 8-ci bəndində izah edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nətcəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 25.500 manat borc alınaraq iddiaçıya ödənilməlidir. İddiaçı iddia ərizəsində mənəvi zərər çəkdiyini bildirsə də, iddiaçının mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hər hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olmasını təsdiq edən hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq

QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdeh 25.500 manat borc tutularaq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar