Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-506/2025 03.04.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh5 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə 2020-ci ildən etibarən ticarət əlaqələri olmuşdur. 2020-ci ildən etibarən cavabdehlər mütəmadi olaraq şəxsi istifadə etmək üçün ondan borc yolu ilə paltar, geyim və məişət əşyaları almışdır. Bu minvalla cavabdehlər şəxsi istifadə etmək üçün onlardan ümumilikdə 5600 (beş min altı yüz) manat dəyərində borc yolu ilə paltar, geyim və məişət əşyaları almış və bu minvalla da cavabdehlərin onlara 5600 (beş min altı yüz) manat dəyərində borcu yaranmışdır. Cavadehlər əşyaları borc yolu ilə nisyə aldıqda ən qısa vaxtda borclarını tam ödəyəcəklərini bildirsələr də, bu günədək ümumi borcdan Cavabdeh3 vasitəsi ilə 400 (dörd yüz) manat, Kərimova Gülnar vasitəsi ilə isə 1000 manat ödəniş etmişdir. Cavabdehlərə dəfələrlə onlara olan 4200 (dörd min iki yiiz) manat borclarını könüllü yolla ödəməklərini bildirsələr də, onların pulunu mənimsəmişlər. Cavabdehlər vəd etdikləri tarixdə pulu qaytaracaqlarını bildirsələr də, onların pulunu qaytarmamış və onları aldadaraq borcu ödəməkdən boyun qaçırmışlar. Bu minvalla cavabdehlər onlara xeyli miqdarda ziyan vurmuşdur. Cavabdehlərə dəfələrlə borclarını ödəməsini bildirsələr də, bu günədək onların pulunu mənimsəməyə davam edirlər. Yuxarıda göstərilənlərə əsasən Cavabdeh2, X4, Cavabdeh3 İlyas qızı, X3 və Cavabdeh1 ümumilikdə 4200 (dörd min iki yüz) manat miqdarında borcun, hüquqi yardım üçün çəkdiyi 200 (iki yüz) manat xərcin və ödənilmiş 62 manat dövlət rüsumunun alınıb onlara qaytarılması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə tələbin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişlər ki, iddia tələbi tərtib edilən zaman yanlışlığa yol verərək cavabdehlər Gülnarın soyadını, Gülgəzin soyadını səhv yazmışlar. Göstərdiklərini və Azərbaycan Respublikası MPM-in 53-cü maddəsini rəhbər tutaraq məhkəmədən cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh1 4200 manat borcun, hüquqi yadım üçün ödənilmiş 200 manat pulun və ödənilmiş 62 manat dövlət rüsumunun əvəzi olan pulun tutularaq iddiaçılar İddiaçı1 və İddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 izahatlarında iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasında cavabdehlər Cavabdeh4 izahatında həqiqətən iddiaçının mağazasından mallar götürdüklərini, onlara olan borclarını tam ödədiklərini, hazırda ən çoxu iddiaçılara 1000 manatadək borclarının olduğunu və qalan borc dəqiq hesablandıqdan sonra ödəməyə hazır olduğunu bildirdi. Məhkəmə iclasında Cavabdeh5 izahatında iddiaçılardan 4000 manatdan çox məbləğdə paltar aldığını, borcunun bir hissəsini ödədiyini, hazırda iddiaçılara olan borcunu tam olaraq ödəyə bilməsə də, hissə-hissə ödəyəcəyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh1 məhkəmə iclasına gəlməmələrini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan CD diskdə olan telefon danışıqlarında olan səsdən məlum olur ki, İddiaçı1 cavabdehlərdən ona 4276 manat borclarının olduğunu bildirir, cavabdehlər isə həmin borcu hissə-hissə ödəyəcəklərini bildirirlər. İşin materiallarında olan İddiaçı1 ilə X5 arasında bağlanmış 005 saylı tapşırıq müqaviləsindən görünür ki, İddiaçı1 məhkəmə sənədlərinin hazırlanmasını X2 tapşırmış və bu tapşırıq müqaviləsi bağlamışlar. Eyni zamanda, iddiaçı tərəfindən X1 hesabına 200 manat ödəniş edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı1 Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 62 (altmış iki) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, cavabdehlər iddiaçılara məxsus mağazadan müxtəlif vaxtlarda mallar almışlar, cavabdehlər həmin malların dəyəri olan pulun bir hissəsini ödəsələr də, qalan 4200 manat borcu ödəməmişlər. Hazırda iddiaçılar cavabdehlərdə onlara olan 4200 manat borcun tutulmasını tələb edir. Eyni zamanda, məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iddiaçıya qalan borclarını ödəyəcəklərini bildirmişdlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin Əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə saltılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə saltılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə saltılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə saltılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının saltıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə saltıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3- cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Bundan əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Göründüyü kimi məhkəmə iclasında cavabdehlər Cavabdeh4 və Cavabdeh5 iddiaçılarından mallar götürdüklərini etiraf edirlər. Lakin borclarını tam qaytarmalarına dair məhkəməyə heç bir sübut təqdim etməyiblər. Belə ki, borcun qaytarılması həmin cavabdehlərin etirazlarının əsaslarını təşkil etdiyindən, bu hissədə sübut etmə yükü onların üzərinə düşür. Digər cavabdehlər münasibətdə isə iddiaçılar onların borclu olmalarına dair məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdehlər Cavabdeh4 və Cavabdeh5 4200 (dörd min iki yüz) manat məbləğində borc, 200 (iki yüz) manat hüquqi yardım üçün ödənilmiş məbləğ və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1, İddiaçı2 verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh4 və Cavabdeh5 4200 (dörd min iki yüz) manat məbləğində borc, 200 (iki yüz) manat hüquqi yardım üçün ödənilmiş məbləğ və 62 (altmış iki) manat ödənilmiş dövlət rüsumunun əvəzi müştərək qaydada alınaraq iddiaçılar İddiaçı1 və İddiaçı2 verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-506/2025
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-506/2025
03.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver