Məhkəmə qərarları › İş №2(014)-511/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-511/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-511/2025 26.05.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı 13 saylı X3 Mərkəzinin nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, meşə fondu sahəsində özbaşına olaraq 2019-cu ilin 5x2 sxemində olan tut meşə əkinini biçməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 1392 (min üç yüz doxsan iki) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 13 saylı X3 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin meşəbəyisi Ənvər Hünbətovun DİN-nin 102 Qaynar Xəttinə etdiyi xx.xx.2024-cü il tarixli şikayətinə yerində baxış keçirildi. Araşdırma zamanı Ağdaş rayon Eymur kənd sakini (Ş/V AZE 7810938, FİN 3CMQE12) Cavabdeh özbaşına olaraq qardaşının istifadəsində olan kənd təsərrüfatı texnikası ilə (traktor) 2019-cu ilin 5x2 sxemində olan tut cinsindən olan meşə əkinini biçməsi faktı müəyyən edilmişdir. Cavabdeh barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material İnzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 1392 (bir min üç yüz doxsan iki) manat məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən, vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. İddiaçı 13 saylı X3 Mərkəzinin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək bildirdi ki, 23 aprel 2024-cü il tarixdə Cavabdeh tut tinglərini kəsməsi barədə məlumat verilmişdir. Həmin torpaq sahəsi meşə idarəsi tərəfindən Cavabdeh istifadəsinə verilmişdi, o, həmin əraziyə yonca əkmişdi. Yoncanı biçərkən tut tinglərinin başını kəsmişdir. Bununla bağlı polisdə araşdırma aparılıb, qərar qəbul olunub. Həmin qərarda dəymiş ziyana münasibət bildirilib. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, iddia tələbi ilə razı deyil, heç bir ağacı kəsməmiş, meşə əkininə ziyanlıq vurmamışdır. İddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçı nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan AR-nın Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş 003167 saylı aktın surətindən görünür ki, Qarxun meşəbəyliyinin meşəbəyisi Ənvər Hünbətovun DİN-nin 102 Qaynar Xəttinə etdiyi xx.xx.2024-cü il tarixli şikayətinə yerində baxış keçirilən zaman məlum oldu ki, Ağdaş rayon Eymur kənd sakini (Ş/V AZE 7810938, FİN 3CMQE12) Cavabdeh özbaşına olaraq qardaşının istifadəsində olan kənd təsərrüfatı texnikası ilə (traktor) 2019-cu ilin 5x2 sxemində olan tut meşə əkini 2023-cü ilin payızında bərpa edilmiş 1.2 hektar tut əkinini və içərisində olan yonca sahəsini biçmişdir. Meşə əkini 1.2 hektar tut əkinin arasında olan yoncanı biçəndə tut tinglərinin də baş hissələrinidə biçmişdirlər. Çalınmış yonca otu sahədə idi, aparmamış, qurutmağa qoymuşdular. İşin materiallarında olan 24 oktyabr 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə Ağdaş rayon Eymur kənd sakini (Ş/V AZE 7810938, FİN 3CMQE12) Cavabdeh özbaşına olaraq qardaşının istifadəsində olan kənd təsərrüfatı texnikası ilə (traktor) 2019-cu ilin 5x2 sxemində olan tut cinsindən olan meşə əkinini biçməsi faktı müəyyən edilmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 257-ci maddəsinin tələblərini pozduğundan, onun barəsində protokol tərtib edilmişdir. İşin materiallarında olan 13 saylı X3 Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 003167 saylı aktın hesablama cədvəlinin surətindən görünür ki, 1.2 hektar tut əkinin baş hissəsinin bicilməsi və zədələnməsi 1,2x220=264 manat, 1.2 hektar səpilmiş yonca otunun qanunsuz biçilməsinə 1,2x940=1128 manat oldu. Beləliklə meşəyə ümumilikdə 1392 manat ziyan dəymişdir. İşin materiallarında olan 18 may 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, Cavabdeh Əkram oğlu qeyd olunan 1.2 ha torpaq sahəsindən 2 il müddətində istifadə etmiş, yonca əkin-biçini üçün hər il 201 manat dövlət rüsum ödəmiş, həmin torpaq sahəsindən qanunsuz istifadə etməmiş və orada olan yoncalığı qanunsuz biçdirməmişdir. Bundan başqa toplanmış materialdan görünür ki, meşəyə vurulan ziyan 264 manat təşkil edir. Buna görə də həmin hissədə hər hansı cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 187-259cu maddələri ilə cinayət işinin başlanması rədd edilməsi qərara verilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, 13 saylı X3 Mərkəzinin əməkdaşları tərəfindən 24 aprel 2024-cü il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin meşəbəyisi Ənvər Hünbətovun DİN-nin 102 Qaynar Xəttinə etdiyi xx.xx.2024-cü il tarixli şikayətinə yerində baxış keçirilmiş, Ağdaş rayon Eymur kənd sakini (Ş/V AZE 7810938, FİN 3CMQE12) Cavabdeh özbaşına olaraq qardaşının istifadəsində olan kənd təsərrüfatı texnikası ilə (traktor) 2019-cu ilin 5x2 sxemində olan tut cinsindən olan meşə əkinini biçməsi faktı müəyyən edilərək, Cavabdeh hüquqazidd hərəkətləri nəticəsində X5 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 1392 (bir min üç yüz doxsan iki) manat məbləğində maddi zərər cavabdehdən tələb edilsə də, iş materiallarına əlavə edilmiş Ağdaş RPŞ müstəntiqi Davud Şıxəmmədovun “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarından məlum olur ki, Cavabdeh Əkram oğlu qeyd olunan 1.2 ha torpaq sahəsindən 2 il müddətində istifadə etmiş, yonca əkin-biçini üçün hər il 201 manat dövlət rüsum ödəmiş, həmin torpaq sahəsindən qanunsuz istifadə etməmiş və orada olan yoncalığı qanunsuz biçdirmədiyindən, meşəyə vurulan ziyan 264 manat müəyyən edilmişdir. Buna görə də həmin hissədə hər hansı cinayət tərkibi olmadığından Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 187-259-cu maddələri ilə cinayət işinin başlanması rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı 13 saylı X3 Mərkəzinin Cavabdeh qarşı “vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilməli, meşəyə vurulan ziyanın əvəzi 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutulub 13 saylı X3 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar məhkəmədə iddia qaldırarkən dövlət rüsumunu ödəməkdən azaddırlar. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən məhkəməyə verilən qiymətləndirilən iddia ərizəsinə görə dövlət rüsumunun dərəcəsi iddia qiyməti 1000 manatadək olduqda 30 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddianın qiyməti 264 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh meşəyə vurulan ziyanın əvəzi 264 (iki yüz altmış dörd) manat məbləğində pul vəsaiti tutulub 13 saylı X3 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 000 0000 ******* saylı hesabına ödənilsin. İş üzrə 30 (otuz) manat dövlət rüsumu cavabdehdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar