Məhkəmə qərarları › İş №2(014)-512/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-512/2021

06.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-512/2021 06.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ F.Nəsibovun sədrliyi F.Kərimovanın katibliyi İddiaçı və nümayəndəsi Ş.Mövlamovanın Cavabdeh2 nümayəndəsi və vəkili Z.Məmmədovun iştirakı ilə İddiaçı Cavabdeh2 Baxtiyar qızı,Cavabdeh1 və Cavabdeh3 qarşı Dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2 Baxtiyar qızı,Cavabdeh1 və Cavabdeh3 qarşı dəymiş ziyanın ödənilməsi tələbi haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada ona dəymiş ekspertiza xərci üçün DNT testinə görə ödədiyi 2300 manat pulun, dövlət rüsumları üçün ödədiyi 70 manat məbləğin,birinci instansiya,apellyasiya instansiyası və ali məhkəməyə gediş-gəliş üçün xərclədiyi 600 manat məbləğin, mənəvi ziyana görə 3000 manat,cəmi 5970 manat pulun onun xeyrinə tutulması və uşağın ona aid olmaması barədə KİV-də məlumat verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh2 yalan məlumat verərək 08 iyul 2016-cı ildə anadan olmuş X1 onunla faktiki birgə yaşaması nəticəsində doğulması barədə verdiyi iddia yuxarı instansiya məhkəmələri tərəfindən təmin edilməmişdir. Belə ki, Ağdaş Rayon Məhkəməsində cavabdeh həqiqi atanı gizlətmək üçün dünyaya gətirdiyi Şəbnəm Məmmədovanın atasının İddiaçı Rafael oğlu olmasının sübutu kimi anası Subarə Məmmədova və Cavabdeh1 yalan olan şahid ifadələrindən istifadə etmişdir. Onun yuxarı instansiya məhkəmələrinə verdiyi şikayət nəticəsində və 2300 manat maliyyə xərcini ödəməklə aparılan DNT testi nəticsində uşağın ona aid olmadığı sübut edilmiş və həmin məhkəmə qətnamələrini iddia ərizəsinə əlavə etmişdir. Cavabdehin həqiqətə uyğun olmayan məlumatlar olmayan məlumatlar verməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunmuşdur. O,DNT testi üçün 2300 manat, məhkəmələrə Şəkiyə, Bakıya gediş-gəliş xərcləri üçün 600 manat, iddialar üzrə əlavə rüsum kimi ödənilmiş 70 manat maddi ziyana düşmüşdür. Eyni zamanda şərəf və ləyaqətinin pozulmasına görə dəymiş ziyanı 3000 manat kimi qiymətləndirir. Ümumilikdə cavabdehdən 5970 manat zərər əvəzi olaraq pul ödənilməsi tələbini qanuni və əsaslı hesab edir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun izahat verdi, həmçinin bildirdi ki, Cavabdeh2 ilə bir gün belə yaşamamışdır. Cavabdeh2 onun qonşusu olmuşdur. Sadəcə olaraq Cavabdeh2 onunla mübahisəsi olduğu üçün, ona qarşı qərəzli olub məhkəmədə əsası olmayan iddia qaldırmışdır. Lakin DNT-genetik ekspertizası keçirilmiş və bütün həqiqət üzə çıxmışdır. O, DNT-genetik ekspertizasına görə 2300 manat pul ödəmişdir, həmçinin Şəki və Bakıya məhkəmələrə getmək üçün 600 manat yol xərci ödəmişdir. Eyni zamanda 70 rüsum ödəmişdir. Cavabdeh2 əsasız iddiası nəticəsində onu işdən çıxartmışlar. Eyni zamanda cavabdeh Sevin Məmmədovanın ona qarşı atalığın müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbi haqqında iddiasına dair Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi üzrə yaranmış aliment borcunun ödənilməməsinə görə Ağdaş Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarı ilə ona 15 gün müddətində inzibati həbs cəzası verilmişdir. Bütün bunlar nəticəsində ona mənəvi ziyan dəymişdir. Qeyd etməyi zəruri hesab edir ki, hətta Cavabdeh2 vəkili olmuş şəxs onu görüb üzr istəmiş və cavabdeh Sevin Məmmədovanın onu da aldatdığını bildirmişdir. Hesab edir ki, iddiası əsaslıdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı nümayəndəsi X9 məhkəmə iclasında iddianı müdafiə edərək iddiaçının izahatına uyğun izahat verdi və iddialarının əsaslı olduğu üçün təmin edilməsini xahiş etdi. Cavabdeh2 Baxtiyar qızının nümayəndəsi X15 məhkəmə iclasında iddianı qismən qəbul edərək bildirdi ki, tərəflər arasında mübahisə olmuş, lakin hazırda tərəflərin münasibəti pis deyildir. Cavabdeh2 DNT-genetik ekspertiza üçün iddiaçı tərəfindən ödənilmiş 2300 manat pul tələbi hissəsini qəbul edir.Lakin iddia tələbinin yerdə qalan hissəsini əsassız hesab etdiyindən qəbul etmir.Odur ki, iddianın qismən təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlmədikləri və səbəbi barədə məlumat vermədikləri üçün məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesdə iştirak edən tərəflərin izahatını və şahid ifadəsinin dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə iddia qismən təmin edilməlidir. İş üzrə şahid X10 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, tərəflərin qonşuluğunda yaşayır və taksi fəaliyyəti ilə məşğul olur. İddiaçı məhkəmə proseslərində iştirak etmək üçün onun taksisi ilə Şəkiyə və Bakıya getmişdir. Qeyd edir ki, hər dəfə 30- 50 manat arası iddiaçı ona yol haqqı ödəmişdir. Lakin iddiaçının ona cəmi nə qədər yol pulu verməsini dəqiq deyə bilmir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsindən görünür ki, 24 avqust 1992-ci ildə Ağdaş şəhərində anadan olmuş, Ağdaş şəhəri, 15-ci məhəllə 1/10-da yaşayan İddiaçı Rafail oğlunun 08 iyul 2016-cı ildə anadan olmuş X1 atası olması müəyyən edilsin və müvafiq doğum akt qeydinin aparılması Ağdaş rayon qeydiyyat şöbəsinə tapşırılması, 22 avqust 2016-cı il tarixdən başlayaraq İddiaçı Rafail oğlundan 08 iyul 2016-cı ildə anadan olmuş Şəbnəm 18 yaşına çatana qədər onun saxlanılması üçün Cavabdeh2 Baxtiyar qızının xeyrinə hər ay 100 (yüz) manat aliment tutulması, iddiaçı tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu və ekspertizanın keçirilməsi üçün lazım olan reaktivlərin alınması üçün ödənilmiş 120 manat, cəmi 130 (yüz otuz) manat pul İddiaçı Rafail oğlundan alınaraq Cavabdeh2 Baxtiyar qızına verilməsi qət edilmişdir. İş materiallarında olan Şəki Apellyasiya Məhkəməsinin 15 may 2020-ci il tarixli qətnaməsindən görünür ki, cavabdeh X7 tərəfindən verilmiş аpelyаsiyа şikаyəti təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbi təmin edilməməsi, iddiaçı Cavabdeh2 Baxtiyar qızının cаvаbdeh X4 qarşı 24 avqust 1992-ci ildə ünvan 1 ünvanda yaşayan cavabdeh X3 onunla qeyri-rəsmi nikahlarından 08 iyul 2016-cı ildə doğulmuş uşağlar X1 atası olmasının müəyyən edilməsi və cavabdeh X8 ilə birgə yaşadığları dövrdə 08 iyul 2016-cı ildə doğulmuş Şəbnəm adlı həmin uşağın yetkinlik yaşma çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 117 (bir yüz on yeddi) manat alimentin və dövlət hesabına ödəmiş olduğu 10 (on) manat dövlət rüsumunun cavabdeh X2 tutularaq onun xeyrinə verilməsi tələbi rədd edilməsi qət edilmişdir. İş materiallarında olan Ağdaş Rayon Məhkəməsinin 23 yanvar 2019-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmiş İddiaçı 15 gün müddətində inzibati həbs edilməsi qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya” Elmi-Təcrübi vəTədris Birliyinin 20 fevral 2020-ci il tarixli 09/2020-MTBŞ saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, genetik test nəticəsində testə uğradılan uşaq və güman olunan ata arasında tam şəkildə uyğunluq aşkarlanmamışdır. Bu isə onlar arasında övlad-valideyn səviyyəsində qohumluq əlaqəsinin olmadığını göstərir. Qəbul olunmuş müvafiq beynəlxalq normalara əsasən və alınmış nəticələr nəzərə alınaraq, İddiaçı ekspertizaya təqdim olunmuş X5 adlı uşağın bioloji atası olması inkar olunmuşdur. İş materiallarında olan kassa mədaxil orderin 888087 saylı qəbzdən görünür ki,İddiaçı genetik ekspertizanın keçirilməsi üçün 2300 manat pul ödəmişdir. Azərbaycan Respublikası Mülki Məclləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona dəymiş ziyanın ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərlir ki, «Qanunverici bir sıra normativ hüquqi aktlarda maddi zərərlə yanaşı mənəvi zərərin mövcudluğunu qəbul edir və belə zərəri yetirən şəxsin məsuliyyətini nəzərdə tutur. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır». Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 03 noyabr 2008-ci il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Mənəvi zərərin ödənilməsi barədə işlərə baxıldıqda mülki və mülki prosessual qanunvericiliyin ümumi müddəaları ilə bərabər xüsusi qanunvericilikdə müəyyən olunmuş müddəalar, habelə adətlər, əxlaq normaları da nəzərə alınmalıdır». Belə ki, Ali Məhkəmənin Plenumu qeyd olunan Qərarda göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardAn istifadə etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə iclasında araşdırılmış sübutlar əsasında məhkəmə belə nəticəyə gəlir ki, iddiaçı DNT-genetik ekspertizasının keçirilməsi müqabilində 2300 manat pul ödəmişdir. Cavabdeh2 iddiaçıya qarşı atalığın müəyyən edilməsi və sabit pul məbləğində aliment tələbinin qismən təmin edilməsi barədə Ağdaş Rayon Məhkəməsinin qətnaməsi DNTgenetik ekspertizasının nəticəsinə görə Şəki Apellyasiya Məhkəməsinin qətnaməsinə əsasən ləğv edilmişdir. Məhkəmə maddi ziyanın ödənilməsi hissəsinə hüquqi qiymət verərək hesab edir ki, mülki qanuvericiliyin yuxarıda sadalan normalarına əsasən iddiaçı DNT-genetik ekspertiza xərci üçün ödədiyi 2300 manat pulu tələb etməkdə haqlıdır, lakin həmin pul məbləğinin cavabdehlərdən müştərək qaydada tələb olunmasının hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, Cavabdeh2 iddiaçıya qarşı əsassız iddia tələbi üzrə cavabdeh 2300 manat ekspertiza xərcini ödəmək məcburiyyətində qalmışdır, digər cavabdehlər iş üzrə məhkəmə iclasında şahid kimi iştirak etmişlər.Eyni zamanada Cavabdeh2 nümayəndəsi Zaur Məmmədov məhkəmə iclasında iddianın ekspertiza xərci kimi ödənilən 2300 manat pul tələbi hissəsini qəbul etmişdir. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddianın məhkəmələrə gediş-gəliş üçün xərclədiyi 600 manat pul tələbi hissəsində hər hansı bir mötəbər sübut təqdim etməmişdir, məhkəmə iclasında dindirilmiş şahid isə taksi fəaliyyəti ilə məşğul olması barədə hər hansı bir sənəd təqdim etmədiyindən onun ifadəsi məhkəmə tərəfindən mötəbər dəlil kimi nəzərə alına bilməz. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, DNT-genetik ekspertizası keçirilmədən öncə, məhkəmə tibb ekspertizasının rəyi əsasında qəbul olunmuş Ağdaş Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli qətnaməsi üzrə iddiaçı yığılmış aliment borcunu ödəmədiyi üçün məhkəmənin qərarı ilə iddiaçı barəsində on beş gün inzibati həbs cəzası tətbiq edilmişdir. Bu hal mütləq qaydada iddiaçının sarsıntı və iztirab keçirməsinə səbəb olmuşdur. Məhkəmə hesab edir ki, həbs olunması nəticəsində iddiaçının çəkidiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə iddiaçı təsəlli ala bilər. Lakin mənəvi ziyan ağlabatan məbləğdə qiymətləndirilərək 1000 manat məbləğində müəyyən edilməlidir. Həmçinin iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh2 tutularaq iddiaçıya verilməlidir, iddianın uşağın iddiaçıya aid olmaması barədə KİV-də cavabdeh tərəfindən məlumat verilməsi tələbinə gəldikdə isə, məhkəmə hesab edir ki, tərəflər arasında mövcud olmuş mübahisəyə dair, yəni cavabdehin uşağının atasının iddiaçı olması barədə hər hansı məlumat KİV-də öz əksini tapmadığından, belə bir halın da KİV-də təkzib edilməsi əsassızdır,odur ki, iddia Cavabdeh1 və Cavabdeh3 münasibətdə və qalan hissədə rədd edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh2 Baxtiyar qızından DNT-genetik ekspertizanın aparılması üçün ödənilmiş 2300 manat, 1000 manat mənəvi ziyana görə və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 3330 manat (üç min üç yüz otuz manat) pul tutularaq İddiaçı verilsin. İddia Cavabdeh1 və Cavabdeh3 münasibətdə və qalan hissədə rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ağdaş Rayon Məhkəməsi vasitəsilə Apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Sədrlik edən: Famil Nəsibov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar