Məhkəmə qərarları › İş №2(014)-517/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-517/2024

07.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-517/2024 07.05.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Mustafayeva Ulduzə Mütdəlif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən Cavabdeh 3003 manat əsas borcun, 660 manat cərimə, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 150,15 manat olmaqla, cəmi 3813,15 manat; xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən 1800 manat əsas borcun, 430 manat cərimə, əsas borcun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 90 manat olmaqla, cəmi 2320 manat borcun və ödənilmiş 82 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ona məxsus olan satış mağazasından xx.xx.2022-ci il tarixdə ******* nömrəli müqavilə əsasında 4500 manat dəyərində İPHONE 14 PRO MAX markalı mobil telefon almışdır. İlkin ödəniş olaraq 405 manat ödədikdən sonra qalıq 4095 manat pulu 15 ay müddətində aylıq 273 manat olmaqla ödəməli idi. Cavabdeh həmin puldan 1497 manat (ilkin ödənişlə birlikdə) ödəniş etsə də, 3003 manat borcu ödəməmişdir. Nəticədə aralarında bağlanmış müqavilə şərtlərini pozmuşdur. Qeyd edilən müqavilənin İV bəndi olan müqavilə müddəti və şərtlərinə əsasən borcalan (cavabdeh) müqavilə üzrə borcun əlavə olaraq 660 manat cərimə ödəməlidir. Bundan başqa borclu pul məbləğiniun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 150,15 manat ödəməyə borcludur. Eyni zamanda Cavabdeh ona məxsus olan satış mağazasından xx.xx.2023-cü il tarixdə ******* nömrəli müqavilə əsasında 1900 manat dəyərində SONİ Pilesteşin 5 almışdır. İlkin ödəniş olaraq 100 manat ödədikdən sonra qalıq 1800 manat pulu 18 ay müddətində aylıq 100 manat olmaqla ödəməli idi. Cavabdeh aralarında bağlanmış müqavilə şərtlərini pozmuşdur. Qeyd edilən müqavilənin İV bəndi olan müqavilə müddəti və şərtlərinə əsasən borcalan (cavabdeh) müqavilə üzrə borcun əlavə olaraq 430 manat cərimə ödəməlidir. Bundan başqa borclu pul məbləğiniun ödənilməsinin gecikdirilmiş vaxt üçün illik beş faiz, yəni 90 manat ödəməyə borcludur. Ona dəfələrlə borcunu ödəməsini tələb etsə də buna əməl etməmişdir. Belə olub məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, dəfələrlə borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilsə də, o imaknın olmadığınə əsas gətirərək borcu ödəməkdən yayınmış və o, da məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın tələb edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 15 ay müddətinə hər ay 273 manat və 405 manat ilkin ödəniş ödənilməsi şərti ilə 4500 manat qiyməti olan İPHONE 14 PRO MAX markalı mobil telefon vermişdir. İşin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 18 ay müddətinə hər ay 100 manat və 100 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1900 manat qiyməti olan SONİ Pilesteşin 5 vermişdir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 3813,15 (üç min səkkiz yüz on üç manat, on beş qəpik) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqaviləyə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə ümumi borcu 2320 (iki min üç yüz iyirmi) manat təşkil edir. İşin materiallarında olan İddiaçı tərəfindən Cavabdeh göndərilmiş pretenziya məktublarından görünür ki, İddiaçı borcalana xx.xx.2022-ci il tarixli, ******* nömrəli və xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqavilələrinə əsasən üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün ona xəbərdarlıq etmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 82 (səksən iki) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə X1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 15 ay müddətinə hər ay 273 manat və 405 manat ilkin ödəniş ödənilməsi şərti ilə 4500 manat qiyməti olan İPHONE 14 PRO MAX markalı mobil telefon, xx.xx.2023-cü il tarixli, ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən İddiaçı Cavabdeh 18 ay müddətinə hər ay 100 manat və 100 manat ilkin ödəniş ödənilməsi şərti ilə 1900 manat qiyməti olan SONİ Pilesteşin 5 vermişdir. Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə cavabdehin İddiaçı hər iki müqavilə üzrə ümumilikdə 6133,15 (altı min yüz otuz üç manat, on beş qəpik) manat məbləğində borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hazırkı halda məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 300 manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə cərimə borcu hissəsində qismən təmin edilərək cərimə borcu 180 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 3003 (üç min üç) manat əsas borc, 150,15 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 3453,15 (üç min dörd yüz əlli üç manat, on beş qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1800 (min səkkiz yüz) manat əsas borc, 90 manat faiz borcu, 180 manat cərimə borcu olmaqla, cəmi 2070 (iki min yetmiş) manat məbləğində borc məbləğində borc və 82 (səksən iki) manat manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli, ******* nömrəli müqavilə üzrə 3003 (üç min üç) manat əsas borc, 150,15 manat faiz borcu, 300 manat cərimə borcu olmaqla, cəmi 3453,15 (üç min dörd yüz əlli üç manat, on beş qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* nömrəli müqavilə üzrə 1800 (min səkkiz yüz) manat əsas borc, 90 manat faiz borcu, 180 manat cərimə borcu olmaqla, cəmi 2070 (iki min yetmiş) manat məbləğində borc məbləğində borc və 82 (səksən iki) manat manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Mürsəlova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar