Məhkəmə qərarları › İş №2(014)-52/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-52/2021

04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-52/2021 04.03.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı cаvаbdеh Cavabdeh qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Cavabdeh qarşı «borcun və dəymiş ziyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеh Cavabdeh müqavilə üzrə 1190 (bir min bir yüz doxsan) manat miqdarında borcun, məhv etdiyi 1500 bağ yoncanın dəyəri olan 6000 (altı min) manat maddi zərərin və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb onlara qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında xx xxxxxxx 2016-cı ildə torpaq icarəsinə dair icarə müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh illik 170 manat olmaqla 1700 manat müqabilində 0059 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 4.44 ha torpaq sahəsini 10 illik ona icarəyə verməyi öhdəsinə götürmüşdür. Bu minvalla o cavabdehə 1700 manat pul vermişdir. Cavabdeh də bu məbləği aldığına və həmin məbləğin müqabilində torpaq sahəsini 10 illik ona icarəyə verdiyinə dair müqavilə imzalamışdır. O da həmin torpaq sahəsini yonca əkini üçün istifadə etməyə başlamışdır. 2020-ci ilin aprel ayından cavabdeh yonca sahəsini traktorla şumlayaraq onun yonca əkinini məhv edərək torpaq sahəsinə yiyələnmişdir. Bununlada aralarında bağlanmış 10 illik icarə müqaviləsinə də son verdiyini də bildirmişdir. Ancaq cavabdeh müqavilə üzrə ödədiyi pulu qaytarmaq niyyətində deyil. Dəfələrlə çalışsa da, cavabdehə olan pulunu ala bilmir. Eyni zamanda 6000 manatlıq gəlirdən də məhrum olmuşdur. Ona görə də, məhkəməyə müraciət etmək məcburiyyətindədir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çxarılmasını xahiş etmiş, əlavə olaraq bildirdi ki, hər il yonca bitkisi əkilməsindən 5000-6000 manat civarında gəlir əldə edir. İl ərzində 3 dəfə 4.44 hektar torpaq sahəsinin 3.8 hektar hissəsində yonca bitkisinin biçimini həyata keçirir. Hər biçimdə də 500 pres yonca əldə edir. Cavabdeh iddia tələbini rədd edərək məhkəmə iclasında izah etdi ki, İddiaçı ilə xx xxxxxxx 2016-cı ildə torpaq icarəsinə dair hər il üçün 170 manat olmaqla 10 illik icarə müqaviləsi bağlamışlar. İlk 3 ilin pulunu almış, sonradan həmin torpaq sahəsindən özü istifadə etmək qərarına gəlmişdir. İddiaçının torpaq sahəsinin çıxarılmasını tələb etsə də, iddiaçı ona vaxt verilməsini, əkdiyi yoncaları götürdükdən sonra torpaq sahəsini ona təhvil verəcəyini bildirmişdir. Lakin sonradan iddiaçının torpaq sahəsindən çıxmaq niyyətinin olmadığını görərək, ona məxsus torpaq sahəsini traktor vasitəsi ilə şumlayaraq öz məqsədləri üçün həmin sahədə əkin həyata keçirmişdir.Müqavilənin heç bir hüquqi qüvvəsi yoxdur. Çünki müqavilə bələdiyyənin iştirakı və möhrü ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən X9 ifadəsində bildirdi ki, iddiaçı və cavabdeh arasında müqavilə onun yanında təsdiq edilmişdir. Lakin onun yanında pul verilməmişdir. Məhkəmə iclasında mütəxəssis qismində iştirak edən X12 izahatında bildimişdir ki, yonca bitikisinin biçimi il ərzində dörd dəfə həyata keçirilir. Rayon üzrə yoncanın orta məhsuldarlığı isə 79 sen/ha təşkil edir. İddiaçının dediklərinə əsas götürsək, qeyd edilən torpaq sahəsi üzrə məhsuldarlıq 90 sen/ha müəyyən edilir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, şahid ifadələrini nəzərə alıb, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Yenicə kənd Bəədiyyəsi tərəfindən verilmiş müqavilədən məlum olur ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2016-cı ildə torpaq icarəsinə dair icarə müqaviləsi bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Polis Şöbəsi tərəfindən verilmiş xx xxx 2020-ci il tarixli 7/132-6970-1220 saylı məktubdan məlum olur ki, aparılmış araşdırma zamanı materialda cinayət və ya inzibati xəta tərkibi olmadığı müəyyən olunduğundan İddiaçı məhkəməyə müraciət edilməsi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X16 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli 113 saylı vətəndaşa dəymiş ziyanın müəyyən edilməsi barədə mütəxəssis rəyindən məlum olur ki, Ağdaş rayon Yenicə kənində müvəqqəti məskunlaşan İddiaçı Yenicə kənd sakini Cavabdeh tərəfindən müvəqqəti istifadə üçün verilmiş 4.44 ha torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı baxış keçirilmişdir və hal-hazırda sahədə arpa bitkisi əkildiyi üçün vətəndaşa dəymiş ziyanın müəyyən edilməsi mümkün olmamışdır. Əkin sahəsinə baxış zamanı məlum olmuşdur kiu JN-0059, KOD-90300038 Dövlət Aktınııın 0059 konturunddda yerləşən 4.44 ha torpaq sahəsində hal-hazırda arpa bitkisi əkilmişdir. Bu səbəbdən yonca bitkisinə dəymiş ziyanı müəyyən etmək mümkün deyildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X16 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 137 saylı arayışdan məlum olur ki, Ağdaş rayon Yenicə kənində müvəqqəti məskunlaşan İddiaçı Yenicə kənd sakini Cavabdeh tərəfindən müvəqqəti istifadə üçün verilmiş 4.44 ha torpaq sahəsinə dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı xx xxxxxxx 2020-ci il tarixdə baxış keçirilmişdir. Əkin sahəsinə baxış zamanı məlum olmuşdur ki, JN-0059, KOD-90300038 Dövlət Aktının 0059 konturunda yerləşən 4.44 ha torpaq sahəsində hal-hazırda arpa bitkisi əkilmişdir. Ağdaş rayon İcra Hakimiyyəti başçısının Yenicə kənd inzibati ərazi dairə üzrə nümayədəliyinin xx xxxxxx 2020-ci il, 341 nömrəli arayışına əsasən Cavabdeh məxsus JN 0059 Dövlət aktının 4.40 sahəsində 2020-ci ilin yazlıq əkinində çəltik, 2020-ci il payızlıq əkini üçün isə arpa bitkisinin əkildiyi və EKTS də 2020-2021 əkin ili üzrə əkinin arpa bitkisi kimi bəyan olunduğu bildirilmişdir. Rayon üzrə yoncanın orta məhsuldarlığı 79 sen/ha kimi qiymətləndirilsə də, sahədə yonca bitkisi olmadığı üçün sahənin orta məhsuldarlığı müəyyən edilə bilməmiş və bu səbəbdən yonca bitkisinə dəymiş ziyanlığın məbləği müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş RİHB-nın Yenicə kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 341 saylı arayışdan məlum olur ki, Cavabdeh JN-0059 olan Dövlət Aktındakı 4.44 ha torpaq sahəsini 2020-ci ilin yazında çəltik, 2020-2021-ci illərdə isə taxıl əkini əkilmişdir. DAİM-in işçiləri tərəfindən sahəyə baxış keçirilən zaman taxıl əkildiyi sübut olunmuşdur. İş mаtеriаllаrındа olan və məhkəmə iclasında tədqiq edilən JN-0059 saylı (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən məlum olur ki, X2,X1, X3, X10, Cavabdeh, X7 və X4 mülkiyyətinə Ağdaş rayonunun Yenicə kəndi ərazisində 5.42 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X17 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 12 saylı arayışdan məlum olur ki, 1 hektar üçün 1 biçimin məhsuldarlığınıın 19.75 sen/ha olduğunu nəzərə alaraq 3.80 hektar sahədən 7505 kq yonca əldə etmək olardı. Yonca bağlamasının (presinin) 1 ədədinin orta hesabla 18 kq olduğunu nəzərə alsaq 3.80 hektar yonca sahəsindən 416 ədəd yonca bağlamsı (presi) əldə etmək olardı. Bağlamanın (presin) 1 ədədinin rayon üzrə satış qiymətinin 3.80 manat olduğunu nəzərə alaraq vətəndaş 1580 manat gəlir əldə edə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən X17 İnkişaf Mərkəzi tərəfindən verilmiş xx xxxxxx 2021-ci il tarixli 18 saylı arayışdan məlum olur ki, Ağdaş rayonun Yenicə kəndində 3.80 hektar sahədən 2-ci biçim üçün 316 ədəd, 3-cü biçim üçün isə 263 ədəd yonca bağlaması əldə eetmək mümkündür.3.80 hektar sahədən 500 ədəd yonca bağlaması əldə ediləcəyi təqdirdə həmin sahənin 1-ci biçim üçün məhsuldarlığı 90 sen/ha olar. (Rayonun yonca üçün orta statistik məhsuldarlıq göstəricisi 79 sen/ha təşkil edir) Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 1-ci bəndinə görə, konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 158-ci maddəsinə əsasən Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ; əmlakdan istifadə hüququ; servitutlar. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 159-cu maddəsinə əsaəsn sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 722.2-ci maddəsinə əsasən əgər torpaq icarəsi müqaviləsi üzrə hüquq münasibətlərinə icarənin hər hansı ili ərzində xitam verilirsə, icarəyə verən hələ yaranmamış, lakin təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarə ilinin sonunadək əldə edilə bilən bəhərlərin dəyərini icarəçiyə ödəməlidir. Bu zaman məhsulla bağlı risk ağlabatan şəkildə nəzərə alınmalıdır. Əgər bəhərlərin dəyərini müəyyənləşdirmək mövsüm səbəblərinə görə mümkün deyildirsə, icarəyə verən icarəçinin bu bəhərlər üzrə xərclərinin əvəzini təsərrüfatın lazımınca aparılması qaydalarına uyğun gələn dərəcədə ödəməlidir. Bu qayda qırılmaq üçün nəzərdə tutulan, lakin hələ qırılmamış ağaclara da tətbiq edilir. Əgər icarəçi lazımi istifadə qaydalarının yol verdiyindən artıq ağac qırmışsa, artıq qırdığı ağacların dəyərini icarəyə verənə ödəməlidir. Digər zərərin əvəzinin ödənilməsinə dair pretenziya verilməsi istisna edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1 və 560.2-ci maddələrinə görə Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əssən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə məhkəmədə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx xxxxxxx 2016-cı ildə torpaq icarəsinə dair icarə müqaviləsi bağlamışlar. Müqavilənin şərtlərinə əsasən cavabdeh illik 170 manat olmaqla 1700 manat müqabilində 0059 nömrəli dövlət aktı ilə ona və ailə üzvlərinə məxsus 4.44 ha torpaq sahəsini 10 illik ona icarəyə verməyi öhdəsinə götürmüşdür. Beləliklə iddiaçı cavabdehə birdəfəlik 10 illik icarə üçün 1700 manat pul verdiyini bildirmiş, lakin həmin pulun verilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İddiaçı və cavabdeh torpaq sahəsinin faktiki icarədə olmasını mübahisələndirməmişdir. İddiaçının iddia ərizəsində qeyd etdiyi hallar (torpaq sahəsini iddiaçının faktiki sahibliyindən götürərək şumlaması, bununla da yonca sahəsininin cavabdeh tərəfindən məhv edilməsi ) məhkəmə iclasında öz təsdiqini tapmışdır. Dəymiş ziyanın məbləğində gəldikdə isə məhkəmə qeyd edir ki, iddiaçı ona dəymiş 6000 (altı min) manat maddi zərərin əvəzinin ödənilməsini tələb etsə də, bu həddə ziyanın dəyməsi işdə olan sübutlarla öz təsdiqini tapmır. Məhkəmə tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 4200 manat maddi zərər və ödənilmiş dövlət rüsumunun 10 AZN-i alınıb İddiaçı verilməlidir. Ödənilmiş dövlət rüsumun 20 AZN-i iddiaçıya aid edilməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Azərbaycan Respublikası MPM-nin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda qeyd edilənlərə əsaəsn və Аzərbаycаn Rеspublikаsı Mülki Prоsеssuаl Məcəlləsinin 213, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ЕTDİ: İddia qismən təmin edilsin. Cavabdeh 4200 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun 10 AZN-i alınıb İddiaçı xeyrinə verilsin. Dövlət rüsumunun qalan hissəsi- 20 AZN iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik edən: N.M.Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar