Məhkəmə qərarları › İş №2(014)-53/2021

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-53/2021

05.08.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-53/2021 05.08.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi X6 oğlunun katibliyi İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı «qanunsuz bağlanmış çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılması, su yolunun əvvəlki vəziyyətə salınması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı «qanunsuz bağlanmış çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılması, su yolunun əvvəlki vəziyyətə salınması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınmasına və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iddia tələbini onunla əsaslandırdı ki, cavabdehlə Ağdaş rayonunu Ləki qəsəbəsində qonşu olmaqla eyni küçədə yaşayırlar. Küçlərinə çirkab sularının axıdılması üçün kanalizasiya xətti olmadığına görə küçə sakinlərinin çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu (şirə arxı) mövcuddur. Cavabdeh tərəfindən çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu heç bir hüquqi əsası olmadan torpaqla doldurularaq qarşısı kəsilmişdir. Su yolunun qarşısının kəsilməsi, suyun axıdılması üçün çıxış olmadığına görə su arxına yığılmış çirkab suları şişərək küçəyə və həyətyanı torpaq sahələrinə axması nəticəsində onlar və ailə üzvləri dözülməz şəraitdə yaşamağa məcbur olmuşlar. Cavabdeh çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun sərbəst axımına əvvəldə süni maneələr yaratdığına görə məhkəmə qərarı ilə onun barəsində inzibati tənbeh tədbiri görülərsə də, cavabdeh bundan nəticə çıxarmamış, qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Cavabdehin qanunsuz hərəkətləri nəticəsində çirkab və şirə suları küçəyə, həyətlərinə axdığından onlar və ailə üzvləri, küçədə, həyətlərində və evlərində üfunət iyindən nəfəs ala bilmirlər, həyətlərinə əkdikləri ağaclar quruyur, yaşayış evləri özülü və fəsadı sürətlə eroziyaya məruz qalır, bütün bunlar dözülməz və yolverilməzdir. Qanunsuz bağlanmış çirkab və şirə sularının axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılmasını onlar, kənd icra nümayəndəliyi və bələdiyyəsi dəfələrlə cavabdehdən xahiş və tələb etməklərinə baxmayaraq cavabdeh qanunsuz bağladığı su yolunun açılmasından birmənalı şəkildə imtina etmiş, küçə sakinləri tərəfindən su yolunun açılaraq əvvəlki vəziyyətdə bərpa olunmasına imkan verməyərək qanunsuz hərəkətlərini bu gün də davam etdirir. Cavabdeh onlara və ailə üzvlərinə qarşı özbaşına, qanunsuz, eləcə də, qonşuluğa zidd hərəkətlərini bu gün də davam etdirməkdədir. Bütün bunlar da vətəndaş kimi onların sağlam yaşamaqlarını məhdudladırır, qanunla qorunan digər hüquqularını pozur. Cavabdehin özbaşına qanunsuz hərəkətləri ucbatından dözülməz şəraitdə yaşayırlar. Ona gör də ona qarşı hazırki iddia tələbi ilə məhkməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı2 məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı7 məhkəmə iclasında İddiaçı2 izahatına uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişlərdir. İddiaçı6 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı6 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, iddiaçının məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh məhkəmə iclasında iddianı rədd edərək bildirdi ki, Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində iddiaçılarla qonşuluqda yaşayır. İddiaçılar açılmasını və təmizlənməsini iddia etdikləri su kanalı mövcutdur. Həmin su kanalına çirkab sularının axıdılması onun həyətindən və torpaq sahəsindən istifadəsinə maneələr yaratdığından onu torpaqla dolduraraq qarşısını kəsmişdir. Həmin su kanalının onun evinin qarşısından keçməsi özü və ailəsinin həyatı üçün təhlükə yaradır. Bundan əlavə iddiaçılarının bu tipli iddiası əvvəllər məhkəmənin icraatında olmuş, onun xeyrinə iddianın rədd edilməsi barədə qətnamə çıxarılmışdır. Cavabdeh məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçıların və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 06 iyun 2018-ci il tarixli 2(014)-934/2018 saylı qətnamənin surətindən məlum olur ki, iddiаçılar İddiaçı2, İddiaçı1, X3, İddiaçı5, İddiaçı3 və X1 cаvаbdеh Cavabdeh qаrşı «cavabdeh tərəfindən bağlanmış su yolunun məcburi açılması və təmizlənməsi» tələbinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçılara aid edilməsi qət edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020ci il tarixli 337 saylı arayışdan məlum olur ki, İddiaçı2 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 20 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020ci il tarixli 339 saylı arayışdan məlum olur ki, İddiaçı5 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 22 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020ci il tarixli 338 saylı arayışdan məlum olur ki, İddiaçı3 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 18 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020ci il tarixli 336 saylı arayışdan məlum olur ki, İddiaçı1 həqiqətən Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsi 24 saylı evdə yaşayır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020ci il tarixli 232 saylı arayışdan məlum olur ki, İddiaçı4 həqiqətən Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayır, qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Ləki qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 07 avqust 2020ci il tarixli 233 saylı arayışdan məlum olur ki, İddiaçı6 həqiqətən Ağdaş rayonu, Nehrəxəlil kəndində yaşayır, qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ləki Bələdiyyəsi tərəfindən verilmiş 11 avqust 2020-ci il tarixli № 26 saylı arayışdan məlum olur ki, X2 yaşadığı küçədə şirə kanalı mövcuddur və hal-hazırda qonşusu Cavabdeh həmin kanalın öz qapısından keçən hissəsinə torpaq tökmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Ləki Bələdiyyəsi tərəfindən verilmiş 30 aprel 2018-ci il tarixli arayışdan məlum olur ki, sözü gedən su yolu çirkab suların axıdılması üçün nəzərdə tutulmuşdur. Həmin şirə arxı sakinlərin müraciəti əsasında icra hakimiyyətinin köməkliyi ilə təmizlənmişdir. Həmin şirə keşkəli hal-hazırda işlək vəziyyətdədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən torpağın mülkiyyətə verilməsinə dair JN-411F (kod ********) saylı şəhadətnamədən məlum olur ki, Cavabdeh və ailə üzvlərinə Ağdaş rayonu, Nehrəxəlil kənd ərazisində 0.06 hektar həyətyanı torpaq sahəsi verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən 24.02.2011-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli MA ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun surətindən məlum olur ki, Ağdaş rayon, Ləki qəsəbəsi, C.Kərimv küçəsi 20-də yerləşən 0.08 hektar fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı2 mülkiyyətindədir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan reyestr xidməti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli **********86 saylı mütəxəssis rəyindən məlum olur ki, iddiaçıların cə cavabdehin iştirakı cavabdehin həyətyanı torpaq sahəsindən kənarda gediş-gəliş yolunun kəsişdiyi yerdə, çirkab suların axıdılması üçün su yolu kimi nəzərdə tutulan və bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsində yerləşən mövcud su yolunu (arxının) qarşısının kəsildiyi müəyyən edildi. Baxış zamanı cavabdeh su arxının bir hissəsinin qarşısını onun özü tərəfindən kəsildiyini bildirdi. Alternativ yollardan istifadə etmək üçün əlavə torpaq sahəsi mövcud deyildir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli 2(014)-53/2021 saylı qərardaddan məlum olur ki, İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7 Cavabdeh qarşı «qanunsuz bağlanmış çirkab suların axıdılması üçün nəzərdə tutulmuş su yolunun açılması, su yolunun əvvəlki vəziyyətə salınması və qanunsuz hərəkətlərə birdəfəlik son qoyulması»tələbinə dair mülki iş üzrə ekspert rəyinin alınması üçün ekspertizanın təyin edilməsi qərara alınmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 18 iyun 2021-ci il tarixli 10/2208 saylı ekspert rəyindən məlum olur ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Ünvan reyestr xidməti tərəfindən verilmiş 18 fevral 2021-ci il tarixli **********86 saylı mütəxəssis rəyindən göründüyü kimi, iddiaçıların və cavabdehin iştirakı ilə cavabdehin həyətyanı torpaq sahəsindən kənarda gediş-gəliş yolunun kəsişdiyi yerdə, çirkab suların axıdılması üçün su yolu kimi nəzərdə tutulan və bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsində yerləşən mövcud su yolunu (arxının) qarşısının kəsildiyi müəyyən edildi. Baxış zamanı cavabdeh su arxının bir hissəsinin qarşısını onun özü tərəfindən kəsildiyini bildirdi. Alternativ yollardan istifadə etmək üçün əlavə torpaq sahəsi mövcud deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 171.1-ci maddəsinə əsasən torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsindən kənarda gediş-gəliş yolunun kəsişdiyi yerdə, çirkab suların axıdılması üçün su yolu kimi nəzərdə tutulan və bələdiyyə mülkiyyətinə aid ümumi istifadədə olan torpaq sahəsində yerləşən mövcud su yolunu (arxının) qarşısı kəsilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınmalı və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulmalıdır. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 95 (doxsan beş) manat ekspertiza xərci isə Cavabdeh alınıb Kapital Bank ASCnin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh tərəfindən həyətyanı torpaq sahəsinin küçəyə paralel hissəsinə torpaq tökməklə qanunsuz bağladığı Ağdaş rayonu, Ləki qəsəbəsi, C.Kərimov küçəsində mövcud olan çirkab sularının axıdılması üçün nəzərdə tutulmuş su yolu cavabdehin hesabına açılaraq əvvəlki vəziyyətinə salınsın və qanunsuz hərəkətlərinə birdəfəlik son qoyulsun. Aparılmış ekspertiza tədqiqatın dəyəri 100 (yüz) manat ekspertiza xərci Cavabdeh alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, 95 (doxsan beş) manat ekspertiza xərci isə Cavabdeh alınıb Kapital Bank ASCnin Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ********************, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRZƏİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar