Məhkəmə qərarları › İş №2(014)-54/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-54/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-54/2022 03.02.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X4 kаtibliyi, İddiаçı İddiaçı Cavabdeh Ağdaş rayon Gürcüva Bələdiyyəsinin sədri X2 iştirakı ilə, İddiаçı İddiaçı cavabdeh Ağdaş rayon Gürcüva Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair mülki işə Ağdaş Rаyоn Məhkəməsinin binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cavabdeh Ağdaş rayon Gürcüva Bələdiyyəsinə qarşı “icarə müqaviləsinin bağlanması öhdəliyinin qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının (Təşkilatçının) “torpaq müsabiqə və hərracın nəticələri barədə 20.02.2020-ci il tarixli iclasının 06/3 saylı Protokol qərarına əsasən baş tutan hərracda Ağdaş rayon ərazisində yerləşən Gürcüva bələdiyyəsinə aid 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracın qalibi olduğunu və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən ona verilən AM seriyalı 011084 nömrəli Şəhadətnamənin müddətinin uzadıldığını nəzərə alaraq Ağdaş rayon, Pirəyir kəndində yerləşən Ağdaş rayon Gürcüva bələdiyyəsinə məxsus 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 il müddətinə ona icarəyə verilməsi ilə bağlı icarə müqavilə bağlanması öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini хаhiş еtmişdir. Ağdaş Rayon Məhkəməsinin 8 sentyabr 2021-ci il tarixli qərardadı ilə mülki iş üzrə icraata iddianın ümumi məhkəmələrdə baxılmalı olmaması əsası ilə xitam verilmiş, iddiaçıya qeyd edilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Qəbul edilmiş qərardaddan narazı qalan iddiaçı şikyət vermiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29.11.2021-ci il tarixli 2(107)-2231/2021 saylı qərardaı ilə şikayət təmin edilmiş, Ağdaş Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilmiş, mülki iş sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün (işə mahiyyəti üzrə baxılması üçün) Ağdaş Rayon Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracın nəticələri barədə 20.02.2020-ci il tarixli iclasının 06/3 saylı Protokol qərarına əsasən baş tutan hərracda Ağdaş rayon ərazisində yerləşən Gürcüva bələdiyyəsinə aid Ağdaş rayon Pirəyir kəndində yerləşən 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracın qalibi olmuşdur. Bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən Seriya AM olan 011084 nömrəli Şəhadətnamə verilmişdir. Həmin hərrac nəticələrinə əsasən, Ağdaş rayon ərazisində yerləşən Gürcüva bələdiyyəsinə aid 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 25 il müddətinə icarəyə verilmişdir. Onun ilə həmin torpağın mülkiyyətçisi olan Ağdaş rayon Gürcüva bələdiyyəsi arasında 20 gündən gec olmayaraq icarə müqaviləsi bağlanmalı idi. Lakin onun tərəfindən müəyyən səbəblərdən yəni bütün dünyada baş verən pandemiya və onun fəsadlarının aradan qaldırılması səbəbindən qeyd edilən müqavilənin bağlanması baş tutmamış və 20 günlük müddət ötürülmüşdür. O, 20 günlük müddəti ötürdüyünü və hərracın qalibi olduğu 20.02.2020-ci il tarixli Şəhadətnamənin müddətinin uzadılması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə müraciət etmiş və həmin orqan tərəfindən 09.03.2021 -ci il tarixdə qeyd edilən şəhadətnamənin müddəti uzadılmışdır. Şəhadətnamənin müddəti uzadıldıqdan sonra Ağdaş rayon Gürcüva bələdiyyəsinə müraciət edərək sözügedən 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona 25 il müddətinə icarəyə verilməsi ilə bağlı icarə müqavilə bağlanmasını xahiş etmişdir. Ancaq Gürcüva bələdiyyəsinin sədri T.Mayılov 27.04.2021 -ci ildə ona məktub ünvanlayaraq qalib gəldiyi hərracın müddəti bitdiyindən, həmin torpaq sahəsinin kənd sakinlərinə verilməsi üçün yenidən hərrac keçirildiyi zaman həmin hərracda iştirak edə biləcəyi bildirilmişdir. Bələdiyyənin bu məktubu ilə razı deyildir, əgər bələdiyyə mənimlə hərracın qalibi olaraq müqavilə bağlamayacaqdısa niyə tərəfimdən bələdiyyə büdcəsinə edilən ödənişləri qəbul edirdi? Halbuki Gürcüva bələdiyyəsinin sədri T.Mayılov özü 19.03.2021 -ci il tarixli 31 saylı məktubda özü bildirmişdir ki, yerli bələdiyyənin büdcəsinə əlavə vəsaitin ödənilməsini nəzərə alaraq və digər kənd sakinlərinə heç bir maneəçilik törətmədiyi üçün torpaq sahəsinin icarəyə verilməsi nəzərdə tutulur və bununla əlaqədar Ağdaş Rayon İcra Hakimiyyətinə də eyni tarixdə eyni məzmunlu məktub ünvanlamışdır. Bütün bunlara baxmayaraq sözügedən torpaq sahəsinin onun icarəsinə verilməsi ilə bağlı müqavilə bağlanmasından imtina edilməsi qanunsuzdur və anlaşılan deyil. Cavabdeh Gürcüva bələdiyyəsi qərəzli mövqe tutaraq onun hüquqlarını pozur. Halbuki həmin torpaq sahəsi onun istifadəsindədir və oraya heç kimin iddiası yoxdur. O, həmin torpaqda sahibkarlıq fəaliyyətini həyata keçirməklə əkinçiliklə məşğul olur. Mülki iş üzrə İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında əlavə olaraq bildirdi ki, müvafiq bələdiyyə həm şifahi, həm də yazılı qaydada dəfələrlə müraciət etməsinə baxmayaraq bələdiyyə sədri müxtəlif bəhanələr gətirməkə onunla icarə müqaviləsi bağlamaqdan yayınmışdır. Mübahisə obyekti olan ərazi uzun müddətdir ki, onun istifadəsindədir. Həmin ərazi SSRİ dönəmində də kəndtəsərrüfatına yararlı ərazi kimi qeyd edilməmişdir. Məhz onun əməyi, əziyyəti və sərf etdiyi vəsaiti hesabına qeyd edilən torpaq sahəsinin münbitliyi artmış, əkin üçün yararlı vəziyyətə gəlmişdir. Müqavilənin vaxtında bağlanmamasının səbəbi bələdiyyənin əsassız olaraq yayınmasıdır.Hər dəfə müxtəlif bəhanələr gətirmiş, sonuncu dəfə icra hakimiyyətnin razılığını aldıqdan sonra müqavilə bağlayacağını bildirsə də, müddətin keçməsini bəhanə edərək müqavilə bağlamaqdan imtina etmişdir. Bələdiyyənin üzərinə düşən öhdəliyi yerinə yetirməkdən qaçması məhkəmənin icraatında olan hazırkı işlə sübuta yetirilir. Odur ki, məhkəmədən iddianın tam təmin edilməsini xahiş edirəm. Mülki iş üzrə Ağdaş rayon Gürcüva Bələdiyyəsinin sədri X5 məhkəmə iclasında iddia tələbini rədd edərək hərracın müddətinin ötürüldüyünü, buna görə də icarə müqaviləsi bağlaya bilməyəcəyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş mаtеriаllаrını araşdıraraq hеsаb еdir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsi tərəfindən verilmiş 27.11.2017-ci il tarixli A№ 199472 nömrəli torpaq sahəsinin planı və ölçüsündən məlum olur ki, Ağdaş rayonu, Pirəyir kəndində yerləşən 6.0 ha torpaq sahəsi Cavabdeh mülkiyyətində olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlara aiddir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 17 saylı Ərazi idarəsi tərəfindən verilmiş 29.11.2017-ci il tarixli Daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 03/3941 saylı arayışdan məlum olur ki, 24.11 2017-ci il tarixli ********** saylı ərizəsinə və 24 noyabr 2017-ci il tarixli ********** saylı müqaviləyə əsasən Əmlak Məslələri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr xidmətinin 17 saylı Ərazi idarəsi tərəfindən Ağdaş rayon Pirəyir kəndində 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 27 noyabr 2017-ci il tarixinə bazar dəyəri 12000 (on iki) min təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş 28.11.2017-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, RX ******* seriyalı çıxarışdan məlum olur ki, Ağdaş rayon, Pirəyir kəndində yerləşən 6.0 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi bələdiyyə mülkiyyət hüququ əsasında Cavabdeh mülkiyyətindədir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən verilmiş AM 011084 seriyalı Şəhadətnamədən məlum olur ki, İddiaçı Ağdaş rayon ərazisində yerləşən Gürcüva Bələdiyyəsinin mülkiyyətində olan 6.0 hektar torpaq sahəsinin icarəyə verilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 20 fevral 2020-ci il tarixdə keçirilmiş torpaq hərracının qalibidir. Torpaq sahəsi torpaq hərracında 360 manata icarəyə 25 il müddətinə verilmişdir. Şəhadətnamə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən 20 fevral 2020-ci il tarixdə 23 nömrə ilə qeydiyyata alınmaqla hərracın qalibinə verilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət komitəsi yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq müsabiqə və hərrac komissiyasının (Təşkilatçının) torpaq müsabiqə və hərracının nəticələri barədə 20 fevral 2020-ci il tarixli iclasının 06/3 saylı protokoldan məlum olur ki, “komissiya” tərəfindən Ağdaş rayon ərazisində yerləşən Gürcüva bələdiyyə mülkiyyətinə aid 6.0 ha torpaq sahəsinin icarəyə verilməsi məqsədi ilə 20 fevral 2020-ci il tarixdə keçirilən müsabiqədə iştirak edən İddiaçı 360 manat ən yüksək qiymət təklif etmiş və hərracın qalibi hesab edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Gürcuva bələdiyyəsinin sədri T.Mayılov tərəfindən verilmiş 27.04.2021-ci il tarixli məktubdan məlum olur ki, Ağdaş rayon Pirəyir kənd sakini İddiaçı qalib gəldiyi hərracın müddəti bitdiyindən, həmin torpaq sahəsi kənd sakinlərinə verilməsi üçün yenidən hərracın keçirilməsi nəzərdə tutulmuş və həmin hərracda iştirak edə biləcəyi bildirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən qəbzlərdən məlum olur ki, İddiaçı tərəfindən Bələdiyyənin büdcəsinə ödənişlər edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Gürcüva Bələdiyyəsi tərəfindən verilmiş 15 mart 2021-ci il tarixli 27 saylı məktubdan məlum olur ki, Ağdaş rayon Pirəyir kənd sakini Əhmədov X6 Bələdiyyəsinə müraciət edərək bələdiyyənin ehtiyat fonduna aid KT əkin uqodiyalı torpaq sahəsindən 6.0 ha torpaq sahəsinin icarəyə verilməsini xahiş etmişdir. İddiaçı icarəyə götürəcək torpaq sahəsindən kənd təsərüüfatı məhsullarının (taxıl, yonca, tərəvəz və s.) bitkilərinin əkib becərilməsini planlaşdırır. Həmin torpaq sahəsini İddiaçı verilməsinə münasibət bildirilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Gürcüva Bələdiyyəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 31 saylı məktubdan məlum olur ki, İcarəyə verilməsi nəzərdə tutulmuş ərazi ümumi istifadə edilməyən əkinə yararlı sahədir.Əkinə yararlı olmasını, yerli bələdiyyəni büdcəsinə əlavə vəsaitin ödənilməsini nəzərə alaraq və digər kənd sakinlərinə heç bir maneəçilik törətmədiyi üçün icarəyə verilməsi nəzərdə tutulur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinnə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 5.2 və 6.2-ci bəndlərinə göstərilir ki, Dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabər hüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır.(5.2) Eyni zamanda, torpaqla bağlı müqavilələrdən (alqı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının srarusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.(6.2) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (İ). Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən ( yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər (İİ). Konstitusiyanın 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüquqi vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Konstitusiyanın 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67.1-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin Məcəllənin 68-ci maddəsinə görə torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin Məcəllənin 14-cü maddəsinə əsasən 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün kənd təsərrüfatı təyinatlı torpaq sahələrini aşağıdakı qaydalarla əldə edirlər: “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından ayrılan payların xüsusi mülkiyyətə verilməsi; bələdiyyələrin ehtiyat torpaq fondunda, habelə vətəndaşların və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların qanunvericiliklə müəyyən olunmuş qaydada satın alınması; dövlət və xüsusi mülkiyyətdə olan torpaqlardan istifadəyə və icarəyə, bələdiyyə mülkiyyətində olan torpaqlardan isə icarəyə torpaq sahəsi götürülməsi. AR MM-nin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyətçı öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüquqlarını sərbəst həyata keçirir və bu hüquqlar dövlət tərəfindən tanınır və qorunur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. AR Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. AR Torpaq Məcəlləsinin 69-cu maddəsinə əsasən hüquqi və fiziki şəxslərə torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından məhkəmə qaydasında şikayət vermək olar. Ərizələrə baxılmasının müəyyən edilmiş müddətlərinin gecikdirilməsi torpaq sahəsinin verilməsindən imtina edilməsi kimi qiymətləndirilir. Məhkəmə işə baxarkən torpaq sahəsinin verilməsindən imtina edilməsinin qanuni və ya qanunsuz olduğu barədə qərar qəbul edə bilər. Axırıncı halda məhkəmənin qərarı torpaq sahəsi üzərində hüquqların rəsmiləşdirilməsi üçün əsasdır və qanunvericiliklə müəyyən edilmiş qaydada yerinə yetirilməlidir. AR Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. AR Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Alqı-satqı, istifadə və icarə müqavilələrinin nümunəvi formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq edilir. AR Torpaq Məcəlləsinin 56-cı maddəsinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları, hüquqi və fiziki şəxslərin istifadəsinə və icarəsinə verilmiş kənd təsərrüfatına azyararlı və yararsız torpaqların öz vəsaiti hesabına yararlı hala salınmış kənd təsərrüfatı təyinatlı torpaqları, qeyri-kənd təsərrüfatı məqsədləri üçün istifadəyə və icarəyə verilmiş torpaq sahələri özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin müvəqqəti istifadəsinə və icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. AR Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il 972 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” qaydalarının Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqlarının torpaq müsabiqələri və ya hərracları vasitəsi ilə mülkiyyət və ya icarəyə verilməsi mülkiyyətçilərin qərarı ilə həyata keçirilir. Müsabiqə və hərracların təşkilatçısı - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzidir. Təşkilatçı hərrac və ya müsabiqədə iştirak etmək üçün qeydiyyat haqqının miqdarını, torpaq müsabiqəsi və ya hərracın keçiriləcəyi vaxtı müəyyən edir. Hərraca çıxarılan torpaq sahəsinə dair mülkiyyət və ya icarə hüquqlarına (bundan sonra hərrac predmetinə) daha çox alqı-satqı qiyməti və ya icarə haqqı (bundan sonra - qiymət) verən fiziki və ya hüquqi şəxs hərracın qalibi hesab olunur. Qalibin müəyyən olunduğu gün hərracın nəticələri hərrac komissiyası üzvlərinin və qalibin imza etdiyi protokolla rəsmiləşdirilir. Dövlət və bələdiyyə mülkiyyətində saxlanılan torpaqlar müsabiqə və ya hərrac vasitəsilə mülkiyyət və ya icarəyə verildikdə müsabiqə və ya hərracın qalibinə müsabiqə və ya hərrac komissiyası tərəfindən müvafiq şəhadətnamə verilir. Bu şəhadətnamə əsasında hərrac və ya müsabiqədə qalib gəlmiş hüquqi və ya fiziki şəxslə bələdiyyə torpaqlarına münasibətdə müvafiq bələdiyyə, dövlət torpaqlarına münasibətdə isə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X1 Təşkili üzrə Dövlət Agentliyi arasında 20 gündən gec olmayaraq mülki və torpaq qanunvericiliyinə uyğun olaraq müvafiq müqavilə bağlanır. (adı çəkilən qaydaların 3,4,14,15,18-ci bəndləri) “Torpaq icarəsi” haqqında Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqlar mülkiyyətçilərin və ya onların vəkil etdiyi orqanların qərarı (razılığı) ilə bilavasitə, torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət icarəsinə verilməsi istisna olmaqla, bələdiyyə torpaqları üzərində icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət və bələdiyyə torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Xüsusi mülkiyyətdə olan torpaqların bilavasitə icarəyə verilməsi icarəyəverən və icarəçi arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan torpaqların torpaq müsabiqələri və ya hərracları vasitəsilə icarəyə verilməsini mülkiyyətçilər sərbəst həyata keçirirlər. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların hərraclar və ya müsabiqələr vasitəsilə icarəyə verilməsini qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı təşkil edir. Torpaq müsabiqələrinin və ya hərraclarının keçirilməsində aşkarlıq təmin olunur.Torpaq müsabiqəsində və ya hərracında qalib gəlmiş hüquqi və ya fiziki şəxs icarəyəverənlə icarə müqaviləsi bağlayır. İcarə müqaviləsi torpaq müsabiqəsinin və ya hərracının şərtləri əsasında tərtib olunur. Torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Torpaq icarəsi” haqqında 3-cü maddəsinə əsasən İcarəyəverənlə icarəçi arasında yaranan hüquqi və iqtisadi əlaqələr torpaq üzərində icarə münasibətləridir. “Bələdiyyə torpaqlarının idarə edilməsi” haqqında Azərbaycan Respublikasının qanununun 9-cu maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bələdiyyə torpaqlarının satışı ərazinin inkişaf planları, yerquruluşu, yaşayış məntəqələrinin baş planı və şəhərsalma sənədləri əsasında qanunvericiliklə müəyyən edilmiş qaydada yerli özünüidarə orqanları tərəfindən həyata keçirilir. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 414-cü maddəsinə əsasən əgər müqavilənin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, o, hərrac keçirilməsi yolu ilə bağlana bilər. Müqavilə hərracı udan şəxslə bağlanır. Hərracın təşkilatçısı kimi əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi və ya ixtisaslaşdırılmış təşkilat çıxış edə bilər. İxtisaslaşdırılmış təşkilat əmlakın mülkiyyətçisi və ya əmlak hüququnun sahibi ilə müqavilə əsasında hərəkət edir və onların adından və ya öz adından çıxış edir. Bu Məcəllədə göstərilən hallarda əmlakın və ya əmlak hüququnun satışı barədə müqavilələr yalnız hərrac keçirilməsi yolu ilə bağlana bilər. Hərrac auksion və ya müsabiqə formasında keçirilir. Ən yüksək qiymət təklif etmiş şəxs auksionda hərracı udmuş sayılır, hərracın təşkilatçısının qabaqcadan təyin etdiyi müsabiqə komissiyasının rəyinə əsasən ən yaxşı şərtlər təklif etmiş şəxs isə müsabiqə üzrə hərracı udmuş sayılır. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, hərracın formasını satılan əmlakın mülkiyyətçisi və ya satılan əmlak hüququnun sahibi müəyyənləşdirir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 415-ci maddəsinə əsasən hərracın iştirakçıları hərracın keçirilməsinə dair bildirişdə göstərilən məbləğdə, müddətdə və qaydada beh verirlər. Hərrac keçirilmədikdə beh geri qaytarılmalıdır. Hərracda iştirak edən, lakin onu udmayan şəxslərin də behi qaytarılır. Hərracı udmuş şəxslə müqavilə bağlandıqda, onun verdiyi behin məbləği bağlanmış müqavilə üzrə öhdəliklərin icrası hesabına daxil edilir. Hərracı udmuş şəxs və hərracın təşkilatçısı auksionun və ya müsabiqənin keçirildiyi gün hərracın nəticələri haqqında protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Hərracı udmuş şəxs protokolu imzalamaqdan boyun qaçırarsa, verdiyi behi itirir. Protokolu imzalamaqdan boyun qaçıran hərrac təşkilatçısı hərracı udan şəxsə behi ikiqat məbləğdə qaytarmalı, habelə hərracda iştirak etmək nəticəsində dəyən zərərin əvəzini ödəməlidir. Əgər hərracın predmeti yalnız müqavilə bağlamaq hüququ olmuşsa, belə müqaviləni tərəflər hərrac qurtardıqdan və protokol rəsmiləşdirildikdən sonra iyirmi gündən və ya bildirişdə göstərilən başqa müddətdən gec olmayaraq imzalamalıdırlar. Onlardan biri müqavilə bağlamaqdan boyun qaçırdıqda, digər tərəf müqaviləni bağlamağa məcbur etmək, habelə onu bağlamaqdan boyun qaçırılması nəticəsində vurulan zərərin əvəzini ödəmək tələbi ilə məhkəməyə müraciət edə bilər. Beləliklə, məhkəmədə müəyyən olundu ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə X3 ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının (Təşkilatçının) “torpaq müsabiqə və hərracın nəticələri barədə 20.02.2020-ci il tarixli iclasının 06/3 saylı Protokol qərarına əsasən baş tutan hərracda Ağdaş rayon ərazisində yerləşən Gürcüva bələdiyyəsinə aid 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəyə verilməsi ilə əlaqədar keçirilən hərracın qalibi iddiaçı olmuş, bu barədə ona Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzi tərəfindən AM seriyalı 011084 nömrəli Şəhadətnamə verilmiş, iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq cavabdehlə icarə müqaviləsi bağlamağa çalışsa da, cavabdeh müxtəlif bəhanələrlə icarə müvaviləsinin bağlanmasından yayınmışdır. Cavabdeh öz etirazının hüquq əsası kimi onu göstərmişdir, iddiaçı ilə cavabdeh arasında icarə müqaviləsinin bağlanması üçün qanunvericiliklə 20 gün müəyyən edilmiş, bu müddət iddiaçı tərəfindən ötürülmüş, buna görə də tərəflər arasında icarə müqaviləsinin bağlanması mümkün deyildir. Məhkəmə əvvəla qeyd edir ki, qanunvericilikdə müəyyən edilmiş müddət təkcə iddiaçı tərəfindən deyil, eyni zamanda cavabdeh tərəfindən də ötürülmüşdür. Qanun mənasında və hazırkı məsələni tənzimləyən qaydalardan görünür ki, həmin müddət tərəflərin hər ikisini aiddir. Fərz etsək ki, həmin müddət iddiaçı tərəfindən ötürülüb, onda bu halda da həmin müddət daxilində hərəkət etmək vəzifəsi bələdiyyənin üzərinə düşürdü. Bələdiyyə qanunvericiliyin qeyd edilən tələbinə əməl etmək üçün aktiv hərəkətlər etməli, müqavilən qeyd edilən zaman daxilində bağlanmasını iddiaçının diqqətinə çatdırmalı idi. Bu halları təsdiq edən sübutlar iş materiallarında aşkar edilməmişdir. İkincisi qeyd edilən müddətin hüquqi təbiətinə nəzər salmaq lazımdır. Bu müddət hüquqi təyinat baxımdan nədir və həmin müddətin ötürülməsini hüquqi nəticələri nədən ibarətdir. Mülki hüquq nəzəriyyəsində müddətlər hüquqi təyinatı baxımından aşağıdakı növləri fərqləndirilir: 1) mülki hüquqlar yaradan müddətlər; 2) mülki hüquqların həyata keçiirlməsi müddətləri; 3) mülki hüquqların müdafiəsi müddətləri 4) vəzifələrin yerinə yetirilməsi müddətləri Hazırkı işdə araşdırma predmeti olan müddət hüquqi təbiəti baxımdan nə iddia müddəti, nə kəsici müddət, nə keçməsinə görə hüquqlara xitam verən müddət, nə də mülki hüquqlar yaradan müddətlərdir. Təyinatı baxımdan bu müddət “vəzifələrin icra edilməsi” ilə bağlı olan müddətdir. Həmin müddətin keçməsinə görə qanunvericilikdə hər hansı sanksiya nəzərdə tutulmamışdır. Qeyd edilən müddətin təyinatı hüquq münasibəti iştirakçılarını intizamlandırmağa və tərbiyyələndirməyə yönəlmişdir. Ona görə də özlüyündə müddətin keçməsi iddiaçının hüquqlarının itirilməsinə səbəb ola bilməz. Əksi yanaşma torpaq istifadəçilərinin hüquqlarının əsassız yerə məhdudlaşdırılmasına, onların bələdiyyə və dövlət orqanları qarşısında hüquqlarının müdafiəsiz qalmasına səbəb olardı. Yuxarıda göstərilmiş olan hüquqi mövqe Mülki Məcəllənin 414,415-ci maddələrin, “Torpaq icarəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il 972 nömrəli fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi” qaydalarının 3,4,14,15,18-ci bəndlərinin, eyni zamanda sadalan sahəvi qanunvericilik aktlarının müvafiq müddüalarının tələblərindən irəli gəlir. Məhz həmin maddələri tələbinə görə hərrac baş tutubsa, onun qalibi varsa və protokolla təsdiqlənibsə, tərəflər hüquqi müəyyənlik prinsipini əsas götürərək 20 günlük müddət ərzində müvaqif müqaviləni bağlamalıdılar. Bu müddətin ötürülməsi tərəflərin hər birinə müvafiq müqavilənin məcburi qadada bağlanması üçün məhkəməyə müraciət etmək hüququ verir. Məhkəmə, tоplаnmış və tədqiq оlunmuş sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrərək belə nəticəyə gəlir ki, iddia təmin edilməli, cavabdehin üzərinə Ağdaş rayon, Pirəyir kəndində yerləşən Ağdaş rayon Gürcüva bələdiyyəsinə məxsus 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 il müddətinə iddiaçıya icarəyə verilməsi ilə bağlı icarə müqaviləsinin bağlanması öhdəliyi qoyulmalı,ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Аzərbаycаn Rеspublikаsının Mülki Prоsеssuаl Məcəlləsinin 14.2-ci mаddəsinin tələbinə görə, məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. Həmin Məcəllənin 77.1-ci mаddəsinə əsаsən hər bir tərəf öz tələb və еtirаzlаrının əsаsı kimi istinаd еtdiyi hаllаrı sübut еtməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. İnsan hüquqlarinin və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində göstərilir: «Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində göstərilir: «Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən ...məhkəmə vasitəsilə, ... işinin ədalətli... araşdırılması hüququna malikdir.» İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Akimova Azərbaycana qarşı” iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarı) qeyd etmişdir ki, qaçqın və məcburi köçkünlərlə əlaqədar işlərə baxılarkən İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyanın 1 saylı Protokolunun 1-ci və 6-cı maddələrinə ciddi riayət edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adı və əsasını təşkil edən aspektdir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etbarı ilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit xarakter almış olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı; (“Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı; “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə, şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, maddələrini rəhbər tutaraq, Q ə t e t d i: İddia təmin edilsin. Cavabdehin üzərinə Ağdaş rayon, Pirəyir kəndində yerləşən Ağdaş rayon Gürcüva bələdiyyəsinə məxsus 6.0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 25 il müddətinə iddiaçıya icarəyə verilməsi ilə bağlı icarə müqaviləsi bağlanması öhdəliyi qoyulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar