Məhkəmə qərarları › İş №2(014)-547/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-547/2022

12.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-547/2022 12.04.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi X2 kаtibliyi İddiаçı İddiaçı Cаvаbdеh Cavabdeh iştirakı ilə, İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun məcburi qaydada alınması» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı «borcun məcburi qaydada alınması» tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Ağdaş rayon Orta Ləki kəndində qeydiyyatda olan və yaşayan Cavabdeh 2500 (iki min beş yüz) manat miqdarında borcun, 300 (üç yüz) manat çəkdiyi yol xərclərinin və ödənilmiş 50 manat dövlət rüsumunun, cəmi 2850 manat pulun məcburi qaydada alınaraq ona verilməsi barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1984-cü il tarixdə Mingəçevir şəhərində anadan olmuşdur. 10 ilə yaxındır ki, Bakı şəhərində Meyvəli bazarında tərəvəz satışı ilə məşğul olur. Cavabdeh Ağdaş rayon Orta Ləki kəndində yaşayır. Demək olar ki, cavabdehlə bir-birilərini 2-3 ildir ki, tanıyırlar. Cavabdeh meyvəli bazarına mal gətirən sürücü kimi tanımışdır. 15.01.2022-ci il tarixdə cavabdehə yeznəsi Habil Əzizova çatdırması üçün 3500 manat pul vermişdir. Lakin cavabdeh aldığı 3500 manat pulu itirdiyini bəhanə gətirərək yeznəsinə pulu verməmişdir. Həmin məbləğdən yalnız 1000 manatını vermiş və qalan 2500 manat pulu verəcəyini bildirsə də, bu günə kimi bəhanələr gətirərək verməmişdir. Bildirir ki, yeznəsi ilə Cavabdeh həmkəndilidir. Cavabdeh əvvəlcədən tanıdığı və etibar etdiyi üçün ona yeznəsinə çatdırması üçün 3500 manat pulu etibar etmişdir. Lakin cavabdehdən borclu olduğu pulu dəfələrlə istəmək üçün yaşadığı Bakı şəhərindən cavabdehin yaşadığı Ağdaş rayon Orta Ləki kəndinə gəlsə də cavabdeh borclu olduğu pulu verməmişdir və onu əlavə olaraq xərcə salmışdır. Artıq 3 dəfədir ki, pulu istəmək üçün Bakı şəhərində Ağdaş rayonuna gəlir və nəticəsi olmur. Bütün bunları nəzərə alaraq cavabdehin ona vurduğu 300 manat yol xərclərini də cavabdehdən istəyir. Özünə təcili pul lazım olduğundan bir neçə dəfə cavabdehdən ona borclu olduğu 2500 manat pulu geri istəmiş, lakin cavabdeh pulu qaytarmaqdan könüllü olaraq yayınmışdır. Qaradağ rayon Polis İdarəsində açılmış iş üzrə toplanmış materiallar arasında cavabdehin ona borcu olması barədə arayış tərtib edilmişdir. İddia ərizəsinə əlavə etdiyi cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarda borclunun borclu olması təsdiqlənir. Cavabdeh ona borclu olduğu 2500 manat pulu, 300 manat yol xərclərini könüllü qaytarmaqdan yayındığından aralarında yaranmış mübahisə məhkəmə qaydasında həll edilməlidir. İddiаçı İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini və barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahatında və təqdim etdiyi ərizədə bildirdi ki, İddiaçı 2500 manat borcu vardır, həmin borcu hissə-hissə ödəyəcəyinə söz verir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Qaradağ rayon Polis idarəsi 10-cu Polis Bölməsi tərəfindən verilmiş, 29.01.2022-ci il tarixli 070-807 A saylı cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan məlum olur ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh yeznəsi Habil Əzizova çatdırması üçün 3500 manat pul vermiş, cavabdeh həmin pulu itirdiyini bildirərək Habil Əzizova 1000 manat pul vermiş, qalan 2500 manat pulu iddiaçıya qaytaracağını bildirmişdir. İddiaçı Cavabdeh verdiyi pulu geri istəsə də, Cavabdeh borcunu ödəməkdən imtina etmişdir. İddiaçı 300 (üç yüz) manat çəkdiyi yol xərclərinin əvəzinin ödənilməsini tələb etsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə bocludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsaslarındandır. Həmin Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 777.1-ci maddəsinə əsasən, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Həmin Məcəllənin 777.2-ci maddəsinə görə, tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Həmin Məcəllənin 778.1-ci maddəsinə görə, vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Həmin Məcəllənin 779.1-ci maddəsinə əsasən, vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 783.2-ci maddəsinə əsasən, vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Yuxarıda qeyd edilən hüquq normalarını məhkəmə iclasında müəyyən edilmiş işin faktiki hallarına tətbiq edərək məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında şifahi tapşırıq müqaviləsi bağlanılmış, iddiaçı üzərinə düşən öhdəliyi yerinə yetirsə də, cavabdeh müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, bununla da cavabdeh tərəfindən müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 2500 manat borcun alınaraq iddiaçıya ödənilməsi hissəsində təmin edilməli, iddia qalan hissədə əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdeh 2500 manat pul və ödənilmiş 50 manat dövlət rüsumunun 30 manatı tutularaq İddiaçı xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən bir ay müddətində Ağdaş rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) məhkəməsinə apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar