Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-552/2023 27.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Ağdaş rayonunun Şıxlı kənd sakinidir. Cavabdeh bir neçə dəfə heyvan (inək, camış) satdığıdan onunla tanışlıq münasibə və bir-birlərinə etibarları olmuşdur. Cavabdeh 2022-ci ilin dekabrın sonunda iddiaçının 1 (bir) baş dişi camışını satdığını öyrənərək, camışı ona satmağı, pulunu isə kəsdikdən sonra verilməsini təklif etmişdir. Cavabdeh Ağdaş rayonu ərazisində qəssab kimi fəaliyyət göstərdiyini və mal-heyvan satışı ilə məşğul olduğunu bildiyindən onun təklifinə inanmış və xx.xx.2022-ci il tarixdə 1340 (min üç yüz qırx) manat dəyərində olan 1 (bir) baş dişi camışı şəxsi yük avtomobili ilə apararaq Ağdaş rayonu, Şıxlı kəndi ərazisində Cavabdeh vermişdir. Cavabdeh öz növbəsində ona məxsus olan camışı həmin əraziyə gətirdikdən sonra dərhal kəsmiş, lakin kəsdikdən sonra pulunun olmadığını, pulu həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 12-də verəcəyini bildirmişdir. Cavabdehlə əvvəlcədən, camışı kəsdikdən dərhal sonra 1340 (min üç yüz qırx) manat məbləğində pulu ona verəcəyi barədə razılaşsalar da, Cavabdeh xx.xx.2022-ci il tarixdə səhər saatlarında camışı kəsdikdən sonra vədinə əməl etməyərək pulu həmin gün saat 12-də verəcəyini bildirmişdir. Lakin həmin vədinə də əməl etməmiş, həmin gündən sonra Cavabdeh şəxsi istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsinə hər gün bir neçə dəfə zəng etdikdə Cavabdeh hər dəfə yalan vədlər verərək pulu verəcəyini bildirsə də pulu qaytarmamışdır. Həmçinin təxminən 2023-cü ilin yanvar ayının ortalarına qədər Cavabdeh zəng etdiyində o, şəxsi istifadəsində olan mobil telefonu açsa da həmin tarixdən sonra telefona cavab verməyərək onun mobil nömrəsini blok etmişdir. Cavabdeh ona verdiyi 1 (bir) baş camışın pulunu, yəni 1340 (min üç yüz qırx) manat məbləğində pulu 2022-ci ilin dekabr ayının sonundan müxtəlif bəhanələrlə qaytarmaqdan imtina edir. Onunla Cavabdeh arasında yaranmış narazılıqdan sonra o Cavabdeh atası İlham Hacıyevə oğlunun əməli barədə bildirdikdə İlham Hacıyev ona oğlu Cavabdeh pulu alıb verəcəyini bildirsə də bir müddət sonra oğlunun pulu verməkdən imtina etdiyini bildirmişdir. Bundan sonra o məcbur qalaraq onun əməlləri barədə Ağdaş RPŞ-yə ərizə ilə müraciət etmiş, şikayətlə əlaqədar Ağdaş RPŞ-də araşdırma başlamış, ondan və Cavabdeh izahat alındıqdan sonra mübahisənin mülki xarakterli olduğu ona izah olunmuş və Ağdaş Rayon Məhkəməsinə müraciət etməli olduğu bildirilmişdir. Cavabdehin onu aldadaraq vədlərinə əməl etməməsi, etibarından suiistifadə edərək onu aldatması ilə həm 1340 manat pulundan, həm də 1340 manatı əsassız olaraq əlində saxlaması nəticəsində əldə edəcəyi faydadan məhrum olmuşdur. Əlavə olaraq isə dövlət rüsumu kimi 34 manat pul ödəməli olmuşdur. İddiaçı məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh dəfələrlə dəvət edilsə də, məhkəməyə gəlməmişdir. Ona görə də işə qiyabi baxılaraq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsinə əsasən məhkəmə iclasının qərardadı ilə işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Polis şöbəsinin xx.xx.2023-cü il tarixli, № 23/313-62/2-J-35 saylı məktubundan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab olaraq bildirmişdir ki, ərizəsində göstərdiyi xüsusatlar mülki iddia xarakterli olduğundan aidiyyəti üzrə məhkəmə orqalarına müraciət etmək hüququ vardır. İşin materiallarından və İddiaçı məhkəmə iclasında verdiyi izahatından görünür ki, Cavabdeh təminən xx.xx.2022-ci il tarixdə tanışı Ağdaş rayon Kotanarx kəndi sakini İddiaçı 1340 (min üç yüz qırx) manat dəyərində 1 (bir) baş dişi camış malını almış, lakin borclu olduğu 1340 (min üç yüz qırx) manat pulu qaytarmamışlar. Cavabdehə iddia ərizəsinin surəti, məhkəmə bildirişləri göndərilməsinə və onun bu sənədləri almasına baxmayaraq, o, iddia ərizəsin öz etirazını bildirməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı Cavabdeh İddiaçı 1340 (min üç yüz qırx) manat dəyərində 1 (bir) baş dişi camış malı almışdır. Lakin cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 1340 (min üç yüz qırx) manat borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməli, Cavabdeh 1340 (min üç yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilsin. Cavabdeh 1340 (min üç yüz qırx) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qiyabi qətnamə tərəflərə rəsmən təqdim edildiyi gündən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Ağdaş Rayon Məhkəməsinə ərizə, 1 (bir) ay müddətində isə Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-552/2023
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-552/2023
27.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver