Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-554/2024 15.08.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlova Aygün Mayıl qızının sədrliyi, Fərəcova Gülnarə Kamal qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh nümayəndələri X2 və Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı suni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı suni maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1988-ci il tarixli, 08 saylı qərarı ilə JN-018A KOD 90305038 nömrəli toprağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun, yəni İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinə giriş-çıxış üçün Cavabdeh tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi müstəqil tələb irəli sürməyən üçüncü şəxs kimi işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Ağdaş rayonu, Orta Qəsil kəndində yaşayır. Həmin kənddə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-018A KOD 90305038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhatənaməyə əsasən İddiaçı 0.10 ha torpaq sahəsi verilmişdir. Əvvəllər həmin torpaq sahəsini rahatlıqla əkib becərirdi. Lakin sonra Türyançay suvarma sistemləri idarəsi, yəni Cavabdeh əməkdaşları tərəfindən ona həmin torpaq sahəsini əkməyə imkan verilmir. Dəfələrlə hüquqlarını tələb etsə də buna məhəl qoyulmur. Bütün bunlara görə, yəni cavabdehin qanunsuz hərəkətləri nəticəsində İddiaçı mülkiyyətində olan torpaq sahəsindən istifadə edə bilmir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-018A KOD 90305038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhatənaməyə əsasən ona Ağdaş rayonu, Orta Qəsil kəndində 0.10 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsində əkin işləri aparmaq, ev tikdirmək istəyir. Həmin ərazini kol-kos almışdır. Həmçinin təmizlik işləri də aparmaq istəyir. Lakin Ağdaş rayon Suvarma İdarəsinin əməkdaşları tərəfindən həmin torpaq sahəsindən istifadəsinə maneəçilik törədilir. Belə ki, həmin idarənin əməkdaşları ona məxsus torpaq sahəsinin meşə zolağına məxsus olduğunu iddia edərilər. Baxmayaraq ki, ona verilmiş şəhadətnaməyə əsasən torpaq sahəsinin ona məxsus olması öz təsdiqini tapır. Odur ki, qeyd olunan torpaq sahəsindən istifadəyə görə Suvarma idarəsinin əməkdaşları tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, sözügedən ərazi meşə zonasına aid olsa da həmin əraziyə dair heç bir sənəd Suvarma idarəsində mövcud deyildir. Həmin ərazi Ağdaş rayon Suvarma İdarəsinin balansındadır. Orada ağaclar əkilmiş, suvarılmış və qulluq edilmişdir. Ona görə də həmin ağacların kəsilməsinə etiraz edirlər. Qeyd olunanların nəzərə alınaraq təmin edilməməsini xahiş etdi. Məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi X3 iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə baxış iclasında cavabdehin nümayəndəsi Mahir oğlu (KİMDİR) izahat verərək bildirdi ki, bütün şəhadətnamələrin torpaq komitəsi tərəfindən hazırlanmış elektron məlumat bazası olur. Əgər vətəndaşda olan şəhadətnamə electron baza ilə təsdiq olunursa həmin şəahdətnamə qüvvədə olmuş hesab olur və vətəndaşın xüsusi mülkiyyətində olmaqla toxunulmazdır. Məhkəmə iclasında X4 izahat verərək bildirdi ki, o, 15 ildir ki, Ağdaş rayon İcra Hakimiyyəti Başçısının Qülbəndə kənd bələdiyyə sədri işləyir. Ağdaş rayonu, Orta Qəsil kəndind meşə ərazi 3 hektardır. Həmin meşə zolağından asfalt yol keçir və həmin yolun kənarında 10 sot torpaq sahəsi xəritədə göstərilir. Sözügedən torpaq sahəsi İddiaçı məxsus olsa da, həmin torpaq sahəsinin meşə təsərrüfat sahəsinin yeri olduğunu bildirmişlər. Bundan sonra onlar Xanabad Meşə İdarəsinə müraciət etmişlər və həmin idarənin əməkdaşları gələrək şəhadətnamələri yoxladıqdan sonra həmin torpaq sahəsinin İddiaçı məxsus olmasını təsdiqləmişlər. Həmin torpaq sahəsi yolun solunda künc hissədədir və xəritədə görünür. Lakin islahat xəritələrində həmin ərazi görünmür. Almaz Salehova məhkəmə iclasında verilən sualları cavablandıraraq bildirdi ki, sözügedən torpaq sahəsi 1998-ci ildə Aqrar İslahat Komissiyasının qərarı ilə verilmiş, şəhadətnamə isə 2005-ci il tarixdə verilmişdir. Aqrar İslahat Komissiyasının qərarı ilə meşə torpaqları və fərdi torpaqlar eyni zamanda ayrılmışdır. Həmin torpağın vergisini hər ay İddiaçı ödəmişdir, lakin sonradan problemlər çıxdığından üç ildir ki, ödəniş etmirlər. Həmin torpaq sahəsinin yan hissəsindən suvarma kanalı keçir. Hazırda həmin torpaq sahəsi kolkosla örtülmüşdür. Məhkəmə baxışı iclasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 izahat verərək bildirdi ki, meşə zolağında olan torpaq sahələrindən istifadəyə Azərbaycan Respublikası Qanunvericiliklə icazə verilmir. Vətəndaşa məxsus şəhadətnamə mövcuddursa, iki sənəddən birində uyğunsuzluq vardır. Belə ki, sözügedən torpaq sahəsi ya meşə zolağı deyil, ya da vətəndaşa məxsus sənəd saxtadır. Meşə zolağından həyətyanı torpaq sahəsi verilə bilməz. Ekologiya tərəfindən həmin torpaq sahəsinin meşə zolağına aid olmasını təsdiq edə biləcək hər hansı bir sənəd verilə bilməz. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Ağdaş rayon Aqrar İslahat Komissiyası tərəfindən verilmiş JN-018A KOD 90305038 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, İddiaçı mülkiyyətinə Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli, 08 saylı qərarı ilə 0,10 ha fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı verilmişdir. İşin materiallarında olan Ağdaş rayonu Qülbəndə Bələdiyyəsi tərəfindən verilmiş 21 oktyabr 2022-ci il tarixli, 79 nömrəli arayışdan görünür ki, İddiaçı mülkiyyətimdə Aqrar İslahat dövründə verilmiş JN-018A KOD 90305038 nömrə ilə verilmiş şəhadətnamə ilə 0.10 hektar (10 sot) ölçüdə həyətyanı topraq sahəsi vardır. Həmin torpaq sahəsi Orta Qəsil kəndində yerləşən Meşə Fonduna aid torpaq sahəsinin yaxınlığında, sağdam yol, soldan şor kanalı ilə sərhədlənmişdir. Hazırda həmin meşə təsərrüfatı Türyançay Suvarma İdarəsinin nəzdindədir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 3-21-3-35/2-2071/2024 saylı məktubdan görünür ki, JN-18A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir və şəhadətnamənin verilməsinə əsas olan qərar Ərazi İdarəsinin arxivində mövcud deyildir. İşin materiallarında olan Ağdaş Suvarma sistemləri İdarəsi tərəfindən verilmiş 21 may 2024-cü il tarixli, 113-117 saylı məktubdan görünür ki, Ağdaş rayonu, Orta Qəsil kəndində yerləşən JN-18A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı mülkiyyətinə verilmiş torpaq sahəsi Ağdaş SSİ-nin xidmət etdiyi meşə zolağıdır. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 3-21-3-35/2-2220/2024 saylı məktubdan görünür ki, JN-18A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçəməmişdir və şəhadətnamənin verilməsinə əsas olan sənədlər ərazi idarəsində mövcud deyildir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 03 iyun 2024-cü il tarixli, 3-21-3-35/2-2221/2024 saylı məktubdan görünür ki, JN-18A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə göstərilən torpaq sahəsinin mülkiyyətçisi şəhadətnamədə qeyd olunduğu kimi İddiaçıdur. İşin materiallarında olan Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 13 saylı X6 Mərkəzi tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli, 3-14-27-13/2-144/2024 saylı məktubdan görünür ki, JN-18A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə İddiaçı məxsus Ağdaş rayonu, Orta Qəsil kəndi ərazisində yerləşən 0,10 ha torpaq sahəsinin meşə zolağına düşüb-düşməməsi, həmçinin meşə fondu ilə həyətyanı torpaq sahəsinin sərhədlərinin ölçüləri barədə məhkəməyə məlumat verilməsinə dair sorğusuna cavab olaraq bildirilmişdir ki, sözügedən ərazi X10 Torpaqlarına aid deyildir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli, 3-21-3-35/2-3198/2024 saylı məktubdan görünür ki, elektron məlumat bazasında mövcud olan Ağdaş rayonu, Orta Qəsil bələdiyyəsinin xətirə (DWJ-torpaq islahatının nəticələrini özündə əks etdirən kompleks yerquruluşu layihəsi) materiallarında JN-18A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə elektron məlumat bazasında mövcuddur və İddiaçı adına 0.10 ha torpaq sahəsi qeydə alınmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1998-ci il tarixli, 08 saylı qərarı ilə JN-18A kod ********* nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu, Orta Qəsil kəndində İddiaçı mülkiyyətinə 0.10 ha torpaq sahəsi verilmişdir. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin əkilib-becərilməsinə Cavabdeh əməkdaşları tərəfindən icazə verilmir. Bu da iddiaçının özünə məxsus torpağından istifadə hüquqlarının pozulmasına səbəb olur. Müvafiq sorğular əsasında müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi İddiaçı məxsusdur və Cavabdeh balansında deyildir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1988-ci il tarixli, 08 saylı qərarı ilə JN-018A KOD 90305038 nömrəli toprağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun, yəni İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinə giriş-çıxış üçün Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı Cavabdehnə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qarşı suni maneələrin aradan qaldırılması dair iddiası təmin edilsin. Ağdaş rayon Aqrar İslahat Komissiyasının 09 aprel 1988-ci il tarixli, 08 saylı qərarı ilə JN-018A KOD 90305038 nömrəli toprağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən onun, yəni İddiaçı mülkiyyətinə verilmiş 0.10 ha torpaq sahəsinə giriş-çıxış üçün Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aygün Mürsəlova
Məhkəmə qərarları › İş №2(014)-554/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-554/2024
15.08.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver