Məhkəmə qərarları › İş №2(014)-559/2025

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-559/2025

18.03.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-559/2025 18.03.2025 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı dəymiş ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı dəymiş ziyan ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh 2018-ci il də ondan 11 müddətinə azadlıqdan mahrum olmuş oğlu X1 cəzasını yüngülləşdirici adı ilə ondan dələduzluq yolu ilə 7000 manat pulunu dələduzluq yolu ila mənimsəmişdir. Cavabdeh tərəfindən törədilmiş hadisə ila bağlı cinayət işi açılmış, cavabdeh təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-165/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli qərarı ila barəsində caza tədbiri görülmüşdür. Cavabdeh cəzasını çəkib bitirdikdən sonra ona olan borcunda 2000 manat qaytarmış, ancaq yerdə qalan 5000 manat borcunu ödəməkdən boynun qaçırır. Cavabdeh bununla bağlı dəfələrlə ona dəymiş maddi ziyanlığı ödəyəcəyinə dair vədlər versədə bugünədək mənimsədiyi 5000 manatı pulu ona qaytarmamışdır. Cavabdehin hazırda ona 5000 manat məbləğində vurduğu maddi ziyanlığın borcu vardır. Cavabdeh, ona vurduğu 5000 manat maddi ziyanlığın və 70 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı izahatında, iddia tələbində qeyd edilənləri müdafiə edərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahatında həqiqətəndə iddiaçıya borcu olduğunu, lakin həmin borcu ödəməyə maddi imkanının olmadığını, həmin borcu hisshissə ödəyəcəyini bildirdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)- 165/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Ağdaş rayonu, Korarx kənd sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 1(091) 129/2018-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş oğlu X2 cəzasını Şəki Apellyasiya Məhkəməsinin hakiminə rüşvət verməklə 5 il müddətinə aşağı salınmasına yalan vəd verib İddiaçı Ağdaş şəhəri, Heydər Əliyev prospektində 2020-ci ilin mart ayında 6000 manat, noyabr ayında 1000 manat-ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə almış, yəni, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmiş, həmçinin, o, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar məhkum X2 xeyrinə bilə-bilə qanunsuz hərəkətlər edəcəyinə görə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə İddiaçı vahid niyyətlə təhrik etmişdir. Buna görə də həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2 və 178.2.4ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Cavabdeh qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İddiaçıların tələblərinin əsasını onlara cavabdehin qanunsuz əməlləri nəticəsində dəymiş ziyanın tələbi təşkil edir. Belə ki, qanuni qüvvəsini almış hökmə əsasən Cavabdeh İddiaçı 7000 manat məbləğində zərər vurmuşdur. Cavabdehin sözügedən pul məbləğini iddiaçının etibardan istifadə edərək alaraq mənimsəməsi Şəki Ağır Cinayətlər Məhkəməsinin 1(091)-165/2021 saylı, 13 sentyabr 2021-ci il tarixli hökmü ilə öz təsdiqini tapır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçılar Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 70 (yetmiş) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını vahid niyyətlə ələ keçirmək məqsədilə tanışı Ağdaş rayonu, Korarx kənd sakini xx.xx.1962-ci il təvəllüdlü İddiaçı Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli 1(091) 129/2018-ci il tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş oğlu X2 cəzasını Şəki Apellyasiya Məhkəməsinin hakiminə rüşvət verməklə 5 il müddətinə aşağı salınmasına yalan vəd verib İddiaçı Ağdaş şəhəri, Heydər Əliyev prospektində 2020-ci ilin mart ayında 6000 manat, noyabr ayında 1000 manat-ümumilikdə 7000 manat məbləğində pul vəsaitini vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla dələduzluq yolu ilə almış, yəni, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgə əmlakını xeyli miqdarda ələ keçirmiş, həmçinin, o, vəzifəli şəxsə xidməti vəzifələrinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar məhkum X2 xeyrinə bilə-bilə qanunsuz hərəkətlər edəcəyinə görə birbaşa yolla maddi neməti rüşvət qismində verməyə İddiaçı vahid niyyətlə təhrik etmişdir. Buna görə də həmin hökmlə Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2 və 178.2.4-ci maddələri ilə nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4,312.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu Cavabdeh qəti olaraq 04 (dörd) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. O iddiaçıya dəymiş ziyandan 2000 manat hissəsini ödəsə də qalan 5000 manat pulu ödənilməmişdir. Hazırda iddiaçı cavabdehdən ona dəymiş ziyanin ödənilməsini tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 (yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olan 70 (yetmiş) manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar