Məhkəmə qərarları › İş №2(014)-567/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-567/2023

26.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-567/2023 26.04.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Məzahir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu X7 hazırki iş üzrə Cavabdeh qızı X5 ilə xx.xx.2021-ci il tarixində ailə qurub evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Onlar evlənən zaman Qüdrət qızına mebellərin alması üçün ondan 2600 manat məbləğində borc pul almışdır. Lakin aradan uzun müddət keçməsinə baxmayaraq həmin pulu ona qaytarmamışdır. Turalla Xəyalənin arasında narazılıq olduğundan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi X5 ilə X7 arasında bağlanmış nikah pozulmuşdur. Bundan başqa Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə həmin mebellərin dəyəri ondan və oğlundan tutulmuşdur. Dəfələrlə Qüdrətdən pulunu tələb etsə də pulu qaytarmamışdır. Bütün telefon danışıqlarında o borclu olduğu pulu etiraf edir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, işin materiallarında olan 1 ədəd CD diskdə olan səs yazısı tədqiq edilən zaman müəyyən olundu ki, Cavabdeh İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində pul almışdır. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Xeyli müddət keçsə də, cavabdeh borcunu ödəməmiş və əvəzində heçnə verməmişdir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e- 2(014)-1284/2022 saylı qətnaməsindən görünür ki, ilkin iddia üzrə iddiaçı X2 ilkin iddia üzrə cavabdehlər X7 və qeyrilərinə qarşı əmlak tələbinə dair ilkin iddia tələbinin qismən təmin edilməsi, ilkin iddia üzrə cavabdehlər X7, İddiaçı və X3 1) Malayziya istehsallı, rəngi ağ-qara olan, 1 ədəd şifonerdən, 1 ədəd ikinəfərlik taxtdan, 1 ədəd güzgülü termodan, 2 ədəd tumbadan, 1 ədəd güzgüaltı oturacaqdan ibarət qiyməti 3050 manat olan yataq mebel dəsti, 2) Malayziya istehsallı, ağ-qara rəngli 1 ədəd servantdan, 1 ədəd güzgülü kamotdan, 1 ədəd qonaq stolundan, 8 ədəd yumşaq dərili stuldan ibarət qiyməti 3150 manata olan qonaq mebel dəsti, 3) Bakı istehsallı, boz rəngli 1 ədəd divan 2 ədəd kreslodan ibarət, qiyməti 800 manat olan divan kreslo dəsti, 4) 1 ədəd iki nəfərlik qiyməti 100 manat olan yataq taxtı üçün nəzərdə tutulan döşək (matras), 5) 1 ədəd setkalı çarpayı qiyməti 60 manat, 6) 1 ədəd 2 kameralı boz rəngli Rusiya istehsallı qiyməti 800 manat olan soyuducu, 7) 1 ədəd qiyməti 700 manat olan 117 diaqonallı rəngli plazma televizor, 8) 1 ədəd qiyməti 180 manat olan tozsoran, 9) 1 ədəd qiyməti 70 manat olan ətçəkən, 10) 1 ədəd qiyməti 50 manat olan ütü, 11) 1 ədəd qiymət 150 manat olan duxovka, 12) 1 ədəd qiyməti 50 manat olan ütü masası, 13) 1 ədəd qiyməti 50 manat olan mikser, 14) 1 ədəd qiyməti 40 manat olan blender, 15) 1 ədəd qiyməti 70 manat olan elektrik çaydan, 16) 1 ədəd qiyməti 40 manat olan DVD oxuyucu, 17) qiyməti 500 manat olan 18 predmetdən ibarət olan nahar dəsti, 18) qiyməti 200 manat olan 12 predmetdən ibarət çay servisi, 19) qiyməti 300 manat olan 7 dəst bogema bakal dəsti, 20) qiyməti 50 manat olan 2 dəst rumka, 21) qiyməti 300 manat olan 4 dəst qrafinkalar, 22) qiyməti 400 manat olan 6 ədəd xrustal vazalar, 23) qiyməti 150 manat olan 3 ədəd güldan, 24) qiyməti 50 manat olan 4 ədəd ləpə qabı, 25) qiyməti 200 manat olan 4 ədəd xrustal konfet qabı, 26) qiyməti 60 manat olan 12 ədəd qənd qabı, 27) qiyməti 100 manat olan 12 ədəd xrustal çay stəkanı, 28) qiyməti 30 manat olan 24 ədəd dovğa stəkanı, 29) qiyməti 40 manat olan nəlbəki, 30) qiyməti 20 manat olan 2 ədəd şəkər tozu qabı, 31) qiyməti 50 manat olan mürəbbə rozetkası, 32) qiyməti 15 manat olan 12 ədəd limon rozetkası, 33) qiyməti 30 manat olan 1 ədəd tort qabı, 34) qiyməti 20 manat olan kül qabı, 35) qiyməti 10 manat olan salfetka qabı, 36) qiyməti 30 manat olan 1 ədəd saat, 37) qiyməti 40 manat olan 1 ədəd çörək qabı, 38) qiyməti 60 manat olan 2 ədəd çaydan, 39) qiyməti 15 manat olan 2 ədəd çaynik, 40) qiyməti 40 manat olan 1 ədəd bıçaq dəsti, 41) qiyməti 30 manat olan dəst ədviyyat qabı, 42) qiyməti 200 manat olan 1 ədəd qavlama dəsti qranit, 43) qiyməti 70 manat olan 5 predmetli tuj qavlama dəsti, 44) qiyməti 20 manat olan 1 ədəd tuj qavlama, 45) qiyməti 100 manat olan 4 predmetli aliminium qavlama dəsti, 46) qiyməti 30 manat olan 2 ədəd şüşə qabı dəsti, 47) qiyməti 400 manat olan 3 ədəd çılçıraq, 48) qiyməti 50 manat olan 2 ədəd gecə lampası, 49) qiyməti 200 manat olan qaşıq dəsti, 50) qiyməti 200 manat olan qaşıq, çəngəl, çay qaşığı, yağ bıçağı 4x12, 51) qiyməti 15 manat olan 6 ədəd bulud qaşığı, 52) qiyməti 50 manat olan 10 ədəd ləyənlər böyük, balaca, 53) qiyməti 10 manat olan 2 ədəd vanna, 54) qiyməti 10 manat olan 3 ədəd vedrələr, 55) qiyməti 50 manat olan 3 ədəd zibil qabı, 56) qiyməti 20 manat olan pol silən, şotka, süpürgə, 57) qiyməti 10 manat olan 2 ədəd bulud, 58) qiyməti 20 manat olan çaşka nabor, 59) qiyməti 10 manat olan 6 ədəd duz qabı, 60) qiyməti 10 manat olan 6 ədəd yağ qabı, 61) qiyməti 10 manat olan 6 ədəd turşu qabı, 62) qiyməti 10 manat olan iynə sap qabı, 63) qiyməti 20 manat olan 1 dəst mətbəx qaşıq dəsti, 64) qiyməti 10 manat olan 2 ədəd şirniyyat qabı, 65) qiyməti 600 manat olan 8 ədəd pərdələr, 66) qiyməti 500 manat olan 4 ədəd örtüklər, 67) qiyməti 350 manat olan 8 dəst pastellər, 68) qiyməti 150 manat olan 13 ədəd dəsmallar, 69) qiyməti 50 manat olan 18 ədəd çay dəsmalı, 70) qiyməti 150 manat olan 9 ədəd yastıqlar, 71) qiyməti 300 manat olan 3 ədəd döşək, 72) qiyməti 150 manat olan 3 ədəd yorğan, 73) qiyməti 80 manat olan 3 ədəd döşəkçələr, 74) qiyməti 60 manat olan 3 ədəd yastıqlar, 75) qiyməti 200 manat olan 4 ədəd süfrələr, 76) qiyməti 460 manat olam 3 ədəd xalçalar, 77) qiyməti 60 manat olan 1 dəst divan kreslo üstü, 78) qiyməti 60 manat olan 6 əsəs divan döşəkçəsi, 79) qiyməti 50 manat olan 1 ədəd televizor altı, 80) qiyməti 40 manat olan 8 ədəd karniz, 81) qiyməti 50 manat olan 2 ədəd peç, 82) qiyməti 20 manat olan peç turbaları, 83) qiyməti 20 manat olan 1 ədəd kiçik xalça, 84) qiyməti 90 manat olan 2 ədəd kostyum, 85) qiyməti 20 manat olan 1 ədəd şalvar, 86) qiyməti 10 manat olan corablar, 87) qiyməti 30 manat olan namaz dəsti və xalçası, 88) qiyməti 30 manat olan 2 ədəd çantalar, 89) qiyməti 15 manat olan paltar setkası və şpilkası, 90) qiyməti 20 manat olan döşək qoruyucu, 91) qiyməti 10 manat olan pol dəsmalı, 92) qiyməti 10 manat olan 2 ədəd papaq, 93) qiyməti 5 manat olan 1 ədəd sabo əşyaların alınaraq ilkin iddia üzrə iddiaçı X4 verilməsi, ilkin iddia tələbinin qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh X1 600 manat dəyərində olan qızıl üzük, mövcüd olmadığı təqdirdə onun dəyəri olan 600 manat pul qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq X6 verilməsi, qarşılıqlı iddia ərizəsi qalan hissədə təmin edilməməsi, məhkəmə xərclərinin hər bir iddia ərizəsi üzrə tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 36 (otuz altı) manat dövlət rüsumu ödəmiş və bunun üçün 40 (qırx) qəpik bank xidmət haqqı tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh borc alması nəticəsində İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində borcu yaranmışdır. Aradan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi icra etməmiş və nəticədə onun İddiaçı 2500 (iki min beş yüz) manat məbləğində borcu yaranmışdır. Hazırda iddiaçı cavabdehdən həmin pulun 2600 (iki min altı yüz) manat olmasını bildirərək, ona geri qaytarılmasını tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni Məcəllənin 449.1-ci maddəsinin tələbinə görə özgənin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda, məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. İddiaçı cavabdehin ona 2600 manat borclu olmasını bildirsə də, bu məbləğin məhz 2600 olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Əksinə işin materialları ilə müəyyən edilmişdir ki, cavabdehin borcu 2500 manat təşkil edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və 36 (otuz altı) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar