Məhkəmə qərarları › İş №2(014)-573/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-573/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-573/2024 24.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun və dəymiş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı bildirir ki, cavabdeh ilə aralarında 02.01,2023-cü ildə 098 saylı alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə əsasən cavabdeh, iddiaçının sahibkarlıq etdiyi qarışıq mallar mağazasından 1374 (min üç yüz yetmiş dörd) manat məbləğində məişət əşyaları və avadanlıqları götürmüş, 140 manat ilkin ödəniş etmiş, yerdə qalan 1234 manat borc məbləğini də 12 aya ödəyib bitirməyi öz öhdəsinə götürmüşdür.Cavabdeh müqavilə üzrə olan borcundan bu günədək heç bir məbləğ ödəməmişdir. Dəfələrlə cavabdehə müqavilə üzrə olan borcunu ödəməyi, üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini bildirilsə də, hər dələsində yalan vədlər verərək verdiyi sözünə əməl etməmiş, iddiaçıya olan borcunu ödəməkdən boyun qaçırmışdır.Dəfələrlə çalışsada cavabdehin iddiaçıya olan borcunu ala bilməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etməyə məcburiyyətində qalmışdır.Göstərilənlərə əsasən, iddiaçı Cavabdeh müqavilə üzrə olan 1234 (min iki yüz otuz dörd) manat borcun, həmçinin hüquqi xidmət üçün ödənilmiş 100 manatın cavabdehdən alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək, vergi ödəyicisi olduğunu,cavabdehin ondan velosiped və televizor götürdüynü, lakin borcunu ödəmədiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddiaçıya borcunun olduğunu qəbul edərək, maddi vəziyyətinin çətin olduğunu və qalan borcunu ödəyəcəyini bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 1374 manat borcu ödəməyi öz öhdəsinə götürür və ilkin ödəniş olaraq həmin məbləğdən 140 manat ödədikdən sonra qalan yerdə qalan 1234 manat borcu 12 ay müddətinə ödəməlidir. Belə ki, işin materiallarında olan İddiaçı ilə X6 arasında bağlanmış 2024-cü il tarixli, 009 saylı tapşırıq müqaviləsindən görünür ki, icraçı sifarişçi üçün ərizələrin hazırlanması xidmətini öz öhdəsinə götürür, Sifarişçi də bunun qarşılığında icraçıya 100 manat xidmət haqqı ödəyir. İş materiallarında olan qəbzdən görünür ki, X3 məxsus kart hesabına 100 manat xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası ƏƏSMN-in X1 Sistemindən çıxarışdan görünür ki, İddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almışdır. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh İddiaçı 1374 manat borcu ödəməyi öz öhdəsinə götürmü və ilkin ödəniş olaraq həmin məbləğdən 140 manat ödədikdən sonra qalan yerdə qalan 1234 manat borcu 12 ay müddətinə ödəməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı müqavilə üzrə üzərinə düşən öhdəliyini tam icra etməmiş və nəticədə onun İddiaçı ümumilikdə 1234 (min iki yüz otuz dörd) manat məbləğində borcu yaranmışdır. Eyni zamanda İddiaçı X2 hesabına ərizələrin hazırlanması xidməti 100 manat xidmət haqqı ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı tarixli müqavilə üzrə 1234 (min iki yüz otuz dörd) manat əsas borc, və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 98.1.2-ci maddəsinə əsasən məhkəməyə iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər rüsumu ödəməkdən azad olunurlar. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddianın qiyməti 1334 manat olduğundan iddiaçının ödəməkdən azad edildiyi 33,34 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli alqı-satqı tarixli müqavilə üzrə 1234 (min iki yüz otuz dörd) manat əsas borc və 100 (yüz) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddiaçının ödəməkdən azad edildiyi 33,34 manat dövlət rüsumu cavabdehdən Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar