Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-577/2024 21.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı suni maneələrin aradan qaldırılması, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı suni maneələrin aradan qaldırılması, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 1975-ci il tarixdə Cavabdeh ilə rəsmi nikaha girərək ailə həyatı qurmuşlar. Cavabdeh ilə birgə nikahdan xx.xx.1976-cı ildə X4. xx.xx.1978-ci ildə də X2, X3, xx.xx.1988-ci ildə də X1 anadan olmuşdur. Gəlin köçdüyü 1975-ci ildən son bir neçə ayadək ünvan 1 ünvanındakı cavabdeh ilə birgə qurub tikdiyimiz yaşavş evində yaşamışdır. Bir neçə aydır ki, cavabdehin dəvamlı evdə söz-söhbət və dava-dalaş çıxarmağı səbəbindən o evdən ayrılmış və ayrı yaşayır. Tez-tez 50 ilə yaxın yaşadığı və qurub tikdiyi yaşayış evinə getməyə çalışsada cavabdeh buna maneələr törədir. Cavabdeh Ağdaş Rayon Məhkəməsinə nikahın pozulması tələbi ilə müraciət etmiş, nikah pozulduqdan sonra isə onu ümumiyyələ qapıdan yaşayış evinə buraxmayacaqdır. Hazırda cavabdeh onu 49 ildir ki, gəlin köçdüyü və yaşadığı, qeydiyyatda olduğu, əllərinin zəhməti ilə qurub tikdiyi evdə yaşamağına suni maneələr yaradaraq maneəçilik törədir, həmin evə daxil olmağına maneələr yaradır. Birgə nikah dövründə qurub tikdiyi, yaşadığı evin sənədlərini öz adma sənədləşdirərək onun yaşama hüququna son vermək, onu qanunsuz hərəkətləri nəticəsində evsiz eşiksiz qoymaq niyyətindədirlər. Həmçinin onun bütün əşyaları da həmin evdədir. Qeyd etdiyi səbəblərə görə də öz hüquqlarının bərpası və təmin ediməsi üçün məhkəməyə müraciət etməyə məcburdur. Onun qeydiyyatda olduğu və 49 il yaşadığı ünvan 2 ünvanda yaşamağı üçün cavabdeh tərəfindən yaradılan suni maneələrin aradan qaldırılması, həmin ünvanda yaşamaq hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi dair qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək iddiaçının sözügedən evdən 37 il əvvəl çıxıb getdiyini, daha sonra bir neçə il əvvəl həmin evə qayıtdığını, mübahisə predmeti olan evin onun atasından miras qaldığını, yəni vəsiyyətnamə üzrə onun adına keçdiyini, evdən əsassız olaraq mübahisə yaratdığını bildirdi və bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və işin materiallarını araşdıraraq, tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, işin materiallarında olan 10 oktyabr 1996-cı il tarixli vəsiyyətnamədən görünür ki, ünvan 2 ünvanda yaşayan X5 özünə məxsus evi oğlu Cavabdeh vəsiyyət etmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarışdan görünür ki, ünvan 2 ünvanında 0,08 hektar torpaq sahəsində 1 mərtəbəli, 4 otaqlı, 79,62 m2 yaşayiş, 20,96 m2 yardımçı, 100,58 m2 ümumi sahədən, 1 hamam, 1 ayaqyoludan ibarət əmlak Cavabdeh xüsusi mülkiyyətindədir. İşin materiallarında olan Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-357/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 30 oktyabr 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 209 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli, AZE0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ağdaş rayonunda anadan olmaqla, ünvan 2 ünvanında qeydiyyatdadır. İşin materiallarında olan Ağdaş RPŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/31362/2-14985/2024 saylı məktubdan görünür ki, İddiaçı xx.xx.2005-ci il tarixdən ünvan 2 ünvanında qeydiyyatdadır. Göstərilən ünvana qeydiyyata alınmasına əsas olan sənədlərin saxlama müddəti tamam olduğu üçün məhv edildiyinə görə göndərilməsi mümkün deyil. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh 1975-ci ildə nikaha daxil olmuşlar. Nikaha daxil olduqdan sonra onlar cavabdehin atasının adına olan torpaq sahəsində yerləşən evə köçmüşlər. Daha sonra cavabdehin atası X5 10 oktyabr 1996-cı il tarixli vəsiyyətnamə verərək ünvan 2 ünvanda yerləşən evi oğlu Cavabdeh vəsiyyət etmişdir. Bundan sonra cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 17 saylı Yevlax Ərazi İdarəsinə müraciət edərək ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli çıxarış almışdır. Eyni zamanda Ağdaş Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(014)-357/2024 saylı qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında 30 oktyabr 2020-ci il tarixdə Ağdaş rayon Qeydiyyat şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 209 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İddiaçının məhkəmə iclasında bildirməsinə görə 49 il həmin ünvanda yaşamış, hazırda da yaşayır və indiyədək iddiaçının cehiz əmlakları həmin ünvanda yerləşir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci bəndinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Azərbaycan SSR Mənzil Məcəlləsinin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. Azərbaycan SSR Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsində və onun üzərində inşa olunmuş fərdi yaşayış evində Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalı, həmin ünvanda İddiaçı yaşamaq hüququ tanınmalı və həmin evin bir otağına, mətbəxinə və digər ümumi istifadədə olan sahələrinə İddiaçı istifadə qaydaları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı suni maneələrin aradan qaldırılması, istifadə hüququnun tanınması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi təmin edilsin. İddiaçı ünvan 2 ünvanda yerləşən torpaq sahəsi və onun üzərində inşa olunmuş fərdi yaşayış evində Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın, həmin ünvanda İddiaçı yaşamaq hüququ tanınsın və həmin evin bir otağına, mətbəxinə və digər ümumi istifadədə olan sahələrinə İddiaçı istifadə qaydaları müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-577/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-577/2024
21.06.2024 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver