Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-579/2024 22.04.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Sabirli Nərmin Kamal qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı borcun ödənilməsi tələbinə dаir iddiа ərizəsi ilə məhkəməyə mürаciət еdərək, Cavabdeh 4000 manat miqdarında borcun, hüquqi xidmətlə bağlı ödənilmiş 100 manatın və ödənilmiş 60 manat dövlət rüsumunun cavabdehdən alınıb ona qaytarılması barədə qətnаmə çıхаrılmаsını хаhiş еtmişdir. İddiаçı İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2021-ci ildə ondan təcili pula ehtiyacı olduğu üçün 1 ay ərzində qaytarmaq şərti ilə 1000 manat, xx.xx.2021-ci ildə də 500 manat borc almışdır. Bununlada cavabdehin ona 1500 manat borcu yaranmışdır. Cavabdeh bu məbləği alarkən borcunu 1 ay ərzində qaytaracağını bildirərək bunun sübutu kimi də onunla da yazılı borc müqaviləsi bağlanmış və ona 1 ay ərzində pulu ödəyəcəyinə əmin edərək söz vermişdir. Cavabdeh sonradan borcunu 2021ci ilin dekabr ayının sonunadək qaytaracağını bildirmişdir. Ancaq cavabdeh 2021-ci ilin sonunda da borcunu ödəyib bitirməmiş, yenidən vədlər vermişdir. Cavabdeh 2022-ci ilin iyul ayında yenidən iş üçün pula ehtiyacı olduğunu, bu dəfə 2500 manat pul verəcəyi təqdirdə iş qurub yüksək qazanc əldə edəcəyini bildirmiş və onu kredit götürməyə vadar etmişdir. O da oğlu Şirinov Eminin adına KredAqro BOKT MMC-dən 2500 manat kredit götürüb yenidən cavabdehə vermişdir. Cavabdeh bu dəfə də onu borcunu 2 aya tam qaytaracağına inandırmaq üçün yaşadığı və atasına məxsus daşınmaz əmlakın çıxarışını da ona təqdim etmişdir. Verdiyi sözündən aylar keçsə də, cavabdeh yenə də verdiyi sözünə əməl etməmişdir. Bundan sonra cavabdeh maddi vəziyyətinin pis olduğunu, borcunu 2022-ci ilin sonuna dək ödəyəcəyini bildirmişdir.2022-ci ilin sonuna dək cavabdeh yenə borcunu ödəyib bitirməmişdir. Bu minvalla cavabdeh ona verdiyi sözlərə əməl etməmiş, hər dəfəsində də ailə problemlərinin olduğunu, tezliklə borcunu ödəyib bitirəcəyinə yenidən söz vermişdir. Dəfələrlə çalışsa da cavabdehdə olan pulunu ala bilməmişdir. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(014)-414/2023 saylı qərardadına əsasən İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Ağdaş Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(014)-414/2023 saylı qiyabi qətnaməsinə əsasən iddiаnın təmin еdilməsi, Cavabdeh 4000 manat miqdarında pulun, hüquqi xidmətlə bağlı ödənilmiş 100 manatın və ödənilmiş 60 manat dövlət rüsumunun alınaraq İddiaçı xeyrinə verilməsi qət edilmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(064)-414/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsini və işə mahiyyəti üzrə yenidən baxılmasını xahiş etmişdir. Ağdaş Rayon Məhkəməsinin 14 mart 2024-cü il 2(014)-579/2024 saylı qərardadına əsasən iddiаçı İddiaçı cаvаbdеh Cavabdeh qаrşı borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Cavabdeh Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(064)-414/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsinə dair ərizəsinin təmin edilməsi, Ağdaş Rayon Məhkəməsinin 25 aprel 2023-cü il tarixli, 2(064)-414/2023 nömrəli qiyabi qətnaməsinin ləğv edilməsi və hazırkı mülki işin təzələnərək mahiyyəti üzrə baxılması, işin məhkəmə iclasında baxılması 1 aprel 2024-cü il tarixə saat 10:00-a təyin edilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, oğlunun adına 2500 manat məbləğində kredit götürərək, cavabdehə badımcan əkməkdən ötrü vermişdir. Bundan əlavə 1500 manat da mağazasının təmiri ilə bağlı cavabdehə pul vermişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək iddia tələbini qəbul etmədiyini, pula ehtiyacı olduğuna görə iş üzrə iddiaçıdan bir ay müddətinə qaytarmaq şərti ilə 1000 manat və 500 manat olmaqla iki dəfə borc pul aldığını və bu barədə tərəfindən qəbz yazaraq və imza edilərək ona verdiyini, iş materialında olan diskdə göstərilən səs yazılarını qəbul etmədiyini, iddiaçının oğlundan pul almadığını, iddiaçının oğlunun həmin pulu kredit götürməsini bilmədiyini, iddiaçının oğlu qeyd edilən 2500 manal pulu kredit götürərək ona verilməsindən məlumatsız olduğunu, necə olur ki, iddiaçı ona iki dəfəyə 1500 manat pul verən zaman ondan qəbz tələb edir, ancaq o həmin pulu qaytara bilmədiyi halda, iddiaçının oğlu bankdan 2500 manat pul götürür və ona verir, ancaq ondan heç bir qəbz tələb etmir. Buna görə də məhkəmədən qismən, 1500 manat dair hissədə təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşin materiallarında olan Cavabdeh tərəfindən verilmiş əlyazmadan görünür ki, xx.xx.2021-ci il tarixində İddiaçı borc olaraq, nağd 1000 manat və 15 gün sonra 500 manat götürmüşdür. Bu borcu 1 ay müddətində geri qaytaracağını bildirmiş, əvəzində İddiaçı evinin sənədi olan çıxarışı girov olaraq saxlamışdır. İşin materiallarında 2022-ci il tarixli 097 saylı tapşırıq müqaviləsindən məlum olur ki, X1 ilə İddiaçı arasında tapşırıq müqaviləsi bağlanmışdır. İşin materiallarında olan "xxxx" BOKT MMC tərəfindən xx.xx.2022-ci il tarixdə X2 adına adsız kart təqdim edilmişdir. İşin materiallarında olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixi KKAGD 144187/22 saylı zaminlik müqaviləsindən məlum olur ki, "xxxx" BOKT MMC ilə İddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. İşin materiallarında olan "xxxx" BOKT MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli CCAAgd 144187/22 saylı kredit müqaviləsindən məlum olur ki, "xxxx" BOKT MMC ilə X4 arasında kredit müqaviləsi bağlanmış, X3 24 ay ərzində illik 36 % fazi dərəcəsi ilə 2500 manat məbləğində kredit verilmişdir. İşin materaillarında olan CD diskdəki səs yazısından məlum olur ki, İddiaçı oğlu Emin Cavabdeh zəng edərək telefonda ona 2500 manat kredit götürüb verdiyini, Elşən də işdən çıxdığı üçün vəziyyətinin ağır olduğunu ona vaxt verməsini istədiyini bildirərək, pulun əvəzinə torpağını verə biləcəyini, lakin sənədləşdirməsi üçün 150-200 manat sənədləşdirməyə pul lazım oılduğunu bildirmişdir. Emin də torpağı yox, pulunu tələb etmiş, əlavə olaraq Emin həmin torpağı özü tərəfindən satılıb ona olan 2500 manat borcunu tam şəkildə ödənilməsini tələb etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh iddiaçıdan xx.xx.2021ci il tarixdə 1000 manat və 15 gün sonra 500 manat borca pul almışdır. Bundan başqa İddiaçı oğlu Emin Cavabdeh arasında olan telefon danışığından görünür ki, Emin hazırki iş üzrə Cavabdeh 2500 manat kredit götürüb veriş, Elşən iddiaçının oğlu Eminə həmin 2500 manat borcu ödəmədiyindən iddiaçı cavabdehdən 4000 manat borcun tutulmasına dair məhkəməyə müraciət etmişdir. Göründüyü kimi işin materiallarında olan əlyazma ilə Cavabdeh iddiaçıya 1500 manat borcunun olması öz təsdiqini tapsa da, 2500 manata dair hissədə olan hüquq münasibətləri iddiaçı ilə cavabdeh arasında deyil, iddiaçının oğlu ilə cavabdeh arasında yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 aprel 2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul, 35 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat pulun əvəzi tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat məbləğində pul, 35 manat ödənilmiş dövlət rüsumunun və hüquqi yardıma görə iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat pulun əvəzi tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov
Məhkəmə qərarları › İş №2(014)-579/2024
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-579/2024
22.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver