Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-580/2021 12.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçılar X2 və İddiaçı1 iştirakları ilə, İddiaçılar X2 və İddiaçı1 cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vururlmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı X2 və İddiaçı1 cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 qarşı «vurulmuş zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada avtomobilin ehtiyat hissələri xərci, təmir və usta xərci olaraq cəmi 1146 manat, avtomobilinə dəyən ziyanın hesablanaraq akt yazılması üçün ödədikləri 20 manat və dövlət rüsumu olaraq ödədikləri 30 manat pulun alınaraq onların xeyrinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X2 məhkəmə iclasında iddianı müdafiə edərək izah etdi ki, xx xxxxxx 2020ci il tarixdə saat 12.10 radələrində Cavabdeh1 etibarnamə olmadan idarə etdiyi atası Cavabdeh2 məxsus H648PO777 dövlət qeydiyyat nişanlı LADA 2105 markalı avtomobillə Ağdaş-Ləki yolunun 1-ci km-də Ağdaş rayon istiqamətinə doğru hərəkətə olan zaman hərəkət sürəti və hərəkət şəraitindən asılı olaraq qarşısındakı hərəkətdə olan onun idarə etdiyi VAZ 21099 markalı 36BJ162 dövlət qeydiyyat nişanlı avtomobillə düzgün ara məsafəsi seçməmiş, nəticədə onun avtomobilinin sürəti azaldan zaman avtomobilini arxa hissəsindən vuraraq əzmişdir. Həmin hadisə ilə əlaqədar hadisənin baş verməsində təqsirkar olan Cavabdeh1 barəsində İXP ******* nömrəli, xx.xx.2020-ci il tarixli inzibati protokol tərtib olunmuşdur. H648PO777 dövlət qeydiyyat nişanlı LADA 2105 markalı avtomobilin sahibi Cavabdeh2dur, hadisəni törədən Cavabdeh1 isə onun oğludur. Cavabdeh1 atasının avtomobilini müvafiq etibarnamə olmadan idarə etdiyini görə yuxarıda adı çəkilən protokolla ona İXM-nin 327.1-ci (ara məsafəsi qaydalarının pozulması), həm də İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələri ilə məsuliyyətə cəlb olunmuşdur. Onun İddiaçı1 idarə etdiyi avtomobil qardaşı X1 məxsusdur və avtomobili idarə etmək üçün müvafiq etibarnaməsi vardır. Hadisə baş verdikdən sonra cavabdehlər onun avtomobilini düzəltmək xərclərini öz üzərilərinə götürdülər, ona və polis əməkdaşlarına bu barədə söz verdilər. Lakin sonradan heç bir köməklik göstərmədilər, hazırda cavabdehlər pullarının olmadığını bəhanə edərək avtomobilinə vurduqları ziyanı ödəmirlər. Hadisə nəticəsində avtomobilinə dəymiş ziyan “xxxx” ASC-nin Ağdaş filialı tərəfindən araşdırılmış, ehtiyat hissələri barədə xx.xx.2021-ci il tarixli 01 nömrəli AKT tərtib olunmaqla göstərilmişdir. Həmin Akta əsasən ehtiyat hissələri 626 manat, təmir və usta xərci 520 manat (cəmi 1146 manat) olmuşdur. Həmin pulu cavabdehlərdən istəsə də onlar ziyanı ödəməkdən yayınmışlar. “xxxx” ASC-nin Ağdaş filialı tərəfindən avtomobilinə dəyən ziyanın hesablanaraq akt yazılması üçün kassa çeki ilə 20 manat ödəmişdir. İddiaçılar X2 və İddiaçı1 iddianı müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və məhkəməyə ərizə təqdim edərək iş üzrə cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlmədiyindən işə qiyabi icraat qaydasında baxılmaqla qiyabi qətnamə çıxarılmasını xahiş etdi. Cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 238.1-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən kecirərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx xxxxxx 2021-ci il tarixdə xxxx ASC-nin Ağdaş filialı tərəfindən verilmiş 01 saylı aktının surətindən məlum olur ki, VAZ 21099 markalı 36BJ162 dövlət qeydiyyat nişanlı abtomobilə ehtiyat hissələri 626 manat, təmir və usta xərci 520 manat, cəmi 1146 manat ziyan dəymişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2016-cı il tarixdə DİN BDYPİ Yevlax RQİTBŞ tərəfindən verilmiş AE 719537 saylı sürücülük vəsiqəsinin surətindən məlum olur ki, İddiaçı1 B C dərəcəli sürücülük hüququ verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2016-cı il tarixdə DİN BDYPİ Yevlax RQİ və TBŞ tərəfindən verilmiş AC 734264 saylı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, Vaz-21099 minik markalı, 36BJ162 qeydiyyat nişanlı avtomobil X1 məxsusdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolunun surətindən məlum olur ki, Cavabdeh1 İXM-nin 327.1-ci (ara məsafəsi qaydalarının pozulması), həm də İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2020-ci il tarixli materialların surətindən məlum olur ki, Cavabdeh1 və İddiaçı1 və Cavabdeh2 Ağdaş RPŞ-də hadisə ilə bağlı izahatları alınmışdır. Beləliklə məhkəmədə müəyyən olundu ki, xx xxxxxx 2020-ci il tarixdə Cavabdeh1 İXM-nin 327.1-ci (ara məsafəsi qaydalarının pozulması), həm də İXM-nin 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bunun nəticəsində iddiaçıya ziyan dəymişdir. Hazırda iddiaçılar cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 1146 manat məbləğində ziyan tələb edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində zərərin ödənilməsi nəzərdə tutulmuşdur. Maddənin məzmununa görə, hüququ pozulmuş şəxs pozulmuş hüququnun bərpası üçün çəkdiyi xərcləri, əmlakından məhrum olması ilə əlaqədar və ya hüququ pozulmasaydı, əmlakı zədələnməsəydi, onun adi mülki dövrüyyə şəraitində əldə edəcəyi gəlirlərin əvəzini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrində istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2002-ci il tarixli qərarının nəticəvi hissəsinin 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1096.2-ci maddəsinin tələbinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, iddiaçılara maddi ziyan məhz cavabdehlər Cavabdeh1 və Cavabdeh2 təqsirli hərəkətləri nəticəsində vurulmuşdur və onlar hazırki iş üzrə maddi məsuliyyət və mülki cavabdehlik daşıyır. Məhkəmə hesab edir ki, mülki hüquq pozuntusu nəticəsində iddiaçıların mülkiyyətində olan avtomobilə vurulmuş maddi ziyana görə cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada avtomobilin ehtiyat hissələri xərci, təmir və usta xərci olaraq cəmi 1146 manat, avtomobilinə dəyən ziyanın hesablanaraq akt yazılması üçün ödədikləri 20 manat və dövlət rüsumu olaraq ödədikləri 30 manat tutularaq iddiaçılar X2 və İddiaçı1 xeyrinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 240-245-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cаvаbdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada avtomobilin ehtiyat hissələri xərci, təmir və usta xərci olaraq cəmi 1146 manat, avtomobilinə dəyən ziyanın hesablanaraq akt yazılması üçün ödədikləri 20 manat və dövlət rüsumu olaraq ödədikləri 30 manat tutularaq iddiaçılar X2 və İddiaçı1 xeyrinə verilsin. Qiyabi qətnamədən 10 (on) gün müddətində qətnamənin ləğvi üçün Ağdaş rayon Məhkəməsinə şikayət verilə bilər. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Sədrlik edən Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-580/2021
Ağdaş Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(014)-580/2021
12.04.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver