Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-583/2021 14.04.2021 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçı Fərrux qızının Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı Fərrux qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «borc pulun qaytarılması» tələbinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Fərrux qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızına qarşı «borc pulun qaytarılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından müştərək qaydada 6618 (altı min altı yüz on səkkiz) manat borc pulun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 6648 manat məbləğində pulun məcburi qaydada alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Fərrux qızı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə tanış olduqdan müəyyən müddət sonra nişanlanmışdır. Cavabdeh1 anası Cavabdeh2 onlara gələrək el adəti ilə ona nişan üzüyü taxmışdır. Təxminən 2015-ci ildə o, işə düzəlmiş və işləməyə başlamışdır. Bunu görən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızı müxtəlif adlarla ondan borc pul istəmişlər. Bir dəfə ondan banka borclarını olduğu üçün pul istəmiş, həmin pulu qaytaracaqlarını bildirmişlər. Daha sonra Elnur başında şiş olduğu üçün ona poçtla pul göndərməsini istəmişdir. Sonradan öyrənmişdir ki, Cavabdeh1 başqa biri ilə evlənmişdir və həmin gəlinin cehizlərini ona çəkib ataraq evə yeni əşyalar aldığını bildirmişdir. O, bunu öyrəndikdən sonra üzüyü qaytarmışdır və cavabdehlərin ondan xx xxxxxx 2015-ci il tarixindən xx xxxxxx 2019-cu il tarixinə kimi aldıqları 6618 manat borc pulu geri tələb etsə də, borc pulu qaytarmamışlar. xx xxxxxx 2015-ci il tarixinə qədər cavabdehə borc pulu poçt vasitəsi ilə göndərdiyini sübut etmək üçün “xxxx” MMC-nin ödəniş xidmətləri şöbəsinə müraciət etmişdir. İdarə tərəfindən ona imzalanmış və möhürlənmiş xx.xx.2020-ci il tarixli, “xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 tərəfindən göndərilən pul köçürmələri” barədə arayış təqdim edilmişdir. Həmin arayışla bir daha sübut olnur ki, həqiqətən onun tərəfindən cavabdehlərə müxtəlif vaxtlarda müxtəlif məbləğlər olmaqla ümumilikdə 6618 manat pul göndərilmiş və həmin pullar cavabdehlər tərəfindən alınmışdır. Buna görə də məcburiyyət qarşısında qalıb hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə mürciət etmək qərarına gəlmişdir və hesab edir ki, iddia tələbi qanuni və əsaslıdır. Qeyd olunanları ümumiləşdirərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6618 manat borc pul və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 6648 manat məbləğində pulun alınaraq ona verilməsi xahiş etmişdir. İddiaçı Fərrux qızı iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, həqiqətən də İddiaçı onlara pul göndərmişdir, qarşılığında onlar da iddiaçıya müəyyən məbləğlərdə pul köçürmələri etmişlər. Cavabdeh1 məhkəmə iclasında iddia tələbini rədd edərək bildirdi ki, İddiaçı Fərrux qızı onlara pul göndərmişdir, lakin qarşılığında onlar da iddiaçıya pul göndərmişlər. Məhkəmə iddiaçı və cavabdehlərin izahatını dinləyib, iş matеriallarını tədqiq еdərək hеsab еdir ki, iddia qismən təmin еdilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “xxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli “xx.xx.2015-ci il tarixdən xx.xx.2020-ci il tarixədək X1 tərəfindən göndərilən pul köçürmələri” barədə arayışdan məlum olur ki, İddiaçı Fərrux qızı tərəfindən Cavabdeh1 6618 manat pul köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən “xxxx” MMC tərəfindən verilmiş dublikat çekdən məlum olur ki, Cavabdeh2 tərəfindən xx.xx.2021-ci il tarixdə 50 manat və xx.xx.2021-ci il tarixdə 50 manat olmaqla ümumilikdə İddiaçı Fərrux qızına 100 manat pul köçürülmüşdür. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Fərrux qızından 6618 AZN məbləğində borc pul almışdır. İddiaçı Fərrux qızı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qızından verdiyi pulu geri istəsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc məbləğindən yalnız 100 AZN qaytarmış, qalan məbləğlərin qaytarılmasını iddia etsələr də, bununla bağlı sübutları məhkəməyə təqdim etməmişdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci mаddəsinə əsаsən, fiziki və hüquqi şəхslər mülki hüquqlаrı öz mənаfеlərini gеrçəkləşdirmək üçün irаdələrinə uyğun оlаrаq əldə еdir və həyаtа kеçirirlər. Оnlаr müqаvilə əsаsındа öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qаnunvеriciliyə zidd оlmаyаn hər hаnsı müqаvilə şərtləri qоymаqdа sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. AR MM: 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir. 529.2. Öhdəliyin icrası kimi təklif olunmuş hərəkəti qəbul edən kreditor, əgər onu öhdəliyin icrası kimi təsdiq etmək niyyətində deyildirsə, sübut etməlidir ki, o, icra edilməli öhdəlik deyil, başqasıdır və ya natamamdır və ya lazımi öhdəlik deyildir. 529.3. Əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı təsdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. İcranın tamamilə və ya hissə-hissə qəbulunu təsdiqləyən sənəd qaytarılan borc sənədinin üstündə qeydlə əvəz edilə bilər. Borc sənədinin borcluda olması, nə qədər ki ayrı hal sübuta yetirilməyib, öhdəliyə xitam verildiyini təsdiqləyir. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh2 1190 manat, Cavabdeh1 5328 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Fərrux qızının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124-cü maddəsinə əsasən cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd edilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 213, 216-220-ci madələrini rəhbər tutaraq QƏT ЕTDİ: İddiа qismən təmin еdilsin. Cavabdehlər Cavabdeh2 1190 manat, Cavabdeh1 5328 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı Fərrux qızının xeyrinə verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə аpеllyаsiyа şikаyəti vеrilə bilər. Hakim: Nizam Əliyev.
Məhkəmə qərarları › İş №2(014)-583/2021
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-583/2021
14.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver