Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-59/2022 18.08.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hаkim Əliyev Nizam Mubariz оğlunun sədrliyi, Məhkəmə iclаsının kаtibi Qarayev Orxan Sərxan oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, Cаvаbdеh Cavabdeh iştirakı ilə, İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin cаvаbdеh Cavabdeh qаrşı «kredit borcunun qaytarılması» tələbinə dаir işə аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ЕTDİ: İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin cаvаbdеh Cavabdeh qаrşı «kredit borcunun qaytarılması» tələbinə dаir iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 29276.43 (iyirmi doqquz min iki yüz yetmiş altı manat 43 qəpik)-bundan 11735.81 manat əsas, 5602.51 manat faiz, 10218.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusita Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1719.65 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC Ağdaş filialı ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2013-cü il tarixli BK-1009-13 USD saylı baş kredit müqaviləsi bağlanmışdır. Cavabdeh 23 avqust 2013-cü il tarixdə 1009-13 USD saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə 23 avqust 2013-cü il tarixli BK 1009-13 USD saylı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Daha sonra Cavabdeh xx.xx.2015-ci il tarixlidə 952-14 AYİB saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə 23 avqust 2013-cü il tarixli BK 1009-13 USD saylı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. 952.14 AYİB saylı, 07 iyul 2015-ci il tarixli Kredit müqaviləsi üzrə 23 yanvar 2017-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 30590.85 manat təşkil edir. Borcalana bu Saziş qüvvəyə mindiyi tarixdən xx.xx.2018-ci il tarixədək güzəşt müddəti verilir. Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə kreditorun təşəbbüsü ilə bu əlavə sazişə birtərəfli qaydada xitam verilə bilər. Bu əlavə sazişlə kreditə xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə tərəflər arasında imzalanmış 952.14 AYİB saylı, 07 iyul 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri tətbiq olunur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir. xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə cəmi borcu 29276.43 manat təşkil edir. Bundan 11735.81 manat əsas, 5602.51 manat faiz, 10218.46 manat cərimə kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1719.65 manat faiz borcu təşkil edir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********884 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasın təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl yəni bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbu ki, cavabdeh ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi. İddiаçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cəmi 29276.43 (iyirmi doqquz min iki yüz yetmiş altı manat 43 qəpik)-bundan 11735.81 manat əsas, 5602.51 manat faiz, 10218.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusita Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1719.65 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat dövlət rüsumunun tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 prospekti 55 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinə yönəldilməsi, yuxardakı əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin Cavabdeh tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin fərdi yaşayış evi boşaldılaraq, ləğv prosesində olan "xxxx" ASC-yə təhvil verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 prospekti 55 nömrəli fərdi yaşayış evini xx.xx.2013-cü il tarixli 1009- 13USD saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka yüklü edilmişdir. Buna əsasən İddiaçı ASC-nin xeyrinə 11735.81 manat əsas, 5602.51 manat faiz, 10218.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusita Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1719.65 manat faiz borcu və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumunun tutulması tutmanın Cavabdeh məxsus ünvan 1 prospekti 55 nömrəli fərdi yaşayış evinə yönəldilməsi zərurəti yaranmışdır. Buna görə də məhkəmədən iddianın təmin edilməsini və bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini kredit borcunun əsas borca dair hissədə qismən qəbul etmişdir. Faiz, cərimə və kredit müqaviləsi bitəndən sonra AR Konistitusita Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1719.65 manat faiz borca dair hissədə və ipotekaya dair hissədə qəbul etməmişdir. Həmin hissədə iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb qiymətləndirərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş 23 avqust 2013-cü il tarixli BK-1009-13 USD saylı Baş Kredit Müqaviləsindən məlum olur ki, İddiaçı ASC Ağdaş filialı ilə Cavabdeh arasında 23 avqust 2013-cü il tarixli BK-1009-13 USD saylı baş kredit müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş 23 avqust 2013-cü il tarixli 1009-13 USD saylı Kredit Müqaviləsindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş 23 avqust 2013-cü il tarixli İddiaçı ASC-nin Kassa əməliyyatlarının aparılmasına proseduruna dair əlavə 9-dan məlum olur ki, Cavabdeh İddiaçı ASC ilə arasında 23 avqust 2013-cü il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 25000 ABŞ dolları məbləğində pulu kassadan almışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, 952-14AYİB saylı Kredit Müqaviləsindən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli, İddiaçı ASC-nin Kassa əməliyyatlarının aparılmasına proseduruna dair əlavə 9-dan məlum olur ki, Cavabdeh İddiaçı ASC ilə arasında xx.xx.2015-ci il tarixdə bağlanmış kredit müqaviləsinə əsasən 28500 ABŞ dolları məbləğində pulu kassadan almışdır. İş materiallarına əlavə edilmiş 952-14AYİB saylı, xx.xx.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə 23 yanvar 2017-ci il tarixli Əlavə Saziş № 4-dən məlum olur ki, İddiaçı ASC ilə Cavabdeh arasında 952.14 AYİB saylı, 07 iyul 2015-ci il tarixli Kredit müqaviləsi üzrə dəyişiklər edilməsi barədə razılığa gəlmişlər. İş materiallarına əlavə edilmiş, İddiaçı ASC tərəfindən verilmiş 17 iyul 2021-ci il tarixli **********111 saylı maliyyə arayışından məlum olur ki, Cavabdeh xx.xx.2021-ci il tarixə LPO İddiaçı ASC-nə yaranmış tələb: 11735.81 manat əsas, 5602.51 manat faiz, 10218.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusita Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1719.65 manat faiz borcu olmaqla ümumlikdə 29276.43 manat borcu vardır. 14 iyul 2021-ci il tarixli **********884 saylı xəbərdаrlıq və bildiriş məktublаrındаn görünür ki, İddiaçı ASC prеtеnziyа qаydаsınа riаyət еdərək, cаvаbdеhdən bоrcu ödəməsini tələb еtmiş, əks təqdirdə məhkəməyə mürаciət оlunаcаğı bаrədə оnları хəbərdаr еtmişdir. İş materiallarına əlavə edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyası tərəfindən verilmiş 27 dekabr 2017-ci il tarixli 2-1(103)-3194/17 saylı qərarın surətindən məlum olur ki, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının ərizəsi təmin edilməsi, İddiaçı ASC müflis elan edilməsi və iflas prosedurana başlanılması, Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2(014)-2024/2021 saylı qərarından məlum olur ki, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcun qaytarılması» tələbinə dair mülki iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmiş və müvafiq rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirıiyi Məhkəmə ekspertizası tərəfindən 25 yanvar 2022-ci il tarixli 9/369 saylı ekspert rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən təqdim edilmiş hesabdan çıxarış məlumatları 07 iyul 2015-ci il tarixli 952-14AYİB nömrəli kredit müqaviləsinin və ona əlavə edilmiş xx.xx.2017-ci il tarixli 4 saylı əlavə sazişin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixə İddiaçı ASC-yə olan borcu 12.349.93 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 12.291,88 manat, faiz borcu 58.05 manat. Müqavilə müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövrdə illik 5% dərəcəsi ilə hesablanan faiz borcu 1502.54 manat təşkil edir. Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 11.852,47 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borcu 10.349,93 manat, faiz borcu 0,0 manat, faiz borcu 5% ilə 1502.52 manat. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırki ekspertiza zamanı borcalana qeyd oluann kredit müqaviləsi üzrə cərimə hesablanmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2008-ci il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli, seriya MH, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Ağdaş şəhəri, H.Əliyev prospektində mülkiyyətində olan 0.18045 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 4 otaqlı 126.6 kv.m yaşayış, 57.8 kv.m köməkçi sahədən ibarət 55 nömrəli fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın reyestində 1 nömrəli reyesr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş 23 avqust 2013-cü il tarixli 1009-13 USD saylı İpoteka Müqaviləsindən məlum olur ki, Cavabdeh ünvan 1 pospekti 55 nömrəli ev ünvanında mülkiyyətdə olan 0.18045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184.4 m2 təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evi İddiaçı ASC-yə İpotekaya qoyulmuşdur. İş materiallarına əlavə edilmiş, X1 tərəfindən verilmiş 23 avqust 2013-cü il tarixli ərizədən məlum olur ki, X1 əri Cavabdeh məxsus olan ünvan 1 prospekti 55 nömrəli ev ünvanında yerləşən fərdi yaşayış evinin ipoteka qoyulmasına razılıq vermişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX seriya RX, ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, ünvan 1 prospekti 55 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş, Ağdaş rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2(014)-59/2022 saylı qərarından məlum olur ki, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh qarşı «kredit borcun qaytarılması» tələbinə dair mülki iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və müvafiq rəyi alınanadək iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş, “Premium Qiymətləndirmə MMC tərəfindən verilmiş 31 yanvar 2020-ci il tarixli 026/AQR/20 saylı qiymətləndirmə rəyindən məlum olur ki, ünvan 1 prospekti 55 nömrəli ünvanında mülkiyyətdə olan 0.18045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184.4 m2 təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evinin torpaq sahəsinin, əlavə tikili və abadlıq işləri ilə birlikdə xx.xx.2022-ci il vəziyyətinə standartın tələbləri həddində aparılmış hesablamalara əsaslanan bazar dəyəri 174.575 manat, likvid dəyəri 157 115 manat məbləğində müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinin tələbinə görə fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 269.1-ci maddəsinin tələbinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü maddəsinin tələbinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Həmin Məcəllənin 269.5-ci maddəsinin tələbinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 295-ci maddəsinin tələbinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinin tələbinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinin tələbinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinin tələbinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.3-cü maddəsinin tələbinə görə əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Konstitusiya Məhkəməsi Plenumunun 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən MM-in 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinin tələbinə görə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Həmin Məcəllənin 448.4-cü maddəsinin tələbinə görə borclu öhdəliyin pozulmasına görə bu şərtlə məsuliyyət daşımır ki, pozuntunun onun cavabdeh olmadığı haldan irəli gəldiyini və müqavilə bağlanarkən onun həmin halı nəzərə ala biləcəyini, yaxud bu halı və ya onun nəticələrini istisna edə və ya aradan qaldıra biləcəyini gözləməyin mümkün olmadığını sübuta yetirsin. Borclu maneədən xəbərdardırsa və ya xəbərdar olmalıdırsa, həmin maneə və icra qabiliyyətinə onun təsiri barədə kreditora dərhal məlumat verməlidir. Əgər kreditor məlumatı dərhal almazsa, borclu məlumatın vaxtında alınmaması ilə əlaqədar kreditorun düşdüyü zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 460.1-ci maddəsinin tələbinə görə öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanılması, zaminlik, qarantiya, beh ilə bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullurla təmin edilə bilər. Həmin Məcəllənin 467-ci maddəsinin tələbinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Həmin Məcəllənin 739.1-ci maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinin tələbinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinin tələbinə görə əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 34-cu maddəsində İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasları göstərilmişdir. Bunlar 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi və 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Həmin qanunun 39.3.3-cü maddəsinin tələbinə görə ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; Həmin qanunun 41.1-ci maddəsinin tələbinə görə ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin qanunun 41.2-ci maddəsinin tələbinə görə məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. Həmin Qanunun 59.1-ci maddəsinin tələbinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinin tələbinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinin tələbinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.7-ci maddəsinin tələbinə görə girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 295-ci maddəsinin tələbinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 298.1-ci maddəsinin tələbinə görə girov qoyulmuş əşyanın satılması nəticəsində götürülmüş məbləğdən, tutmanın həmin əşyaya yönəldilməsinə və onun satılmasına çəkilmiş xərclərin ödənilməsi üçün zəruri məbləğlər tutulduqdan sonra, girov saxlayanın tələbləri ödənilir, qalan məbləğ girov qoyana verilir. Həmin Məcəllənin 298.2-ci maddəsinin tələbinə görə əgər girov qoyulmuş əşyanın satışından götürülən məbləğ girov saxlayanın tələbini ödəmək üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əşyasından almaq hüququna malikdir. Bu halda girov saxlayanın girova əsaslanan üstünlük hüququ yoxdur. Həmin Məcəllənin 317.1-ci maddəsinin tələbinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinin tələbinə görə satış bu Məcəllənin 414-416-cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracda satmaq hüququna malikdir. Beləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC Ağdaş filialı ilə Cavabdeh arasında bağlanmış 23 avqust 2013-cü il tarixli BK-1009-13 USD saylı baş kredit müqaviləsi bağlanmışdır. Cavabdeh 23 avqust 2013-cü il tarixdə 1009-13 USD saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 28 faiz dərəcəsi ilə 25000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə 23 avqust 2013-cü il tarixli BK 1009-13 USD saylı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. Daha sonra Cavabdeh xx.xx.2015-ci il tarixlidə 952-14 AYİB saylı kredit müqaviləsinə əsasən 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 28500 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə 23 avqust 2013-cü il tarixli BK 1009-13 USD saylı Baş kredit müqaviləsinin ayrılmaz tərkib hissəsidir. 952.14 AYİB saylı, 07 iyul 2015-ci il tarixli Kredit müqaviləsi üzrə 23 yanvar 2017-ci il tarixdə əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən borcalanın kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) konvertasiya edilməklə (1 USD = 1.40 AZN) 30590.85 manat təşkil edir. Borcalana bu Saziş qüvvəyə mindiyi tarixdən xx.xx.2018-ci il tarixədək güzəşt müddəti verilir. Borcalan yuxarıdakı ödəniş qrafiki üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədikdə kreditorun təşəbbüsü ilə bu əlavə sazişə birtərəfli qaydada xitam verilə bilər. Bu əlavə sazişlə kreditor xitam verildikdə, müvafiq kredit öhdəliyi üzrə münasibətlərə tərəflər arasında imzalanmış 952.14 AYİB saylı, 07 iyul 2015-ci il tarixli kredit müqaviləsinin şərtləri tətbiq olunur. Kredit müqaviləsinə əsasən Cavabdeh müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də o, bu öhdəliyi yerinə yetirməmişdir.Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********884 saylı xx.xx.2021-ci il tarixli bildiriş məktubu göndərilməsinə baxmayaraq, cavabdeh Banka heç bir cavab verməmiş və kredit borcunun Banka qaytarılmasın təmin etməmişdir. Mövcud kredit öhdəliyinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 prospekti 55 nömrəli fərdi yaşayış evini xx.xx.2013-cü il tarixli 1009-13USD saylı ipoteka müqaviləsi əsasında bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Cavabdeh tərəfindən üzərinə götürülmüş öhdəliklər icra edilmədiyindən tutmanın həmin ipoteka predmetinə yönəldilməsi zərurəti yaranmışdır. İddiaçı xx.xx.2021-ci il tarixə Cavabdeh kredit üzrə 11735.81 manat əsas, 5602.51 manat faiz, 10218.46 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1719.65 manat faiz borcu, cəmi 29276.43 manat borcun yarandığını iddia etsə də, məhkəmə araşdırılması zamanı məhkəmə mühasibatlıq ekspertizasının müvafiq rəyi ilə Cavabdeh xx.xx.2021-ci il tarixə İddiaçı ASC-yə olan borcu 11.852,47 manat məbləğində müəyyən edilir, o cümlədən əsas borc 10.349,93 manat, faiz borcu 0,0 manat, faiz borcu 5% ilə 1502.52 manat. Məhkəmə eyni zamanda iddianın cərimənin ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən tənasübsüz surətdə yüksək dəbbə pulu müəyyən edilmişdir. Belə ki, Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən isə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanun normasının mənasına görə, məhkəmə dəbbə pulunun məbləğini cavabdehin belə vəsatət verməsindən asılı olmayaraq azalda bilər. Hər bir konkret iş üzrə dəbbə pulunun azaldılması meyarları kimi dəbbə pulunun qeyri-mütənasib olması, öhdəliyin pozulması nəticəsində yarana biləcək mümkün zərərin həcmindən əhəmiyyətli dərəcədə artıq olması, öhdəliklərin yerinə yetirilməsindən yayınma müddətləri və s. çıxış edə bilər. Məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Dəbbə pulunun məbləğinin azaldılması kreditorun əmlak mənafelərinə əsaslı təsir etmir. Belə ki, kreditor borc verərkən dəbbə pulunu əldə edəcəyi gözlənilən qazanc kimi deyil, öhdəliyin icrasının təminatı üsulu kimi nəzərdə tutmuşdur. Məhkəmə cavabdehin üzərində əsas və faiz borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, bununla yanaşı əlavə olaraq yüksək məbləğdə cərimənin tətbiq edilməsinin onların vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, 10218.46 manat məbləğində dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulunun azaldılaraq 500 manat məbləğində müəyyən edilməsini məhkəmə məqsədəmüvafiq hesab edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək və sübutların tam, hərtərəfli, qərəzsiz və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh 952.14 AYİB saylı, 07 iyul 2015-ci il tarixli Kredit müqaviləsi üzrə 23 yanvar 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən krеdit bоrcu 10349.93 manat əsas, 500 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusita Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1502.52 manat faiz borcu olmaqla, ümumilikdə 12352.45 manat məbləğində borcu tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia qaldırılması üçün 30 mаnаt və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün 40 manat, cəmi 70 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməli, tutma ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 prospekti 55 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak ilkin satış qiyməti-likvid dəyəri 157115 (yüz əlli yeddi min bir yüz on beş) manat müəyyən edilməli və həmin əmlakın açıq hərracda satılmalı, satışdan əldə olunmuş vəsaitin kredit borcuna və iddia verilərkən dövlət büdcəsinə keçirilmiş rüsumun ödənilməsinə yönəldilməli, borc ödənildikdən sonra ipoteka predmetinin satışından qalan məbləğ Cavabdeh qaytarılmalı, borc məbləği qeyd olunan qətnamənin icrasına kifayət etmədikdə qalıq borc məbləğinin ümumi qayda da icra olunaraq Cavabdeh tutulmalıdır. Fərdi yaşayış evi və torpaq sahəsi hərracda satıldıqdan sonra bir ay ərzində cavabdeh oranı tərk etməli və cavabdehin qeyd edilən fərdi yaşayış evi və torpaq sahəsinə istifadə hüququnun itirilmiş hesab olunmalı, cavabdeh fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılmalı və banka təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 107-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Eyni Məcəlləsinin 107-ci maddəsinə əsasən dövlət rüsumu məhkəmə xərclərinə aid edilmişdir, 119.1-ci maddəsinə əsasən isə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 150 manat və əmlakların qiymətləndirilməsinin ümumi dəyəri isə 500 manat olmaqla, cəmi 650 manat məbləğində müəyyən edilmişdir. Buna görə də iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri qismində 500 manat ekpertiza xərci Cavabdeh (Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE********************) hesabına və əmlakların qiymətləndirilməsinin dəyəri olan 500 manat "xxxx" MMC-nin (Kodu 512275; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT MUGAAZ22; Hesab AZ37MUGA**********00274AZM70) hesabına ödənilməlidir. Həmin Məcəllənin 119-cu maddəsinin tələbinə görə cavabdehdən dövlət rüsümu tutularaq iddiaçıya qaytarılmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 952.14 AYİB saylı, 07 iyul 2015-ci il tarixli Kredit müqaviləsi üzrə 23 yanvar 2017-ci il tarixdə bağlanmış əlavə sazişə əsasən krеdit bоrcu 10349.93(on min üç yüz qırx doqquz manat doxsan üç qəpik) manat əsas, 500(beş yüz) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konistitusita Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1502.52(min beş yüz iki manat əlli iki qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 12352.45 (on iki min üç yüz əlli iki manat qırx beş qəpik) manat məbləğində borcu tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə ödənilsin. Tutma ünvan 1 prospekti 55 nömrəli ev ünvanında Cavabdeh xüsusi mülkiyyət hüququ ilə məxsus olan 0.18045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184.4 m2 təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldisin, həmin fərdi yaşayış evi açıq hərracda satılsın. İpoteka predmeti - ünvan 3 prospekti 55 nömrəli ev ünvanında, Cavabdeh mülkiyyətində olan 0.18045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184.4 m2 təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evinin ilkin satış qiyməti 157115 (yüz əlli yeddi min bir yüz on beş) manat məbləğində müəyyən edilsin. 12352.45 (on iki min üç yüz əlli iki manat qırx beş qəpik) manat məbləğində borc, iddia qaldırmaq üçün ödənilmiş 30 mаnаt və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 40 manat, cəmi 70 manat dövlət rüsumu ünvan 3 prospekti 55 nömrəli ev ünvanında, Cavabdeh mülkiyyətində olan 0.18045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184.4 m2 təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh qaytarılsın. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. Tutma Cavabdeh məxsus olan, ünvan 1 prospekti 55 nömrəli ev ünvanında 0.18045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184.4 m2 təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh ünvan 1 prospekti 55 nömrəli ev ünvanında mülkiyyətdə olan 0.18045 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 184.4 m2 təşkil edən, 2 mərtəbəli fərdi yaşayış evindən istifadə hüququ itirilmiş hesab edilsin, Cavabdeh həmin fərdi yaşayış evindən çıxarılaraq, həmin fərdi yaşayış evi boşaldılsın və banka təhvil verilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Ödənilmiş 30 mаnаt məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair ərizənin reyestr orqanında qeydiyyata alınması üçün ödənilmiş 40 manat rüsum, cəmi 70 manat isə qaydada cavabdehdən alınaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin hesabına ödənilsin. Cаvаbdеh Cavabdeh 150 manat ekpertiza xərci tutularaq Kodu 210005; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT BİK CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi VÖEN **********; Hesab AZ34CTRE******************** hesaba ödənilsin. Cаvаbdеh Cavabdeh 500 manat ekpertiza xərci tutularaq Kodu 512275; VÖEN **********; Müxbir hesab AZ41NABZ********************; SWİFT MUGAAZ22; PREMİUM Qiymətləndirmə MMC, Hesab AZ37MUGA**********00274AZM70 hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) apellyasiya şikayət verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilsin. Sədrlik edən: Nizam Əliyev
Məhkəmə qərarları › İş №2(014)-59/2022
Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-59/2022
18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver