Məhkəmə qərarları › İş №2(014)-592/2022

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-592/2022

29.11.2022 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-592/2022 29.11.2022 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Nizam Mubariz oğlunun sədrliyi Məhkəmə iclasının katibi Qarayev Orxan Sərxan oğlunun katibliyi İddiaçılar İddiaçı8 Hüseyn oğlu, İddiaçı1, İddiaçı4, İddiaçı6, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X6, İddiaçı8 Hüseyn oğlu, X1 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair işə 29 noyabr 2021-ci il tarixdə Ağdaş rayon məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X6, İddiaçı8 Hüseyn oğlu, X1 Cavabdeh qarşı «süni maneələrin aradan qaldırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ağdaş rayonu, Qarağan Şıxlar kəndində onlara məxsus mülkiyyətlərinə verilmiş torpaq sahəsinə gələn içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh qızı tərəfindən yaradılan süni maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-nin 17 saylı ərazi idarəsi tərəfindən ******* nömrəli çıxarışla və Aqrar İslahat Komissiyasının 1998-ci il 20 avqust tarixli 16 saylı qərarı ilə onlara kənd ərazisində qonşuluqda yerləşən 0.55 ha və 0.34 ha torpaq sahələri verilmişdir. Həmin vaxtdan etibarən ailə üzvləri ilə həmin torpaq sahələrində məskunlaşmışlar və yaşayırlar. Həmçinin uzun müddətdit ki, həmin torpaq sahələrində əkinçilik və digər təsərrüfat fəaliyyətləri ilə məşğuldurlar. Torpaq sahəsi onlara verilən zamandan torpaq sahəsinə gələn içməli su və suvarma arxı ümumi istifadədə olan gəlişgediş dalanından gəlmişdir. Bugünədək də içməli su və suvarma arxı üçün ödənişləri vaxtı vaxtında ödəmişdir. Bugünədək də cavabdehlə bir neçə dəfə problem yaşamışlar. Cavabdeh dəfələrlə onlara müxtəlif problemlər yaratmış və yaşatmışdır. Hətta bununla bağlı məhkəmə qərarı belə olmuşdur. Ancaq cavabdeh hələdə qanunsuz əməllərinə davam edir. Kənd ərazisində demək olar ki, bir çox qonşuların suvarma idarəsi tərəfindən təşkil edlmiş içməli su və suvarma arxları digər yan qonşuların istifadə etdiyi torpaq sahəsindən və yaxud ümumi istifadədə olan gəliş-gediş yolundan keçir. Bir müddətdir ki, cavabdeh istifadə etdiyi ümumi istifadədə olan gəliş-gediş yolunda onların torpaq sahələrinə gələn içməli su və suvarma arxının suyunun önünə torpaq tökməklə kəsmişdir. Nəticədə cavabdehin içməli su və suvarma arxının suyunu kəsməsi nəticəsində onlara və ailə üzvlərinə xeyli miqdarda maddi ziyanlıq dəymişdir. Dəfələrlə kənd bələdiyyəsi İƏD üzrə nümayəndəlik və sahə müvəkkili tərəfindən cavabdehə tutduğu əməlinin düzgün olmadığını qonşu olduqları üçün də yaranmış su problemini aralarında həll etməyi təklif etsələr də cavabdeh əməl etməmişdir. Bütün bunlara baxmayaraq cavabdeh tutduğu əməldən əl çəkmir, cavabdehin qanunsuz hərəkətləri nəticəsində ailə üzvlərinə və təsərrüfatlarına xeyli miqdarda ziyanlıq dəymişdir. Cavabdehlə aralarında razılığa gələ bilmədikləri üçün hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı3 xx.xx.2022-ci i tarixd keçrilən məhkəmə hazırlıq iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onların qonşusu olduğunu, uzun illərdir ki, onlara gələn su arxının Cavabdeh həyətindən keçdiyini və onlarda suya olan təlabatlarını həmin su arxından ödədiklərini, hal-hazırda Cavabdeh tərəfindən süni maneyə yaradılaraq sözü gedən su arxını qabağı qabağı bağlanılmışdır.Məhkəmədən iddianın təmin olunmasını və cavabdeh tərəfindən bağlanmış su yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı8 Hüseyn oğlu məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Cavabdeh onların qonşusu olduğunu, uzun illərdir ki, onlara gələn su arxının Cavabdeh həyətindən keçdiyini və onlarda suya olan təlabatlarını həmin su arxından ödədiklərini, hal-hazırda Cavabdeh tərəfindən süni maneyə yaradılaraq sözü gedən su arxını qabağı qabağı bağlanılmışdır.Məhkəmədən iddianın təmin olunmasını və cavabdeh tərəfindən bağlanmış su yolunun açılması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçılar İddiaçı4, İddiaçı6 İzafədddin qızı və İddiaçı1 Mülkəsib oğlu, İddiaçı8 izahatına uyğun izahat verərək, iddianın təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdirlər. Digər iddiaçılar İddiaçı2, İddiaçı5, X6 və X2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçılar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən, iddiaçıların məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onların iştirakı olmadan baxılmasını mümkün sayır. Cavabdeh məhkəmə iclasında iddia tələbini rədd edərək bildirmişdir ki, sözü gedən su arxı onun mülkiyyətində olan həyətyan torpaq sahəsindən keçir, dəfələrlə iddiaçılara həmin su arxını onun həyətindən keçməsinə etirazı olmasını bildirməsinə baxmayaraq su arxını yerini dəyişdirliməsi barədə heç bir tədbir görməmişlər. Sözü gedən su arxını onun həyətindən keçməsinə etiraz edərək, həmin su arxını iddiaçılar tərəfindən öz hesablarına yerinin dəyişdirilməsin və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Qülbəndə kənd İ/N-yi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli AZ-İİ 397368 saylı nikah haqqında şəhadətnamənin surətindən məlum olur ki, X5 ilə X3 nikahlarını xx.xx.2002-ci il tarixdə qeydə aldırmışlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2002-ci il tarixli 07 saylı qeyd aparılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Qarağan Şıxlar kənd İƏD-si tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli AZ-İ 370964 saylı ölüm haqqında şəhadətnamənin surətindən məlum olur ki, X4 xx.xx.2009-cu il tarixdə vəfat emişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən xx.xx.2018-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli RX ******* seriyalı, əmlak məsələləri dövlət komitəsinin yanında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən məlum olur ki, Ağdaş rayon, Qarağan-Şıxlar kəndində yerləşən 0.55 hektar kənd təsərrüfatı tfərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5 mülkiyyətindədir. İş materiallarında оlаn və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-cı il tarixli 16 saylı qərar ilə və Dövlət aktı qeydiyyat kitabında qeydiyyata alınmış torpağa mülkiyyət hüququna dair JN:111A saylı (kod ********) şəhadətnaməyə əsasən X4, İddiaçı6 İzadəddin qızı, X6, İddiaçı8 Hüseyn oğlu, X2 Ağdaş rayon Qarağan Şıxlar kəndində 0.28 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon məhkəməsinin 12 aprel 2022–ci il tarixli 2(014)-592/2022 saylı qərardadı ilə iş üzrə İqtisadiyyat Nazirliyi Yanında ƏMDX tərəfindən rəyin verilməsi qərara alınmış, eyni tarixli qərardadla da iş üzrə icraat dayandırılmışdır. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestr publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********34 saylı mütəxəssis rəyindən məlum olur ki, 1. İddiaçılara məxsus olan RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18-10301 reyestr nömrəli çıxarışla və JN -111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən torpaq sahələrinə gedən suvarma arxı cavabdehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən keçir. Həmin suvarma arxının önü cavabdeh tərəfindən kəsilmişdir. 2.Bağlanmış suvarma arxı cavabehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsində baş vermişdir. 3. Həmin torpaq sahəsi **********78 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətindədir. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilən AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/5597 saylı ekspert rəyindən məlum olur ki, iddiaçılara məxsus Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastr və reyestr publik hüquqi şəxsinin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin 17 Yevlax Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən elektron bazasında araşdırılmış və xx.xx.2022-ci il tarixdə **********34 sayı mütəxəssis rəyin əsasən aşağıdakılar müəyyən olunmuşdur. 1. İddiaçılara məxsus olan RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18-10301 reyestr nömrəli çıxarışla və JN-111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən torpaq sahələrinə gedən suvarma arxı cavabdehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsindən keçir. Həmin suvarma arxının önü cavabdeh tərəfindən kəsilmişdir. 2.Bağlanmış suvarma arxı cavabehə məxsus **********78 reyestr nömrəli çıxarışla xüsusi mülkiyyətə verilmiş torpaq sahəsində baş vermişdir. 3. Həmin torpaq sahəsi **********78 reyestr nömrəli çıxarışla Cavabdeh mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin mülkiyyət hüququna dair 152.5-ci maddəsində göstərilmişdir ki, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 3-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq münasibətləri — dövlət orqanları, bələdiyyələr, hüquqi və fiziki şəxslər arasında torpağa sahiblik, torpaqdan istifadə və torpaq barəsində sərəncam vermək sahəsində, habelə torpaq resurslarından istifadənin dövlət tərəfindən idarəedilməsi sahəsində ictimai münasibətlərdir. Həmin maddənin 2-ci bəndində göstərilir ki, torpaq münasibətlərinin iştirakçıları Azərbaycan Respublikası, dövlət orqanları, bələdiyyələr, Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləri, habelə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, xarici hüquqi şəxslər, beynəlxalq birliklər və təşkilatlar, xarici dövlətlərdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 48-ci maddəsinin 5-ci bəndinin tələbinə görə torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri olan hüquqi və fiziki şəxslər torpaq sahəsi üzərində öz hüquqlarını həyata keçirərkən ətraf təbii mühitə, başqa şəxslərin hüquqlarına və mənafelərinə zərər vurmamalıdırlar. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 54-cü maddəsinin 3-cü bəndinə əsasən torpaq mülkiyyətçisinin, istifadəçisinin və icarəçisinin öz sahəsinə xidmət göstərmək üçün qonşu torpaq mülkiyyətçilərinin, istfadəçilərinin və icarəçilərinin torpaq sahələrinə servitut qoyulmasını tələb etmək, o, cümlədən məhkəmə qaydasında tələb etmək hüququ vardır. Həmin maddənin 4-cü bəndində torpaq sahəsindən piyada və ya nəqliyyat vasitəsi ilə keçmək barədə həmin sahəyə servitut müəyyən edilə bilər. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Həmin maddənin 3-cü bəndində göstərilir ki, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 3-cü bəndində göstərilir ki, özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüququ və vəzifələrinindən əlavə, bir-birinə hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşusunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikası Mülki Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əgər torpaq sahəsi mülkiyyətçisinin öz sahəsindən ictimai yola, elektrik, neft, qaz və su təchizatı xətrinə keçidi yoxdursa, o tələb edə bilər ki, qonşular ona tam əvəzi ödənilməklə zəruri keçid ayırsınlar. Tələb ilk növbədə o qonşuya qarşı yönəldilir ki, mülkiyyət və keçid münasibətləri ilə əlaqədar keçid verilməsinin ondan tələb edilməsi daha yolveriləndir. Zəruri keçid müəyyənləşdirilərkən qarşılıqlı mənafelər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 255.4-cü maddəsinə əsasən servitut torpaq sahəsindən piyada və avtomobillə keçidin, elektrik, rabitə xətlərinin və boru kəmərlərinin çəkilişinin və istismarının, su təchizatının və meliorasiyanın, habelə daşınmaz əmlak mülkiyyətçisinin servitut qoyulmadan təmin edilə bilinməyən digər ehtiyaclarının təmin edilməsi üçün təyin oluna bilər. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutları obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq edildi ki, iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X6, İddiaçı8 Hüseyn oğlu, X1 mülkiyyətinə verilmiş həyətyanı torpaq sahəsindən iddiaçıların mülkiyyətinə verilmiş torpaq sahəsinə gedən içməli su və suvarma arxı cavabdehin torpaq sahəsindən keçməklə onun tərəfindən qapadılmış, iddiaçılara suyun verilməsində süni maneələr yaradılmışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18-10301 reyestr nömrəli çıxarışla və JN -111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X6, İddiaçı8 Hüseyn oğlu, X1 mülkiyyətinə verilmiş, torpaq sahəsinə gələn içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılmalıdır. Ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına, 95 (doxsan beş) manat ekspertiza xərci isə Cavabdeh alınıb KapitalBank ASCnin 1 saylı Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR VƏ YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. RX ******* seriyalı, ********* qeydiyyat nömrəli **********18-10301 reyestr nömrəli çıxarışla və JN -111A kod 90308048 nömərli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməyə əsasən Ağdaş rayonu Qarağan Şıxlar kəndində yerləşən İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1, İddiaçı5, İddiaçı6 İzadəddin qızı, X6, İddiaçı8 Hüseyn oğlu, X1 mülkiyyətinə verilmiş, torpaq sahəsinə gələn içməli su və suvarma arxının bərpa edilərək önünün açılması və suvarma işlərinin aparılmasına Cavabdeh tərəfindən yaradılan süni maneələr aradan qaldırılsın. Aparılmış ekspertiza tədqiqatın dəyəri 50 (əlli) manat ekspertiza xərci Cavabdeh alınıb Dövlət xəzinədarlığı Agentliyinə, kod 210005, VÖEN ********** m/h AZ41NABZ********************4, SFİFT BİK CTREAZ22, benefisiarın adı: Məhkəmə Ekspertizası MƏRKƏZİ, benefisiarın hesabı AZ34CTRE********************, VÖEN ********** hesabına, 95 (doxsan beş) manat ekspertiza xərci isə Cavabdeh alınıb KapitalBank ASCnin 1 saylı Xətai filialına, kod 200071, VÖEN ********** m/h AZ37NABZ013501**********1944, SWİFT AİİBAZ2X, benefisiarın adı: KADASTR və YERQURULUŞU LAYİHA TƏDQİQAT MƏRKƏZİ MMC, benefisiarın hesabı AZ23AİİB********************, VÖEN ********** hesabına ödənilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnаmədən rəsmi qаydаdа vеrildiyi gündən bir аy müddətində Ağdaş rаyоn Məhkəməsi vаsitəsi ilə Şəki Аpеllyаsiyа Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) аpеllyаsiyа şikаyəti vеrilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nizam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar