Məhkəmə qərarları › İş №2(014)-594/2024

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(014)-594/2024

24.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(014)-594/2024 24.06.2024 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Cəlilov Elçin Elmi oğlunun katibliyi, İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzinin cavabdeh X5 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzi cavabdeh X3 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 13 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin 4 saylı meşə dolayısının 9-cu kvartalında araşdırma apardıqları zaman Ağdaş rayonu Qaradeyin kənd sakini X5 tərəfindən 9.04 m3 həcmində 559.97 manat dəyərində 364 ədəd ağacın özbaşına (qanunsuz) kəsilərək meşə sahəsindən aparılması faktı müəyyən edilmişdir. Fəxrəddin Mənsimovun barəsində müvafiq protokol tərtib edilməklə inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və toplanılmış material inzibati Xətalar Məcəlləsinin 103.1-ci maddəsinə əsasən səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilmişdir. Eyni zamanda Fəxrəddin Mənsimovun hüquqazidd hərəkətləri nəticəsində X8 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 yanvar 2019-cu il tarixli 30 saylı qərarı əsasında aparılmış hesablamalarla ümumilikdə 559.97 (beş yüz əlli doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində maddi zərərin vurulması müəyyən edildiyindən xx.xx.2024-cü il tarixli 3-14-27- 13/2-015/2024 nömrəli məktubla vurduğu zərərin əvəzinin könüllü olaraq ödəməsi tələb edilmiş, lakin o bundan imtina etmişdir. Dövlət meşə fondu sahəsində özbaşına (qanunsuz) ağac kəsməsi nəticəsində dövlətə dəymiş zərərin əvəzi 559.97 (beş yüz əlli doqquz) manat 97 (doxsan yeddi) qəpik məbləğində pul vəsaiti X1 tutulub 13 saylı X7 Mərkəzinin “Kapital Bank”ın Bərdə rayon şöbəsinin AZ 62 CTRE 000 000 *** **** ******* saylı hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzinin nümayəndəsi Nümayəndə iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən cavabdehin məhkəmə iclasına gəlməməsini üzrsüz hesab edir və işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 X4 xx.xx.2024-cü il tarixli № 007649 saylı aktından görünür ki, 13 saylı X7 Mərkəzinin əməkdaşları tərəfindən xx.xx.2024-cü il tarixdə Mərkəzin Qarxun meşəbəyliyinin 4 saylı meşə dolayısının 9-cu kvartalında araşdırma apardıqları zaman Ağdaş rayonu Qaradeyin kənd sakini X5 tərəfindən 9.04 m3 həcmində 559,97 manat dəyərində 364 ədəd ağacın özbaşına (qanunsuz) kəsilərək meşə sahəsindən aparılması faktı müəyyən edilmişdir. İşin materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzinin Qarxun meşəbəyliyi tərəfindən verilmiş hesablama cədvəlindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 X4 xx.xx.2024-cü il tarixli № 007649 saylı aktında göstərilən meşə pozuntularının nəticəsində 559,97 manat məbləğində ziyan dəymişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli 3-14-27-13/2-015/2024 saylı bildirişin surətindən görünür ki, X3 ziyanın ödənilməsi ilə bağlı bildiriş göndərilmişdir. İşin materiallarında olan xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 barəsində Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşin materiallarında olan 01 mart 2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 Azərbaycan Respublikası İXM-in 253.1-ci maddəsi ilə təqsirli bilinib, 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə olunmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 X4 ərazisində 2017-ci ilin payızında nar cinsindən 15 ha aqrobağ salınmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehə məxsus 41 baş iri buynuzlu heyvanlar həmin aqrobağın 2,2 ha hissəsini otlayaraq iddiaçıya 655,60 manat maddi ziyan vurmuşdur. İddiaçının əməkdaşları bununla bağlı akt tərtib etmişlər. Cavabdehin barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında cavabdeh İXM-in 257-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada cərimə olunması barədə qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Eyni Məcəllənin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzinin cavabdeh X3 qarşı vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməli, cavabdeh X1 559,97 (beş yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat miqdarında ziyan alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzinə verilməlidir. Cavabdeh X1 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh X1 559,97 (beş yüz əlli doqquz manat doxsan yeddi qəpik) manat miqdarında ziyan alınaraq iddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti 13 saylı X7 Mərkəzinə verilsin. Cavabdeh X1 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar